Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Genetik yoxsulluq qanunu

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
11/9/2014 [01:20]
Baxılıb :
1582 dəfə

Dünən modern mebel kataloqunu vərəqləyirdim. Qeyri-adi, amma gözəl görünürdü. Böyük, təxminən 50 kv-lıq bir otağın ortasında super divan, otağın bir küncündə bir pufik, o biri küncdə isə əyri bir vaza. Elə bil dulusçu onu yaparkən kimsə onu diksindirib, gil vaza əyilib. Divarlarsa sadə emusiya ilə ağardılmışdı. Daha bir şey gözə dəymirdi. Hə, deyəsən vazanın içində qurudulmuş bitki budağı da vardı. Vəssalam”¦ Buna sadəlik də demək olardı, amma təklif edilən dizaynın qiymətləri imkan verməzdi. Bu gün sadəlik çox baha başa gəlir. Biz hələ ki, "sadə, amma baha" anlayışına öyrəşməmişik. Çünki əsrlərdir ki, sadə-ucuzvari, bahalı-dəbdəbəli paralelləri arasında yaşayırıq.

Mən ömrümün böyük bir hissəsini siçovullar məskəni, əfsanəvi Sovetskidə yaşamışam. Biz ordan 10 il əvvəl, hələ kütləvi söküntü başlamamışdan qabaq köçmüşük. Amma arabir ora gedirik. Qonşularımız, qohumlar bizi toy-nişan, ad günlərində unutmur, yas düşəndə biz də ölənə son borcumuzu əsirgəmirik. Nədənsə institutda oxuyan oğlum oralara gedib uşaqlığını xatırlamağı sevmir. Çünki hələ körpəykən böyüklər evdə olmayanda üstündə atılıb düşdüyü köhnə divan həmənki yerində durur. Elə o vaxtlar da divan təzə deyildi, uşaqlar üstündə tullananda havaya toz qalxırdı. Divan da yerindədi, küncdə yığılıb qalan toz qalağı da, dəhlizdəki sınıq güzgü də. Çeşidli mebel kataloqlarına baxmağı sevən adam kimi həmin divanı görəndə beynim tez-tələsik təzə divanın neçəyə başa gələcəyini hesablamağa başlayır. Söhbətləşərkən beynimdə otağın tavanını ağardıram, oboyları dəyişirəm və milçəklərin batırdığı şüşələri mütləq yumaq fikrindəyəm. Sonunda yəqin ki, çatlamış və kapron corabla bərkidilmiş dibçəyi yenisiylə əvəz edəcəyəm. Düşündüklərimi demirəm, bəlkə imkanları yoxdur? Amma varlığım müqavimət göstərir, heç olmasa dirsəkləndiyim masanın üstünə ucuzvari yapışqanlı mebel kağızı çəkmək istəyirəm. Hər yer köhnə əşyalar, ləkələr və zibillə doludur. Bu bizim qonaq getdiyimiz evdə deyil, ərazidə hər kəsdə belədir. Ona görə də suallar rahatlıq vermir: "Görəsən kasıblıqla pintilik niyə həmişə yol yoldaşıdır?". Sanki çirk yoxsulluğun, mentalitetin göstəricisidir. Deməli, başın çölünü yumayana pinti, içini yumayana isə kasıb deyirlər. 

Bizim mentalitetə görə istər kasıb, istər varlının qara günə beş manat pul, ağ günə isə servantında illər uzunu dayanan bir çay dəsti olmalıdır. Gələcəkdə olacaq ağ günləri gözləyənlərçün bu gün heç vaxt gəlmir. Onlar da bilir, kasıb olmaq da, pinti olmaq qədər ayıbdır. Bizdə qız doğulan gündən ona cehiz yığmaq adəti var. Amma onlarla ailə tanıyıram ki, bu cehizi yığmaq üçün bir parça çörəyi də uşaqlarının boğazından kəsib. Onları nə gəzdirib, nə boş-boş çərəzlərlə sevindirib, nə də asudə, xoşbəxt olmağı göstərə bilib. Necə bilirsiz, balağı yamaqlı şalvar geyib yaşıdlarından utanan balaca qızlar böyüyüb ərə gedəndə işvəli qadına çevrilib illər uzunu servantda tozlanan çaşkada çay süzüb ərinin yatağına gətirməyə ürək edəcəkmi? Axı bu qızın gözü həmişə süzülmüş çay dəsmalları, çatlaq qab-qaşıq və sürtülmüş kreslo görüb. Yəqin ki, bu "zoluşkalara" pul xərcləməyi öyrətmək lazım gələcək. Çünki eyni miqdarda məbləğə həm layiqli, həm də yoxsul görünmək olar. 
Ölkədə imkansızlıqdır - deyib hər şeyi dövlətin verdiyi maaşın boynuna atmaq da olmaz. Beyinlərdəki çirkabı yumağa pul lazım deyil. Kasıblıq bizim gen yaddaşımızdadır. Biz heç vaxt neft ölkəsi, varlı, pulu hara xərcləməyi bacaran, puldan-pul çıxaran xalq olmayacağıq. Çünki uşaqlarımız laxlayan stullarda, çatlaq mebeli, tükü tökülmüş balış və xovu getmiş xalçalarla böyüyür. Biz ən gözəl yerlərdə də, istər təbiətdə, istər modern ticarət mərkəzində yeyib zibilimizi atıb gedirik. Ətrafındakı natəmizlik və yoxsulluq insanı ömrü boyu sürəcək uğursuzluğa kökləyir. 

Yeni dizayn əşyası köhnə mebellə dolu mənzillərdə pis göründüyü kimi yeni ideyalar, fikirlər lazımsız doqmalarla dolu beyinlərə gəlmir. Cındırından cin hürkən daxmaları traktor qabağına vermək əslində şəhər miqyasında bir balaca təmizlik işi aparmaq kimidir. Daxması sınan isə oturub cındırını qaytarmaq üçün ağlamaq əvəzinə bundan yaxşısını, özünə layiqlisini tələb eləsin. Mənimçün də bayaq adını çəkdiyim vazanı qoymaq üçün evin bir küncünü tam boşaltmaq asan deyil. Çünki nələrisə atmalıyam. Amma yəqin ki, yeni vaza özüylə birgə çoxlu yeniliklər də gətirəcək. 

Zənginlik zəkanın, ağılın bir durumudur. Deməli, yoxsulluğun da kökü beyinlərdədir. Biz neftimiz qurtaracağı anda da, iqtisadiyyatımız plintus səviyyəsindən aşağı olsa da, təhsil və səhiyyəmizin öldürücü məqamında yaşasaq da yenə də dünyanın ən yaxşısına, ən gözəlinə, hətta ən bahalısına da layiqik. Yazıqlığımız, kasıblığımız və əlacsızlığımızla fəxr etmək artıq ayıbdı”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]