Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Foqtsun fokuslarından qamaşan gözlərimiz

Bölmə :
Köşə
Yazar :
Hüseyn KƏRİMLİ
Yayım tarixi :
11/9/2014 [00:36]
Baxılıb :
1614 dəfə

Milli komandamız yenə uduzdu. Neçənci dəfə olduğunu bilmirəm. Saysam nə olacaq, saymasam nə? Uduzmağın da təhəri var. Rəqibə layiqli müqavimət göstərərsən, zədələnərsən, yorularsan sonda uduzsan belə azarkeşlər layiqli oyuna görə sizi ayaqüstə alqışlayıb, "uduzdular, amma kişi kimi döyüşdülər" deyərlər. 

Berti Foqtslu millimiz Bolqarıstanla oyunda sanki doğma divarlar arasında deyil, səfərdə oynayırdı. 8 ildir Azərbaycanda kef çəkən Berti bəyin yetirmələri qorxaq futbolu ilə yenə azarkeşləri qəzəbləndirdi. Hücuma az qüvvə ilə gedirlər, arxada isə hər saniyə qol buraxacaqlarından ehtiyatlanırlar... 

Foqtsun Almaniyadan bizə sırıdığı Nazarov, Dadaşovlardan Azərbaycanda nə qədər istəsən tapa bilərsən. Bu iki futbolçu həmin gün sanki ruh idilər. Nazarovun qol vurduğunu xatırladıb məni qınaya bilərsiz. Amma cənablar, bir gül ilə bahar olmur və ya bir qol ilə futbol olmur. Oyundan əvvəl Foqts bəy qələbədən dəm vurur, üçüncü yer uğrunda vuruşacaqlarını söyləyirdi. Boş vədlər, boş xəyallar... Oyunda bərabərlik yaranıb, Berti bəy müdafiəni gücləndirir, rəqib baş məşqçi hücumu. Oyundan sonra keçirilən mətbuat konfransında Foqtsdan sitat: "Biz qrupdan çıxmağa oynayırıqsa, evdə heç-heçəni qorumalıyıq. Qolu vurandan sonra oyunçularımın yorulduqlarını gördüm, ona görə müdafiəçi buraxdım". Məntiqə baxın, evdə heç-heçə oynayıb qrupdan çıxmaq?!

AFFA tərəfindən Foqtsa hər cür şərait yaradılır, yüksək səviyyədə xaricdə təlim-məşq toplantıları keçirilir. Nəticə isə YOXdur! Lap deyək nəticə yoxdur, heç olmasa baxımlı oyun olsun. Milli əvvəllər düz-əməlli məşq keçə bilmirdi, istənilən şərait yox idi, amma komandanın döyüşkən oyununa baxanda ürəyin açılırdı. Foqtsdan daha bir sitat: "10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklara görə klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm". Sənin eksperimentlərinə 6 ildir dözürük. Bu ildə 1 dənə uğurlu işini göstərə bilməzsən. Milli irəliləməkdənsə geriləyir.

Foqts müdafiədəki çətinlikləri qabardıb Levinin, Elnur Allahverdiyevin yoxluğuna dəsmal çıxardıb ağlayır. Nə oldu cavanlaşdırma siyasəti, yenə qocalara ehtiyac yarandı. Rəşad, Bədavi "Qarabağ"ı Avropa Liqasının qrup mərhələsinə çıxarır. Bəs sən bu futbolçularla hansı uğuru qazanmısan? Qurbana qurban olasan, bacarmırsan artıq.  Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev demişkən: "Nəticə olmadığı təqdirdə, baş məşqçi istefaya getməlidir". 

Baxın Lüksemburqa, Andoraya, İslandiyaya. "Cırtdanlar" artıq əjdahaya çevrilir, biz isə getdikcə cırtdanlaşırıq. Hörmətli futbol başbilənlərimiz, bizi Foqtsdan xilas edin, yoxsa Foqtsun fokuslarından gözlərimiz fokuslaşacaq...

P.S. Foqts sonda günə öz damğasını vura bildi. Mətbuat konfransında Rüfət Dadaşovla bağlı sualı bəyənməyən Berti bəy jurnalistlərin önündən qaçdı. Bəli, qaçdı. Qaç Almaniyaya, qaç bir də geri dönmə...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]