Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Səfir” tələsi - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
15/9/2012 [09:49]
Baxılıb :
1907 dəfə

Benqazi olayına qədər iş başında qətlə yetirilən sonuncu ABŞ səfiri Adolf Dabs idi. O, 1979-cu ilin 14 fevralında Əfqanıstanın paytaxtı Kabildə qaçırılıb və xilasetmə əməliyyatı zamanı öldürülüb. Odur ki, Liviyada öldürülən səfir Kristofer Stivensin faciəsi həm nadir, həm də uzağagedən nəticələrlə bitəcək bir hadisədir. Üstəgəl, 33 il əvvəlki qətlin bir daha analizi deməyə əsas verir: ABŞ bu qətldən də tam yararlanacaq. Lap Sovet multiplikasiya filmi “Vinni Pux”dakı kimi: “Bu “J” elə-belə deyil”.

Mənbələrə inansaq, Benqazidə ABŞ səfirliyi qarşısında etirazlar sentyabrın 11-i (daha bir simvolika!) günortadan başlayıb, tezliklə silahlı atışmaya keçib və atışma gecəyə qədər davam edir. Bütün bu saatlar ərzində ABŞ hökuməti də, onlara dost, onların “məhsul”u olan yeni Liviya başbilənləri də vəziyyəti stabilləşdirmək üçün heç nə etməyib. Təəccüblü deyilmi? Oxşar hadisə ötən il Dəməşqdə, yaxud indilərdə Venesuelada olsaydı, Vaşinqton nə edərdi? Yəqin ki, işğal əməliyyatına start verər, havadan ölkəni bombalayar, bunun üçün lap BMT-dən mandat da alardı.

Yaxud, təsəvvür edək ki, səfirin qətli Qəzzafi Liviyasında baş verib. Heç bir ciddi səbəb olmadan ölkəni bombalayıb xarabazara çevirən amerikalılar, bu cür səbəbin varlığında nə edərdilər bəs? Sual ritorikdir.

İndi isə Obama və Klinton yalnız kədərli poza alıb təəssüfləndiklərini bildirir, yeni Liviya hökumətinə çevrilmiş Benqazi başkəsənləri isə üzrxahlıq edirlər, vəssalam. Və unutmayaq ki, səfir Stivens bu başkəsənlər üçün heç də yad, yaxud neytral adam deyildi. O, Liviya “inqilab”ının memarlarından biriydi, Qəzzafi dövründə isə Obamanın qiyamçılarla əlaqələndiricisi idi. Budur, dostları onu vurub öldürdü.

Əlbəttə, ABŞ-ın kimlərəsə yardımda yanıldığı, islamçıları silahlandırıb hakimiyyətə oturtmaqda hələ çox peşiman olacağı kimi əfəl versiyalar söyləyərək hətta yankilərin halına acımaq kimi ucuz sentensiyalara qapılanlar yanılacaqlar. Stivensin qətlini 1979-cu ildə Əfqanıstanda səfir Dabsın qətli ilə müqayisə etmək də yersiz deyil - o vaxt səfirin öldürülməsi ABŞ-ın işinə yaradı. “Komplo nəzəriyyəsi” kimi boş söhbətləri atıram kənara, məhz Dabsın qətli ABŞ-ın Əfqanıstanda vətəndaş müharibəsini dəstəkləmək və maliyyələşdirmək, bununla da öz geosiyasi məqsədləri üçün “yaşıl işıq” əldə etmək üçün əl-qolunu açdı.

Son 11 ilin həngamələrindən sonra ABŞ-ı çox şeydə qınamaq olar, ancaq sadəlövhlükdə yox. Odur ki, Stivensin qətli ilə məşhur “Kimə faydalıdır” sualı yenidən aktuallaşır. Suala cavab axtarışında yenidən 1979-cu ildəki qətlə qayıdaq.
O vaxt səfir Adolf Dabsın məhz kimlər tərəfindən qaçırıldığı hələ də qaranlıqdır (Bu barədə Vladimir Snegiryov “Kabil” mehmanxanası”, Nikolay İvanov “Fırtına” əməliyyatını tez başlamalı” kitablarında, jurnalist İona Andronov isə “Səfir Dabsın ölümü kimin vicdanındadır?” məqaləsində müfəssəl yazıblar). Onun gah maoçular, gah da islamçılar tərəfindən qaçırıldığı söylənilir ki, bu rəngarənglik özlüyündə absurddur. Üstəlik, terrorçuların əsas tələbi Burhanəddin Baizi adlı birisinin həbsdən buraxılması idi: Bu ad-soyadda adamı isə heç Əfqanıstan polisi də tanımırdı.

Faciədən sonra SSRİ-nin Əfqanıstandakı attaşesi cavabsız sualları sadalayaraq Moskvaya məktub göndərir: 1. Dabsın izlənməsi barədə ona əvvəldən xəbərdarlıq edilsə də, səfir qorumalardan imtina edir. 2. Səfir tanımadığı adamlara maşınını saxlayır və qapını açır (qapı içəridən açılırdı). Niyə? Cavab yoxdur. 3. Qətldən sonra səfirin yanındakı çantasının içindən əl-üz dəsmalı, diş məcunu və fırçası kimi məişət əşyaları çıxır, çantadan 1 dənə də sənəd tapılmır. Halbuki, o, işə gedirdi və özü ilə sənədlər daşımalıydı. Məişət əşyaları isə ondan xəbər vermirmi ki, səfir girovluğa hazırlaşıb və orada çox qalacağının, ancaq sonunda xilas olacağının fərqindəydi? 4. Prezident Əmin xilasetmə əməliyyatında Sovet zabitlərinin iştirakının qəti əleyhinə olur və onları kənarlaşdırır. 5. Dabsa güllələr yaxın məsafədən atılıb və heç biri də terrorçulara məxsus deyildi. 6. ABŞ səfirlik işçilərinin soyuqqanlılığı və sanki Dabsın taleyinə biganəliyi. 7. Qətldən sonra ABŞ hökumətinin Əfqanıstanı heç nədə qınamaması və s.

1979-cu ilin fevralında Əfqanıstanda hakimiyyətdə Hafizulla Əmin idi (İnqilabın lideri Tarakinin qatili) və Dabs vasitəsilə o, ABŞ-a yaxınlaşırdı. Dabsın faciəsi isə Əminə SSRİ-dən uzaqlaşmaq və Vaşinqtona tərəf keçməyə daha bir fürsət idi. Hər şey elə o istiqamətdə də gedəcəkdi - əgər tezliklə Əmin öldürülməsə və Sovet qoşunları Əfqanıstana girməsəydi.
Yəni, 33 il əvvəl ABŞ-ın planlarını SSRİ pozdu. Bu dəfə isə Liviya planlarını (tam xaos, yerli hakimiyyətdəkilərə tam nəzarət və Liviyaya demonstrativ daxil olmaq planı) pozacaq əks qüvvə yoxdur.

Əlbəttə, səfir Stivensi təntənə ilə Arlinqton qəbristanlığında dəfn edəcək, adına Benqazidə bir küçə də verəcəklər (necə ki, Dabsın adına Kabildə küçə var). Onun xidmətləri unudulmayacaq...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]