Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sağ qalmaq və yaşamaq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
1/10/2014 [23:34]
Baxılıb :
2131 dəfə

21-ci əsrin insanı özünü dünyanın göbəyində yaşayırmış kimi hiss edir. Çünki səhər isti yerindən duran kimi planşeti, ya da telefonuna toxunmağıyla xəbərlər tökülüşüb evinə topa halında gəlir. Pijamanı çıxarmadan, isti çayını hortuldadaraq dünyanın ən qaynar nöqtələrindən xəbər alırsan. Hardasa insanlar müharibə, ölüm caynağında çırpınırsa, o qədər də kefini pozmursan. Çünki pəncərədən bayıra baxanda həmişəki kimi həyətdə qaçışan, velosiped sürən uşaqları görürsən. Günəş də həmişəki kimi parlayır, külək də, torpaq da, camaat da öz işindədi. Elə olur ki, bu xəbər xəttinin içində birisi gözünü alır. Onu oxuduqdan sonra dünya sanki öz tempindən düşür, düşünməyə, özü də bütün varlığınla dərindən anlamağa çalışırsan. Çünki kiçik bir yazıda onlarla cavabsız suallar görürsən.

Keçən əsrin dünya müharibəsi indi bizə çox uzaq görünür. Amma indiyədək o zamanlardan danışan yazıları sakit oxumaq mümkün deyil. Çünki onlar hələ də aktuallığını itirməyib və hələ də insan qəlblərinə yönəlib. Polşa əsilli mamaçanın Osvensumda olduğu müddətdən yazdığı reportaj da bu qəbildəndir. Ən müasir, dəbli saytlar indiyədək bu raportu paylaşmaqdadır. Stanislava Leşinskaya adlı mamaça Osvensum düşərgəsində 2 il qalıb. Amma bu raportu 1965-ci ildə, azad olunduqdan 20 il sonra yazıb: "35 illik mamaça təcrübəmdən 2 ilini mən Osvensum-Bjezinka düşərgəsində yenə də öz peşəmi icra edərkən keçirmişəm. Çünki ora gətirilən qadınlar arasında hamilələr çox idi.  Alman həkimlər bu məsələdə əllərini batırmaq fikrində deyildi".

Düşərgələrdə olan vəziyyəti hamı bilir, soyuq, aclıq, təhqirlər bir yana, hər saniyə güllələnmə, ya da qaz kamerasında yandırılmaq qorxusu. Taxta baraklarda üçmərtəbə çarpayıların üstünə atılmış saman döşəklər artıq sürtülüb quma dönüb deyə hamı taxta üzərində yatmış kimidir. Ola bilər ortalıqda soba da olsun, amma onu ildə 2-3 dəfə yandırırdılar. Ona görə qışda tavandan sırsıralar sallanırdı. İndi bu mənzərəyə doğmaq ərəfəsində olan qadının gözüylə baxaq. Axı o, ölümlə tetatet söhbət eləməlidi. Ola bilər, sancıları tutduğundan onu bu gün işdən azad eləyərlər. Qadınlar doğmaqdan əvvəl çox zəif olurdu, çünki bir neçə günlük yeməyini verib əvəzinə təmiz döşəkağı alırdılar ki, körpəni bələməyə parça olsun. Doğulan uşaqların təmizlik məsələsi anaların qəhrəmanlığı hesabına başa gəlirdi. Çünki yuyulandan sonra əskiləri qadınlar bədənlərinə səriməklə qurudurdu.

Leşinskaya yazır ki, doğuş üçün vacib olan ləvazimat və su onun şəxsi problemi sayılırdı. Bir vedrə suyu gətirmək üçün uzağa getmək, heç olmasa 20 dəqiqə vaxt sərf eləmək lazım gəlirdi. Antiseptik vasitələr, sarğı materiallarını yalnız arzulamaq olardı. Ən kritik məqamlarda da alman həkimlərini köməyə çağırmaq qadağan idi. Düşərgə həkimlərinin ixtiyarında cəmi bir neçə qablaşma aspirin vardı. Bu qadın düşərgədə olduğu müddətdə 3 min doğuş qəbul elədi. Ətrafdakı çirk, siçovullar, infeksion xəstəliklər, soxulcanlar, soyuq və ağrı üzərində 3 min qələbə demək idi. Leşinskaya yazır ki, bir dəfə eses həkimi ondan doğuş vaxtı baş vermiş yoluxmalar üzrə hesabat yazmağı tələb etdi. Qadın cavab verir ki, bir dənə də nə ana, nə də körpənin yoluxmasından baş verən ölüm halı olmayıb. Həkim onun yalan dediyini düşündü və bildirdi ki, dünyanın ən müasir vasitələrlə təchiz edilmiş klinikası belə nəticələrlə fəxr edə bilməz. Alman həkimi mamaçanın sözlərinə etibar etməsə də, ona nifrət və ikrahla baxdı. Bəlkə də yoluxmamaqların başqa səbəbi də vardı, son dərəcə zəifləmiş orqanizmlər heç bakteriyalar üçün də maraqlı deyildi. Leşinskayanın raportunda əsas fikir xətti o idi ki, nə qədər qəribə olsa da "Bütün körpələr sağ doğulurdu. Aclıq içində totuş körpənin doğulması adamı heyrətləndirirdi. Onların məqsədi sağ qalmaq və yaşamaq idi". 
İndi bu deyilənləri müasir zamanın doğum evləri və aldığı nəticələrlə müqayisə edək. Ən son müasir avadanlıqla və dərmanlarla təchiz edilmiş xəstəxanalarda doğan hər qadına bir neçə nəfərin, yəni həkimdən başqa şəfqət bacısı, mamaça, sanitarlar, uşaq həkimləri və s. personalın köməyi olduğu halda məlum statistikanı xatırlayaq. Kəllədaxili təzyiq az qala hər 2 körpədən birində müşahidə olunur. Uşaqların az qala hamısının nevropatoloq həkimin müalicəsinə ehtiyacı var. 

Bağırsaqdakı, qandakı infeksiyalar barədə isə dastanlar demək olar. Demək məsələ steril şərait, qulluq və həkimlərin peşəkarlıq dərəcəsində deyil.  Məsələ insan ruhu, əzmi, həyat eşqi və sair dilə çətin gələn emosiyalardadır. Düzdür, ölüm-dirim məsələsi olanda insan bütün qüvvəsini səfərbər etmək qabiliyyətindədir. Bəyəm müasir, bahalı  xəstəxanada doğmalı olan analar ölümlə təkbətək qaldığını düşünmür? Ola bilər onlar həkimə veriləcək qonorarın miqdarının həlledici olduğunu düşünüb arxayınlaşırlar. 

Leşinskayanın raportu bir daha sübut edir ki, insan ətrafındakı şəraitdən, milyonlarla bakteriyalardan, xəstəliklərdən, pisliklərdən dəfələrlə güclüdür. İnsan xəstə uşaq doğacaq qədər zəifləməməlidi! İnsan başqasının uşağını rüşvətə öyrədəcək qədər alçalmamalıdı! İnsan ətrafında hamının murdar olduğunu düşünəcək qədər məyus olmamalıdı!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]