Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Aysberq adamlar

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
26/9/2014 [00:19]
Baxılıb :
2662 dəfə

«Siz mənə gülürsüz, çünki mən sizdən fərqlənirəm. Mən də sizə gülürəm, çünki bir-birindən fərqlənmədiyinizi aydın görürəm». Mixail Bulqakov

Keçən əsrdə Karl Yunq psixologiyaya daha iki termin əlavə elədi: ekstravert və introvert. Şəxsiyyətin bu iki tipi bir-birindən köklü surətdə fərqlənir. Ekstravert davranışı ilə ətrafındakılara köklənir, introvert isə öz daxili aləminə. Ekstravertlər insanlarla ünsiyyətə, ətrafındakıların diqqətinə, ictimai çıxışlara və insanların sıx toplaşdığı yerlərə, tədbirlərə can atır. Onlar yaxşı təşkilatçı, tomada, insanları yaxşı idarə etməyə qadir məmur, aktyor və aparıcı ola bilirlər. İntrovertlərsə öz-özüylə heç vaxt darıxmır. Öz düşüncələri, xəyalları ilə təkbətək qalmaq, yaradıcılıq prosesini müşahidə etmək onları darıxdırmır. İntrovertlərdən yaxşı müəllim, tədqiqatçı, alim və yazıçılar alınır. Deyilənə görə yüz faizli ekstravert, ya da introvert olmur. Hər kəsin içində hər iki psixoloji tipdən bir qədər var. Kimdəsə bir az , kimdəsə bir qədər çox. 

Enerji vampirləri hər yerdədir

Bu çətin mexanizmin başında enerji mübadiləsi durur. İnsanla bağlı bütün məsələlər enerji alma və onu sərf etmə üzərində durub. Buna başqa sözlə həyat deyirlər. Yatanda fiziki bədən gün ərzində başladığı məsələləri həll etməkdə, fikirləri düşünməkdə davam edir. Bədən hərəkətini məhdudlaşdırdığına görə enerji ehtiyatı yenidən toplanır. Gecə yuxusundan və qidadan enerji toplamaq kifayət qədər olmadıqda insanlar çatışmayan qədəri cəmiyyətdən alır. Ona görə də cəmiyyətin gözü kimi görünən şəxslər əslində həyat enerjisinə ehtiyacı daha böyük olanlardır. Belə adamlar kollektivdə yaşamasalar, ətrafına adam toplamasalar həyat enerjisi çatışmazlığı yaşayarlar. Belələri adada yaşaya bilməyib ölərlər. Cəmiyyətin diqqəti, marağı, bəzən ola bilər mənfi mənada münasibəti olmasa, ekstravertlər qısa müddətdə "sönər". Ekstravert ona lazım olan enerjini xoşluqla ala bilməsə pisliyə, yalançılığa, deyingənliyə, ara qarışdırmağa da əl ata bilər. Kimsə sizə illər öncə olmuş əhvalatı xatırladıb mənfi emosiya yaradırsa, yeri gəldi gəlmədi tənqid edirsə, xətrinizə dəyib bunu sizinçün etdiyini deyirsə o, enerji vampiridir. Bu adam sizin ailə üzvünüz, əziziniz, sevgiliniz də ola bilər. Əslində məsələ həqiqətdə səsləndiyi qədər qorxulu deyil. Cəmiyyətdə də hər şey ilahi balans üzrə qurulub. Kiminsə enerji almağa ehtiyacı olduğu qədər başqa birisinin enerji verməyə ehtiyacı var. Yaradan introvertləri elə bunun üçün xəlq eləmiş.

Gündəlik bir situasiyanı təsəvvür edək. Avtobusa yaşlı qadın daxil olur. Cavan oğlan oturacağında bir az da büzüşüb qəzet oxumağa başlayır, ya da guya yatdığını imitasiya edir. Arxadan ciddi bir kişi çığırıb oğlana qadına yer verməyi tövsiyə edir. Cavan oğlan durur və qadın oturur. Həmin bu oğlan təbiətcə introvertdir, başı öz problemlərinə qarışıb. O, yaşlı qadına bəlkə də heç fikir verməmişdi. Arxadan qışqıran kişi isə ekstrovertdir. O, həm də qadına kömək edib enerjisini qorudu. Amma nə öz yerini verdi, nə ayaq üstə qaldı. Əvəzində cavan oğlanın narazılıqdan ishal etdiyi enerjisini, qadının minnətdarlıq enerjisini, üstəlik bütün avtobusda yerini itirmək istəməyənlərin enerjisini də topladı. Hamı da bir ağızdan "yaşlı adamlara yer vermək lazımdır" fikri ilə razılaşdı. Kollektivdə iş arası fasilədə lətifə danışıb hamını güldürənlər cəmiyyətin gözü kimi görünsələr də, əslində energetik ova çıxıblar. Hər kəsin içində özünü ekstravert və introvert kimi aparmaq bacarığı, hətta alturist olmaq imkanı da var. Cəmiyyətdə uğur qazanmış hər kəsi danışdırsan onun həyatında nə vaxtsa çatışmayan bir keyfiyyətini qazanmaq məqamı var. Ekstravertliyin və introvertliyin bütün imkanlarını tam qazananlar yüksək məqam kimi alturizmə çatır. Başqalarının maraqlarını özününkü qədər dəyərləndirmək, cəmiyyətə təmənnasız xeyir vermək, bəşəriyyət üçün çalışmaq məqamı yalnız daxili problemlərin tam həllindən sonra başlayır. 

Bağışlayın, götürün burnunuzu, onu işlərimə soxularkən tapmışam

Hər kəs introvert, yoxsa ekstravert olduğunu dəqiq bilmək istəyir. Cəmiyyətdə isə tərəzi ekstravertlərə tərəf əyilir. İntrovertlər - aysberq adamlar - ətraf mühitə yalnız bir tərəfini göstərir. Sakit, çox vaxt azdanışan olurlar. Əməllərində ehtiyatlıdırlar. Bacarmadığı işə heç vaxt girişməzlər. Bəzən ətrafdan gələn informasiyanı da məhdudlaşdırırlar. Bəzən bir işdən o birinə keçmək üçün böyük səy göstərməli olurlar. Kəskin səsləri, plandan kənar işləri, gözlənilməz səfərləri, tanış olmayan məclisləri  sevməzlər. Birinci tanış olmur və tanımadığı adamlarla söhbətə başlamırlar.

Yazıçı və introvert olduğunu dəqiq bilən Merienn Reyd kitabında deyir ki, ekstravertlər dünyasının özünə qapananlar barədə heç təsəvvürləri də yoxdu. O, 7 ilin tədqiqatı əsasında introvert olduğunu anlamaq üçün 15 müddəalı siyahı hazırlayıb:

Sizin ad günləriniz bizi maraqlandırmır.

Ofisdə işləyən hər introvert kiminsə ad gününə hədiyyə üçün pul yığılanda özünü narahat hiss edir. Pula simiclik elədiyi üçün deyil. Tipik introvert artıq ən azı 300 nəfərlik məclisə dəvət alacağını təsəvvür eləməyə başlayır. Ona görə də kollektiv məclislərə dəvət almayanda introvertlər incimir, bəzən sevinir də. Bəziləri gəlmək istəmədiyini açıq bildirirlər. 
2Bizim ad gününü unuda bilərsiz.

İntrovertin ad gününü keçirəcək bir neçə sınanmış dostu var, ona bu bəs eləyir. Onlar şənlik, atılıb düşməyi xoşlamaz. İntrovert üçün ən münasib yığıncaq əsaslı surətdə seçilmiş yaxın adamların iştirakı ilə olan məclisdir. Dünya bu hadisədən xəbər tutmamalıdır. 

Siz öz istirahət günlərinizdən danışanda, əslində biz dinləmirik.

Əgər söhbəti aparan introvertin məhdud dairəsindən deyilsə onlar şənbə günü baş vermiş vurçatlasından xəbər tutmaq istəməyəcək. Onlar düşünür ki, hər kəsin şəxsi həyata malik olmaq haqqı var. Kimsə içib başqasının qapısını gecə yarısı sındırırsa, kimsə ağzının açarını itirib səhərəcən söyüş söyübsə, bu onun şəxsi işidir. Onlar kimsəni qınamazlar, sadəcə tanımaq istəmədiyi adamlarla ünsiyyətin çox enerji apardığını düşünürlər. Bir yerdə işləmək hələ də dost olmaq demək deyil.
 
Biz kütləyə nifrət edirik.

İntrovertlər böyük insan kütləsindən tez yorulurlar. Çünki ətrafındakı sortbasort insanların, sosial qrupların rəngarəngliyini aydın hiss edirlər. Bəzi introvertlər başqasının enerjisinin təsirinə çox tez düşür. Onlara empat deyirlər. Bəzən otaqda olan hər kəsi ayrılıqda hiss edir və bundan emosional yorğunluq duyurlar.

Biz həqiqətən də korporativ yığıncaqları sevmirik.

Belə keyfiyyət bizneslə məşğul olan introvertlərə xasdır. Onlar komanda halında işləməyə məcburdur, amma bu onları təbdən çıxara bilər. Vaxtında deyilməli olan bir söz, hər dinlənilməli olan nöqteyi-nəzər onlar üçün mübarizədir. Bizneslə məşğul olan introvertlərin dayaqlanmağa bir adamı olmasa, kollektivdə işləyə bilmir. İntrovertlərin özünü rahat hiss eləyəcəyi bir kollektiv yaratmaq üçün müdirlər uzun müddət çalışmalı olur.

Biz yalandan sizi bəyəndiyimizi göstərməyə çalışırıq.

İntrovertlər  bəyəndiyi adamları dəqiq bilir və bəyənmədiklərindən ayırır. Bəyənməmək üçün səbəb müxtəlif ola bilər, uşaqlıqdakı köhnə incikliklərdən tutmuş bu gün səhər yemək vaxtı deyilmiş təsadüfi sözə qədər. İş ondadır ki, həqiqətpərəstlik o qədər də rahat həzm edilmir və iz qoyur. İntrovert sağ qalmaq üçün bütün emosiyalarını içindən çıxarmalıdır ki, yaxşı ola bilsin. Yaxşı olmaq çox vaxt həqiqi olmaqdan dəfələrlə çətindir. 

Biz işləməyi bacarırıq.

İntrovertlərin başını aparan olmasa bütün fəaliyyətini layihəyə, elektron məktublara, qaralamalara, iş planlarına sərf eləyər. Onların həmişə çoxlu ideyaları var. Tənhalığı onlar ona görə sevir ki, bu konsepsiyalarla işləməyə, təxəyyülün qanad açmasına imkan yaradır. Onlar tək olduqda mümkünsüz bir iş olmur. Onların yaratdığı bütün həyatını, lap elə sizinkini də kökündən dəyişə bilər.

Yazılı müraciətləri sevirik.

İntrovertlər elektron məktubları sevir, çünki lazımi məlumatı şəxsi kontakt olmadan ala bilirlər. Canlı ünsiyyət onları həyat səmtini itirməyə gətirir. Sonra öz məcrana yenidən qayıtmaq üçün çoxlu enerji sərf eləmək lazım gəlir. Ona görə də təbiətcə introvert olan adama yalnız ölüm-dirim məsələsi olanda zəng eləmək lazımdır. 

Biz özümüzü yalnız "öz adamımızla" rahat duyuruq.

İntrovertlərin həyatında "düzgün" seçilmiş adamı varsa, ona özünü tam həsr eləyə bilər. Ən vəfalı döyüşçü olub sevdikləri uğrunda çarpışa bilər. İnanmırsızsa, introvertin dostunda xəbər alın. Çünki onlar öz adamlarının yanında işıqlı olur. Əlbəttə, düzgün adamları tapmağa çoxlu vaxt lazımdır. Amma onları tapandan sonra imtina edilmir. 

Bizi sevən əsl dostlarımız var.

İntrovertlərə başqa adamlar, başqa adamlara isə introvertlər lazım olur. İntrovertlər ünsiyyətdə çətinlik çəkmir. Onlar da yeni məkanlara, məclislərə gedib yeni adamlarla tanış olur. Fərq ondadır ki, bütün tanışlar introvertin dostu ola bilmir. Çünki onlar dostlarını xüsusi cəhdlə seçir və münasibətlər üzərində məxsusi işləyirlər.

Biz yeri gəlsə ekstravert kimi görünə bilərik.

Həyat uğrunda mübarizədə insan hər fəndə əl atır. İntrovertlər də yığıncağın ulduzu, korporativ məclisləri təşkil edib, hətta xeyriyyə cəmiyyətinin sədri ola bilər. Amma bütün bunları könüllü edən hər introvert bilir ki, günün sonunda evə gedib istədiyi, qurduğu şəraitə düşəcək. Bəzən öz mağarasına qayıdandan sonra introvertə özünü bərpaya günlər, həftələr lazım olur. 

Biz utancaq, kobud və həddən artıq əsəbi deyilik.

Əvvəl elə görünə bilər ki, introvert kobud və əsəbidir. Amma yaxından tanışlıq göstərir ki, onlar müsahibini güldürə də, 15 dəqiqədən artıq danışa da bilir. Sadəcə onlar bunu hər kəslə eləmir. Ünsiyyətcil olmaq hamı üçün deyil. İntrovert xoşbəxtlik, ya da ehtiras rolunu yaxşı oynaya bilmir, çünki düşündükləri sifətində yazılıb.

Tənhalıqda bizə yaxşıdır.

İntrovertin beynində çoxlu hadisələr baş verir və bundan artığı onlara lazım deyil. Ətrafdakı adamlar introvertə qıcıq yaratmaq üçün lazım olur. Daxili məkanında yaratdığı həyat onları tam qane edir. Çünki başını yaradıcı layihələrlə qatıb vaxtını gözəl keçirməyi bacarırlar. 

Kübar söhbətlərdən acığımız gəlir.

İntrovertlər fikir adamı olduğundan yüksək ideyalar, nəzəriyyələr və ideallardan danışmağı sevir. Ona görə də kübar söhbətlər onlara maraqsız görünür. Ya da məcburən edildiyinə görə bunu gizləmək olmur.

Əgər biz sizi seçmişiksə, bunu dəyərləndirin.

İntrovert təklikdə keçirdiyi vaxtının dəyərini gözəl bilir. Ona görə də həyatına kimisə buraxmış olarsa, buna xüsusi diqqətlə yanaşır. Lazım olmayan adamla ünsiyyət introvert üçün limon kimi suyu sıxılmağa bərabərdir. İntrovertlər daim ekstrovertləri enerjisini içmək üçün cəlb edir. Ona görə də hər introvert başqa introvertlərlə ünsiyyətini çox dəyərli sayır. Çünki hər kəsin şəxsi ərazisinə hörmət eləməyi onlardan yaxşı kimsə bacarmaz. 

Ekstravertlərin cəmiyyəti

Tədqiqat obyekti kimi ekstravertləri seçsəydik, ola bilər yazı daha maraqlı və intriqalı olardı. Amma introvertlərin kölgədə qaldığı bir cəmiyyətdə yaşadığımızdan biz onlar barədə demək olar ki, heç nə bilmirik. Cəmiyyət yüzilliklərdi ki, introvertlərin ixtiraları, kəşfləri hesabına inkişaf edərək ekstravertlərin rahat həyatına uyğunlaşdırılıb. Son illərin kütləvi şəkildə enerji çatışmazlığının əsas səbəbi də bunda ola bilər. Cəmiyyətdə bir bədbinlik və ətalət hökm sürür. Enerji vampirləri televiziyadan mənasız verilişlərlə xalqın olan-qalan enerjisini sümürür. Müdirlər ofislərdə kobud və qaba davranmaqla, yersiz iradlar və tənqidlə tabeliyində olanların enerjisini içir. Stadionlar minlərlə tamaşaçını yığıb onları çağırışlar, lozunqlar və jest-mimika ilə özündən çıxarıb qiymətli enerjidən məhrum edir. Reklamlar da, eyni dərəcədə uşaq oyuncaqları və kitablar da bu işi görməkdədir. Məktəblərdə özünə qapanan uşaqlar az qala xəstə statusuna gətirilir. Kurikulum tədris sistemi partaları birləşdirib uşaqlara birlikdə cavab almağı və eləcə də düzgün cavaba görə aldığı qiyməti bölüşməyi öyrədir. İntrovertlər yaradıcılıq emalatxanasında şedevrlər yaradarkən estrada ulduzları "üç badam bir qoz" ritmində mahnılar seçib xalqın rəğbəti və pulu ilə birgə enerjisini də toplayırlar. Kənara çəkilib müasir cəmiyyətə nəzər sala bilsək bu, zavallı xalqın canına daraşmış bir vampir yığınını xatırladır. Cücə zavodu timsalında qurulmuş konveyerdə yumurta və cücələr deyil, insan ehtirasları və enerjisi qablaşdırılır. Pafos hər yerdədir, küləkli havada yer süpürən süpürgəçinin işində də, nazirin media qarşısında qaba çıxışında da. Hamı enerji toplamaqla məşğuldur, özü də vampircəsinə başqasından mənimsəməklə. Vampir əvəzini heç vaxt vermir”¦

***

Nə qədər ki, cəmiyyət üzünü tarixi tərpədən şəxsiyyətlərə çevirməyəcək, məktəblər bilikli olduğu qədər insanpərvər "məhsul" yetişdirməyəcək, insanın şəxsiyyəti, fərdi ərazisi, mülkiyyəti, maraqları hörmətə layiq görülməyəcək cəmiyyətdəki enerji balansı müsbət tərəfə dəyişməyəcək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]