Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yasın nə fərqi var...

Bölmə :
Köşə
Yazar :
Vasif Sadıqlı
Yayım tarixi :
3/10/2014 [09:42]
Baxılıb :
2896 dəfə

Hər bir xalqın yas adətləri onun tarixi, mədəni, o cümlədən dini ənənələri ilə bağlıdır. Müxtəlif dövrlərin və xalqların adətlərini izləyəndə yasın müddəti, yas rəngi və s. fərqlər nəzərə çarpır. Bəzi adətlərin əcaib və ya qəddar olduğu, bunun esxatoloji görüşlərdən doğduğu da aşkardır. Məsələn, qədim yunanlar və romalılar düşünürdü ki, ölülər o dünyaya qayıqla aparılır. Ona görə qayıq xərci olaraq qəbirə xərclik pul sikkəsi qoyurdular. Hindistanda XIX əsrə qədər sati deyilən adət vardı - ər öləndə arvadı özünü yandırmalı idi. 

Qədim Yunanıstanda yaxın qohumunu ağlayan qadınlar saçını kəsir, dırnağı ilə üzünü, bəzən isə boynunu qan çıxana kimi cırmaqlayardı. Kişilər isə yas əlaməti kimi saçını qırxırdı. Qədim Romada üç yaşa çatmamış uşağa yas tutulmazdı, on yaşa qədər olan uşaqlara hər ilə görə bir ay yas tutulurdu. İslama qədər yaslı ərəb qadınları saçını kəsər, paltarını cırar, özünü ayaqqabı ilə döyərdi. Misirdə yasın rəngi göy idi. Beynəlnəhreyndə iki yas rəngi olub: sadə adamlar üçün qırmızımtıl, varlılar üçün qara. 

Yaponiyada yas mərasimləri buddizm qaydaları ilədir. Ölüyə 49 gün yas tutulur. Bu dövrdə ölənin yaxınları onun Saf Torpaqda yenidən doğulması üçün dua edir. Buddizmə görə, insanın ölümü ilə yenidən doğulması arasında 49 gün məsafə var. Yas paltarının rəngi açıq bozdan tünd boza qədərdir. Paltar nə qədər tünddürsə, demək, ölən daha yaxın adamdır. Ata, ana və ərə görə bir il, baba və ata nənəsinə 6 ay, ata tərəfdən ulu babaya, ana nənə və babaya, arvada üç ay, uzaq qohumlara bir həftə yas tutulur. 

Hindistanda ölü yandırılır. Səhəri gün ölünün külü xüsusi qaba yığılıb Qanq çayına atırlar. Sonrakı 12 gündə yas tutulur. Bu vaxt evdəki mebel çıxarılır və hamı yerdən oturur. Bu ölkədə yas rəngi ağdır. 

Yəhudilikdə yas 4 dövrə bölünür. Hər növbəti dövrdə matəmin sərtliyi azalır. "Sıfır" dövrü ölümlə dəfn arasındakı dövrdür. Birinci dövr (əsas) şiva adlanır və 7 gün davam edir. Bu dövrdə yaslılar evdən çıxmır, qohumlar toplanır. Yaslı şəxs işləyə, yuyuna, kosmetikadan istifadə edə, saçını və üzünü qırxa, dırnağını kəsə, dəri ayaqqabı, yuyulmuş paltar geyə, cinsi yaxınlıq edə, Tövrat oxuya, adamları salamlaya, əylənə bilməz. Şiva günləri qohumlar yırtığı olan paltar geyir. Yırtıq ürək nahiyəsində olmalıdır (yəni ürəyim parçalanıb). Yalnız alçaq kətildə (24 santimetrdən yüksək ola bilməz), balış üstündə və ya yerdə oturmaq olar. Yas yerinə gələn adam salamlaşmamalı, danışmamalıdır. Yalnız ev sahibi danışır, ölünün yaxşı əməllərindən söhbət edilir. 

İkinci dövr şloşim adlanır - səkkizinci gündən otuzuncu günə kimi davam edir. Bu dövrdə kosmetikadan istifadə, saçını və üzünü qırxma, dırnağını kəsmə yasağı qalır. Amma bir qədər yumşalma olur. Ərli qadın kosmetikadan istifadə edə bilər. Əgər yeməyə mane olursa, bığ və saqqala əl gəzdirmək, dırnağı dişlə düzəltmək olar.Üçüncü dövr ilə qədərdir. Yalnız valideyn öləndə bu qədər yas tutulur. Matəm rəngi bozdur - tünddən açığa qədər. 

1765-ci ildə Parisdə çap edilən "Matəm qaydaları" adlı kitabda xristianlar üçün aşağıdakı yas müddətləri nəzərdə tutulurdu: ər və arvad üçün il yarım, ata və ana üçün altı ay, baba və nənə üçün dörd ay yarım, qardaş və bacıya altı həftə, əmi, dayı, xala, bibi üçün üç həftə. 

Bəzi mənbələrə görə, qədim türklər matəm əlaməti olaraq üzünü çərtirmiş ki, axan qan göz yaşına qarışsın. Orxon-Yenisey abidələrindən "Bilgə kağan"da xaqanın ölümü zamanı "çox sayda insanın saçını kəsdiyi, qulağını, yanağını çərtdiyi" qeyd edilir. Bəzi mənbələrə görə, islamdan öncə türklərdə 52 mərasimi varmış. Ölümün 52-ci günündə bir heyvan kəsib sümükləri oynaqlardan ayırmaqla bişirir, yaxın qohumlar onu yeyəndən sonra sümükləri bir parçanın arasına yığıb aparıb basdırırmışlar. Hazırda Azərbaycanın bir sıra zonalarında bu adət qalır - təbii ki, islama uyğun şəkildə. Bunun dinimizə nəqşbəndilik vasitəsi ilə keçdiyini düşünürük. Düzünü Allah bilir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]