Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

AŞ PA məruzəçilər Bakıda qalmaqal yaratdı

AŞ PA məruzəçilər Bakıda qalmaqal yaratdı
Bölmə :
Gündəm
Yayım tarixi :
18/6/2012 [15:54]
Baxılıb :
805 dəfə
Beynəlxalq təşkilatın nümayəndələri hakimiyyəti açıq-aşkar dəstəklədilər
Mətbuat konfransında gərginlik yaşandı, jurnalistlərin sualları cavabsız qaldı

Pedro Aqramunt: «Biz hökuməti yenmək üçün heç kəsə yardımçı olmayacağıq»

Azərbaycanda səfərdə olan AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debona Qrex dünən səfər proqramlarının yekunlarına dair mətbuat konfransı keçirdilər. Azərbaycanda görüşdükləri şəxslərin siyahısını açıqlamaqla çıxışlarını yekunlaşdıran həmməruzəçilər ölkədə insan hüquqları və demokratiyanın vəziyyəti barədə bir kəlmə də olsun danışmadılar. 

Ancaq jurnalistlərin təkidli sualları həmməruzəçiləri özündən çıxardı. Mətbuat konfransına müşahidəçi qismində qatılan hüquq müdafiəçisi Leyla Yunusun da həmməruzəçiləri yalançılıqda günahlandırması konfrans zalında gərginliyə səbəb oldu.
Məruzəçi Aqramunt bildirdi ki, bir neçə gün ərzində parlamentdə təmsil olunmayan müxalifət partiyaları AXCP, Müsavat, ALP və ADP liderləriylə görüşüblər: «Bundan başqa vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri ilə də görüşdük. Qafqaz Müsəlmanları İdarəsi və digər dini sektaların nuümayəndələri ilə müzakirələrdə dini sahədə vəziyyəti öyrəndik. Məlum oldu ki, Azərbaycanda heç bir dini qarşıdurma yoxdur. Həmçinin, bir qrup media təmsilçisi ilə bir araya gəldik. Onlar arasında RATİ rəhbəri Emin Hüseynov da vardı. Mən sizə şad xəbər vermək istəyirəm ki, Oqtay Gülalıyev azadlığa çıxıb. Həmçinin, Emin Hüseynovun qardaşı Mehman Hüseynov da azadlığa buraxılıb».
AŞ PA həmməruzəçisinin bu açıqlamasından sonra ayağa qalxan Leyla Yunus onu yalan danışmaqda ittiham etdi: «Mən indi Emin Hüseynovla əlaqə saxladım. Qardaşı hələ də həbsxanadadır. Niyə yalan danışıb, jurnalistləri aldadırsınız?».
Hüquq müdafiəçisinin bu sözləri qarşısında aciz qalaraq, bir-birlərinin üzünə baxan həmməruzəçilər çiyinlərini çəkdilər.
Jurnalistlərdən birinin «Mehman Hüseynovun azadlığa buraxılması xəbərini sizə kim verdi» sualına həmməruzəçi Aqramunt baş prokurorurluğu ünvan göstərdi: «Bizə baş prokuror Zakir Qaralovun ofisindən zəng edib, bu barədə məlumat verdilər. İndi siz deyirsiniz, bu xəbər yalandır. Biz çox təəccüblənmişik. Hər halda bir az gözləyək».
Bundan sonra həmməruzəçilər digər suallara cavab verdilər.
- Bizim Yol: Nə baş verir ki, siz cənab Qross və Herkeldən fərqli olaraq, Azərbaycan reallıqlarını dilə gətirməyə çəkinirsiniz? Hətta insan hüquqları və demokratiya Avropa Şurasının əsas prioritetləri olsa da, bu məsələdə Avropa İttifaqından geri qalır. Bu mövqeyinizə görə, hüquq müdafiəçisi Leyla Yunus sizi hakimiyyətdən rüşvət almaqda ittiham edib.
- Aqramunt: Biz Leyla Yunusla görüşmüşük. Altı ay əvvəl və bu dəfə də gələndə də görüşdük. Onun fikirlərini dinləmişik. Mən Leyla Yunusa sual verəndə ki, evi sökülən 60 min insandan neçə faizi kompensasiya alıb. O bildirib ki, bu sualın qoyuluşu doğru deyil. Bizi korrupsiyada ittiham etməyə heç kəsin haqqı yoxdur.
- Qrex: 42 ildir ki, parlament fəaliyyətindəyəm. İndiyə qədər heç kəs mənə bu ittihamı verməyib. Bizim işimizin nəticələri yazacağımız hesabatlarda əks olunur.
Qeyd edək ki, bu sözlərdən sonra Qrex əlini masaya çırparaq Leyla Yunusa etirazını ifadə etməyə çalışdı.
- «Azadlıq Radiosu»nun «Bizdə olan məlumata görə siz siyasi məhbuslara əfv ərizəsi yazmağı tövsiyyə etmisiniz. Bu nə dərəcədə doğru iddiadır» sualına məruzəçi Qrex «xeyr» desə də həmkarı onu təkzib etdi. Bir neçə ay əvvəl belə bir təşəbbüslə çıxış etdiklərini deyən Aqramunt məhbusların azadlığa çıxacağına inamını ifadə etdi. Ancaq onun siyasi məhbusların sayı ilə bağlı açıqlaması mübahisələrə səbəb oldu. Belə ki, həmməruzəçi Azərbaycanda cəmi 7 siyasi məhbusun qaldığını deyərək, onların yaxın zamanlarda azadlığa qovuşacağını bildirdi.
Jurnalistlərin «Human Rights Waths», «Amnestu İnternational» təşkilatının Azərbaycanda siyasi və mülki hüquqlar sahəsində vəziyyətə dair hesabatları barədə suala isə həmməruzəçilər «ehtiyyatlı» cavab verdilər.
«Amnestu İnternational» tərəfindən məlumatlar aldığını deyən Aqramunt orada yazılanlara diqqət etdiyini dedi.
Milli Məclisin «İnformasiya əldə etmək haqqında» qanuna etdiyi dəyişikliklər barədə suala isə həmməruzəçinin cavabı gözlənilməz oldu. O, «Biz hökuməti yenmək üçün heç kəsə yardımçı olmayacağıq»-dedi və suala cavab verməkdən imtina etdi.
Mətbuat nümayəndələrinin hesabatınızda nələri qeyd edəcəksiniz, hansı çatışmazlıqları müşahidə etmisiniz tipli sualları da həmməruzəçilər tərəfindən cavabsız qaldı.
Pərviz

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]