Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycanın Uzaq Şərqlə yaxın əlaqələri

Azərbaycanın Uzaq Şərqlə yaxın əlaqələri
Bölmə :
KİVDF
Yayım tarixi :
16/9/2014 [00:15]
Baxılıb :
2461 dəfə

Aydın Abbasov: “Qitə ölkələri ilə münasibətlərimiz bir neçə istiqamət üzrə mövcuddur”

Mirkazım Kazımov: “Ölkəmizin Asiyanın bəzi dövlətləri ilə sıx partnyorluq münasibətləri yaranıb”

Elman Nəsirov: “Azərbaycanın Asiya ölkələri ilə münasibətləri keyfiyyət mərhələsindədir”

Rəsmi Bakı dəfələrlə açıqlayıb ki, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Bu siyasət dünyada gedən proseslərə təsir imkanları olan hər bir beynəlxalq təşkilatla əməkdaşlığı, ölkələrlə qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını  özündə ehtiva edir. Azərbaycanın Qərbi Avropa dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlərin inkişafı dövlət və özəl sektorda əsaslı islahatların həyata keçirilməsinə, eləcə də müasir bazar iqtisadiyyatının qurulmasına və xarici sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, Qərbi Avropa ölkələri Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edir. Bundan əlavə, Azərbaycan özünün yüksək səviyyəli mülki cəmiyyətinin təşəkkülü prosesində Qərbi Avropa ölkələri ilə faydalı əməkdaşlıqdan bəhrələnir. 

Azərbaycan Qərblə yanaşı, Şərqlə də müxtəlif sahələrdə səmərəli əməkdaşlıqlar qurmağa çalışır. Onlardan Uzaq Şərqin qabaqcıl dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığı qeyd etmək olar. Bu ölkələrlə əməkdaşlığın inkişafının zəruriliyi Azərbaycanı "İpək Yolu" layihəsinin gerçəkləşdirilməsində daha iradəli olmağa sövq edib. Çinin artan beynəlxalq nüfuzu və Avrasiyada onun mövqelərinin möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təkan verib. Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması və ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı maraq Azərbaycan-Yaponiya münasibətlərinin zəngin potensialının müntəzəm əsasda açılması üçün əlverişli zəmin yaradıb. Bu ilin əvvəlində Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfəri və bu çərçivədə Vyetnam və Çində keçirdiyi görüşlər Azərbaycanın regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanların yaratdığı söylənilir. 

Elə bu ilin sentyabrın 10-12-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov  Çin Xalq Respublikasının Tiançin şəhərində Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak etdi. Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, xüsusilə də İKT-nin inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi məsələlər müzakirə olundu.

Bu günlərdə Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak da Bakıya rəsmi səfərə gəldi. Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı. Siyasi, enerji təhlükəsizliyi və regional təhlükəsizlik ilə bağlı müzakirələr aparılması ilə bağlı açıqlamalar verildi. Anlaşma Memorandumu imzalandı. 
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, iki ölkə arasında enerji sahəsində çox ətraflı müzakirələr aparılıb: "Bu sahədə əməkdaşlığımız üçün çox böyük perspektivlər var. Zənnimcə, biz bu sahədə strateji tərəfdaşlığa nail ola bilərik - enerji resurslarının ixracı, nəqli, emalı və digər məsələlərdə. Bu səbəbdən də bu gün SOCAR və "Petroliam Nasional Berhad" şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir əməkdaşlıq çərçivəsi yaradır. Əminəm ki, hər iki şirkətin rəsmiləri dərhal fəal dialoqa və əməkdaşlığa başlayacaqlar. Çünki artıq tərəflər konkret layihələr müəyyən ediblər. Ümid edirəm ki, biz olduqca qısa zamanda real nəticələr görəcəyik.

Onu da qeyd etmək istərdim ki, Malayziya dünyada bizim üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçiririk, səylər göstəririk. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal əməkdaşlıq edirik. Malayziya istər iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistem və güclü iqtisadi zəminin yaradılması baxımından böyük nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı, həmrəyliyi əməkdaşlığın gücləndirilməsinə də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək daha çox işlərə nail ola bilərik. Biz əməkdaşlığımızdan çox razıyıq. Düşünürəm ki, bugünkü səfər əməkdaşlığımızın yeni səhifəsini açır".

"Asiya qitəsinin bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrimiz var"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Aydın Abbasov "Bizim Yol"a bildirdi ki, Azərbaycanın yerləşdiyi məkandan, kontingentindən asılı olmayaraq, bütün dövlətlərlə əməkdaşlığı mümkündür: "İstənilən sahədə səmərəli əməkdaşlıq mümkündür. Azərbaycanın ölkələrdə və beynəlxalq təşkilatlarda səfirlikləri, nümayəndəlikləri fəaliyyət göstərir. Ticarət, bank, enerji sektorunda əməkdaşlıq mövcuddur və inkişaf edir. Azərbaycan bütün sahələrdə inkişaf etmiş dövlətdir. Regionun lider dövlətidir. Dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, əlbəttə ki, ikitərəfli münasibətlərin yaranması və inkişafı arzuolunandır. Möhtərəm Prezident İlham Əliyev xarici siyasətini dövlətin, xalqın maraqlarına uyğun qurur, hansı siyasət xalqımız üçün faydalı, uğurludursa, o siyasəti həyata keçirir. Biz də bu  xarici siyasəti dəstəkləməliyik. Azərbaycanın xarici siyasətində Asiya qitəsinin bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr, bu regionda yaradılmış və müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq və regional qurumlarla münasibətlər var. Qitə ölkələri ilə Azərbaycanın münasibətləri və əlaqələri bir neçə istiqamət üzrə mövcuddur".  

Aydın Abbasov bildirir ki, xarici siyasətdə parlament diplomatiyası da önəmlidir: "Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Parlament diplomatiyamızın ölkəmizin beynəlxalq təşkilatlarla və ölkələrlə münasibətlərinin qurulmasında, inkişafında özünəməxsus əhəmiyyəti var. Milli Məclisin uğurlu parlament diplomatiyası dövlətin xarici siyasətini özündə əks etdirir və bunun da nəticələrini görürük".

"Müxtəlif sahələrdə əlaqələrin qurulması üçün güclü potensial mövcuddur"

Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası dostluq qrupunun üzvü, deputat Mirkazım Kazımov bildirdi ki, Azərbaycan onun çoxtərəfli münasibətləri ilə məntiqi vəhdət yaradan ayrı-ayrı xarici dövlətlərlə ikitərəfli münasibətlərinə, o cümlədən qonşu ölkələrlə münasibətlərinə xüsusi əhəmiyyət verir: "Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, Azərbaycan Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Asiyanın bəzi dövlətləri ilə sıx partnyorluq münasibətləri yaranıb və onunla hərtərəfli əməkdaşlıq edir, digərləri ölkəmizlə diplomatik münasibətlər qurmuş və tərəfdaşlıq istiqamətində hərtərəfli iş aparırlar. Dövlət başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Avropa, Amerika, Afrika ölkələri ilə yanaşı, Asiya ölkələri ilə də səmərəli əməkdaşlıq qurulub.

Bildiyiniz kimi, bu günlərdə Malayziyanın Baş naziri ölkəmizdə səfərdə idi. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin qurulması üçün potensial mövcuddur. Deyim ki, üzv olduğum Azərbaycan-Malayziya parlamentlərarası dostluq qurupu çərçivəsində biz həmkarlarımızla görüşüb, əlaqələrimizin inkişaf etdirilməsinə dəstəyimizi əsirgəməmişik".

"Onlar bizim Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyimizi dəstəkləyirlər"

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, professor Elman Nəsirov bildirir ki, Azərbaycan xarici ölkələrlə və təşkilatlarla qarşılıqlı uğurlu siyasi əlaqələr qurub inkişaf etdirib: "Dövlət başçısı İlham Əliyev bu il Bakıda keçirilən diplomatik korpusların dördüncü müşavirəsində bildirdi ki, Azərbaycanın xarici siyasətinin prioriteti ikitərəfli əməkdaşlığı gücləndirməkdir. Ölkəmiz çevik, balanslı siyasəti yürüdür. 

Asiya ölkələri ilə münasibətlər keyfiyyət mərhələsindədir. Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olub. Burada dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli mövqeyi beynəlxalq səviyyədə tam dəstəkləyən Pakistanla olan münasibətlərinin tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsinə gəlib çatmasını qeyd etmək lazımdır. Pakistan Azərbaycanın strateji tərəfdaşıdır. Pakistan Ermənistanın işğalçı siyasətinə qarşı olaraq bu ölkə ilə diplomatik münasibətləri kəsib. 

Bu yaxınlarda Malayziyanın Baş naziri ölkəmizə səfər etdi. Enerji və diplomatların təlimi sahəsində səmərəli əməkdaşlıq qurdu. Bu ölkə ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Malayziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu ölkə ilə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru sahəsində də əlaqələrin olması potensialı var. Malayziya-Azərbaycan  əlaqələrinin genişlənməsi üçün hər iki ölkə rəhbərliyi mövqeyini ortaya qoydu. 
Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər bu gün strateji əməkdaşlıq səviyyəsindən daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan və Türkiyənin bölgədə baş verən geosiyasi və iqtisadi vəziyyətin inkişafına, transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir".

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]