Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

BİZİM ŞƏRH: Əli İnsanovun siyasi prezentasiyası

BİZİM ŞƏRH: Əli İnsanovun siyasi prezentasiyası
Bölmə :
Gündəm
Yayım tarixi :
18/6/2012 [14:39]
Baxılıb :
1262 dəfə
İctimai Palata və Ziyalılar Forumu keçmiş naziri cəmiyyətə və Qərbə təqdim edir

Müracəti AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər də daxil olmaqla müxalif İctimai Palatanın, Ziyalılar Forumunun üzvləri, AXCP və Müsavat Partiyasına yaxın olan qəzetlərin rəhbərləri və bu qurumlara aid olmayan bəzi ziyalı, nüfuzlu şəxslər imzalayıb. Bu səbəbdən sənəd maraq doğurur və oxucular haqlı olaraq: “Bu nə deməkdir?” sualına cavab axtaracaq. Biz öz şərhimizdə bu suala tam olmasa da, cavab tapmağa çalışacağıq.
Əvvəlcə bir məqama baxaq. Sənəddə belə bir cümlə var: “Əli İnsanov Azərbaycanın siyasi hakimiyyətinə qarşı müxalif çıxışlar etdiyinə görə 2005-ci ilin 20 oktyabrında hakimiyyəti zorla ələ keçirmə bəhanəsi ilə həbs edilib”. Əlbəttə ki, Əli İnsanov tutulana qədər onun hakimiyyətdaxili qruplardan birinin başçısı olması ilə bağlı fikirlər var idi və Heydər Əliyevin vəfatından sonra onunla xüsusilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasında narazılıq, hətta münaqişə olduğu deyilirdi. Hətta Əli İnsanovun Heydər Əliyevdən sonra prezident olacağı, bu posta iddiaları ilə bağlı da söyləntilər var idi. Ancaq o zaman Əli İnsanovun demokratiya, insan hüquq və azadlıqları, korrupsiya, məmur və polis özbaşınalığı, iqtisadiyyatda inhisarçılıq, ...ən başlıcası hakimiyyətin ötürülməsi ilə bağlı təmsil olunduğu hakimiyyətin əleyhinə çıxışları olmamışdı. Mətbuata, cəmiyyətə gəlib çatan məlumatlar belə idi ki, hakimiyyətdaxili ziddiyyətlərdir, Əli İnsanov da bu hakimiyyətin qurulmasında xidmətlərinin əvəzində daha böyük pay istəyir. Odur ki, Əli İnsanovun hakimiyyət əleyhinə kəskin çıxışları həbs edildikdən və məhkəmə qarşısına çıxarıldıqdan sonra olmuşdu və orda hətta nazir olarkən dəfələrlə təhqir etdiyi müxalifətdən və onun qəzetlərindən üzr istəmişdi. Hətta Fərhad Əliyevin özü də tutelana qədər sadəcə bir-iki giley və ya xəbərdarlıq xarakterli çıxışlar etmiş: “Məni öldürəcəklər” cümləsi və buna baş prokuror Zakir Qaralovun ironik cavabı ilə yadda qalmışdı. 
Bütövlükdə iki mühüm məqam maraq doğurur: sənədin mətni və onu imzalayanlar. Sənədin mətnindən belə çıxır ki, Əli İnsanov nazir vəzifəsində işləsə də, əslində müxalifətdə imiş, ona görə də onu siyasi baxışlarına görə həbs və məhkum ediblər, indi də işgəncə verirlər. Avropa Məhkəməsindən xahiş olunur ki, onun işinə tez baxsın. İmzalayanlar o baxımdan maraqlıdır ki, burda Əli İnsanovun hakimiyyətdə olduğu zaman qəbul etmədiyi, eyni zamanda Əli İnsanovu ən korrupsiyalaşmış nazirlərdən biri sayan müxalifət liderləri, ziyalılar və media var. Əksəh hissə isə Qərbi Azərbaycanlıların təşkilatlarının üzvləridir. Bu müraciətə qədər ən azı iki dəfə mediada Əli İnsanovun buraxılacağı ilə bağlı xəbərlər getmişdi. Onlardan biri “Yeni Müsavat”da dərc olunmuşdu. Bildirilirdi ki, hakimiyyət islahatlara hazırlaşır, ona görə də Fərhad Əliyevlə Əli İnsanov da daxil olmaqla bütün siyasi məhbuslar sentyabra qədər buraxılacaq. 
Hətta saytlardan biri Əli İnsanovun artıq hakimiyyətlə anlaşdığını da yazmışdı. O zaman müxtəlif ehtimallar yaranır: hazırkı müraciət ya bu anlaşmanın baş tutmaması ilə bağlı ortaya çıxıb, ya da hakimiyyətlə danışıqlar haqqında qəsdən mediaya atılan dezinformasiyaları öldürmək üçündür. Başqa bir ehtimal da var: ola bilər, seçkilər ərəfəsində həmin nazirlər, o cümlədən, Əli İnsanov azadlığa buraxılsın. Buna görə də müxalifət və müxtəlif ictimai xadimlər artıq onsuz da azadlığa çıxacaq keçmiş naziri öz yanlarında görmək istəyirlər. Hələ Əli İnsanov yenicə məhkum edildiyi zaman müxalifətin önəmli simaları onu öz partiyalarında görmək istədiklərini açıqlamışdılar. Nəzərə alsaq ki, Əli İnsanov özünün də zaman-zaman etiraf etdiyi kimi, kasıb bir şəxs deyil, deməli, onun hətta həbsdə qalsa belə, müxalifət düşərgəsinjdə siyasi fəaliyyətə başlamasının faydasını düşünməyə imkan verir (müxalifət 2013-cü il seçkilərinə indi özünün ən yoxsul vaxtında gedir, bu müraciət özü ilə razılaşdırılıbsa, demək, Əli İnsanov öz maliyyə dəstəyini təklif edir). Bundan əvvəl Rəsul Quliyev də belə jestlər edib - hər ikisi İctimai Palataya və Ziyalılar Forumuna, eləcə də, Qərbə: «Hakimiyyətin özünü və sosial bazasını yalnız biz parçalaya bilərik» mesajını verirlər. O səbəbdən, Misir Mərdanovu İngiltərə kraliçasına çevirirlər, Abel Məhərrəmovun ən yaxın adamlarından birini - Məhəmməd İmanlını böyük məbləğdə rüşvətlə tuturlar ki, parçalanma meyllərini dəstəkləmək barədə hətta düşünmək belə istəməsinlər. Bu misalları və adları daha da çox sadalamaq olar. Böyük ehtimalla haqqında şərh yazdığımız müraciət Əli İnsanovun qərbi azərbaycanlıların lideri, ağsaqqalı, ölkənin ən azı ikinci şəxsi ilə çox kəskin münaqişəsi olan, hakimiyyətdə mərkəzdənqaçma meylləri yarada biləcək şəxs kimi açıq və barışmaz müxalifət mövqeyində siyasi fəaliyyətə başlamasının prezentasiyası kimi qəbul etmək lazımdır.Fərhad Əliyevdən fərqli olaraq Əli İnsanova Qərb dairələrində birmənalı münasibət olmayıb və Qərbçi müxalifətin dəstəyi ilə İnsanovçular bu problemi aradan qaldırmaq istəyir. Qərbçi müxailfət Avropa Məhkəməsinə xitabən Qərbə: «Əli İnsanov da artıq bizim adamdır, hakimiyyəti parçalaya bilər, zəmanət veririk, onu buraxdırın» deyir. İndi maraqlısı hakimiyyətdən bu gedişə necə cavab veriləcəyidir.

Siyasət şöbəsi

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]