Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Mübarəkin xatirələri

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
28/6/2012 [11:37]
Baxılıb :
1709 dəfə

Yarım uzanmış vəziyyətdə, qara eynəyinin arxasında gizlənən gözləri ilə öz məhkəməsini yad bir adamın ittihamı kimi süzən qoca “firon”un nələr düşündüyünü əsərə çevirməyə Varqas Lyosa kimi (“Keçinin bayramı”) yazıçı gərəkdir. Ya da Karlos Fuentes. İnsafən, Hüsnü Mübarək Dominikan qəssabı Truxilyodan çox, Fuentesin yaratdığı Artemio Krus obrazına (“Artemio Krusun ölümü”) bənzəyir.

Fuentesin qəhrəmanı keçmiş inqilabçıydı, sonra dönüb milyardçı, istismarçı, mediamaqnat olmuşdu. Və əsər ölüm ayağında olan Krusun öz ömrünü xatırlaması ilə başlayır, bununla da bitir. Krus taleyinə haqq qazandırmağa çalışır, iradə azadlığının mif olduğuna özünü inandırmağa cəhdlər edir.

Krusdan fərqli olaraq, Mübarək devrilib və məhbəsdədir. 84 illik ömrün yekunu bir daha ayağa qalxmağa heç bir ümid qoymayan düşüşlə, enmə ilə qapanmaqdadır. Və kim bilir, üz cizgilərini tərpətmədən, amimik sifətlə onu bu gün mühakimə (dünən isə tərif) edənlərə baxan eks-diktator bununla növbəti bəşəri komediyanı seyr edən müdrik cildindədir, yoxsa artıq ruhu gedib qılafı qalmış bir əşyadır? Bilməm. Ancaq nədənsə elə gəlir ki, bu sükutu və üzünün tərpənməz ifadəsi ilə Mübarək daha çox Mariya Antuanettanın gilyotinaya qalxarkən kütləyə tərəf atdığı cümləni zümzümə edir: “Mənim əzablarım bitir, sizinki isə hələ indi başlayır”.

Nələr düşünür, nələri xatırlayır diktator? 80 il əvvəlin balaca bir kəndini, özlərinin balaca torpaq sahəsini, fəllah olan atasını, yarıtox uşaqlığını.

Sonra böyüyüb yoxsul övladları üçün “adamlar arasına çıxmağın” o vaxtlar yeganə yolu olan hərbçi karyerasını seçməyini. Nasirin inqilabını və 24 yaşlı leytenantın qarşısında “Azad zabitlər” hərəkatının qələbəsinin açdığı böyük perspektivləri. O vaxtın dəb ideyası olan ərəb sosializmini. Gənc Mübarək bu ideyaya qulluq edən, antiimperialist inqilabçıdır.

30 yaşı olanda SSRİ-yə, ali hərbi təhsilini davam etdirməyə yollanmasını. Burada o, Frunze (indiki Bişkək) yaxınlığındakı Hərbi Akademiyada oxuyur. Sonra SSRİ-yə təhsil üçün bir daha (36 yaşı olanda) qayıdır. O illərin Mübarəki öz ölkəsinə, sosializmə xidmət edən hərbçidir. İsraillə müharibədə, Yəməndə vətəndaş müharibəsində təyyarəsi ilə vuruşur. Nasirin diqqətini çəkir və 41 yaşı olanda Nasir onu Hərbi Hava Qüvvələrinin qərargah rəisi təyin edir.

Adi, yüksələn xətlə gedən, ziqzaqsız karyera. Ortada heç bir siyasət yoxdur. Və bu cür davam edərsə, tarix ömrünü marşal kimi başa vuracaq bu hərbçinin heç adını da yadda saxlamayacaq. Ancaq 1970-ci illərdə hər şey dəyişir - Mübarək siyasətə cəlb olunur.

Ənvər Sadat onu Misirin vitse-prezidenti təyin edərkən marşal Mübarəkin 48 yaşı vardı. Ailədə 2 oğlan övladı böyüyürdü, xanımı ilə xoşbəxtdi. Və hələ heç nə etməmişdi ki, 2012-ci ilin yayını hamı tərəfindən atılmış vəziyyətdə, xəstəxanaya çevrilmiş məhbəsdə qarşılasın.

1978-ci ildə Sadat özünə Xalq-Demokrat partiyası yaradır, Mübarəki də partiyanın başına keçirir. Sonra 1981-ci il, 6 oktyabr... Hərbi parad zamanı “Müsəlman qardaşları” tərəfindən Sadat qətlə yetirilir, onun sol tərəfində əyləşən Mübarək isə sadəcə əlindən yaralanır. Güllənin trayektoriyası 10 santimetr dəyişsəydi, Mübarək də həmin günü meyitxanada cansız bədən kimi başa vurasıydı. Ancaq o, sağ qaldı və Konstitusiyaya uyğun olaraq səhəri Misir prezidenti kimi qarşılandı.

Bu günə dirənən yol həmin oktyabrdan başladı. 84 yaşlı xəstə, devrilmiş qoca xatırlayır ki, necə ölkədə fövqəladə vəziyyət elan etdi (və onu heç vaxt ləğv etmədi), necə islamçılara qarşı repressiya maşınını işə saldı... İdarəçiliyə isə korrupsiyaya qarşı mübarizə ilə başladı - Sadatın bir çox qohumunu və sadiq adamını məhbəsə atdı. Digər tərəfdən isə İslambuli başda olmaqla Sadatın qatillərini edam etdirdiyinə görə, islamçılar ona ölüm hökmü çıxardı.

O, xatırlayır ki, Əddis-Əbəbədə maşınını atəşə tutdular, Qahirədə bıçaqlamağa cəhd etdilər. Düzdür, o, Fidel deyil, ancaq azı 10 dəfə sui-qəsd cəhdi ilə üz-üzə qalıb. Xatırlayır ki, ölkədə seçkiləri referendumla əvəzlədi və 6 ildən bir 5 dəfə yenidən prezident oldu.

O, uğur saydığı əməllərini xatırlayır: Misiri yenidən Yaxın Şərqin güc mərkəzinə çevirdi, türmələri açıb yüzlərlə müxalifətçini azad etdi. O ki qaldı ölkəni firon kimi idarə etməyinə, guya dünyanın başqa yerlərində başqa cürdür ki? Milyardlar toplayıb? - Afrikada hansı ölkə başçısı bunu etməyib? Və təkcə Afrikadamı?

O, köhnə müttəfiqlərindən inciyib. ABŞ 1991-ci ildə “Körfəz müharibəsi”nə başlayanda, onu kim müdafiə etdi? Əlbəttə, Mübarək. Üstəlik digər ərəb dövlətlərini də bu mövqeni tutmağa çağırdı. Və indi həmin ABŞ onu “diktator”, “qaniçən”, “demokratiyanın düşməni” adlandırır. Ah, gərək ABŞ Zairdə Mobutu Sese Sekonu, yaxud Filippində Markosu yeyilmək üçün kütlənin ayaqlarına atanda, Mübarək anlayaydı: “Bunların dostluğu yoxdur”.

Bəs dünənə qədər onu göyə qaldıran ətrafı hara qaçdı? Hamısı çevrilib demokrat olub - sanki bu, əqidə yox, dəyişənək paltarın adıdır. Bəs 2006-cı ilin referendumunda ona 93,7 faiz səs verən xalq hanı? Yoxdur.

Bütün dünya nə tez ondan üz çevirdi? Odur ey, Xırdalan adlı yerdə ona heykəl qoymuşdular (cəmisi 2 il əvvəl), xanımı Süzannanın adını isə məktəbə vermişdilər. Sonra bir gecədə heykəli götürdülər, məktəbin də adını dəyişdilər.

Təqribən bu cür fikirləşən Mübarək təcrübəsindən bilir ki, o, göylərə qaldırılıb yerə vurulan nə birinci, nə sonuncu personajdır. Olsun ki, elə bu da ona sakitlik gətirir.

Üstəlik, bilir: bu 30 ildə o qədər “ləng mexanizmli bombalar” basdırıb ki, onlar partladıqca Firona nostalgiya başlayacaq.

Belədə isə, Gloria Mundi. “Yer şöhrəti bu cür keçib gedir”...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]