Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kütləvi bədbəxtlik

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
6/9/2014 [00:38]
Baxılıb :
2301 dəfə
Veşizm bizi içəridən yeyib dağıdan bir sistemdir

Biz həyatı yox, əşyaları sevirik. Yaşadığımız evlərin ölçüləri böyüyür, amma içində yaşayanların sayı azalır. Son 60 ildə bir adama düşən yaşayış sahəsi 3 dəfə artıb. Görəsən nə üçün? İçində çoxlu lazımsız əşyaları saxlamaq üçün. "The Natural Resources Defense Council"un apardığı araşdırmalara görə adi amerikalının aldığı yeməyin 40 faizi zibil yeşiyinə atılır. Evimizə gələn paketlərin içindəkini yerbəyer elədikdən sonra yerdə iri bir zibil qalağı qalır. Sanki pulumuzu bu zibil qalağına vermişik. Amma bu fakt bir nəfəri də bazarlıq eləmək ehtirasından qurtarmır.

Bu növ acgözlük dünyəvi miqyasda da baş verir. Lazımsız əşyalarla özünü əhatə etmək xəstəliyi həddən artıq istehsal eləməklə bütün ekoloji sistemi pozur. Bir tək "Foxconn" şirkətinin istehsal etdiyi iPhone-lar Çinin sənaye rayonlarını ekoloji fəlakətlə qarşı-qarşıya qoyub. Nəticələrinə tüpürmək istəmədiyimiz ucuz istehsal bizi xoşbəxt eləyə bilirmi?

İçindəki istehlakçını necə öldürməli?

Qrem Xill adlı iş adamının həyat təcrübəsi araşdırılan mövzu üçün çox maraqlıdır, çünki o, təəssüratlarını sosial şəbəkədə bütün dünyaya paylaşıb. O, yaxşı yaşayırdı, amma günlərin bir günü anlayır ki, ətrafındakı əşyalar onun həyatını yeyir. İmkanlı adam kimi onun həyatı bahalı sayıla bilərdi. Bahalı evi, maşını, avadanlığı”¦ Qrem Xillin öz dilindən: "Mən indi 39 kv-lıq studiyada yaşayıram. Açılıb yığılan çarpayıda yatıram. 6 köynəyim, 10 boşqabım var. Evimə qonaq gələndə açılıb-yığılan masanı çıxarıram. Nə DVD-im, nə də televizorum var. Saxladığım kitablar əvvəlkinin 10 faizi qədərdir. Mən 90-cı illərdən bəri uzanan böyük bir yol keçmişəm. Məşğuliyyətim böyük gəlir gətirirdi və mən nəhəng bir ev alıb içini elektronika, məişət əşyaları, qadjetlərlə doldurmuşdum. Mənim şəxsi avtoparkım da vardı. O vaxt əşyaların həyatımı yediyini düşünmürdüm, çünki 30 yaşında uğurlu olmaq hər kəsin qismətinə düşmürdü. Həyatımdakı lazımsız şeylərdən qurtulmağa mənə 15 il lazım oldu. Bu asan məsələ deyildi. Çünki mənim 4 mərtəbəli evim və mağazaya gələn yeni malları nəzarətdə saxlayan xüsusi adamım vardı. Mənim alış-veriş assistentim texnika, avadanlıq, elektronika satılan mağazaları gəzib mənə maraqlı ola biləcək malların fotosunu çəkməli və mənə göstərməli idi. Mən bu fotolardan bəyəndiklərimin əksəriyyətini alırdım. Amma alıcılıq narkotikin tez bir zamanda eyforiya gətirməyini saxladı. İndi qət-təzə Nokia da ləzzət vermirdi. Mən düşünməyə başladım, niyə axı məni xoşbəxt eləməli olan əşyalar barədə düşündükdə məni həm də narahatlıq bürüyür? Həyat çətinləşmişdi. Qazonu biçmək, evi yığışdırmaq, avtomobilləri də sığorta, təmir, nəzarət etmək lazım idi. Sanki şirkətimi satandan sonra evim və əşyalarım mənim müdirimə çevrilmişdi və necə yaşamağı mənə diqtə edirdi. Köçüb başqa yerdə ev almaq problemləri ikiqat artırırdı, çünki indi 2 evə qulluq etmək və vaxtaşırı ora-bura uçub malikanələrə nəzarət etmək lazım idi. Ola bilər mənim pul məsələsində bəxtim gətirib, amma məncə pulu olmayanların da buna bənzər problemləri var. Həyata münasibətim Olqa ilə tanış olandan sonra dəyişdi. Biz Barselonadakı balaca, sadə bir mənzildə yaşayırdıq. Sonra anladıq ki, bizi İspaniyaya bağlayan heç nə yoxdu. Bir qədər paltar, təmizlik əşyaları və noutbuklarımızı götürüb səyahətə çıxdıq. Mən işləməkdə davam edirdim, amma ofisim çiynimə atdığım çantaya artıq sığışırdı. Özüm azad idim və maşınlarım, evim və qadjetlərim üçün qətiyyən darıxmırdım. Olqa ilə ayrılandan sonra da həyatımı dəyişmədim. İndi mənim həm vaxtım, həm də pulum var. Mən hələ də gözəl əşyaları, maşınları sevirəm. Amma onlara həyatımdakı emosional anları sıxışdırmasına imkan yaratmıram. Hazırda kompakt evlərin inşası ilə məşğulam. Çünki düşünürəm ki, evlər bizə qulluq etməlidir, biz evlərə yox. Mənim indi əşyalarım az, ləzzətim daha çoxdur. Yerim az olsa da, həyatım daha böyükdür”¦"

Hər şeyi rədd elə!

Biz supermarketlər, iri ticarət mərkəzləri və sutka boyu qulluq edən mağazalar  zamanında yaşayırıq. İndi istədiyin malı almaq bütün təbəqə insanlar üçün problem deyil. Yaşadığın ərazidə olmasa, onu onlayn sifariş verib qapına gətizdirə bilərsən. Amma bütün bu əşyaların səni xoşbəxt edəcəyinə dəlalət edən faktlar görünmür. "21-ci əsrin evindəki həyat" adlı sosial araşdırmanın nəticələrinə görə, orta təbəqənin ailələrində də varidat barədə qayğı, narahatçılıq və nəzarət məcburiyyəti stress harmonlarının ifrazına gətirir. Araşdırılan ailələrin 75 faizi maşınını qarajda saxlaya bilmir, çünki qaraj lazımsız əşyalar və yeşiklərlə doludur. Həyatındakı lazımsız əşyalarla nə etməyi bilmirsənsə, hər hansı jurnalı vərəqlə, psixologiya ilə bağlı hər hansı bir sayta gir - orada bir qucaq məsləhətlər taparsan. Bu məsələ ilə artıq bütün dünya məşğul olur. 

Artıq köhnəlmiş əşyaya bağlanırsansa, deməli keçmişini buraxa bilmirsən. Bizim evimiz həyatımızın davamıdır. Köhnə ayaqqabıları atan, köhnə saç düzümünü dəyişən, evinə, işinə yeni baxışla baxa bilən adam həyatını kökündən dəyişir. Jurnallar eyvana çıxıb dərindən nəfəs almağı məsləhət görür. Amma sənin eyvanın yeşiklərlə, içi tozlu əşyalarla dolu rəflərdən zığ vurur. Biz eyvanda çiçəklər əkib axşam saatlarında çıxıb orda çay içmək əvəzinə evin artıq zir-zibilini ora doldururuq. Çünki onları atmağa əlimiz gəlmir. Qadınların sevdiyi bir cümlə var: Geyməyə heç nəyim yoxdur! Amma özü də bilir ki, sonuncu dəfə şifonerin ağzını bağlamaq üçün içindəkiləri yaxşıca itələmək lazım gəlmişdi. Dəhlizdəki şkafın isə qapısını açarla kilidləməsən, ən gözlənilməz anda içindəkiləri bayıra töküb səni biabır edə bilər. Əksəriyyəti düşünür ki, bir qədər vaxtı olsa, 5 il əvvəl sıradan çıxıb hansısa bir rəfdə gizlədilmiş ət maşınını təmirə aparacaq. Amma ondan sonra daha 2 ət maşını alınıb artıq. Çünki birisinin əti geriyə fırladan düyməsi yox idi deyən, o birisini isə endirim aksiyasında çox sərfəli qiymətə almışdın. Maddi durumumuz düzəlib, indi heç kim cırıq corabları yamamır, amma bəziləri sıradan çıxmış paltarları tullamağı öyrənməyib. Əlbəttə, sevimli əşyalar insana əminlik gətirir, komfort duyğusu yaradır və ətrafındakılar bunu yaxşı hiss edir. "Bu mənim gəlinlik güzgümdür" deyib çatlamış güzgüyə illər uzunu baxmaq gülünc deyilmi? 

Əşyalar hücuma keçir

Bu, simiclik, ya da pintilik əlaməti deyil. Bu müasir zamanın ən dəbdə olan bir xəstəliyidir. Dilimizdə adı çəkilən xəstəliyi ifadə edən söz yoxdur. Rusca buna veşizm deyirlər(Veş -əşya deməkdir). Mənası maddi əşyalara, qiyməti olan dəyərlərə patoloji bağlılığı bildirir. Bəzi əşyalar ehtirasla arzulanıb, cəhdlə alındıqdan sonra evdə lazımsız şəkildə atılıb qala bilər. Taxıb-taxışdırmaq, geyib tamını çıxartmaq, sürtmək, iyləmək, mütləq dadına baxmaq, əldə etmək, malik olmaq, əldən verməmək - bütün bunlar adı çəkilən xəstəliyin simptomlarıdır. Veşizmin illüziyası ondadır ki, insan bütün bunları əldə edəcəyi anda xoşbəxt olacağını zənn edir. Nəticədə insan əşyanın deyil, əşya insanın sahibi olur: "Eybi yox, qoy olsun. Daha bir suvenirdən kasıb düşmərəm. Daha bir telefon da olar. Xoşbəxtlik üçün maşın lazımdır. Bağ da olsa yaxşıdır. Bağ olsa maşınsız heç olmur. İstirahəti rul arxasında keçirəcəm? Səfərə də getmək mütləqdir. Xarici səfər lap yaxşıdı. Lazım olsa lap kredit götürərəm. Bunlarsız necə xoşbəxt olmaq olar axı!"
Xoşbəxtliksə gəlib çıxmır”¦

"Qara gün" üçün ehtiyatda gözləyən əşyalar

Köhnə əşyalara bağlılıq həm də yaşla əlaqədardır. Qocaldıqca sanki illər uzunu yanında olan əşyaya xüsusi bir bağlılıq yaranır. Yaşlı adamlar əşyalarından bərk-bərk yapışır və onları atdıqda inciyirlər. Ola bilər bir qədər əvvəl, sovet vaxtında bəzi malları tapmaq asan deyildi. Ailələrin toplamağa olan xüsusi ehtirası o vaxtdan başlamışdı. Qıza hələ körpəykən cehiz almayan qadınlar özlərini gecikmiş sayırdı. Qızlarsa böyüyüb həmin əşyanın müasir dəbə uyğun olanını istədi. 

Elmdə potoloji yığıcılıq xəstəliyini silloqomaniya adlandırırlar. Psixiatr Klark, Qrey və Meynkikarın sayəsində xəstəlik "Diogen sindromu" adlanıb. İnsan şəxsi gigiyena şərtlərinə əməl etmədikdə, zibil, ifrazat topladıqda xəstəliyin Diogen sindromu mərhələsi olduğu məlum olur. "BBC"-nin saytındakı məqalədə insanların əşyaları toplamaq kimi maniakal xəstəliyi ətraflı təsvir edilib. Televiziyada silloqomaniyaya tutulmuş insanlar barədə mütəmadi şəkildə yayımlanan veriliş də var. Bir müddət izlədikdən sonra xəstəliyin miqyasını dəhşət hissi ilə anlamağa başlayırsan. Bəzilərinin evində zibil və əşya əlindən tərpənməyə yer olmasa da, sahibi onları qəti şəkildə atmaqdan imtina edir. Zibil onilliklər boyu mənzildə qalaqlanıb qalır. Psixi pozuntunun bu növündə insan itkiyə nifrət etdiyini deyir. Xəstə düşünür ki, əşya onun varidatında olsa daha qiymətli və daha artıq qədrini bilirmiş kimi olar. Müasir tədqiqatlar göstərib ki, silloqomaniyadan əziyyət çəkənlərin beyin aktivliyi adi adamlardan fərqlənir. Əşyaya maraq lazım olduğundan azdırsa, beyinin müəyyən sahələrini qıcıqlandıra bilmirsə, bu xəstəliyin əzabkeşləri stimul olmadığından depressiv durumda olur. Aktivlik, qıcıqlandıran məqamlar çox olarsa nəticədə insanı taqətdən salıb zəiflədir. 

Xoşbəxt olmağa əşyalar lazım deyil 

Diogen sindromuna çatmağa hələ çox olsa da yığıcılığın insana ziyanını hər kəs anlamalıdır. Məsələnin fərdi qaydada miqyasını anlamaq üçün həyatımıza və evimizə göz gəzdirək. Mənzilimiz şəxsiyyətimizi tam əks etdirirsə, bu günkü yaşama mane olmursa, burada qulluq tələb edən lazımsız əşyalar yoxdursa, rahat nəfəs alıb ardını yaşamaq olar. Yaxud çırmalanıb qlobal bir təmizlənmə əməliyyatı keçmək lazımdır. Şərq filosofları deyir ki, lazımsız əşyalardan xilas olduqdan sonra beyinin içində də böyük miqyaslı təmizləmə və saf-çürük etmə mərasimi keçirilməlidir. Bu mərasim bir dəfəlik deyil, mütəmadi olmalıdır ki, insan özünü həm fiziki, həm də mənəvi cəhətdən sağlam duya bilsin. Çünki bizim həyatımız, evimiz və özümüz vahid energetik struktur təşkil edirik. Bu strukturu miniatürdə təsəvvür edək. Bax, bu mənim mənəvi "Mən"imdir. Mənim ən cəsarətli arzularım, planlarım, yaradıcılığım, dünyanı qavramaq bacarığım. Bu isə "Mən"im fiziki sərhədlərimdir. Bura topladığınız, saxladığınız əşya və xatirələri qoyun. Necə bilirsiz, zir-zibillə dolu məkana yeni enerji, yeni ideyalar, yeni cəhdlər gələ bilərmi? 

Ola bilər 10 il əvvəl kimsə sizə çox ağrılı bir söz dedi. Bu sözü bu qədər uzun müddətə özünlə daşımaq sizdə nə qədər güc və enerjini boşuna sərf elədi. Bu incikliyi daha 10 il də daşımaq fikrin var?  Axı biz efirə buraxdığımız emosiya çələnginin keyfiyyətinə görə də məsuliyyət daşıyırıq. Bu, bir növ zibili başqasının eyvanına tullamaq kimidir. İnsan özünün kağızdakı, puldakı, əşyadakı arzusunun dalıyca düşəndə onun mahiyyətindəki arzular naməlum müddətə təxirə salınır. Bir ailənin timsalında əşyalara olan patoloji asılılıqdan qurtulmağın yollarını görmək mümkündür: "Mən həyat yoldaşımla bir oyun oynayıram və bu, bizi çox əyləndirir. Adı "Hamının arzuladığı, amma bizə lazım olmayan əşyanı tap" adlanır. Biz bu üsulu hələ tələbə olarkən, imkansızlığımıza qalib gəlməkçün uydurmuşuq. Amma indi də oyunu oynamağa davam edirik. Deməli, hər həftənin beşinci, ya şənbə günü mağazalara mallara baxmağa gedirik. Etiketləri oxuyuruq, malın müsbət keyfiyyətini müzakirə edirik. Sonra üzümüzü bir-birimizə tutub deyirik: "Nə yaxşı ki, bizim ona ehtiyacımız yoxdu!" Başqaları aldıqları malları qucaqlayıb növbə gözləyərkən biz əl-ələ tutub sevinirik ki, xoşbəxt olmağa bizə əşyalar lazım deyil (Geri Çepmen)". 

Müasir qadının yol yoldaşı dolu paketlər, ömür yoldaşı isə güzgüdürsə onun həyatına acımaq da olar

Veşizm bizi içəridən yeyib dağıdan bir sistemdir. Bu, müasir zamanın diqtəsi, bəlkə də tələbidir. Bu xəstəliyi də laboratoriya şəraitində yaradıblar desək yanılmarıq. Müasir insan özünə əminliyini, stabillik hissini itirib. Əşyaları lazım oldu-olmadı yığmaq, almaq, toplamaq depressiya, narahatlıq və münasibətlərin iflası ilə əlaqədardı. Bu istək insanın şəxsiyyəti üçün, eləcə də cəmiyyət üçün dağıdıcıdır. "Rich Kids of Instagram" (Varlı balaları İnstoqramda) saytındakı fotoları izlədikdə bu, abırsızlıq, həyasızlıq və zövqsüzlük kimi görünür. Kimsə 4 dənə "Rolex" saatını qoluna bağlayıb, kimsə vertolyotunun qarşısında, kimsə saysız maşınların fonunda poza verir. Kiməsə şəxsi gəmisindən reportaj yapmaq, başqa birisinə isə basseyni qarşısında ağız-burun əymək, kiməsə heç olmasa aldığı yeni ayaqqabısını, ya da sonuncu pitsa tikəsini İnstoqrama qoymaq həyati vacib məsələdir. Bu tip fotoları çox izlədikdə narahatlıq duyğusu yaranır. Ola bilər, kimdəsə bunlar paxıllıq, həsəd hissi yarada bilər. Amma dizayner geyimi fonunda itib-batmış gənclərin naümidliyini də görməmək olmur. Əgər müasir qadının yol yoldaşı dolu paketlər, ömür yoldaşı isə güzgüdürsə onun həyatına acımaq da olar. 

"Motivation and Emotion" jurnalında dərc olunmuş təcrübələr seriyasının nəticələrinə görə veşizmə yoluxmuş adamın insani uğur dərəcəsi (münasibətlərin keyfiyyəti, həyatın dərk edilməsi) aşağı olur. 18-30 yaşlılar arasında veşizmə aludə olanlar eyni dərəcədə psixi pozuntulara da daha artıq meyllli olurlar. Veşizm xoşbəxtliyə mane olur. Nəzərə alın ki, bizim psixikamız diama təcavüz altındadır. Bizə fasiləsiz olaraq ulduzların parıltılı həyatını, əşyalarını, şəxsi münasibətlərini göstərirlər. Bizə yalnız istehlakçı gözüylə baxırlar. Biz nümayiş edilən malları almağa məhkum edilmişik. Veşizm insanda sosial təcridlilik duyğusunu dəstəkləyir. İnsan insandan qopub əşyalara bağlanır. Sosial atomlaşma üsulu, cəmiyyətin təbəqələrə parçalanması marketinq tarixində bəlkə də ən uğurlu strategiya hesab edilə bilər. Alış-verişin uğuru gəlirin miqdarı ilə ölçülür. 

***

Biz pulumuzun, varidatımızın daha çox olacağı halda həyatımızın da uğurlu olacağına inanmaqla böyük səhv edirik. Buna sosial şəbəkələrdə paylaşan fotoların sahibləri də, eyni dərəcədə hər bir ölkənin nazirləri də inanır. Maddi meyarlara yönəldilmiş durmadan gedən inkişaf - kütləvi bədbəxtliyin formulu budur.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]