Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Musiqisiz komediya teatrı - Qara Şəhərli

Bölmə :
Köşə
Yazar :
Qara Şəhərli
Yayım tarixi :
14/9/2012 [10:00]
Baxılıb :
1156 dəfə
Quba məhkəməsində çəkişmə-gülüşmə səhnələrindən mən nə öyrəndim?

Dialoq- epiqraf:

Müttəhim: « Səni necə vurmuşam ki, salamat qalmısan?»
Polis: «Yaxşı vurmamısan»

Qubanın musiqisiz komediya teatrında muüsibət tamaşa gedir. Bizim Sevinc də günlərdir, o tamaşaya baxmaq üçün Qubadadır və baxıb gördüyünü də yazır. Söhbət 1 mart hadisələrinə görə tutulanların məhkəməsindən gedir. Əvvəla onu deyim ki, bir qrupun məhkəməsini aparan hakim Zamin Tahirov da bir vaxtlar jurnalist olub. Yazıb-yazıb, görüb ölkə, Mirzə Cəlil demişkən, düzəlmir ki, düzəlmir. Sonra fikirləşib, götür-qoy edib, qərara gəlib ki, hakim olmaq və məhkəmədə ədaləti bərpa etmək lazımdı. Və hakim olub. Amma onun ədaləttərəzisi deyəsən zabrakovannıdır, yəni xarab çıxıb... 

Qərəz. Həmin Zamin Tahirovun keçirdiyi məhkəmə əsl Zamin Hacının mövzusudu. Elə mənim də. Ondan sonrakı məhkəməlap əməlli-başlı məzhəkə olub. Amma insafən, bu məhkəmələrdən şəxsən mən çox şey öyrəndim. Birincisi, onu öyrəndim ki. Qubada yox, ölkənin harasında bir balaca dartmayaxamcırıldı olsa, orda mütləq zərərçəkənlər polislər, elə şahid də polis olur, müttəhim isə camaatdır ki, var. Məsələn, Quba məhkəməsində gedən o məzhəkələrdə hələ bir dənə də olsun paqonsuz zərərçəkənə rast gəlinməyib. Bir tərəfdən, prokuror deyir ki, Qubanın icra başçısı olmuş, qubalıları təhqir etdiyinə görə devrilmiş Rauf Həbibova 236 min manatdan çox ziyan dəyib, «villasını yandırıblar», «ona məxsus spirtli içkiləri sındırıblar» və sair. Hələ prokuror onu deməyib ki, bu ipə-sapa yatmaz qubalıların üzündən prezident onu işdən çıxarıb (yaxşı ki, nəqliyyat nazirimiz vaxtında müdrik addım ataraq ona «Azəryolservis»də bir iş tapıb veriblər). Bu qədər zərər çəkəndən sonra Rauf usta (o, başçı olana qədər Ziya müəllimin obyektlərində prorab olub) hələ də zərərçəkən kimi məhkəməyə gəlməyib. Bəlkə axırda gələcək - onu deyə bilmərəm. Adətən blatnoy müğənnilər şərt qoyur ki, toyu mən bağlamasam gəlmirəm. Rauf usta da Cavid Qurbanovun yanında maşınları tərəziyə qoyub çəkən şöbədə işlədiyindən tərəziyə qoyub, ölçüb-biçib, görüb uşaq-muşaq, serjant-merjant ifadə verən iclaslara, daha doğrusu, premyeralara qatılmasın, axırda gəlsin. Quba məhkəməsinin sayəsində bax bunu da öyrənmiş olduq.

Öyrəndiyimiz daha bir sürü şey var. Məsələn, bizə agah oldu ki, sən demə, məhbuslar məhkəmədən qabaq prokurorun yanına aparılmalıdır, Quba prokuroru Nazim müəllim onlara treninq keçməlidir, ondan sonra gəlib ifadələrini verməlidirlər. Bu böyük kəşfdən xəbərsiz ölüb gedəcəkdim dünyadan. Öyrəndim, çox mutlu oldum. Düzdü, «zərərçəkən» polislərə də belə treninqlər keçirilir - kimin üzünə durmaq lazımdır, kimin torbasını tikmək lazımdır. Amma bəzən dərsini yaxşı oxumayanlar da olur ki, belələrini elə məhkəmə zalındaca prokuror sağ olsun, başa salır. Bax elə ayın 11-də gedən tamaşada Xəyal Abdullayev adlı xəyali zərərçəkən polisin ifasında ifadə ittihamçının xoşuna getmir. Onu yanına çağırır ki, deyirsən səni vuranı görməmisən, bəs burda yazmısan ki, Alxas Danyalov vurub? Polis də ifadədə həmin cümlələri oxuyur və: «Bunu kim yazıb?» deyir. Təbii ki, sualı cavabsız qalır. Doğrudan, polis ki polis. Bu nə yersiz sualdı - ağ kağıza qol çəkmisən, daha sonrasının sənə nə dəxli var ki, kim yazıb, nə yazıb? İndi dramanın artistləri Şekspiri hardan tapsınlar ki, soruşalar Hamletin bu monoloqunu niyə belə uzun yazmısan? Roldu yazıblar, sən də oynamalısan, artıq söhbət lazım deyil.

Elə ona görə də məhkəmə-tamaşada ittihamçı sərt nəzərlərlə əvvəl polisə, sonra da işarəverici baxışlarla Alxasa baxıb. Polis də qayıdıb yerinə, dərhal «xatırlayıb ki, onu vuran Alxas olub. Alxasın nümayəndəsi soruşub ki, «Sizi vuran şəxsin Alxas olduğunu dəqiq bilirsiniz?» Polis də təkzibedilməz bir dəlil gətirib: «Fərhadın yanında Alxas olardı də”¦Â»

Yəni bunu da öyrəndim ki, «kimin yanında durmusan de, sənin polisə daş atdığını deyim» atalar sözü məhəkəmədə də aktualmış. Eynşteynin nisbilik nəzəriyyəsi var. Məsələn, polis 12-nin yarısında hadisə yerinə çatır və məlum olur ki, ona”¦ orda saat 11-də xəsarət yetiriblər (!!!)

Amma ən maraqlısı ikinci tamaşada olur. «Zərərçəkən» polis deyir ki, filankəs məni arxadan vurdu. Çevrilib dedim ki, bir də elə iş görmə. Bunu öyrəndim ki, bizim polislərin arxada da gözü var, çünki önünə baxır. Amma yüzlərlə adamın içindən onu vuranı arxa gözü ilə görür və dönüb deyir ki, bir də elə iş eləmə. Yəni adamı bu dəfəlik bağışlayır. Sonra evə gedir. Üstündən həftələr keçəndən sonra affektə düşüb adamdan şikayət edir. Ola bilsin, polislərin boynunun ardında da kamera olur. Bir dostum bir dəfə qəşşəng məsləhət yazmışdı öz profilində: tualetdə oturandan sonra suyu çəkməyin, filan TV-nin bahalı kameralarını xarab edərsiniz, ziyana düşərsiniz. Burda da adam polisin boynuna zərbə vurmaqla kameranı sındırıb, ya nə?

Bax, aşağıda yazdıqlarımız kulminasiya nöqtəsidir. Bir polis Ələkbər Nəcəfovun ona daş atdığını deyir. O da görün necə reaksiya verir: «... Mən kiməm ki, sənin paqonunu vurum. Sənin üzündə nur var, mən səni necə vura bilərdim?» Tamaşadan başqa bir fraqment: «Ələkbər Nəcəfovun nümayəndəsi polisdən soruşur ki, meydana saat neçədə gəlib. Polis deyir, 10-11-in yarısı. Amma Nəcəfov da ora saat 1-də gəlib. Yəni belə məlum olur ki, saat 1-də gəlib saatı arxaya çəkib polisi 11-in yarısında vurub”¦

Nəhayət, Rafiq Müşfiqovla onu «baqaja qoymuşÂ» polis arasında məşhur dialoq:

Müttəhim: Mən necə vurmuşam ki, sən sağ qalmısan?
Polis: Yaxşı vurmamısan.

”¦Hə, bir dənə mənə qaranlıq qalan bu qaldı ki, yaxşı vurmaq nə təhər olur. Gərək, gedəm Zərdab polisinə, tutulanı vurub öldürən polisi tapam bunun sirrini öyrənəm, ya da elə həmin Eyvaz Əzizov adlı polisin özündən soruşum. Bəlkə səbr edim, tamaşanı son pərdəsinə qədər izləyim; bir də gördün, bu paqonlu Xan Eyvaz açıb deyəcək və göstərəcək nə təhər vurmaq lazımdı?!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]