Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Oturaq həyat tərzi və nəticə

Oturaq həyat tərzi və nəticə
Bölmə :
Sağlamlıq
Yayım tarixi :
3/10/2014 [20:25]
Baxılıb :
2936 dəfə

Yəqin böyüklərdən siz də eşitmisiniz - keçmişdə insanlar indikindən qat-qat çox, qat-qat yağlı yeməklər yeyərmişlər. Yaxud bəzən deyirlər ki, keçmişdə bəzi kişilər bir oturuma bir quzunu həzmi-rabedən keçirərmişlər. Elə ağsaqqal və ağbirçəklərin özləri indi bizim təəccüb etdiyimiz bu fikirləri belə əsaslandırırlar ki, keçmişdə insanlar indikilər kimi tənbəl deyillərmiş.

 
Yəni yediklərini həzm edəcək qədər zəhmət çəkirlərmiş. Məsələn, o vaxt traktor yox idi - əkin sahələrini öküzə qoşulmuş kotanla şumlayardılar, texnika yox idi - odunu balta ilə doğrayardılar, maşın yox idi - bir yerə ya at-eşşəklə, ya da piyada gedərdilər, su xətti çəkilməmişdi - suyu çiyinlərində daşıyırdılar və s. Sağlamlıqdan, sağlam candan söz düşəndə hər kəs ekologiyanı, qidalanmanı əsas gətirir, amma tənbəlliyimizdən danışan yoxdur. Keçmişdə insanlar həm də ona görə sağlam idilər ki, əziyyət çəkirdilər, zəhmətə qatlaşırdılar, idmanla məşğul olmasalar da, bu ehtiyacı işləməklə ödəyirdilər. Kimsə iddia edə bilər ki, kənddə yaşayan insanlar yenə də zəhmətə qatlaşırlar, amma inandırım sizi elə deyil. Söhbət ondan gedir ki, elə kənddə yaşayanların öz dili ilə desək, bu gün kəndlilərin çoxu özünü “quru bəy” hesab edir. Məsələn, əgər birinin həyəti bellənməlidirsə, bir fəhlə tapır, 10-15 manat verib bellədir. Birinin torpaq sahəsi suvarılmalıdırsa, 20 manat verir bir fəhləyə və bu işi gördürür.
 
Biz hələ kənd yerlərində göyərti məhsullarını mağazalardan alanlardan danışmırıq...
 
Bəli, bir vaxtlar zaman o zaman idi ki, bir insana “tənbəl” deyəndə o bunu özünə təhqir bilər və bu “damğanı” üzərindən götürmək üçün səy göstərərdi. Amma indi tənbəlliyi bir qədər “mədəniləşdirmişik” - adını da qoymuşuq “oturaq həyat tərzi”. 
 
Oturaq həyat tərzi odur ki...
 
Bəs oturaq həyat tərzi səhhətimizə necə mənfi təsir göstərir? Bu həyat tərzinin mənfiliklərindən xilas olmaq üçün nə etməliyik? Günümüzdə xəstəliklərin artmasında tənbəlliyimiz nə dərəcədə rol oynayır? Ə. D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Terapiya şöbəsinin müdiri Sevil Eyvazova deyir ki, onlara müraciət edən insanların çoxu da xəstəliklərin artmasından, gəncləşməsindən gileylənir. Onun sözlərinə görə, bütün hallarda bir insanın vaxtında müayinə olunması xəstəliyin müalicəsi baxımından çox əhəmiyyətlidir: “Xəstəliklər, o cümlədən infarkt niyə cavanlaşır? Bunun səbəbləri çoxdur. Stress və düzgün qidalanmama və s. O cümlədən oturaq həyat tərzi bu məsələdə çox ciddi rol oynayır. Sadə bir misal: oturaq həyat tərzi odur ki, bir insan maşınla gedir işə, maşınla qayıdır evə. Yəni hər yerə maşınla gedir, piyada hərəkət eləmir”.
 
Hər bir şəxs öz yaşına və istəyinə uyğun olaraq...
 
Sevil Eyvazovanın sözlərinə görə, oturaq həyat tərzi xəstəliklər əmələ gətirir: “Qan dövranı aşağı ətraflarda pisləşir, qaraciyərdə, ümumiyyətlə, orqanizmdə piylənmə əmələ gəlir. Yəqin mənimlə razılaşarsınız ki, bir insan avtomobilə vərdiş edəndə heç cürə piyada gəzmək istəmir. Bunların çox böyük əhəmiyyəti var”.
 
Müasir dövrdə ürək, qan-damar sistemi xəstəliklərinin, qaraciyər xəstəliklərinin geniş yayıldığını bildirən müsahibimizin sözlərinə görə, bəzi insanlar hətta o qədər tənbəlləşiblər ki, gigiyena qaydalarına da əməl etmirlər, nəticədə xəstəliyə düçar olurlar.
 
“Saatlarla kompyuter, telefon arxasında oturmaq gözə, beyinə yükdür. Bu həm də oturaq həyat tərzi deməkdir. Kompyuter arxasında çox oturan adamlar istər-istəməz əsəbi olurlar”,-deyə qeyd edən müsahibimizin sözlərinə görə, hər bir insan gün ərzində ən azı 1-2 saat piyada gəzməlidir: “Keçmişdə insanlar yer belləyərdilər, su daşıyardılar, odun doğrayardılar, yük daşıyardılar və s. İndi əhalinin 90 faizi, demək olar ki, bu işləri görmür. Odur ki, heç olmasa, bunun müəyyən bir hissəsini kompensasiya etmək üçün hər bir insan gün ərzində mütləq açıq havada gəzməlidir. İkincisi, sağlamlığında problem olmayan hər bir şəxs öz yaşına və istəyinə uyğun olaraq, mütləq idmanla məşğul olmalıdır”. 
 
“Bütün hallarda gəzməkdə fayda var”
 
Şöbə müdirinin dediyinə görə, həftədə bir dəfə də olsa, idmanla məşğul olmaq lazımdır: “Hər kəs həyat tərzini qismən dəyişməyə çalışmalıdır və idmanla məşğul olmalıdır. Düzdür, qəzetinizdə bu yazını oxuyan bir insan deyəcək ki, əşi həkimdir də dedi, qurtardı getdi. Amma inandırım sizi, elə deyil. Heç olmasa, minimum səviyyədə aktiv həyat tərzi sürmək lazımdır. Heç imkanınız yoxdursa, şənbə və bazar günləri gəzməyə çıxmaq lazımdır. Ailə üzvlərinizi də götürün gəzməyə çıxın, parkları dolaşın. Bu, çox asan və sağlamlığınız baxımından vacib məsələdir”.
 
Müsahibimiz bir maraqlı məqama da toxundu. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, insan hətta yerini dəyişəndə belə, orqanizmdə mübadilə prosesi yaxşılaşır: “Bütün hallarda gəzməkdə fayda var. Tutaq ki, bir insan evindən çıxdı və getdi dostugilə. Həyətdə oturdu, təmiz hava aldı, dincəldi, söhbət elədi və qayıtdı evinə. Hətta bu zaman belə, orqanizmdə mübadilə prosesi yaxşılaşır - elə bil təzələnirsən”.
 
Müsahibimiz deyir ki, əgər əvvəllər nisbətən yaşlı insanlar passiv həyat tərzi sürürdülərsə, indi eyni şey gənclərə də aiddir. Əvvəllər telefon yalnız danışmaq üçün vasitə idi. İndi, maşallah, bir telefon kompyuteri əvəz edir. Saatlarla bunlara vaxt sərf edən gənclər də tədricən passivləşirlər. Heç kim gəncə, yeniyetməyə kompyuteri, mobil telefonu zorla istifadə etmə deyə bilməz. Söhbət sadəcə, minimum səviyyədə də olsa, idmanla məşğul olmaqdan, açıq havada gəzməkdən gedir. Əsas başlamaqdır; başlasalar, tədricən ardı gələcək...” 
 
“Fiziki işlə məşğuliyyət çox azalıb”
 
Sonda qeyd edək ki, ötən gün qəzetimizə açıqlama verən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Sara Abdullayeva da oturaq həyat tərzinin insanın birinci düşməni olduğunu bildirmişdi: “Son zamanlar texnologiyanın sürətlə inkişafı hamını oturaq həyat tərzinə, belə desək, cəlb edib. Saatlarla sosial şəbəkədə vaxt itirənlər 15 dəqiqə vaxt ayırıb, idmanla məşğul olmağa əziyyət çəkirlər. Fiziki işlə məşğuliyyət çox azalıb. Bu kimi amillər xəstəliklərin başlanğıcına yol açır”. (Zaman Azərbaycan)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]