Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Gözəllər sadiq, sadiqlər gözəl olmur?

Bölmə :
Köşə
Yazar :
Vasif Sadıqlı
Yayım tarixi :
17/9/2014 [23:36]
Baxılıb :
2377 dəfə

İlk dəfə bir insanı görəndə, xüsusən ilk tanışlıq zamanı situasiyadan asılı olaraq bir sıra suallara cavab tapmağa çalışırıq. Və bu proses avtomatik olaraq gedir: kimdi, təhlükəlidirmi, etibarlıdırmı, dürüstdürmü, yalançıdırmı...? Hətta bəzi alimlərin qənaətincə, əxlaqi cəhətdən çox ciddi olan insanların belə özünün xəbəri olmadan şüur altında, bəlkə də, bir saniyə belə çəkməyən hesablama gedir: şəhvani cəhətdən nə dərəcədə məqbuldur? Tutalım, qarşıdakı insan fiziki cəhətdən gözəldir, bu, nə anlama gəlir? Bəs çirkindirsə? Müxtəlif mədəniyyətlərdə bu xüsusda daban-dabana zidd qənaətlər olub. 

Birinci ifrat: gözəl bədəndə günahkar ruh ola bilməz

Antik Yunanıstanda Frina adlı çox gözəl, eyni zamanda pozğun bir qadın olub. O, dövrün tanınmış alim, şair, sərkərdə, siyasətçilərini bir-bir özünə cəlb edərək külli miqdarda vəsait toplayıbmış. Mənbələr yazır ki, Lidiya çarı onun vəslinə yetmək üçün xəzinəni boşaldıb və vergiləri artırmalı olub. Bir gün onu allahsızlıqda ittiham edərək məhkəməyə veriblər. Dəlillər güclü, edam cəzası qaçılmaz imiş. Amma vəkili onu xilas edir. O, məhkəmə salonunda Frinanın paltarını əynindən çıxarır (bu səhnə sonralar bir çox rəssamlar üçün mövzu olur). Hakimlər Frinanın qüsursuz gözəlliyini görəndə dilləri tutulur. Yadlarına o vaxtın estetikasındakı kalokaqatiya konsepsiyası düşür. Buna əsaslanıb belə bir qərar veriblər: bu gözəllikdə bədəndə günahkar ruh ola bilməz. Frinaya "Afroditaya xidmət edən dindar qadın" statusu verilir. Şikayətçi isə cərimələnir. O dövrün məşhur heykəltəraşı Praksitel Afroditanın heykəlini düzəldəndə Frina poza verirmiş. O vaxt belə bir epiqram da yazılıb: 
Bir gün Knidosa gəldi 
Afrodita, 
Gəldi ki, özünün heykəlini görsün. 
Və hasara alınmış abidəyə baxıb qışqırdı:
"Görəsən, Praksitel məni nə vaxt lüt görüb?"
 
İkinci ifrat: gözəllər sadiq, sadiqlər  gözəl olmur

Avropada tərcüməçilər arasında geniş yayılmış bir aforizm var: tərcümə də qadın kimidir: gözəli sadiq (yəni əslinə daha sədaqətli), sadiqləri isə gözəl olmur. Gözəllərin vəfasızlığı müxtəlif cəmiyyətlərdə geniş yayılmış qənaətdir. Belə görünür, bu qənaət əvvəllər də olub. Məsələn, Füzuli də bir şeirində yazır: gözəllər o qədər vəfasızdır ki, hamısının vəfasını yığsan, bir aşiqə kifayət etməz.

Bir başqa qəzəldə isə deyilir:
Gər dersə, Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə,  yalandır.

Dinimiz bu barədə nə deyir

Quran hər iki ifratı rədd edir. Gözəl formada naqis məzmun da ola bilər: Münafiqun surəsinin 4-cü ayəsində deyilir: "Onlara baxanda boyları-buxunları (fiziki görünüşləri) xoşuna gələr sənin. Elə ki, dindilər, görürsən ki, divara dirənmiş quru kötük kimidirlər". Ayədə münafiqlərin qəlbinin xəstəliyindən bəhs edilir. Yusuf surəsindən isə öyrənirik ki, gözəllər sadiq də ola bilər. Zahirən çox gözəl olan Yusif eyni zamanda mükəmməl daxili gözəlliyə malikdir, o cümlədən cinsi əxlaq baxımından. Başqa nümunələrə də baxıb insanları forma və məzmunca 4 qrupa bölmək olar. Zahiri də, daxili də gözəl, zahiri gözəl, daxili idbar, zahiri də daxili də idbar, zahiri çirkin, daxili gözəl.  

Füzuli həm zahiri, həm də xarici gözəl olanlardan da yazır: Ey mələksima ki, səndən özgə heyrandır sana...

Yəni deyilən gözəlin siması mələk qədər gözəldir, amma özü özünə heyran deyil. Onun nəfsi ən azı ləvvamə - özünü qınayan nəfsdir. Özünü qınayan nəfs isə Quranda and predmetidir: "And olsun özünü qınayan nəfsə" 

Niyə hamı gözəl deyil?

Çoxmu lazımdı? Yusif  peyğəmbər zahiri gözəlliyinə görə əvvəlcə qardaşlarının paxıllığı üzündən ölüm təhlükəsi ilə üzləşir, sonra Züleyxanın fitnəsi ilə. Daxili gözəlliyinə görə isə Rəbbimiz köləni Misirdə sultan eləyir. Ona görə də düşünmək olar ki, Allah taala bəzi bəndələrini, bəlkə də, bəlalardan qorumaq üçün zahiri gözəlliklə süsləmir. Fiziki cəhətdən elə də gözəl olmayanlar üzülməsin, bu, Allahın bir lütfü də ola bilər. Əsas olan gözəl qəlbdir. Mövlana "Fihi ma fih"də yazır: "Məcnunun zamanında Leylidən daha gözəl qızlar vardı. Fəqət Məcnun bunlara sevgi göstərməmişdi. Ona başqa qızlar təklif edəndə: "Mən Leylini zahiri gözəlliyinə görə sevmirəm. O, mənim əlimdə qədəh kimidir. Mən o qədəhdən şərab içirəm və o şəraba aşiqəm. Sizin gördüyünüz sadəcə, qədəhdir, şərabdan xəbəriniz yoxdur" demişdi".

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]