Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sağ-sol binar arxetipi

Bölmə :
Köşə
Yazar :
Vasif Sadıqlı
Yayım tarixi :
11/10/2014 [01:15]
Baxılıb :
2049 dəfə

Əvvəlcə “binar”dan başlayaq. Bu söz ikili, cəmi iki növü olan mənasındadır. “Arxetip” isə ilkin obraz, orijinal, əsatir, folklor və mədəniyyətin əsasına qoyulan ümumbəşəri rəmz mənası verir. Dünya xalqlarının bir çoxunun təfəkküründə yüksək və alçaq binar arxetipi var. “Uca” yaxşı, ali, ülvi, müsbət, “alçaq” isə mənfi mənasını verir.  Eyni zamanda, dünya dillərinin bir çoxunda müsbət ideyalar sağ tərəflə, mənfilər sol tərəflə bağlıdır. Bu yanaşma dinlərdə də var - istər ibtidai dinlər olsun, istərsə də dünya dini. 

Əhdi-Ətiqdə Bəni-Yəmindən (sağ əl, xoşbəxtlik oğulları) və Bəni-Şimaldan (sol əl oğullarından” bəhs edilir. Nəql edilir ki, İsrail bin Yəminin iki oğlunu təqdis edəndə sağ əlini Yefremin başına qoyur və bu, ona üstünlük verilməsi kimi şərh edilir. Avropada orta əsrlərdə misteriyalar zamanı cəhənnəm sol, cənnət sağ tərəfdə təsvir edilirdi. İkonoqrafiyada məhşər zamanı möminlərin Allahın sağ tərəfində, günahkarların isə Onun solunda təsvir edildiyinin şahidi oluruq. Orta əsr Avropasında kilsə solaxaylığı cadugərlik üçün ciddi əlamət sayır, inkvizisiya dövründə onları bir çox hallarda diri-diri yandırırdılar. Bir sıra araşdırmalara görə, o vaxt Avropada solaxayların sayı iki dəfə azalıb. 
Rus dilində “sol” (levıy) mənfi, şər, düzgün olmayanla assosiasiya olunur. “Levaçit” xaltura etmək, iş vaxtından şəxsi mənafeyi üçün yararlanmaq mənası verir. Maraqlıdır ki, istər ruscada, istərsə də türkcədə “sol ayağı ilə qalxmaq” frazeoloji birləşməsi var və hər iki dildə mənfi mənalıdır. Ruscada bu söz birləşməsinin mənası “heç bir səbəb olmadan pis ovqatda, əsəbi olmaq”dır (maraqlıdır ki, Türkiyə türkləri də işi rast gələn adama “sağ tərəfdən qalxmış”, tərs gedənə isə “solundan qalxmış” deyilir). Rus araşdırıcılar bunun dini inancla bağlı olduğunu düşünür: xristianlığa görə, sol çiyinin arxasında iblis, sağ çiyinin arxasında isə mələk dayanır. 

İngilis dilindəki “right” sözü “sağ tərəf” mənası verir. Eyni zamanda, bu sözün doğru, düz, haqlı, adil, uyğun, gerçək, dürüst, yaxşı, sağlam, düzgün kimi mənalar verdiyini görürük.. Sol tərəfi bildirən sözlərin isə mənfi yüklü olduğunu görürük. Məsələn, latıncadan ingiliscəyə keçən “sinister” sözü solla yanaşı uğursuz, qəzəbli, pis mənasındadır. Daha çox işlənən və sol mənası verən “left” sözündən düzələn “lefthanded”in əsas mənası solaxaydır. Amma bu birləşmənin bundan başqa, sol əllə düzəldilən, yöndəmsiz, riyakar, qeyri-səmimi, şübhəli kimi mənaları da var. 

Azərbaycan təfəkküründə, sadəcə, sağ tərəf sol tərəfdən üstündür. Amma sol mütləq şər kimi mənimsənilməyib. “Allah sağ gözü sol gözə möhtac eləməsin” deyimində sağın üstünlüyü az da olsa, hiss edilir. Dilimizdə bir işə ögey münasibət bəsləmək mənasında “sol gözlə baxmaq” ifadəsi işlənir. Bir bayatımızda da sağ gözə üstün münasibət aydın sezilir:

İstəkənim bir dəstdi,
Bir dəsti mənə bəsdi,
Sağ gözüm yara qurban, 
Sol gözüm mənə bəsdi.

Quranda deyilir ki, savabı günahından çox olanlar axirətdə mükafatlandırılacaq. Vaqia surəsində yaxşıların əməl dəftərinin sağ tərəfdən veriləcəyi qeyd edilir. Həmçinin günahı savabından çox olanlar cəhənnəmlikdir. Onların əməl dəftəri isə sol tərəfdən veriləcək: “Əməl dəftəri sağ əldən verilən kimsələr - nə xoşbəxtdir bu sağçılar (əshabül-meymənə),. Əməl dəftəri sol əldən verilən kimsələr - nə bədbəxtdir bu solçular (əshabül-məşəmə)” (Vaqia, 8,9). Və ya “Əgər dəftəri sağdan verilənlərdən isə (əshabil-yəmin), (Ey sağcı) sənə sağçılardan salam var!" deyilir (Vaqia, 90-91). Bu ayə sayəsində dinimizdə sağın üstünlüyü, solun isə şəri, naqisi təmsil etməsini göstərən çoxlu inanclar var. Məsələn, qeyd edilir ki, Quranda “katibeyn” (iki katib) adlanan mələklərdən savabı yazan insanın sağ çiyində, günahı yazan sol çiyində məskundur. Həmçinin sağdakı mələyin soldakının amiri olduğu deyilir. Namazda əvvəlcə sağa, sonra sol çiyinə salam verilir. Məscidə sağ ayaqla girilir və s. 

Bu inanc insanların gündəlik həyatına da keçib. Dinə inanmayan insanların bəziləri də sağı soldan üstün tutur. Məsələn, sağ və sol tərəfdəki arasında seçim edəndə sağı seçirlər, bəzi tələbələr bileti sağ əl ilə çəkir və s.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]