Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Döyüş bölgəsindən reportaj - Fotolar

Döyüş bölgəsindən reportaj - Fotolar
Bölmə :
Reportaj
Yayım tarixi :
18/6/2012 [15:22]
Baxılıb :
1763 dəfə
Əməkdaşımız Füzulinin düşmənlə nəfəs-nəfəsə dayanan kəndlərindən yazır
Adı kənd mağazasının borc siyahsında olan əsgər vətənə borucunu verir”¦

Son bir neçə gündə Füzuli rayonunun Ermənistan ordusu tərəfindən işğal edilmiş kəndlərində atışmalar intensivləşib. Əhalinin qorxu içində yaşadığı, mal-qaranın tələf olduğu barəjə xəbərlər yayılır. Bölgədə vəziyyəti öyrənmək üçün rayonun təmas xəttinin keçdiyi Horadiz və Şükürbəyli kəndlərinə üz tutduq.


Horadiz kəndinin girəcəyi Bakının girəcəyindən fərqlənmir. Səkilərin kənarı ilə hasarlar çəkilir. Hasar kolluq ərazini asfaltla ayırır. İçəri keçdikcə yeni tikilən inzibati binalar və onlarla kontras təşkil edən daxmaları görürük. Burada çalışan taksi sürücüsü deyir ki, atışma səsinə öyrəşiblər. “Bir gün olmayanda deyirlər görən nə olub ki, atışma yoxdur? Ermənlərlə hava yolu ilə sərhəddimiz 1 kilometrdir. Onlarla bizim postun arasında 30-40 metr məsafə var. Biz də bütün günü səngərdəyik. Taksi ilə həmin yerlərə gedirik”.
Vertalyot yaralı əsgərləri aparıb
Yol kənarında yerləşən dükanının sahibi Səbinə Məmmədova deyir ki, səngərdə xidmət edən zabitlərin adları onun borc siyahısında var. “Zabitlər bu mağazadan alış-veriş edirlər. Onların ailələri də burada yaşayır. Dolanışıq çətindir. Evə lazım olan əşyaları, geyinmək üçün rezin ayaqqabılar alırlar”. Dükan sahibi deyir ki, müharibənin qızğın vaxtında düşməndən qorxmayıblar, indi də atışmadan çəkinmirlər. Atışma səslərini daha çox gecələr eşidirlər. “Dünən (12 iyun-S.V) vertalyot yaralı əsgər apardı. Bilmirəm nə qədər əsgər yaralanıb”-deyə söhbətə qoşulan mağaza işçisi xəbər verir.
Səbinə Məmmədovanın qardaşı İlqar Məmmədov deyir ki, Hillari Klintonun səfərindən sonra atışma səsləri çoxalıb. “Həmin günlər daha çox atışma olub. Erməni də atır, biz də atırıq. Ən çox axşam atırlar. Hərdən gündüzlər də olur. İran tərəfdən təhlükə hiss eləmirik. Qəliz siyasətdir, baş açmaq olmur. Görünür, rus demək istəyir ki, bu problemi mən həll eləyə bilərəm, sənlik deyil Amerika”.
İlqar Məmmədov deyir ki, burada adın borc dəftərində olmadan yaşamaq olmur. “Bir iş yeri açmırlar ki, camaat gedib dolansın. Yüz professor yığışa, qanan üçün bu qara dəftərləri görmək kifayətdir. Ona baxan bilər ki, camaat nə vəziyyətdə yaşayır”. Elə bu vaxt dükan sahibi borc dəftərlərini çıxarır. Üç qalın dəftər göstərib, 4-5 ildir ona borclu qalan adamlardan pul ala bilmədiyini deyir. “Bakıdan borca mal alıb gətiririk, camaata veririk, sonra əllərdə qalırıq. 4-5 illə dəftərdə “yatanlar” var. Elə adam var 3000 manatdan artıq borc yığıb. İş yeri olsa, hamının dolanışıq yeri tapılar. Heç kim adını borc dəftərinə yazdırmaz. Uşaqlar dolanmaq üçün Bakıya, Rusiyaya gedirlər”.
Kənddə yerləşən orta məktəbin 5-ci sinifinə keçən Nurlan Şirinov atəş səslərini eşitmədiyini deyir. Məktəbdə yaxşı oxuduğunu çatdırır. Amma müəllim qıtlığı var. “İki-üç fənni bir müəllim deyir. Məsələn, Azərbaycan dili, ədəbiyyat və riyaziyyat fənlərini bir müəllim keçir”.
Zabit: “Axır vaxtlar atışma səsləri çoxalıb”
Yolda rastlaşdığımız zabit Rauf Şəfiyev İranla Azərbaycan sərhəddində xidmət edir. Məzuniyyətdən yeni qayıdıb. Deyir ki, sərhəddə vəziyyət normaldır. “Heç nə dəyişməyib. İranla sərhəddə sakitlikdir”. O da sərhəddə olan atışmaları eşidir. “Axşamlar, saat 12-1 radələrində atışma səsləri gəlir. Axır vaxtlar çoxalıb”.
Kənddən çıxıb, Şükürbəyliyə yollanırıq. Kələ-kötür yollarla nəzarət postuna yaxınlaşırıq. Nəzarətdə dayanan əsgərlər maşınları sərbəst buraxır. Deyirlər ki, axşamlar maşınları yoxlayırlar.
Kəndə keçdikcə burada yaşayan əhalinin Horadizdə yaşayanlardan daha kasıb həyat sürdüklərini müşahidə edirik. Daxmalar, yarımçıq tikilmiş evlər, nimdaş paltarda gəzən sakinlər bu təəssüratı yaradır. Əli çomaqlı gəzən aqranom Sərdar Mehrəliyev qəzetimizə deyir ki, atışma hər vaxt olur. Gecə saatlarında lap çox çəkir. “Elə olur 1 saat davam edir. Əvvəlcə ermənilər başlayır sonra bizimkilər atırlar. Yaralılar olanda, bilirik. İki-üç gün olar biz tərəfdən bir zabiti vurdular. Hillari gələn gün lap çox atışma oldu. Görünür, ermənilər xox gəlmək istəyirlər”.
Sakin düşünür ki, bu qədər adam ölüncə müharibə olsa, daha yaxşıdır. “Gündə 3-5 nəfər ölüncə, müharibə eləsinlər ölən ölsün, daha dayansınlar. Torpaqlarımızı alaq. İndi ermənilər sahələrə od vurular, zəmi, ot sahələri yanır, minalar partlayır”.
Sərdar Mehrəliyev deyir ki, kəndin 1200 nəfər sakini var. Onlar mal-qara ilə dolanırlar. Sakin ona 8 sot torpaq verildiyini çatdırır. “Torpağı fermerlərə verirlər. 5-10 nəfər pullu adama torpaq veriblər, onlar da üstündə oturub, deyir mənimkidir. Bəs mən 8 sot torpaqla neyləyim?”.
“Sosial müavinətlər rüşvətlə verilir”
“Salam verdim, rüşvət deyildir deyə almadılar” deyən Füzulinin adını daşıyan rayon elə bu vəziyyətdə qalıb. Vətəndaşlar işlərini “Salam”la yox, rüşvətlə həll edirlər. Sakinlər ünvanlı sosial yardım almaq üçün onlardan rüşvət istənildiyini açıqlayırlar. “Sosial müavinət almaq da pulladır. Bəlkə də 10 dəfə sosial yardım almaq üçün müraciət eləmişəm. Hər dəfə də deyiblər ki, sənə düşmür. Deyir, inəyiniz var. Mənim də bir inəyim var. İki il məşğulluq idarəsindən 55 manat pul almışam. 55 manatla neyləmək olar? Deyirlər ki, sosial yardımı 50-50-yə böləcəyik. Bir il pulu yarıbayarı onlara ödəməlisən. Ya da 6 ayın pulunu onlara verməlisən. Kənddə maksimum 10 nəfər sosial yardım alır. Ağıllılar var bu kəndə gəlmir. Amma bizim kimi dəlilər gəlib sərhəd kənddə yaşayırlar. Bizim kimilər sürünənlər sinfinə aiddir”.
Hasarın başından boylanan sakin də şikayətini çatdırmaq istəyir. Əlini uzadıb, 10 metrlikdə olan yarımçıq tikilini göstərir. Deyir ki, bu onun oğlu İslam Məmmədovun evidir. Tikdirib qurtara bilmir. “Oğlumun nə malı, nə də heyvanı var. Üç uşaq atasıdır. Ona sosial yardım ala bilmədim. Dedilər ki, yardımın yarısını bizə verməlisən. Mən də razı olmadım. Mən pulumu heç kimə yedirtmirəm”.
Kənd sakini deyir ki, sosial yardımı varı, pulu, maşını olanlar alır. “Dolanışıq pisdir. Müharibə bölgəsidir. Gəzmək, yeyib-içmək, yatmaq yoxdur. Mən də 3-4 manat pul qazanıram, arvadla ərik yeyib, uzanırıq”.
Sakin əlavə edir ki, ünvanlı sosial yardım almaq üçün ondan həm də hinduşka istəyiblər. O da verməyib. “Sonra hinduşka xəstələndi”.
Sosial çətinliklərin içərisində onlara düşməndən gələ biləcək təlükə təsir eləmir. “Ermənilər atırlar, amma neyləyək, buradan o tərəfə hara gedəcəyik? Bir ağac əkirəm, deyirəm, ay Allah uşaq bu ağacın meyvəsindən yeyəcəkmi?”.
Mağazadan ərzaq almağa gələn milli ordunun əsgəri deyir ki, hər gün atışma olur. Amma axır vaxtlar çoxalıb. “Bakıdakılar gəlsinlər burada xidmət eləsinlər” deyir. Danışmaq istəmir. Deyir ki, nə faydası olacaq?
Borclu qalan əsgər
Mağaza sahibi Ofeliya xanım əsgərlərin ondan tez-tez ərzaq aldıqlarını çatdırır. “Oranın yeməkləri yaxşı olmur. Əsgərlər gəlib məndən ev xörəkləri istəyirlər. Onlar deyirlər ki, “sən elə bil əsgərlərin anasısan”. O qədər xətir, hörmət görürlər, ona görə deyirlər. Görürsən mürəbbə, doğa istəyirlər, bişirib verirəm. Bir də baxırsan mağazaya aşa-aşa girirlər. Gecə növbə çəkirlər, yuxu almırlar”.
Mağazadakı borc dəftərində sakinlərlə yanaşı əsgərlərin də adı var. Onlar sərhəd bölgəsində vətənə olan borclarını ödəyirlər. Bəs mağazadakı borclar kimlərin borcudur?
Sevinc VAQİFQIZI
Bakı-Füzuli
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]