Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Morniqstara demokratiya mesajı - Pərviz Həşimli

Bölmə :
Köşə
Yazar :
Pərviz HƏŞİMLİ
Təqdimat :
Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru
Yayım tarixi :
12/9/2012 [10:11]
Baxılıb :
1084 dəfə

Amerika Birləşmiş Ştatlarının yeni səfiri Riçard Morninqstar. O, ABŞ-ın ölkəmizə təyin etdiyi səfirlər arasında yeganə şəxslərdən biridir ki, onun səfir təyinatı cəmiyyətdə və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi. Azərbaycanın növbəti illər üçün siyasi taleyinin həll olunduğu bir zamanda daha çox enerji sahəsində ixtisaslaşan bir şəxsin səfir təyin olunması təəssüflə vurğulanırdı. Hətta etimadnaməsini İlham Əliyevə təqdim etdikdən sonra Heydər Əliyevin heykəli önünə getməsi ona və ABŞ hökumətinə qarşı sərt çıxışlarla yadda qaldı. Baxmayaraq ki, ABŞ səfirliyi səfirin bu addımının Azərbaycan hökumətinin müəyyən etdiyi protokolun tələblərindən irəli gəldiiyini dedi. 

Etiraf edim ki, Azərbaycanda əksəriyyət kimi mən də Riçard Morninqstarın insan hüquqları və demokratiya sahəsindəki problemlərə münasibəti ilə bağlı tərəddüd içində idim. Amma ABŞ-ın yeni səfiri ilə tanışlıq görüşümüzdə söhbətimiz zamanı onun gələcək fəaliyyəti ilə bağlı şübhələrimə son qoyuldu. Səfir açıq tekstlə «Enerji sahəsində çalışmağım o demək deyil ki, insan hüquqları və demokratiya mənim üçün arxa planda olacaq» deyə mövqeyini cəmiyyətə sərgilədi.
Səfir hətta Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı problemləri öyrənmək üçün vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu da bəyan etdi.

Bu baxımdan Amerikanın yeni səfirinin seçkilər ərəsində Azərbaycanda diqqət göstərməli olduğu bir neçə problemi sadalamağı özümə borc bilirəm. 

Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi, seçki qanunvericiliyində islahatlar, xüsusilə seçki komissiyalarının ictimai etimada əsaslanaraq təşkil olunması əsas vəzifələrdən biri olmalıdır. Bu məsələ ilə bağlı illərdir ki, ATƏT-in Demokratik Təsisastlar və İnsan Hüquqları Bürosunun tələbləri yerinə yetirilməmiş qalır.

Ölkədə azad medianın fəaliyyəti üçün hakimiyyətin basqıları aradan qaldırması, ölkənin alternativ fikirli mətbuat orqanlarına qarşı iqtsadi və siyasi sanksiyaların aradan qaldırılması, İctimai televiziyanın həqiqətin ictimai maraqlara uyğun fəaliyyət göstərməsi səfirin diqqət göstərməli əsas məsələlərdən biri olmalıdır. 

2005-ci ilə qədər Azərbaycanda sərbəst toplaşmaq azadlığı qismən təmin olunurdusa, artıq son illərdə bu birmənalı qadağan edilib. Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq hüquqlarını həyata keçirən insanların cinayət məsuliyyətinə cəlb edilməsi və barələrində uzun müddətli məhkəmə qərarlarının çıxarılması ölkədə bu sahədəki vəziyyəti göstərir.
Azərbaycanda vətəndaşların azad yığışmaq hüququnun hökumət tərəfindən tanınması və Bakının hər bir rayonunda kütləvi tədbirlər üçün yerlərin ayrılması məsələsi də cənab Morniqstarın diqqətində olmalıdır.

Azərbaycanda keçirilən son parlament seçkilərinin alternativsiz və rəqabətsiz keçirildiyini də səfirin xatırlamasına zərurət var. Bu baxımdan prezident seçkiləri ilində namizədlərin qeydiyyatı məsələsi əsas prioritetlərdən biri olmalıdır. Artıq mövcud iqtidarın namizədinə əsas alternativlərdən biri hesab edilən və cəmiyyətin hökumətdən narazı təbəqəsinin vahid namizədi olmaq şansı böyük olan AXCP lideri Əli Kərimlinin seçkiyə buraxılmaması barədə planların olmasından danışılır. 

Əgər doğrudan da ABŞ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsində maraqlıdırsa, ölkənin aparıcı müxalifət liderinin bu prosesdən kənarlaşdırılmasına qarşı çıxmalıdır.

Həmçinin, siyasi müxalifətin Bakıda və regionlarda fəaliyyətinin məhdudlaşdırılmasının qarşısı alınmalıdır. 

Həmçinin, azad seçkilər üçün əsas amillərdən biri fəal vətəndaş faktorudur. Yaxşı olardı ki, ABŞ hökuməti Azərbaycanda vətəndaşların siyasi həyata marağının artmasına yönəlik layihələri maliyyəşdirsin.

Hüquq mühafizə orqanlarında işgəncələrə və qeyri-insani rəftarlara son qoyulması, pentensiar sistemdəki acınacaqlı vəziyyətin dəyişməsi də diqqət yetirilməli aktual məsələlərdən biridir. 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]