Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Cənab qaynanalar” hakimiyyəti - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
27/9/2012 [10:14]
Baxılıb :
2236 dəfə

1 saatın içində hitə çevrilən “Xanım qaynana” videosunda baş rolda nə Gülər Əhmədovadır, nə də Elşad Abdullayev. Baş rolda - hakimiyyətdir. Video sadəcə onun yetirmələri olan bu 2 personajın - “siyasi xadim”ə çevrildilmiş peşə məktəbi müəlliməsi ilə elm-təhsildən astronomik uzaqlıqda olan keçmiş rektorun simasında elə hakimiyyətin özünün mahiyyətini açıb.

Bu video ölkənin hansı günə salındığının sübutu deyil, dəlilidir. Sübutu son 20 il ərzində hər birimiz hər gün, hər saat görürük, bilirik, taleyimizdə yaşayırıq. Dəlillər isə azdır. Elə dəlillər ki, onillər boyu qalacaq, tarixin arxivlərindən bu ölkəni “bandit monarxiyası”na çevirmiş şəxslərə meydan oxuyacaq, gələcək nəsillərə bizim illərimizi öyrətməkdə, başa salmaqda əyani vəsait olacaq.

Gülər Əmədova isə öz rolu ilə bu tarixi daha da “zənginləşdirəcək”. Çünki, onun ifasında biz rejimin mahiyyətini açan o qədər yeni termin və aforizmlər eşitdik ki, bu qədərini yalnız ən zibilli gettolarda, ən kriminal kloakalarda eşitmək olardı. Parlamentdə və TV-dəki görüntülərində maskası ilə real həyatdakı əsl sifəti arasındakı dissonans isə hətta Stanislavskini də mat qoyardı. Aktyorlar var da!

Videosüjetdən adi azərilərə özünü bazarda (özü də suda balıq kimi) hiss edən, kriminal terminlərlə danışan, özünəarxayınlığı sərhəd tanımayan bandit reyder baxırdı. Elə bu özünəarxayınlığın səbəblərinə baş vurmaq da indiki Azərbaycan hakimiyyətini biabırçılıq sütununa mismarlamağa yetərlidir.

Gülər Əhmədova özbaşına deyil, onu buraya, özü demişkən, “razborkaya” göndəriblər. Və Elşad Abdullayevin daha yarım milyon məbləği verməkdə tərəddüd etməsi onu o qədər səbrdən çıxarır ki, “Siyasətdə nala-mıxa vurmaq olmaz”dan başlayıb “prezidentin qabağından keçən siyahını dəyişdirmişəm”də dayanır. “Ramiz müəllim kimidir? Pulu özüm götürürəm” deyir, özünə xitabdakı “cənab qaynana”nı tez “xanım qaynana”ya dəyişir (sanki kriminal rnqının kiçildiləsinə etiraz edir), bir ara da keçib masanın başında, Elşad Abdullayevin kreslosunda oturur. Onun dili ilə hakimiyyət danışır. Onun durub-oturması ilə hakimiyyət durub-oturur. Gülər Əhmədova bu hakimiyyətin simvolu kimi hərəkət edir.

Elə bu hakimiyyətin yetirməsi olan, ona canla-başla qulluq edən, sonunda vurulan Elşad Abdullayevdən onun bircə fərqi var: Abdullayev bu hakimiyyətin dünənidir, Əhmədova isə bu günü.

Və şübhə etmirəm ki, Əhmədovanı hakimiyyət cəzalandıracaq. Ona görə yox ki, artıq-əskik danışır və sirr qalmalı nəsnələr ictimailəşib. Yox. Ona görə cəzalandırmayacaq ki, reytinqini itirməkdən və ictimai rəydən çəkinir, “xalq qəzəbi”ndən qorxur. Yenə də yox. Ona görə cəzalandıracaq ki, bu video ilə Gülər Əhmədova hakimiyyət üçün lazımsızlaşdı və onun monolitliyi illüziyasını dağıda bilər. Yəni, elə çıxa bilər ki, “Yuxarılar bacarmırlar”. Bu isə Leninin 100 il əvvəl sadaladığı və inqilabi şəraitin 3 şərti adlandırdığı ehkamlardan 1-cisidir. Bizdə 2-ci şərt var: “Aşağılar istəmilər”. 3-cü şərt isə (“Təşkilat və təbliğat”) 1-ci şərtin mövcudluğunda sürətlə formalaşacaq. Odur ki, 1-ci şərti qoruyub saxlamalıdırlar.

Yəni, yuxarıların monolitliyi naminə deputat və “razborşik” qadını “vuracaqlar”. Onun yerinə isə yüzlərlə başqasını tapmaq olar - növbə böyükdür.

Bu videoda gördüyünüz “qaynana”nın yerində çoxları ola bilər. O otaqda milyonların söhbətini edən 3 personajın hər biri hakimiyyətin vintidir. Odur ki, ağacın arxasında meşəni görmək lazımdır. Yəni, söhbət birisinin başqasından amiranə tərzdə külli-miqdarda rüşvət tələb etməsindən getmir. Söhbət ondan gedir ki, bu süjet Azərbaycanda seçkilərin faydasızlığını, parlamentin formalaşdırılması mexanizmini, idarəçilik və kadr seçiminin şərtlərini, rüşvətin son ünvanını, məhkəmələrin puçluğunu, hakimiyyət iyerarxiyasının necə qurulduğunu... açıb tökür. Oradakı iştirakçıların hər birinə aid rəy, epitet və diaqnoz bu hakimiyyətə ünvanlanmalıdır. Bu “cənab qaynanalar” da sənin, mənim deyil, hakimiyyətindir. Onun “qızıl fondu”dur, qaydalarının transformatorudur.

Bundan sonra da əfəllər tapılır ki, desinlər: Kadrları dəyiş, hər şey düzələcək. Düzəlməyəcək. Çünki, Sistem qalacaq...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]