Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qurbanın Yer kürəsi olsun

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
9/10/2014 [01:00]
Baxılıb :
2329 dəfə

«Dünyada vaxtı yetişmiş ideyadan qüdrətli heç nə yoxdur»
Viktor Hüqo

Mövzunu qurban bayramı ərəfəsində ortaya atası olsaydıq yəqin ki, daha çox oxunardı. Daha çox söyülər, təriflənər, tənqid edilər, diqqəti çəkərdi. Bəlkə də əksinə, qurban ətindən kabab çəkməkdən ləzzət alan insanların hardasa müvafiq mövzuda bir yazı çıxması heç vecinə də olmazdı. Bu mövzunu acqarına da müzakirə etmək olmaz. Ümumiyyətlə ac göz və ac qarınlarla heç bir mövzuda fikir yürütmək mümkün deyil. Ona görə də əsl məqamıdır, çünki məntiqlə hamının gözü tox olmalı günlərdir. 

Bayram günlərində yəqin ki, hər kəsin dünyaya açılan kiçik pəncərəsində (telefon, planşet, kompüter və s.) bir qoyun zarafatlaşdı. «Məni yemə», «Onu ye», «Görəsən bayram bitdi?» deyib monitorun ekranından bizə boylandı, bir burcutdu, mahnı oxudu və sonunda bir mələdi də. Kababa yaramayan bu qoyunlar məzəli görünür. Onun mələməsi də kəsiləcəyini bilən heyvanın mələməsi ilə müqayisəyə gələsi deyil. Əlbəttə, heç kim qarşısındakı nimçədə dadlı ət yeməyi buğlanan zaman kəsilən heyvanların naləsini xatırlamağı ağlına gətirmir. 

Filip Uollenin dünyaca məşhur məruzəsində tükürpədici bir məqam var. (Filip Uollen avstraliyalı filantropdur. «Bomba əvəzinə yemək», «Yer əhalisi» adlı filmlərin müəllifi, dünyanın 40 ölkəsində 500-dən artıq layihələrin təşkilatçısı, heyvanların hüquqlarının müdafiəçisidir. Eləcə də ömrünü məktəblər, uşaq evləri, klinikalara, ətraf mühitin müdafisinə, uşaqlara və xəstə adamlara həsr edib). O, atasını ölüm ayağında xatırlayır: «Mən ölümlə çarpışan atamın çığırtısını unuda bilmirəm. Onun bədəni xərçəng xəstəliyi ilə güləşirdi. Xəstəlik onu üstələdi. Mənsə bu çığırtıları əvvəllər eşitdiyimi düşünürdüm. Səslər tanış idi, çünki onları sallaqxanalarda öldürülən heyvanlardan eşitmişdim. O yerdə ki, heyvanın gözü çıxarılır, vətərləri, əzələləri kəsilir. Heyvanları daşıyan gəmilərdən də həmin səslər gəlir. Balasını axtaran ana balina də eyni səsləri çıxarır. Çünki beyninin içində partlamış yapon qarmağının ağrısından inildəyən balasının yaxınlıqda olduğunu duyur. Onlar eynən mənim atam kimi zarıyırmış. Biz əzab çəkəndə eyni oluruq. İtin əzabları qoyunun, inəyin, ayının, ya da balaca uşağın əzabından fərqlənmir. Ona görə də heyvanlar bizim menyudan çıxarılmalıdı, çünki onlar daima insanların heyvanlara hazırladıqları qəfəslərdə, yeşiklərdə, çəpərlər arxasında, heyvanxanalarda, hətta sirkdə də əziyyət çəkirlər. Bu ümidsizlik evlərini onlar üçün biz quraşdırmışıq».

İndi quruca faktları sadalayaq: Ət tütündən betər ölüm saçan məhsuldur. Heyvandarlıq sənayesinin havaya buraxdığı karbon qazı, metan və azot oksidi bizim okeanlarda həyatı öldürür və Ölü zonalar yaradır. Bir tək inəklərin fəaliyyəti ekologiyaya dünyanın bütün sənayesindən artıq ziyan vurur. Son araşdırmalara görə bir inək havaya 90 kiloqram metan ifraz edir. Bu 120 litr benzinin yanmasına bərabərbir. İnsanlar ovladığı xarda balığın 90 faizini üyüdüb dənəvər hala salıb ev heyvanlarını yemləyir. Ot yeyən heyvan olan inək artıq ən qorxulu okean yırtıcısına çevrilib. Okeanların öləcəyi günü gözləmək lazım deyil, artıq proses start götürüb. 2048-ci ildə balıq sənayesindən iz də qalmayacaq. Miyardlarla inkubator cücələri erkək olduğuna görə üyüdülür. Yer kürəsində ilk günündən cəmi 100 milyard insan yaşayıb. Hazırda 7 milyarddan bir qədər artıq olarıq. Biz hər həftə 2 milyard heyvana əziyyət verib öldürürük. İlə 10 min növ izsiz yox olub gedir. Bunlar bir tək insanın yaşayışının fəsadlarıdır. Başqa orqanizm özünü belə aparsaydı bioloq ona virus adını verərdi. Dünyada 13 ölkə var ki, saxlanılan qoyunların sayı əhalisindən çoxdur. Məsələn, Avstraliyada 20 milyon əhali və 98 milyon qoyun var. Sudan, Yeni Zellandiya, Monqolustan, Uruqvay, Mavritaniya, Türkmənistan, İrlandiya, Namibiyada da qoyunlar adamları üstələyir. 
İndi bəşəriyyət kosmologiya tarixində baş verəcək 6-cı kütləvi məhvolma ərəfəsindədir. Xoşbəxtlikdən dünya sürətlə dəyişir. 10 il əvvəl «Twitter» quş cikkiltisi, «www» klaviaturanın ilişməsi idi. Buludlar göydə idi və «4G» parklanma yeri sayılırdı. «Google» uşaq gəyirməsi, «Skype» səhv yazılış, Əl-Kaidə ola bilər kiminsə xeyirxah qonşusu idi. Ona görə də heyvan hüquqlarından danışmaq gülünc görünməməlidi. Dünyada 600 milyon vegetarian, yəni heyvan mənşəli yeməkdən imtina etmiş insan var. Onlar bir dövlətin altında birləşsəydi Avropa Birliyinin 27 ölkəsinin əhalisinə bərabər olardı. 

Hətta ət yeyənlər də bilir ki, bu, kütləvi qətllərdir. Dünyanın aparıcı tədqiqat institutları deyir ki, sağlam adamın rasionunda ətin bir qramına da ehtiyac yoxdu. Neft ehtiyatlarının bitməsi təxminən planetin resurslarının tükənməsiylə eyni vaxta düşəcək. Ölkələr içməli su üstündə müharibələrə başlaya bilər. Çünki bir kiloqram inək əti üçün 50 min litr su lazımdı. Bu, yeraltı su mənbələrini, bulaqları qurudur. Bu gün 1 milyard aclıq çəkən var, onlardan 20 milyonu yeməməzlikdən öləcək. Kasıb ölkələr acından köpən görpələrini qucağında ovudub yetişdirdiyi buğdanı satır. Biz isə həmin buğdanı heyvana yediririk ki, boşqabımızda bir tikə ətimiz olsun. Hər yediyimiz bir tikə ət acından ağlayan uşağa vurulmuş bir şillə kimidir. Dünya əhalisi ət yeməyini 10 faiz azaltsa, 100 milyon adamı doyurmaq olar. Həmişəki kimi yeməyimizdə davam etsək, bizə daha bir planet də lazımdır ki, Yer əhalisi aclıqdan qırılmasın. Bizim cəmi bir planetimiz var, o da can verir”¦

Dünyanı məngənəsinə almış Şərin mərkəzi oxu bizim süfrəmizdən keçir. Şəri ram eləməkçün müharibəyə başlamaq, ölüm-dirim savaşına qalxmaq da lazım deyil. Daş dövrü bitəndə dünyada daşlar azalmadı, sadəcə insanın daşa münasibəti dəyişdi. Eləcə də ət dövrü bitə bilər. Ət yeməkdən imtina etmiş insanlar dərman almaqdan da qurtulacaq. Elm hələ ki, vegetarianlığın gətirdiyi bir dənə də xəstəliyin adını çəkə bilmir. Amma ətin fəsadları hamıya, ət yeyənlərin özünə də yaxşı məlumdur. Ola bilər, sallaqxanaların divarları şüşədən olsaydı bu gün kimisə bu mövzuda düşünməyə çağırmaq lazım olmazdı.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]