Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Bakı 2015”ə hazırlıqla bağlı tədbir keçirildi

“Bakı 2015”ə hazırlıqla bağlı tədbir keçirildi
Bölmə :
Reklam
Yayım tarixi :
6/9/2014 [00:23]
Baxılıb :
1945 dəfə
Əcnəbi qonaqlar birinci Avropa Oyunlarına hazırlıq prosesindən məmnunluq ifadə ediblər

Dünən  "Fairmont Baku" otelində 2015-ci ildə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıqla bağlı mətbuat konfransı keçirildi. Tədbirdə Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Bakıda möhtəşəm komanda olduğunu və ölkəmizdə yaradılan idman infrastrukturunun yarışa hazırlığından razılığını bildirdi: "Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunub. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) şöbə müdirləri həyata keçirdikləri işlərlə bağlı təqdimatlarla çıxış etdilər. Kommersiya və kommunikasiya sahəsində imzalanan sponsorluq müqavilələrini yüksək qiymətləndirirəm".

Tədbirdə cıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirdi. Nazir qeyd etdi ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilib. İclas çərçivəsində cari məsələlər müzakirə olunub və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb. Doqquz idman növü 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Birinci Avropa Oyunlarında iki idman növü - sualtı üzgüçülük və küçə atletikası üzrə nümunəvi çıxışlar təşkil olunacaq. 

AOK-un vitse-prezidenti Canez Koçijanciç isə çıxışında deyib: "Bu, bizim Bakı şəhərinə 4-cü səfərimizdir. Planlaşdırmada artıq əməli tədbirlərə keçid yüksək səviyyədə keçirilir. Bu bizdə xoş duyğular yaratdı. 4 ay sonra - 2015-ci ildə Bakı "2015 Avropa  Oyunları" ilə bağlı artıq sponsorlar üzrə bir neçə imzalar imzalanıb və bir çox şirkətlər öz yerlərini alıblar. Avropa atletlərinin məhsuldar yer alması üçün çox böyük işlər görülüb. Son 2 gün ərzində biz effektiv hazırlıqların həyata keçirilməsini gördük. Olimpiya oyunlarında qitənin ən gözəl atletləri çıxış edəcəklər. Avropa Oyunları üçün hazırlıq işləri yüksək səviyyədə  aparılır. Könüllülərin cəlb olunması məsələsində Əməliyyat Komitəsi Azərbaycanda Avropa Oyunları üçün çox yüksək səviyyədə bu ənənəni davam etdirsin".

BAOƏK-nın əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Simon Avropa Oyunlarının açılış mərasiminə 281 gün qaldığını vurğuladı: "Bu qısa vaxt ərzində hələ görüləsi  böyük həcmdə işimiz var və bu işləri də yerinə yetirməyə niyyətliyik. Təbii ki, beynəlxalq mütəxəssislərlə yanaşı, Azərbaycanın yerli peşəkarları da iştirak edirlər və bu, beynəlxalq icma təşkil edir. Təbii ki, könüllülərin də burada iştirakı olduqca vacibdir. Beynəlxalq  mütəxəssislərin sayını oyunlar başlayana qədər 25%-ə qədər azaltmaq niyyətindəyik. Böyük hissənin iştirak edəcəyi tərəf də məhz azərbaycanlı peşəkarlar olacaqdı". O, həmçinin  Sambonun Avropa Oyunlarının proqramına salınan sonuncu idman növü olduğunu və Qafqaz regionunda çox populyar olduğunu vurğuladı.

Daha sonra nazir jurnalistlərin suallarını cavablandırdı:

- Növbəti aylar ərzində hansı vəzifələr qarşıya qoyulub? Oyunların büdcəsi və bilavasitə yarışların təşkilinə çəkilən xərclər, infrastuktura qoyulan xərclərlə bağlı nə deyə bilərsiniz?

- Hal-hazırda qarşımıza Bakıda aparılan tikinti işlərini yekunlaşdırmaq vəzifəsi qoyulub. Bütün tikintilər cədvələ əsasən gedir və  gecikmələr yoxdur. Tikilməkdə olan obyektləri və qurğuları  ancaq yekunlaşdırmaq deyil, həmin obyektlərdə də  yoxlama test tədbirləri keçirmək əsas vəzifədir. Oyunlar zamanı idman infrastrukturunun ətrafında müvəqqəti tikililər fəaliyyət göstərəcək. Burada təhlükəsizlik avadanlığı və yayım şirkətləri üçün texnika yerləşdiriləcək. 

Biz hal-hazırda onun üzərində işləyirik.  Həm də keçidlər, təhlükəsizlik avadanlıqları, yayım şirkəti üçün şəkillər hazırlanmalıdır. Könüllülərlə iş hal-hazırda aparılır. Nəqliyyatdan tutmuş, yayım, media, kommunikasiya ilə bağlı hər bir sahə bizim üçün vacibdir. Çalışırıq ki, prioritet sahələri üstün tutmayaq. Bütün sahələr üzrə işlər aparılsın. Fevralın 1-nə kimi bütün tikintilər qurtarmalıdır".  

Nazir oyunların büdcəsi ilə bağlı sualı belə cavablandırdı: "Bu bir neçə mərhələdən ibarətdir. Birincisi, şəhərin infrastrukturasına aid olan büdcəsidir.  İkinci, idman tikinti və investisiya proqramının büdcəsidir. Üçüncüsü, Avropa Oyunları Əməliyyat Komitəsinin büdcəsidir. Bu 3 istiqamətdə investisiya proqramının büdcəsi Bakı Futbol Stadionu, Hovuz Kompleksi, Heydər Əliyev adına İdman və Konsert Kompleksində, Əl Oyunları Sarayında, Stend Atıcılığında aparılan işlər və təmir işləri də aiddir. Təxmini hesablanıb ki, Bakı Futbol Stadionunun qiyməti 500 milyondur. Su Hovuzu və Stend Atıcılığının hal-hazırda layihə smeta işləri Fövqəladə Hallar Nazirliyindədir. Təxmini Su Hovuz Kompleksi 100 milyondan artıq, Stend Atıcılığı 50-60 milyon  civarındadır.  Qiymətlər müəyyənləşdirilir. Heydər Əliyev adına Konsert Kompleksində fasadın dəyişilməsi 20-25 milyon,  20 milyon isə Bakı Oyunları Sarayı üçündür".

Nazir  bildirdi ki, infrastrukturaya aid olan hissədə isə yollarin təmiri, nəqliyyat vasitələrinin alınması,  təhvil- təslimlə bağlı şəhərdə, müxtəlif yerlərdə kameraların qurulmasıdır ki,  bu da nazirliyin səlahiyyətinə aid deyil: "Hal-hazırda Bakı Avropa Oyunları  Əməliyyat Komitəsinin  büdcəsində təxminən  bu mərhələdə 70-80 milyon civarında aparılan işlərə bu günə qədər vəsait yönəldilib. Müvəqqəti qurulan qurğuların hesablanması aparılır. İlin axırına qədər bu büdcələr təsdiqlənəcək". 

- Turistlərin daha çox cəlb olunması üçün hansı reklam işləri görülür?

- Sözsüz  ki,  bu oyunların təbliğatı bizim üçün çox vacibdir. Keçən Koordinasiya Komitəsinin iclasında üzvlər tərəfindən irad vardı ki,  Avropada kifayət qədər təbliğat aparılmır. O vaxtdan böyük dəyişikliklər var. Kommunikasiya Departamenti hər həftə hesabat verir. Çox yüksək səviyyədə bu təbliğat aparılır. Bu da turistlərin sayını artıracaq.

- Ermənistandan olan atletlərin Avropa oyunlarında iştirakı nəzərdə tutulubmu?

- Bütün Avropa ölkələrinə dəvətnamələr göndərilib. Qarantiyalar verilib. Dəfələrlə  Ermənistandan olan boks, güləş üzrə idmançılar Azərbaycanda, azərbaycanlılar isə Ermənistanda oyunlarda istirak ediblər. İdmançılar üçün heç bir məhdudiyyət yoxdur. 

- Sambo 20-ci idman növü kimi Avropa Oyunlarına düşdü. Bu o deməkdir ki, idmançıların və medalların  sayı da artacaq? 

- Sambo da daxil olmaqla 20 idman növü ilə yekunlaşır.  Bu idman növü Qafqazda  məşhur olduğu üçün, 30-dan çox ölkənin nümayəndə heyəti gələ biləcək.

- İdman növlərindən biri Tofiq Bəhrəmov adına stadionda keçiriləcək. Ot örtüyü ilə bağlı problem necə həll olunacaq?

- Stadionda bir idman növü nəzərdə tutulub. Bu da kamandan - oxatma. Ota heç bir aiddiyatı yoxdur.  Futbol oyunlarının keçirilməsi ilə bağlı problem ola bilər. Bu da "Eurovision" mahnı müsabiqəsi keçiriləndə ehtiyat  variant  saxlamışdıq ki, vaxtında "Kristal Palas" tikilməsə, burada keçirilə bilər. Ona görə bu futbol meydançasının  düz ortasında betondan böyük bir fundament tikilmişdi ki,  o səhnənin üstünü saxlasın. Ehtiyac olmadığı üçün, yenidən o sahə dolduruldu. Qum gətirildi. Hər dəfə idman yarışları keçirilib. İstilərə görə o ot saralmağa başladı. Çox cəhd etdik. Alınmadı. Qərar verildi ki, ot bütünlüklə dəyişdirilsin. 1 ay ərzində  onun əsas torpağı rulon şəklində gətiriləcək. İngilis şirkəti tərəfindən gətirilir və tam zəmanət verilir ki, problem olmayacaq. Orda istilətmə və suvarma sistemləri işləyir. Ona artıq xərc olmayacaq". 

Tədbirdə "Bakı-2015"ə hazırlıq ilə bağlı videoçarx nümayiş olundu. Qeyd edək ki, Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. İlk Oyunlarda 6 mindən artıq iştirakçı idmanın 20 növü üzrə qüvvəsini sınayacaq. Bunlar kamandan oxatma, su idman növləri (üzgüçülük, su polosu, suyatullanma), atletika, badminton, basketbol (3x3), boks, kanoe, velosiped (BMX, dağ velosipedi, şose), çimərlik futbolu, gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq, aerobika və akrobatika), cüdo, karate, atıcılıq (stend və güllə), stolüstü tennis, taekvondo, triatlon, voleybol (zal və çimərlik), güləş, qılıncoynatma və sambo növləridir.

İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki "Kür" Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq.

Gülnarə ƏMİRQIZI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]