Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Futlyarını cırarkən

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
17/9/2014 [23:28]
Baxılıb :
2193 dəfə

Deyilənə görə, sovet vaxtı bizdə ondan yox idi. Mağazalarda kolbasa tapılmadığı kimi o da ələ düşmürdü. Amma əhali artımı vardı, xoşbəxt ailələrdə uşaqlar doğulurdu. Filmlərdən çılpaq anları da yığışdırırdılar ki, millət duyuq düşməsin. Belə baxış bucağından boylansaq ondan indi heç yoxdu. Onu imitasiya edə biləcək bütün avadanlıq var: televiziya, filmlər, musiqi, kitablar, porno saytlar və bu barədə əttökən söhbətlər”¦ 

Bu seks deyilən nədisə, görəsən niyə yoxa çıxıb? Təqvim 21-ci əsri göstərir. Biz artıq gey və lesbian görəndə gözlərimizi o qədər də bərəltmirik, bikini, bustqalter sözünü artıq rahat deyə bilirik, cinsi orqanların elmi adını isə dili topuq çalmadan deməyi öyrənmə mərhələsindəyik. Kişi tanışlarından kiməsə "öz aramızdı" deyib mövzuya dair ağzını arasam mütləq belə bir ifadə işlədəcək: "Sənə nə var, qadınsan. Kimə istəsən seks təklif etsən dalınca qaçarlar. Mən bunu eləsəm şillə yeyə bilərəm". Həqiqətən də cəmiyyətdə "yox-yox, mən belə deyiləm" adlana biləcək bir oyun gedir. Bu, xüsusilə qadınlara xasdı. Partnyorun sənin dərdindən məcnun olub səhralara düşmürsə, deməli onunla intim yaxınlıq böyük səhv imiş: "O, bir də zəng eləməyəcək, çünki istədiyini artıq alıb". Ləzzət məqamı, birlikdə keçirilmiş gözəl dəqiqələr nədənsə dərhal unudulur. Müasir tibb təsadüfi hamiləlikdən və zöhrəvi xəstəliklərdən qorunmağı bacardığı bir zamanda qadınların özünü belə aparması gülünc görünür. Seks minilliklər əvvəl olduğu kimi ayıbdır, ada, nəsil-nəcabətə yuyulmaz ləkə gətirir və ömrün sonuna kimi ictimai qınaq üçün hələ də bəhanə ola bilər. 

Həmin səbəbdən də kişilər istədiyini əldə etməkçün riyakarlıq, yalan, hisslərin imitasiyası yolunu seçirlər. Artıq qadın uğrunda kimsə döyüşə getmir, qəhrəmanlıq göstərmir. Uzaqbaşı restorana dəvət edəcək, ya da brend marka bir hədiyyə verəcək. Kişi fantaziyası bundan uzağa getməyə qadir deyil. 

Dünyada fərqli proseslər gedir. Avropalı qadın ən əvvəl partnyordur. Onun yerinə restoranda pul vermirlər. O, hədiyyə gözləmir. O, mühafizəkar, qəyyum deyil, seksual münasibət və dostluq gözləyir. Ona sonsuz tərif yalanları və gül dəstələri lazım deyil. Həmin səbəbdən də onların kişiləri bu qədər yalan danışıb baş aldatmır. Əlbəttə, avropalı qadın karyerasını həyatının ən böyük ləzzətinə çevirdiyindən kişilərlə münasibəti düşündüyümüz qədər hamar deyil. Müasir kişiyə feysbukda mazaqlaşma, sevimli pornosaytında yenilikləri izləmək, yatmazdan əvvəl bir neçə fotoya baxmaq bəs eləyir. 

Yazıçı Aksenov "Krım adası" kitabında yazırdı ki, 21-ci əsrdə qadınlar kişilərə yaxınlaşıb "İstəyirsən sevişək?" deyib soruşacaq. Ola bilər keçən əsrin sonundan baxanda 21-ci əsrin real perspektivi belə görünürdü. Bu da utopiyaya çevrildi. Planetimizin qaynar nöqtələrində, yəni isti regionlarda seks öz ibtidai formasında hələ ki, qalmaqdadır. Deyilənə görə, Kubada səhnədə muzikl zamanı hər 5 dəqiqədən bir seks səhnəsi görmək olar. Oralarda 75 yaşlı kişilər 45 yaşında görünür. İslam dini qarşısını almasaydı, ərəb ölkələrində də bu cür olardı. 

Biz reallığın imitasiyası şəraitində yaşadığımızı anlamırıq. İnternet gözəl vasitədir, amma hansısa məqamda gözbağlıca edib vacib məsələləri gizlədə biliblər. Hətta KİV də bütün günü seksdən danışmasına baxmayaraq onu dəyərdən salan məhsul kimi beyinlərə yeritməklə riyakarlıq edib. Dədbə olan serialların məzmununa baxaq, orda əsas qəhrəmanlar 5-6 sezon əsas məsələyə gedib çıxa bilmirlər. Lap tantrik davranış qaydalarına oxşayır. Alimlər bunu kişilərdə testosteronun miqdarının aşağı düşməsilə izah edir. Biz bədbin, maraqsız, seksuallıqdan məhrum bir mühitdə yaşayırıq. Burda yemək və ayaqqabı şəkilləri paylaşılır. Biz öz şəxsi personamıza o qədər vurğun olmuşuq ki, başqa birisini xoşbəxt eləmək barədə fikirləşməyə imkanımız qalmır. Yəni doğrudanmı siyasi, ekoloji kataklizmlərdən danışmaq pozitiv enerji mübadiləsindən qiymətli ola bilər? 

Bəzən ətrafımdakı ən dəlisov ideyaları və layihələri dəstəkləyənlər də məsələnin belə qoyuluşunda sadəcə susur. Musiqi də azadlıqdır, yaradıcılıq da azadlıqdır, seks də azadlıqdır. Ayaqlarının arasında şəffaf buluq parçası gəzdirdiyini düşünənlər azad ola bilmir. Tarixə baxaq, cəmiyyətdə gedən proseslərə qarşı etiraz dalğaları həmişə seksual inqilablarla müşayiət olunub. Dünya seks uğrunda mübarizə edib azadlıq qazanıb ki, 21-ci əsrin adamı bu barədə sakit danışa bilməsin? Bizim hətta rok musiqiçilərimiz də, rep deyənlərimiz də bu barədə danışmır. Həmin o rok və rep ki, dünyanı abırsız təklifləriylə silkələyib ayılda bilmişdi. 

Ona görə kimsə deməsin ki, cəmiyyətdə seksual inqilab gözlənilir. Açıq-saçıq geyinmək, özünə dəyər verə bilməmək, ağı-qaradan seçməyi bacarmamağın seksə və azadlığa dəxli yoxdu. Seks həqiqəti açıq-aydın deməyə bərabər tutula bilər. Bizim balaca beyinlərimizdə partlayış olmayıb hələ. Əgər bu mövzu sizi narahat edib cırnadırsa, ən əvvəl pornosaytlardan yığışın. Üstəlik kompüterin veb-tarixcəsini və keşi təmizləməyi unutmayın. Nəvələriniz üzünüzə qayıdası olsa riyakarlığınızı 2 dəqiqəyə sübut edə bilər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]