Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Misir Mərdanov və Herostrat - Əlövsət Osmanlı

Bölmə :
Köşə
Yazar :
Əlövsət Osmanlı
Təqdimat :
Riyaziyyat üzrə fəlsəfə doktoru
Yayım tarixi :
13/9/2012 [10:38]
Baxılıb :
1917 dəfə
Misir Mərdanov məktəbə məbəd kimi baxır, Herostrat xaraba qoyduğu Artemida məbədinə baxan kimi...

“Sağ olsun Misir Mərdanovun təhsil-kolxoz idarəsi, biz yazarlara hər gün yeni mövzu verir, hətta yazıb çatdıra bilmirik”. (Yeni Müsavat, 09.02.2010). Tanınmış köşə yazarı Zamin Hacının bu fikrilə razılaşmamaq mümkün deyil. Doğrudan da belədir. Yazarlar ha düşünürlər ki, Təhsil Nazirliyindən yaxşı nəsə eşidəcəklər, amma hər dəfə komik vəziyyətlə rastlaşırlar. Ona görə də çarəsiz qalaraq sarılırlar qələmlərinə, o ki, var döşəyirlər bu qurumun ünvanına...

Mərdanovun son çıxışı və...

Göründüyü kimi, Zamin bəy obyekt olaraq geniş bir alanı - bütöv təhsil sistemini götürür. Aydın məsələdir ki, bu kimi ucu-bucağı görünməyən bir sahədə heç zaman mövzu qıtlığı ola bilməz, əlini hara atsan mövzudur...
Bu günlərdə yaxın tanışlarımdan biri, Zamin bəydən fərqli olaraq, yarızarafat, yarıciddi belə fikir söylədi: “Mövzu tapmaq üçün dağa-daşa dırmaşmaq, uzaqlara getmək lazım deyil, Misir Mərdanovun çıxışlarını izləmək yetərlidir. Onun hər kəlməsindən böyük bir “mövzu” çıxarmaq olar”. Doğrusu, tanışımın dedikləri ağlıma batdı. Elə həmin gün (sentyabrın 10-da) Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilirdi və günortaya yaxın internetdə hörmətli nazirimizin bu konfransdakı çıxışı yayıldı. Çıxışın mətnini oxuyanda dəhşətə gəldim. Ziddiyyətlər və məntiqsizliklər toplusundan başqa bir şey deyildi. Fikrimi aydınlatmaq üçün onun çıxışından bəzi seçmələri (qısa şərhlərlə birgə) dəyərli oxucularımızın diqqətinə çatdırıram.
Mərdanov deyir: “Əgər müəllim 45 dəqiqə ərzində qan-tər töküb sinifdən çıxmırsa, biz ona müəllim deməməliyik”. Çox gözəl, çox da pakizə! Amma bir il öncə - keçən il sentyabrın 6-da o, həmin auditoriyada, həmin müəllimlərin qarşısında dövlətə və hökumətə mesaj göndərərək tamam başqa söz demişdi: “200 manata kim kimin uşağını hazırlayar, qardaş! Biz gedib hazırlayarıq?! - Əlbəttə, hazırlamarıq. Sən gəl müəllimə 2000 manat pul ver, gör sənin uşağın repetitorun yanına gedir, ya getmir? Vermirik axı, əzizim. Üzr istəyirəm bu sözümə görə: Normal, ağlı başında olan adam gedib 200 manata əsəblərini korlayarmı?!”. (İnternetdə izlə: YouTube, “Misir Mərdanovun analoqu olmayan gileyi”).
Çox qəribədir, deyilmi?! Bir il əvvəl 200 manata müəllimlik edənləri abdal hesab edən Misir Mərdanov, bu gün qan-tər içində sinifdən çıxmayan müəllimə müəllim deməməyi tövsiyə edir. Görəsən onun məntiqində yaranmış bu diametral tərsliyin kökündə nə dayanır? Ondan soruşuram: Cənab nazir, bu bir il ərzində nə dəyişdi ki, indi tamam başqa şey danışırsınız? Bəlkə müəllimlərin maaşında nəsə bir artım müşahidə etdiniz? Əgər belə bir şey yoxdursa, onda bu dediyinizin anlamı nədir?!
Mətbuatın yazdığına görə, Mərdanov həmin çıxışının başqa bir yerində sərt şəkildə “niyə burada millət vəkilləri yoxdur?” - deyib. Üstəlik gileylənərək onlara “axı burada Bakı təhsilinin vəziyyəti müzakirə olunur” xatırlatmasını da verib. Çox maraqlıdır, görəsən, təhsil işçilərindən əlavə kimlərinsə sırf pedaqoji məsələlərə həsr edilən bu tədbirə qatılmasının anlamı nə ola bilər? Bir yerdə ki, söhbət ancaq müəllimlər üçün metodik tövsiyələrdən gedir, orada deputatların iştirakı nə dərəcədə vacibdir? Mənə hələ də çatmır ki, onların iştirakı nəyi dəyişdirərdi? Hesab edirəm ki, əksinə, deputatların orada olması iclasın gedişatına mənfi təsir göstərə bilərdi. Belə çıxır, bu gün nazirimiz odu yandırıb külü ilə oynamaqla məşğuldur...
Daha sonra Mərdanov belə bir fikir səsləndirib: “Biz cəmiyyətin təhsilə münasibətini dəyişməliyik”. Bu sözləri oxuyanda fikir məni götürdü. Öz-özümə düşündüm: Görəsən, Azərbaycan cəmiyyətinin təhsilə münasibəti necədir ki, Mərdanov bu qədər əndişəyə düşüb? Bildiyimiz kimi, təhsil - cəmiyyətin sosial sifarişidir və bu fenomen tarixən cəmiyyətin istəyi, tələbatı nəticəsində təşəkkül tapıb. Digər tərəfdən, mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti qədər təhsilsevər ikinci bir toplum yoxdur. Görürsünüzmü hər bir ailə son qəpiyini də xərcləyir ki, uşağını oxutsun, bir yana çıxarsın. Hətta ailələr tanıyıram ki, repetitorlara pul verməkdən borca düşüblər, indi də onun altından çıxa bilmirlər. Belə olan təqdirdə necə demək olar ki, “cəmiyyətin təhsilə münasibətini dəyişməliyik”? Necə ola bilər ki, cəmiyyət öz sosial sifarişi olan təhsilə pis münasibət bəsləsin. Əksinə, cəmiyyətin təhsilə münasibəti çox yaxşıdır. Ona görə də cəmiyyətin təhsilə münasibəti yox, millətin üzqarasına çevrilmiş təhsilin özü kökündən dəyişdirilməlidir! Hesab edirəm ki, Mərdanovun Azərbaycan cəmiyyətinə unvanladığı bu “mesaj” şər və böhtandan başqa bir şey deyil.
Dəyərli oxucular! Biz nümunə üçün Mərdanovun bir çıxışındakı üç cümləni təhlil etdik. Bəlli oldu ki, onlar da başdan-ayağa ziddiyyətlərdən və məntiqsizliklərdən ibarətdir. Xatırladıram ki, həmin çıxışda belə dolaşıq fikirlərə çox rast gəlmək olar...

“Herostrat şöhrəti”

İndiyədək Misir Mərdanov haqqında çox bənzətmələrə rast gəlmişəm: bəziləri ona Olməz Kaşşey kimi baxır, bəziləri “təhsilimizin Tutanxamonu” deyir, bəziləri onu Herakl cüssəli adam qismində görür, bəziləri... Mənə elə gəlir ki, bu bənzətmələr içərisində ən uğurlusu tanınmış təhsil eksperti Əmənulla Məmmədovun bənzətməsidir. Əmənulla müəllim “Kül o təhsilin başına ki...” adlı məqaləsində belə yazır: “Zamin Hacı bir yazısında Misir Mərdanovu Ölməz Kaşşeyə bənzədib. Əgər bu prizmadan yanaşsaq, şagirdlərimizin Misir babalarının üzərinə “odda yanmaz, suda batmaz” yarlığını da yapışdırmaq mümkündür. 1998-ci ildən bəri ağır bir yükü - təhsil naziri vəzifəsini çiyinlərində daşıyıbsa, onu Heraklla da müqayisə etmək olar. Amma, Zamin bəydən fərqli olaraq, mən düşünürəm ki, bir əsər yazmaqla kifayətlənmək olmaz, onun haqqında silsilə tragikomediyalar yazmaq və onları kino-seriallara çevirərək gələcək nəsillərə ötürmək lazımdır. Qoy onlar da bilsinlər ki, təhsilimizin altını üstünə çevirən Misir baba adlı “Herostrat şöhrəti”nə malik bir kişi olub. Kimdir Herostrat? - Qədim Yunanıstanda yaşayan birisi. Həyatda heç bir uğur qazana bilməyən və yaradıcılıq sahəsində qısır olan Herostrat çox düşünüb ki, nə etsin, əbədi olaraq tarixdə qalsın. Uzun “axtarışlardan” sonra onun ağlına gəlib ki, bəlkə məşhur Artemida məbədini yandırsın və bununla da tarixə düşsün. Elə də edib. Onun bu “qəhrəmanlığı” indi də “Herostrat şöhrəti” adı ilə tarixdə yaşayır, hələ bundan sonra neçə minilliklər də yaşayacaq”. (Reytinq, 23.10.2011).
Çox maraqlıdır ki, bir az öncə haqqında danışdığımız konfransda Misir Mərdanov belə bir ifadə işlədib: “Bu gün biz məktəbə məbəd kimi baxırıq”. Bəli cənab nazir, Əmənulla müəllim də elə bunu deyir: Doğrudan da siz məktəbə məbəd kimi baxırsınız, Herostrat xaraba qoyduğu Artemida məbədinə baxan kimi...

Mərdanovun uşaqlığı“Azərbaycan təhsil tarixi”ndə

Son zamanlar deyəsən, Misir Mərdanovun “kitab yazmaq” hobbisi - xoruz səsi eşitməmiş “əsərlərin” müəllifi olmaq həvəsi daha da artmağa başlayıb. Qısa müddət ərzində nazirliyin hesabına onun “Azərbaycan təhsil tarixi” dördcildliyinin 3 cildi işıq üzü görüb. Deyilənlərə görə, dördüncü cildi də bu günlərdə çapdan çıxacaq. Adından göründüyü kimi, ilk baxışda adamda elə təsəvvür yaranır ki, tədqiqatçılar, müəllimlər, tələbələr üçün nəzərdə tutulmuş bu kitablar ciddi araşdırma əsərləridir. Bir az vizual vərəqlədikdən sonra görürsən ki, onlar montaj təfəkkürü ilə yazılıb. Daha doğrusu, cənab nazirimiz, heç bir prinsip və sistem gözləmədən, onların içərisinə nə gəldi doldurub. Prinsipsizlik və sistemsizlik hətta o həddə çatıb ki, o, hər şeyi unudaraq “müstəsna” hal kimi “təhsil tarixinə” öz uşaqlıq illərilə bağlı xatirələrini də daxil edib. Bəs necə, xalqa bel bağlamaqmı olar?! Bir də gördün Misir müəllimi yaddan çıxardı. Ona görə də ən “rahat” yol, Herostratdan fərqli olaraq, öz adını öz əllərinlə tarixə salmaqdır. Nə isə, əlavə şərh vermədən, Mərdanovun kitaba daxil etdiyi uşaqlıq xatirələrindən bir fraqmenti oxucuların diqqətinə çatdırmaqla kifayətlənirəm, qoy onlar da oxuyub feyziyab olsunlar: “...Bütün çətinliklərə baxmayaraq, təhsildən geri qalmamağa çalışırdıq. Sonralar atam kəndimizdə yaxşı məktəb binası tikdirdi. Mənim atam Mərdanov Cumayıl 1934-cü ildə Çaykənd yeddiillik məktəbini bitirib, həmin il İrəvandakı Azərbaycan Pedaqoji Texnikumuna qəbul olmuşdur. 1938-ci ildə həmin texnikumu bitirib öz kəndimizdə - Göyərçin kəndində müəllimlik fəaliyyətinə başlamışdır. Sonralar kənd sovetinin sədri işləmiş, fasiləsiz olaraq iyirmi ilə yaxın kolxoz sədri vəzifəsində çalışmışdı.
VII sinfi Salah kəndində bitirdim. Sonra təhsilimi qonşu Polad kəndindəki orta məktəbdə davam etdirdim. Salah və Polad kəndlərinin arasında 4 km-ə yaxın məsafə var idi. Havalar yaxşı olanda iki kənd arasındakı yolu piyada gedirdik. Havalar soyuq olanda isə piyada gedib-gəlmək mümkün olmurdu. Ona görə də Polad kəndində qalmalı olurdum. İlk vaxtlar evi Polad kəndinə yaxın olan Məsumər nənəmgildə, sonralar isə Polad kəndində Mürşüdün evində qalırdım. Salahda VII sinfə qədər mənə dərs deyən müəllimlərimi həmişə xatırlayıram, onların əksəriyyəti artıq dünyalarını dəyişiblər. Allah rəhmət eləsin!”. (Misir Mərdanov. “Azərbaycan təhsil tarixi”, 2-ci cild, səh. 144)...

Mərdanovun uşaqlığı Köhnəqalanın köşəsində

Nazirimizin öz uşaqlıq illərilə bağlı xatirələrini oxuyanda, nədənsə, tanınmış yazar Murad Köhnəqalanın “Misir Mərdanovun həyət və yaradıcılığı” adlı köşəsindən bir parça yadıma düşür: “... Misir Mərdanov kiçik yaşlarında öz maraqlı hərəkətləri ilə həmyaşıdlarından kəskin fərqlənmişdir. Balaca Misir hələ orta məktəbə getməmişdən əvvəl vurma cədvəlini mükəmməl bilmiş, ay pipiyi qan xoruz şeirini daim əzbərləmişdir. Misir öz yaşıdlarından fərqli olaraq həmişə kustar üsulla raqatka düzəltmiş və çoxlu sərçə ovlamışdır. Məktəb vaxtına qədər dəcəl Misir ağaclara dırmaşar, yolnan gedən maşınları daşlayar, odur ki, qonşu kəndin uşaqları ondan qorxar, onun fitri istedadından çəkinərdi... Bu uşaq təhsil ala-ala məktəbdə tələb olunan bəzi xərcləri də özü ödəməli oldu. O, hər dəfə... tələb olunan təmirpulu, silgipulu, süpürgəpulu, pərdəpulu, fondpulu və 8 mart kimi bayram günlərində xırda məbləğləri ödəmək üçün böyük çətinliklər çəkər, dəmir, butulka yığıb satar, yad maşınların şüşələrini yuyub, xoruz fiqurunun içində pul toplayardı”. (Yeni Müsavat, 26.12.2008).
Təbii ki, Muradın söylədiyi fikirlər gerçəkliyi əks etdirmir. Eşitdiyimə görə, əksinə, Mərdanovun sakit bir uşaqlığı olub. Bunu onun “525-ci qəzet”ə verdiyi müsahibədən də açıq-aydın görmək olar. Onda avtomatik bir sual ortaya çıxır: Madam ki, vəziyyət belədir, nədən Murad Köhnəqala hörmətli nazirimizin uşaqlıq dövrünə çamır atır?! Görünür, Murad hər şeyə bu günümüzün prizmasından baxır, daha doğrusu, düşünür ki, bu günü belə olan adamın keçmişi başqa cür də ola bilməz...

Sözardı...

Dəyərli oxucular! Qarşıdan yeni dərs ili gəlir. Gözləyək görək bu il Misir Mərdanov nə yapacaq, nələrdən danışacaq və təhsilimizi hara aparıb çıxaracaq. Allah axırından saxlasın!..

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]