"Mançester Yunayted"in ulduz futbolçusu Robin Van Persi Hollandiya millisinin heyətində DÇ-2014-ün seçmə mərhələsində Macarıstana qarşı matçda zədələnərək meydançanı tərk etmək məcburiyyətində qalıb. Onun çarpaz bağlarında qopma aşkar olunub.
Təcrübəli forvardın zədəsinin ciddi olmadığı bildirilir. Lakin Van Persinin hansı müddətə sıradan çıxdığı məlum deyil.
Avrofutbol.com