Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Murdar həqiqət

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
19/9/2014 [23:23]
Baxılıb :
3712 dəfə

Siz də yəqin cəngavər filmlərini sevirsiz. Dəmir dəbilqəli qəhrəman öz gözəl sevglisi uğrunda döyüşə gedir və qanı bahasına onun ürəyini əldə edir. Filmin sonunda qəhrəman mütləq qadını bağrına basıb öpməlidir. Qadınsa ləzzətdən gözlərini bağlayıb bayılmalıdır.”¦ Həqiqət isə tamam fərqli görünürdü”¦ 

Pul qoxumur!

Tarixçilər orta əsrlərin vəhşiliklərindən yazmağı sevir. Həmin dövr barəsində çəkilən ən düzgün film də ətrafda canlı aləmi boğub öldürməyə qadir olan qoxuları təsvir edə bilməz. İspaniyanın kraliçəsi Kastiliyalı İzabella (15-ci əsr) boynuna alırdı ki, ömründə cəmi 2 dəfə çimib: doğulanda və toy günündə. Fransız krallarından birinin qızı bit-birənin içində keçindi. 5-ci Papa Kliment dizentiriyadan, 7-ci Papa Kliment qoturluqdan (kral 2-ci Filipp kimi) ölüb. Norfolk hersoqu dini inanclarına görə çimməkdən imtina edirdi. Onun bədəni irinli sızanaqlarla örtülmüşdü. Hersoqun nökərləri huşunu itirənədək onu içizdirib çimdirmişdi. Səhəri gün əlbirlik etmiş nökərləri edam olundu. 

14-cü Lüdovikin sarayının qonağı olmuş rus səfirləri yazırdı ki, əlahəzrət "vəhşi heyvan kimi iy verir". O da ömründə 2 dəfə çimmişdi, çünki həkimlər belə məsləhət bilirdi. Buralarda sağlam dişlər aşağı təbəqənin əlaməti idi. Saray əhli çürük dişləriylə fəxr edirdi, çünki bu, yeməyin bol olmasının sübutu idi. Dişləri çürük olmayanlar gülümsəməməklə "eyib"lərini ört-basdır etməyə çalışırdı. Kasıblarınsa nə yuyunmağa, nə paltar dəyişməyə imkanı olurdu. Ən kobud və ucuz köynək sağmal inək qiymətində idi. O vaxtlar rusların Avropada hörməti heç yox idi. Çünki onlar "biabırçı" tərzdə hər ay çimirdilər. 

Xristianlıq çirkabın keşiyində

Bütün eybəcərliklərin başında isə xristian kilsəsi, xüsusilə də katolik kilsə dururdu. Antik dünya gigiyena və təmizlik məsələlərini insanın çəkə biləcəyi ən böyük ləzzətlərdən biri elan etmişdi. Xristianlıq qalib gələnə qədər Romada minlərlə ictimai hamamlar vardı. Xristianlar gələn kimi ən əvvəl hamamları bağlatdırdı. Hər hansı formada bədənə qulluq günah idi. Xristian xətibləri cındırın içində gəzirdi ki, bu yolla mənəvi yüksəliş və təmizlənmə əldə edə bilsinlər. Bir də ki, onlar çiməndə üstünə tökülmüş müqəddəs suyu da yuyacağından qorxurdu. Həmin səbəbdən körpəlikdə xaç suyuna salınmış mötəbər xristian ömrünün sonuna kimi bu suyu üstündə gəzdirdiyini düşünürdü. Çirk və bit-birə müqəddəsliyin simvoluna çevrilmişdi. Xristian qanı içmiş birələr də müqəddəsləşmiş sayılırdı. Bit-birə "İlahinin mirvariləri" adlanaraq fəxr obyekti idi. Özünü müqəddəs elan etmiş kişi və qadın zəvvarlar fəxrlə danışırdı ki, axar çayı keçməyi nəzərə almasaq onların ayağına belə su dəyməyib. Tarixçilər bir müddət 12-ci əsr müsəlman sərkərdəsi Sallahəddinin əsgərlərinin xristian düşərgələrini belə tez tapmasının səbəbini bilmirdi. Sən demə onlar xristianları qoxuyla tapırdı.

Xristianlar dini xurafata görə pişikləri cadugərlərin köməkçisi elan edib kökünü kəsəndən sonra fasiləsiz artıb törəyən siçovullara görə Avropanı taun xəstəliyi başına aldı. Epidemiya Avropanın yarısını apardı. 15-ci əsrin tibbi traktatına görə vanna qəbul etdikdə dərinin məsamələri genişlənir və ondan bədənə zərərli bakteriyalar keçib onu xəstələndirə və öldürə bilər. 16-cı əsrin təbibləri yazırdı: "Sifəti yumaq qəti olmaz, katar (selikli qişanın iltihabı)  olar, ya da göz zəifləyə bilər". 15-16-cı əsrlərdə şəhər sakinləri hər yarım ildən bir çimirdisə 17-18-ci əsrlərdə çimməyin daşını tamamilə atdılar. Arabir onların bədəni su görürdü, o da yalnız müalicə məqsədilə dərman olan vannaya girəndə. İnsanlar təmizlik işlərindən o qədər uzaqlaşmışdı ki, 19-cu əsrdə həkim Bilts məşhur tibb kitabçasında xalqı yola gətirməyə çalışırdı: "5, ya da 6-cı vannadan sonra buna öyrəşmək mümkündü". Ona heç kim inanmırdı”¦

Sabuna eşq olsun! 

Ətirlərin vətəni olan Avropada bu fantastik kəşf ona görə edildi ki, insanların çimmək adəti yox idi və illərlə təmizlik görməyən bədənin qoxusunu azdırmaq lazım gəlirdi. 14-cü Lüdovikin təmizliklə bağlı cəmi bir mərasimi vardı, əllərini konyakla silərdi.

Günəş ləqəbli başqa bir fransız kralı bir gün yuxudan çox pis əhvalda oyanır. Çünki hər gün olduğu kimi taxtabiti əlindən gözünü yuma bilməmişdi. Onun uzun-uzadı geyim mərasimi və 2 dəqiqəlik yuyunma işi vardı. Qarşısındakı balaca qabın dibində bir qədər su olurdu. Kral barmaqlarının ucunu suya toxundurub silməklə kifayətlənərdi. Əhvalını düzəltmək üçün o, bütün saray əhlinə ətirlənmək əmrini verdi. Yoxsa iydən sarayda yaşamaq mümkün deyildi. 

Luvrun təməlini qoymuş Filip-Avqust bir dəfə yanından keçən arabanın buraxdığı murdar qoxudan bayılmışdı. Bunun nəticəsi kimi o, 1190-cı ildə kral fərmanı ilə ətir, pudra, pomada, ağardıcı krem, sabun, əlcək və dəri məmulatları istehsal edənlərə xüsusi güzəşt və imtiyazlar vəd verdi. Amma xalq ətir düzəltməyə cummaq fikrində deyildi. Ətirlərin dəbə minməsi üçün bir neçə kral fərmanı lazım oldu. İlk sabunu Avropa 13-cü əsrdə bişirməyə başladı. Buna qədər sabun suvenir sayılırdı. Cəngavərlər səfərdən qayıdanda sevgilisinə hədiyyə kimi qoxulu sabun kürəcikləri gətirərdi. Sabunla yuyunmaq, alt paltarı sabunlamaq böyük israfçılıq sayılardı. İngiltərə və Hollandiyada isə Fransadan fərqli olaraq kosmetik vasitələr və ətir qadağan idi. 

Ətir üzrə ilk patenti əlcək tikən ustalar aldı. Fransada Mariya Mediçi ətirlənmiş əlcəkləri dəbə gətirmişdi. Saray xanımları çəngəl olmayanda nahar süfrəsi arxasında əlcəklə yemək yeyirdi. 

"Gecə vazaları"nın yürüşü

Avropada tualet dedikdə hazırki, super görkəmli ayaqyollarını yox, sarayın divarından aşağı tökülən əsrlərlə dəyişməz qalan qədim tualetləri düşünsək həqiqətə daha yaxın olarıq. Xristianlığın gəlişi ilə insanlar nəinki hamamları, eləcə də tualetləri unutmalı oldu. Bəşəriyyət yenə də "gecə vazaları"na üz tutdu. Unudulmuş kanalizasiya xətlərini şəhərin küçələri, axurlar, balaca qoxulu çaylar əvəz edirdi. Antik zamanın sivilizasiyasını unutmuş adamlar ehtiyacını harda istəsə ödəyirdi. Bu yer, saray, ya da qəsrin pilləkənləri da ola bilərdi. Fransız saray əhli tez-tez bir saraydan o birinə köçməli olurdu, çünki bir müddətdən sonra o sarayda nəfəs almaq mümkün deyildi. Çarpayı altındakı "gecə vazalarını" günlərlə atmır, yumurdular. 
Əfsanəvi Luvr sarayında bir dənə də tualet yox idi. Ehtiyacları ödəmək üçün çoxlu pilləkən və eyvanlar vardı. Məlum səbəblərdən dəhlizlər dərin oyuqlar və qalın pərdələrlə bəzənirdi. Saray əyanlarını ehtiyac qısnayanda bəzən pəncərədən bayıra çömələ bilirdilər. Hersoq Sen-Simonun memuarlarına görə yaxşı tanınan Versal sarayında da həmin mənzərə idi. Ola bilərdi ki, hansısa mötəbər qadın lazım gələrsə hətta kilsədə messa zamanı bir kənara çəkilib ehtiyacını ödəyərdi. Ehtiyac zamanı kiminsə bayıra, bağ-bağçaya, ya da gizlin yerə qaçmaq ağlına gəlmirdi. Çünki bütün Avropa diareyadan (ishal) əziyyət çəkirdi. İndi Versal sarayında gəzişənlər deyir ki, parkın torpağı günəşli havada hələ də iy verir. Təxminən eyni səbəbdən kişilər üçün bir neçə qatlı şaquli lentlərdən ibarət pantelonlar və qadınlarçün enli, bir neçə qatlı ətəklər dəbə gəlmişdi. Onlar kritik məqamların görüntülərini gizlətməli idi. Amma qoxuların qarşısını heç nə ala bilmirdi. Enli ətəklərin daha bir funksiyası da vardı. Qadınlar onun altında balaca itlər gəzdirirdi ki, bədənlərindəki birələr itin canına daraşsın. 
Amma günlərin bir günü, fransız kralı 9-cu Lüdovikin (13-cü əsr) başına pəncərədən bayıra boşaldılan ifrazat küpəsi töküləndən sonra bu məsələdə irəliləyiş baş verdi. Təzə fərmana görə şəhər sakini ifrazatı bayıra tullamamışdan əvvəl "Özünü qoru!" çığırmalıdır. Əmrə tabe olmayanları cəza gözləyirdi. Moda mütəxəssisləri bilir ki, kənarları enli şlyapaların yaranma tarixcəsi birbaşa ifrazatla bağlıdır. Mötəbər şəhər sakinləri enli şlyapalar geyirdi ki, pəncərələrdən bayıra atılan ifrazat sifətlərini murdarlamasın. Hətta qadın qarşısında dərin reverans etmək, təzim edib baş əymək adəti də əslində iy vermiş şlyapanı qadından uzaqlaşdırıb onda nifrət yaratmamaq məqsədi daşıyırdı. 

Sərhədləri aşan nəcis təpələri

Kanalizasiyadan məhrum edilmiş orta əsr Avropa şəhərlərinin qala divarları və qoruyucu xəndəyi vardı. Şəhərin kanalizasiyaya olan ehtiyacını da elə onlar ödəyirdi. Divarlar nəcisdən, murdar qoxulu xəndək isə düşməndən qoruyurdu. Bəzən qala divarlarını bir qədər də qaldırmaq lazım olurdu, çünki nəcis divar boyunca ucalmışdı. Parisdə nəcis divarı aşmağa başlayanda şəhər sakinləri narahat olurdu. Çünki düşmən bərkimiş ifrazat təpəsinə çıxıb asanlıqla şəhərə girə bilərdi. Küçələr o qədər çirk idi ki, bulaşmamış burdan keçmək mümkün deyildi. Bəzi mənbələrdə "yaz ayaqqabısı" adlı bir qurğunun adı çəkilir. Almanlar bu ağac-ayaq qurğu ilə hərəkət edirdi. Avropa xalqlarının əksəriyyətinin milli geyimində taxta başmaqlar var. Bu da ifrazatın küçələrdə axdığı zamanlardan yadigar qalmış atributlardır. 

Orta əsr şəhərinin tualeti iki yanaşı evin arasında, təxminən ikinci mərtəbə səviyyəsində quraşdırılmış taxta parçaları üzərində oturacaqdan ibarət idi. Ona görə də siz birdən axşamüstü gəzişmək fikrinə düşəsi olsaz qonşunun dünənə hansı yemək yediyini dəqiq biləcəkdiz. 1662-ci ildə Parisin küçələrinin təmizlənmə mərasimi xalqın həyatında o qədər böyük hadisə oldu ki, ona əfsanələr qoşur, himnlər deyirdilər. Şəhərin təmizlənməsi labüd idi, çünki qonşu ölkələrdən sağalmaz xəstəliklər gəlirdi.

Hələ çox-çox sonralar da Londonda Parlament binasında nə qədər isti olsa da, müzakirələr zamanı pəncərələri açmazdılar, çünki Temza çayının qoxusu dözülməz idi. Yağış suyunun yuyub bir yerə topladığı arxlardan bəzən çirkab çayları əmələ gəlirdi. Fransanın Merderon çayının adı burdan götürülüb (merd tərcümədə nəcis deməkdir). 

Yuyulan ilk tualetin layihəsi Leonardo da Vinçiyə məxsusdur. 1-ci Fransiskin sarayına gəlişində burda olan qoxulardan dəhşətə gələn rəssam ilk əvvəl su ilə yuyulan tualetin layihəsini çəkir. Amma bu layihə də onun bir çox kəşfləri kimi kağız üzərində qaldı. Həmin bu layihəyə laqeyd qalmış hakimin zamanında "gecə vazası"nda oturaraq qonaq qəbul etmək dəbi də vardı.  

"Əzizim, yuyunma, mən üç həftəyə gəlirəm" 

14-15-ci əsrin əfsanəvi fransız cəngavərinin əsl görünüşü belədi: qadınları məftun edən bu kişinin təxminən 1m 60 sm (o vaxt əhali balacaboy idi) boyu var. Qəhrəmanın qırxılmamış və yuyulmamış sifəti çiçək xəstəliyindən kələkötürdü. Cəngavərin dəbilqə altında yağlanıb yaprıxmış uzun saçlarında bit-birə qaynaşır. Ağzından elə iy gəlir ki, belə adamla nəinki öpüşmək, onun yanında dayanmaq da çətin idi. Cəngavərlər əlinə keçəni yeyir və bütün bunları turş şərab və sarımsaqla üstünü düzəldirdi. Şərab və sarımsaq infeksiyalardan bir qədər də olsa xilas edirdi. Şərabı da o, kefindən içmirdi, çünki su içiləsi deyildi və minlərlə xəstəliyin daşıyıcısına çevrilmişdi. Cəngavər istəsəydi də, soyunub bir qədər tər və başqa qoxulardan azad ola bilməzdi, çünki dəbilqəsi  təkbaşına çıxaracaq qədər sadə deyildi. Soyunub geyinmə mərasimi saatlarla vaxt apardığından cəngavər ehtiyacını elə yerindəcə ödəyirdi. Belə kişini qaçırmaq üçün ondan da artıq iy vermək lazım idi. Zamanın gözəl qadınları it sidiyi ilə saçın rəngini dəyişərdilər. Dəbi isə sifilis diqtə edirdi. Gezer yazırdı ki, sifilisdən sonra baş və üzdə bütün tüklər töküldüyündən saqqal saxlamaq dəbi əmələ gəlmişdi. Kişilər uzun bığ-saqqal saxlamaqla xəstə olmadıqlarını sübut edirdilər. Saçını itirənlərə pariklər təklif edilirdi. Yüksək təbəqədə sifilisli xəstələrin sayı daha çox olduğuna görə bu parik tezliklə dəbin atributuna çevrildi. 

Donjuanlığı ilə ad çıxarmış Henrix Navarskinin məşuqəsi Qabriel de Estreyə yazdığı məktub indiyədək lətifə kimi dillərdən düşmür: "Əzizim, yuyunma, mən üç həftəyə gəlirəm". 

Birə şəhərin merini seçirmiş

Bircə birələrlə heç nə bacarmırdı. Müxtəlif quruluşlu qaşıyan çubuqlar, birətutan boyunbağılar, saç sancaqları əmələ gəlmişdi. Saraylarda isə xüsusi paj nahar vaxtı kralın birələrini tutmaqla məşğul idi. İmkanlı qadınlar bədənində "zoopark" daşımamaq üçün ipək alt paltarı geyməyə başladı. Həqiqətən də birələr ipək parçaya yapışa bilmirdi. Köçəri küçə musiqiçiləri, trubadurlar bədənlərindən birələri tutub gizlincə sevdikləri qadının canına salırdı ki, heç olmasa bu cür qanları qatışsın. Rəngli boya ilə çəkilmiş rəsmlərdəki çarpayı üstündəki bəzəkli talvar və təxti-rəvanın da işi tavandan tökülən həşəratların qarşısını almaq idi.  O vaxtlar dəbə minmiş qırmızı taxta mebelin müsbət cəhəti o idi ki, üstündə öldürülmüş taxtabitinin qırmızı qanı gözə girmirdi. Meymunlarda olduğu kimi yanındakının üstündəki birələri axtarmaq rəğbət göstərməyin bir yolu idi. 

Orta əsrlərdə birə İsveçin Qurdenburq şəhərində mer seçkilərində də iştirak edib. O vaxtlar yüksək mənsəbə yalnız iri saqqalı olan namizədlər layiq görülə bilərdi. Namizədlər masa arxasında oturub saqqallarını ortaya qoydu. Bir nəfər masanın tən ortasına bit buraxdı. Həşəratın bəyəndiyi saqqal sahibi mer elan edildi. 

Avropanın yarısı qırıldı

Gigiyena məsələlərinə diqqətsizlik Avropaya baha başa gəldi. 14-cü əsrin taun epidemiyası zamanı Fransa əhalisinin üçdə birini, İngiltərə və İtaliya isə yarısını itirdi. Cəmilikdə bu, 25 milyon əhali demək idi. Avropaya səfər etmiş şərq səyyahları da öz təəssüratlarını gizləmirlər. "Maarifçi" Avropaya gəlmiş fars səyyahının yazılarında oxuyuruq ki, Fransanın monarxı onu sarayına dəvət edir. Amma sabahısı gün bütün fars nümayəndələri "təxirə salınmaz dövlət işlərini" bəhanə edib tez-tələsik çıxıb gedir. Çünki gecə səfir həşəratlardan zığ vuran döşəyə görə gözünü yuma bilməmişdi. Bir gün sarayda qalmış farslar üstündəki və saray həyətində dayanmış arabadakı bütün paltarlarını yandırıb bədənlərindəki bütün tükləri qırxmalı olmuşdu. 
Ona görə də Hindistandan gələn ədvalar, xoş qoxulu şamlar, meyvə və çiçəklərdən çəkilmiş yağların qiyməti çox yüksək idi. Həm də Hindistandan gətirilmiş istiot qızıl qiymətinə satılırdı. Çünki zərərvericiləri və bəzi virus, bakteriyaları öldürə bilirdi. 

Təmizlik məsələsində Avropa Napoleona borcludur

Maraqlısı odur ki, 17-18-ci əsrlərdə adamlar daha sivil olduqda da murdar qoxular çəkilmədi. Əyanlar başlarında o qədər mürəkkəb saç düzümü gəzdirirdi ki, onu hər gün söküb düzəltmək, geyinib soyunmaq çox çətin idi. Ona görə də saray xanımlarının başında birə, taxtabiti, hətta siçanlar da yuva salırdı. Saçın içində ucu biz sancaq olurdu ki, tərpənən kimi yazıq siçanın böyrünə batırıb onu lazımi anda hərəkətsizləşdirmək olsun. Saçını açıb daramağı, paltarını dəyişib yüngülləşməyi etməyən adamlardan çimməyi gözləmək lap yersizdi. Əslində Avropa təmizlik məsələsində Napoleona borcludur. Sərkərdə yeni imperiya quraraq cəmiyyəti lazımsız parik və paltarlardan azad elədi. Yeni geyim üslubu Roma xanımlarının sadə geyiminə bənzədiyi üçün indi ən dəbli xanımlar soyunub üstündəki artıqlıqları ataraq çimməyə getdi. 

***
Biz Avropanı Dümanın tarixi romanlarının ruhunda görürük və o zamanlar yaşamadığımıza heyfslənirik. Həqiqət daha bəsit imiş. Bu, iyli, qoxulu, murdar həqiqəti Luvrda asılan dəyəri milyonlarla ölçülən kətan lövhələrdən əvvəl öyrənmək lazımdır.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]