Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kim haqlıdır: Mirzə Cəlil, yoxsa akademik Tarle?

Bölmə :
Köşə
Yazar :
Vasif Sadıqlı
Yayım tarixi :
23/9/2014 [01:25]
Baxılıb :
1345 dəfə

İnsanlara faciə üz verəndə bunu müxtəlif cür ifadə edirlər. Dizinə döymək, “qarğı kimi saçlarını yolmaq”, “güz alması kimi al yanağını dartıb cırmaq””¦ Qədim Yunanıstanda faciə ilə üzləşənlər başına torpaq tökürdü. “İliada”da Hektor öldürülən zaman Heraklın belə etdiyi yazılır. Məncə, “kül başına” qarğışı da bununla bağlıdır. Ellinizm dövründə kimdənsə kiməsə keçib. Qədim Romada isə yaslı adamlar başına cəfəri yarpağından çələng qoyurdu... Məhərrəmlikdə zəncir vurmaq da faciəyə reaksiya kimi təqdim edilir. Baş yarmağın, zəncir vurmağın günah olduğunu çoxları bilir. Hələ ötən əsrin əvvəllərində “İrşad” qəzeti yazırdı: «Baş yarmaq, zəncir vurmaq, Qasım otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bu, islam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs ki, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur».

Bunlar öz yerində. Bəs bu cəhalət mərasimi hardan gəlir? Mirzə Cəlil bir felyetonunda yazır ki, bu mərasim qarabağlıların kəşfidir. İbrahim xanın zamanında bir neçə gənc günahına görə cəzalandırılmalı imiş. Ona görə gizlənirmişlər. Onların valideynləri M.P.Vaqifdən kömək istəyir. Vaqifin məsləhəti ilə müqəssirlər bir tədbir zamanı ağ köynək geyib başlarına zəncir vura-vura xan sarayının qabağından siyasət meydanına keçirlər. Bu, xanın xoşuna gəlir və onları bağışlayır. Sonralar bu mərasim hər il təkrar olunur. Mirzə Cəlil yazır ki, “cavanlar üçün minlərlə camaatın, xüsusən qaraqaşlı qızların nəzərini cəlb etmək özgə bir zövq və nemət idi... Bir vaxt gəldi, xan da, Vaqif də vəfat etdi... Bundan sonra xan üçün edilən ağköynək büsatını imam Hüseyn adına etməyə başladılar”.  Sonra Mirzə Cəlil Qarabağ camaatının dilindən yazır ki, bu icad onlara aiddir. Bir neçə nəfəri Tehrana göndərmək lazımdır ki, İran Millət Məclisində bu ixtiranın müəlliflik hüququnu təsdiq etdirsinlər.  

Amma bu mərasimi İbrahim xanın dövründən 10 əsr əvvəl xristianların icad etdiyi barədə məlumatlar da var. Tarixçi Yevgeni Tarleyə görə, özünü şallaqlamaqla günahlardan təmizlənmə ideyası VIII əsrdə yaranıb. XI əsrdə Pyotr Damiani (1007-1072) «De laude flagellorum» («Şallağın mədhi») traktatında flagellantlığın nəzəri əsaslarını hazırlayıb. Sonralar sekta yaranıb və geniş yayılıb. 1265-ci ildə gənc bir monax özünü şallaqlayarkən “müqəddəslərin də ona qoşulduğunu” danışır. Guya onlar kilsənin qabağında özlərini zəncirlə döyüb deyirmişlər ki, bu, Allahın iradəsidir. Möminlər günahlardan təmizlənmək üçün onlardan örnək almalıdır. Monax gördüklərini yepiskopa danışır, o isə möminlər arasında özünü şallaqlamağı təbliğ etməyə başlayır. 

Flagellantlar mərasim zamanı əvvəlcə tam, ya da qurşağa qədər soyunub qollarını xaç kimi açıb yerə uzanırmış. Magistr onları bir-bir şallaqla vurur, vurulanlar dərhal ayağa qalxırmış. Sonra dairə şəklində düzülür, zarıldayaraq dini himnlər və nəğmələr oxuyur, özlərini dəmir ucluqlu alətlə şallaqlayırmışlar. Bir neçə dəfə dövrə vurandan sonra diz üstə çöküb günahların bağışlanmasını istəyir, sonra yenə özlərini döyməyə davam edirmişlər. Araşdırıcılar yazır ki, flagellantların çoxlu sayda düyünləri olan üç quyruqlu şallağı olurmuş. “Hər düyündə zərbə zamanı bədənə sancılan və «çıxarılması üçün əlavə güc tələb olunan» barmaq uzunluğunda tikanlar varmış. Onlar bir qayda olaraq yerli kilsədə toplaşır, soyunur, əyinlərində yalnız kətan alt geyimi qalır, «qan şırnaqla topuqlarına qədər axıb töküləndə» şallaq mərasimi başa çatırmış. Kütlə onları rəğbətlə izləyir, sədəqə verir, onların qanını parçaya hopdurub müqəddəs bir şey kimi saxlayırmış. 

Ruhanilər əvvəllər flagellantları dəstəkləsə də, sonralar kilsə və dünyəvi dövlət onlara qarşı birləşib. 1349-cu ildə papa Kliment onları mürtəd elan edib. Flagellantların magistrlərindən birini diri-diri yandırıblar. Bundan sonra sekta mənsubları fasilələrlə təqibə məruz qalıblar. Sonuncu flagellant mərasimlərinin 1820 və 1847-ci ildə Lissabonda keçirilməsi barədə məlumatlar var. Göründüyü kimi, “qızın iki namzadı var”. İxtira, əslində, avropalılara məxsusdur. Bəs bu vəhşi adət Azərbaycana necə gəlib çıxıb? Bəlkə də, müsyo Jordandan şübhələnməyə dəyər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]