Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Oynayaraq cəhənnəmə... - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
12/9/2012 [10:20]
Baxılıb :
1821 dəfə

“Mindik bir əlamətə, gedirik qiyamətə. Həm də oynayaraq gedirik” - illər sonra Cem Karaca oxuyacaqdı. Qiyamət 12 sentyabrda qopdu, ancaq Karaca tam haqlıydı - mütləq əksəriyyət qanlı Evrenin çevrilişini elə oynayaraq da qarşıladı.

7 il əvvəl - 1973-cü ilin 11 sentyabrında ilk dəfə Pinoçetin əli ilə reallaşdırılan neoliberal resept indi də Türkiyədə özünə yer tapdı. İdarə olunan xaos, vətəndaş müharibəsinin, sağ-sol çatışmasının stimullaşdırılması, ifrat yoxsulluq, ən zəruri malların belə “qara bazar”a köçməsi... Neft yox, kerosin yox, un yox, terror aktları hər il minlərlə gəncin ömrünə son qoyur. Arxasında hərbçilərin dayandığı “nə qədər pis olsa, bir o qədər yaxşıdır” prinsipi... Türkiyəyə su kimi zəruri olan kreditləri vermək üçün ABŞ şərt qoyur: neoliberal kurs, BVF-nin bütün yırtıcı şərtlərinə şərtsiz əməl etmək.

Ecevit hökuməti bu soyğunçu şərtlərə hazır deyil, ancaq müəyyən güzəştlər onun sonu olur - işçilər və sindikatlar Ecevitdən üz çevirir. Seçkilərdə DİSK və DevYol Eceviti baykot edir və Dəmirəl rəqibi üzərində sarsıdıcı qələbə qazanır. “Qara oğlan” əfsanəsi burada bitir.

Dəmirəl ABŞ-ın da, BVF-nin də şərtlərinə razıdır, ancaq artıq gecdir. 1 il əvvəl Əfqanıstanı və İranı itirən ABŞ Türkiyəni əldən verək istəmir. 12 sentyabrın saatı qurulub, vaxt çevrilişə yaxınlaşdırır. Sonralar Evren xatırlayacaqdı: “ABŞ səfiri qəbulumda olanda dedi: “Niyə bu qədər gecikdiz? Biz çox narahatdıq”.

Və hərbi xunta xaosdan bezmiş xalqın böyük əksəriyyətinin dəstəyini alır. Terror, səfalət, qeyri-müəyyənlikdən bezmiş kütlələr Ecevitə xilaskar kimi baxır. Elə məqsəd də kütlələri bu vəziyyətə gətirmək idi. İllərlə kütlələr buna hazırlanırdı.

Bu ekstazı tezliklə total həbslər, işgəncələr, hər mənada totalitar diktatura əvəzləyəndə isə kütlələr qorxuya, panikaya, növbəti ümidsizliyə düşür. Artıq gecdi.

600 min vətəndaşın həbsi, amansız işgəncələr, edamlar, Erdal Eren, Necdet Adalı, Fatsa hadisələri, Fikri Sönməz, müqaviməti dayandırmayan DevSol... Bunlar hamısı irəlidə idi, 12 sentyabrı oynamaqla qarşılayanlar bütün bunları ağıllarına da gətirmirdi.

Və ən qəribəsi - dünənin inqilabçılarının Karacanın söylədiyi sayaq “oynayaraq cəhənnəmə getmələri”. Mehmet Əli Birandın 12 sentyabrla bağlı çoxseriyalı sənədli filmində bu barədə maraqlı epizodlar var. Hətta utanc verici epizodlar. Barələrində axtarış elan olunan DİSK və DevYol üzvləri “Kim daha tez təslim olar” bəhsinə giriblər sanki. Eyni davranışı millətçilər də göstərir (Başbuğlarının ardından).

Bir sindikatçı xatırlayır: “Buraxılış məntəqəsindən 10 nəfər keçə bilərdi. 150 nəfər birdən içəri cumub təslim olmaq istəyirdi”. DİSK rəhbərlərindən biri həmin filmdə söyləyir: “Mən təslim olmayanlardan biriydim. Yoldaşın zəng edib dedi ki, sabah filan saatda özümüzü hərbçilərə təhvil verməyə gedirik. Gecikmə, yoxsa hamımız üçün ziyanlı olar...”

Devrimçilər öz ayaqları ilə, könüllü, sanki yarışırmışlar kimi ölüm və işgəncə dəzgahlarına, sallaqxanalara yollanırlar. Və yalnız balaca bir qrup - Dursun Karataşın DevSol-u silahı buraxmayaraq xuntaya qarşı savaşı davam etdirəcəklərini açıqlayır. Bütün Türkiyədə yalnız bu balaca təşkilat gerilyaya qalxır. Küçələrdə bir-birini güllələyənlər əsl düşmən gələndə onun hüzrünə yollanırlar.

***

Halbuki, Türkiyənin qarşısında Çili misalı vardı. Pinoçetlə Evrenin “eyni qan qrupu”ndan olduğunu devrimçilər görə bilməmişdisə, onlara yazıqlar olsun.

1974-cü ildə Helsinkidə Çilidəki qətllər və işgəncələrlə bağlı beynəlxalq komissiya dinləmələr keçirmiş, Pinoçet diktaturasının ilk həftələrindəki vəhşətlər şahidlərin dili ilə protokollaşdırılmışdı. Alyendenin qətli, Xaranın öldürülməsi, məhkəməsiz edamlar, insanların yoxa çıxması, fiziki və insan heysiyyatını alçaldan işgəncələr... hamısı vardı burada. Və o komissiyanın hazırladığı sənədlər hətta SSRİ-dən də tez Türkiyədə, Sol mətbuatda dərc olunmuşdu. O vaxtların “Militan” jurnalı bir neçə nömrəsində o qan donduran dəhşətləri yazmış, türk solçuları da oxumuşdu. Əlbəttə, o inamla ki, bütün bunlar uzaq Çilidə baş verə bilər və baş verir, Türkiyədə isə heç vaxt ola bilməz və olmayacaq da.

Ola bilməz? Oldu. Və hər yerdə də təkrarlana bilər. Bunu görə bilməmək isə bütöv bir nəslin taleyini çilik-çilik etdi...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]