Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Səhmdar cəmiyyətlərinin ”yeyilməsi” qaydaları hazırlanıb - Hafiz Babalı

Bölmə :
Köşə
Yazar :
Hafiz Babalı
Təqdimat :
Turan Ä°nformasiya Agentliyi
Yayım tarixi :
11/9/2012 [10:49]
Baxılıb :
2246 dəfə
Böyük ləğv etmə kampaniyasına hazırlıq gedir, on minlərlə səhmdarın hüquqlarının pozulması qaçılmaz olacaq

Qiymətli kağızlar üzrə Dövlət Komitəsi (QKDK) səhmdar cəmiyyətlərində idarəetmə məsələlərinin təkmilləşdirilməsini, eləcə də bu sahədə qanun pozuntularına görə tənbeh tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutan və açıq səhmdar cəmiyyəti üzərində nəzarətin əldə edilməsi məsələrini müəyyən edən üç qanun layihəsi hazırlayıb. Qurum layihələrin idarələrarası razılaşdırma mərhələsini başa vurub. Odur ki, layihələrin ən qısa müddətdə dövlət başçısının təşəbbüsü ilə parlamentin müzakirəsinə təqdim ediləcəyi və təsdiq ediləcəyi gözləniləndir. Lakin müşahidəçilər onu da ehtimal edirlər ki, ilkin şəkildə qəbul ediləcəyi təqdirdə, müəyyən müddəaları heç hüquqşünaslara belə anlaşılmayan bu sənədlər ölkədəki səhmdar cəmiyyətlərinin (SC) böyük bir hissəsinin ləğv olunmasına yaşıl işıq yandırmış olacaq. Bu halda isə on minlərcə səhmdarın hüquqlarının kütləvi halda pozulması qaçılmaz olacaq.

Qanunvericilik - uzun, ağır yol

SC-lərin yaradılması, idarəçiliyi, eləcə də təsisçilərinin (səhmdarlarının) hüquqları xüsusi normalarla tənzimlənir. SC-nin korporativ idarəetmə hüququna görə, Azərbaycan qanunvericiliyi Avropa modelinə əsaslanır. 2004-cü ilin mart ayının 6-dək səhmdar cəmiyyətləri “Səhmdar cəmiyyəti haqqında” (12 iyul 1994-cü il) qanunu rəhbər tuturdular. Bu tarixdən sonra isə qanun quvvədən düşmüş və hazırda SC-lərin fəaliyyətində əsas normativ akt Mülki Məcəllədir (MM). 2004-cü ildən bəri məcəllənin müvafiq maddələrinə müəyyən əlavə və dəyişikliklər edilib. Lakin həm yerli, həm də xarici ekspertlər bu qənaətdədirlər ki, mövcud nornalar şirkətlərdə idarəetmənin çağdaş tələblərinə cavab vermir. Söhbət əsasən özəlləşdirmə nəticəsində yaradılmış SC-lərdən gedir. Onlar ölkədəki özəl SC-lərin təxminən 90 faizini təşkil edir. Məcəllədə olan bəzi boşluqlar bəzi SC-lərdə minoritar, yəni cəmiyyətin idarə edilməsində səsli səhmlərinin azlığı səbəbindən rol oylaya bilməyən səhmdarlar üçün əsil başağrısına çevrilib. Bir çox SC səhmdarların ali idarəetmə orqanı olan Ümumi yığıncağı keçirmir, səhmdarların reyestrini aparmır, maliyyə hesabatlarını açıqlamır, minoritar səhmdarlara cəmiyyətin fəaliyyəti barədə məlumat almağa şərait yaratmır, əlaqəli şəxslərlə (cəmiyyətin nəzarət səhm sahibinə məxsus şirkətlə və s.) şübhəli müqavilələr bağlayır və səhmdar buna qarşı tədbir görə bilmir.  

2011-ci ilin yanvar ayında İqtisadi İnkişaf Nazirliyi ictimaiyyətin geniş dairəsinin iştirakı ilə hazırlanmış “Azərbaycan Korporativ İdarəetmə Standartları”nı qəbul etdi. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Korporativ idarəetmə prinsiplərinə uyğunlaşdırılmış yerli standartlar SC-lər üçün kifayət qədər irəli getmiş idarəetmə normaları müəyyən edir. Lakin standartların tətbiqi könüllü olduğu üçün onun praktikada tətbiq olunacağı əvvəlcədən böyük şübhə döğururdu. İlyarımdan çox zaman keçməsinə baxmayaraq, bank və ya sığorta şirkəti olmayan hər hansı SC hələ nizamnaməsini bu standarlara uyğunlaşdırdığını bəyan etmədi.

Görünür, məhz buna görə hökumətdə standartların məcburi tətbiqi barədə fikirləşməli oldular. Təkliflər zərfini dəyərləndirən ötən çağırış Milli Məclisin üzvü olmuş Nazim Məmmədov deyib ki, SC-lərdə idarəetmə məsələlərinə yönəlik əlavə və dəyişikliklər Məcəllənin Standartlara uyğunlaşdırılmasını təmin edəcək. SC-lərin isə qanunlara ram edilməsi isə başqa söhbətin mövzusudur. Bununla belə, ictimai fikir bu qənaətdədir ki, korporativ qanuvericiliyin pozulmasına görə cərimə sanksiyalarının 8000 manatadək qaldırılması məsuliyyət səviyyəsinin də artmasına təkan verəcək amil ola bilər.
Amma qanun layihələri KİV-də açıqlanan kimi onlara münasibət birmənalı olmadı. Bir çox ekspertlər düşünürlər ki, idarəetmədə mütərəqqi normaların şərt olaraq irəli sürülməsi iri səhm sahiblərinin ciddi müqavimətinə səbəb olacaq və onlar nəyin bahasına olur-olsun kiçik səhm zərfi sahiblərindən yaxa qurtarmağa çalışacaqlar. Digər tərəfdən, bu niyyətlərinə çatmaq üçün MM-ə əlavə edilməsi nəzərdə tutulan 99-1-ci maddəsi onlara geniş imkanlar açır. Başqa bir qrup isə hesab edir ki, Avropa Birliyi direktivlərinə uyğunlaşdırma adı altında iri səhm zərfinə sahib olan səhmdarlara azlıqda olan səhmdarlardan səhmləri qeyri-şəffaf müxanizmlə və məhkəmə mübahisələndirməsini nəzərdə tutmayan qaydada satınalma imkanının verilməsi hökumətin şirkətlərdə korporativ idarəetmə prinsiplərinin müasirləşdirilməsi niyyətini kölgə altına alır. Onlar həm də ehtimal edirlər ki, milli qanunvericiliyin AB qanunvericiliyinə bilərəkdən yalnış tərzdə “uyğunlaşdırma”ya dair müddəalar qanun layihələrinə yerli oliqarxların iradəsi ilə daxil edilə bilərdi.

Səhmdarların hüquqları artacaq

Gəlin əvvəlcə qanunvericiliyə təklif olunan ekspertlərin rəyinə görə mütərəqqi müddəalardan bəhs edək. Təklif olunan dəyişikliklər arasında az sayda səhm sahiblərinin mənafelərinə cavab verən xeyli sayda yeni normalar saymaq olar. Belə ki, indiyədək SC-nin rəhbərləri səhmdarlara cəmiyyətin fəaliyyətinə dair maliyyə hesabatları ilə tanış olmağa belə şərait yaratmağa mane olurdularsa, indi həmin sənədləri səhmdarın müraciəti əsasında təqdim etməli olacaqlar. Cəmiyyətin ümumi yığıncaqlarında səslərin sayılması üçün Hesablama komissiyası səhmdarların sayı 100-dən deyil, 50-dən çox olan SC-lərdə məcburi olacaq və bu komissiya elə həmin iclasda səhmdarlar arasından seçiləcək. Ümumi yığıcaqlara Müşahidə şurasının (MŞ) sədri başçılıq edəcək. MŞ-nin əməyinin qiymətləndirilməsi də səhmdarlara həvalə ediləcək. Ümumi yığıncaqda həmçinin cəmiyyətin aidiyyatı şəxsləri ilə bağlanan əqdlər və xüsusi əhəmiyyətli əqdlər təsdiq edilməli olacaq. Başqa bir şirkətin kapitalında iştirak etmək barədə qərarı da səhmdarlar birgə verməlidirlər.
Cəmiyyətin idarəetmə, icra və daxili audit orqanlarının hesabatları da ümumi yığıncaqda təsdiq olunmalı sənədlər sırasına aid ediləcək. Dəyişikliklər qəbul edilərsə, cəmiyyətin mövcud səhmdarlarının yeni buraxılan səhmləri əldə etməkdə üstünlük hüququ yalnız ümumi yığıncağın qərarı ilə məhdudlaşdırıla biləcək. Bu halda məhdudiyyətin qoyulmasının səbəbləri də səhmdarlara yazılı açıqlanmalı olacaq. Üstünlük hüququ verildiyi təqdirdə səhmdarlara yazılı bildiriş göndərilməli və hüququndan yararlanmaq niyyətində olan səhmdar 10 gün ərzində cəmiyyəti məlumatlandırmalı olacaq. Əks halda o, hüququndan istifadə edə bilməyəcək.

Ekspertlərin subyektiv baxışı

Ekspertlərə təklif olunan layihələrdə müsbət məqamları dəyərləndirməyi xahiş etdik. “İctimai Təşəbbüslər Mərkəzi”nin sədri Qubad İbadoğlu səhmdar cəmiyyətlərinnin seçkili idarəetmə strukturlarının yaradılması, idarəetmənin həyata keçirilməsi, qərarların qəbulu proseduru və qaydaları, səhmdarların hüquqlarının genişləndirilməsi sahəsində əhəmiyyətli dəyişikliklərin olacağını qeyd etdi. Səhmlərin 5 faizinə sahib olan şəxslərin ümumi yığıncağın gündəliyinə təklif edəcəyi məsələnin mütləq şəkildə gündəliyə daxil edilməsi, səhmdarların ümumi yığıncaqlarının bülletenlər əsasında aparılması, səhmdarlara iclaslarda qiyabi iştirak etmək üçün şəraitin yaradılması (bildirişin və zəruri sənədlərin ünvana çatdırılması), MŞ üzvlərinin kumulyativ səsvermə üsulu ilə (bu halda az sayda səhm sahibinin səsləri MŞ üzvlüyünə namizədlərin sayına vurulur və bu ədəd səhmdarların səslərinin sayı hesab edilir) seçilməsi və s. bu qəbildəndir. MŞ üzvlərindən ən azı biri beynəlxalq parametrlərə görə müstəqillik tələbləricə cavab verməli olacaq. Digər tərəfdən, Azərbaycanda həlledici səs hüququ səsvermədə iştirak edən səhmlərin üçdəiki (66,6%) deyil, 2004-cü ilə qədərki dörddəüç (75%) prinsipi ilə müəyyən ediləcək. Dolayısı ilə cəmiyyətin fəaliyyətində prinsipial qərarların verilməsinin qarşısına səd çəkəcək səslərin miqdarını 25%-ə endirmək təklif olunur. Bundan başqa, artıq ümumi yığıncaqların çağırılmasına tələb olunan müddət 45 deyil, 21 gün müəyyən edilə bilər. Növbədənkənar ümumi yığıncağı çağırılması üçün isə 14 gün kifayət edəcək.

Qanun layihəsində bəzi ciddi nöqsanları da aşkar etmək olar. Məsələn, Audir Komitəsinin seçilməsi bir halda ümumi yığıncağın müstəsna səlahiyyətinə əid edildiyi halda, digər bir maddədə MŞ tərəfindən təyin edildiyi bildirilir. Yəqin ki parlamentdə bu məqamlara nəzər yetiriləcək...

İTM-in rəhbəri Q. İbadoğlu 20 faiz səhmə sahib olan səhmdarın cəmiyyətin icra orqanına seçilmək kimi məhdudiyyətin qaldırılmasını da SC institutu üçün normal qarşılamır. “SC elə təsərrüfat cəmiyyətidir ki, burada mülkiyyətçilik və birbaşa idarəetmə bir-birindən ayrılıb. Başqa sözlə, səhmdarlar cəmiyyəti menecerlər vasitəsilə idarə edirlər. İndiki halda isə iri səhm sahibləri üçün menecmenti ələ keçirmək imkanı da yaradılır”, - deyə o vurğulayıb. 


Səhmdar cəmiyyətini ələ keçirmək “sxemi”

Rəyi soruşulan ekspertlər Avropa qanunvericilərinin hər bir AB üzvü üçün milli səviyyədə implementasiyası kifayət qədər sərbəst olan “Şirkətin udulmasına dair təkliflərə” (“Takeover bids”) dair Direktivin (2004/25/EC, 21 aprel 2004-cü il) Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılmasını bir çox hallarda səhv və zərərli hesab edirlər. Avropa Paralamentinin və Avropa Birliyi Şurasının sözügedən direktivi əsasən birlik ölkələri arasında kapitalın sərbəst axınına xidmət edir və şirkətlər üzərində nəzarətin ələ keçirilməsi, bununla bağlı səhmdarlara məcbiri təklif və məcburi tələbin verilməsi, eləcə də bu proses zamanı minoritar səhmdarların hüquqlarının ən yüksək səviyyədə qorunması məqsədi daşıyır. Avropa praktikasında şirkətin udulması ilə bağlı təklif vermiş şəxs bu barədə açıq bildirişini dərc etməlidir. Bu halda təklif almış cəmiyyət daha əlverişli təkliflərin daxil olması üçün imkan qazanır. Azərbaycanda isə belə bir norma ümumiyyətlə nəzərdə tutulmur. MM-ə təklif olunan əlavələrə görə, fiziki və ya hüquqi şəxs cəmiyyətin 75%-dən az olmayan hissəsini əldə etdikdə digər səhmdarlara yerdə qalan səhmlərin ona satılması barədə məcburi təklif verməlidir. Səhmləri satmaq və ya satmamaq barədə qərar vermək səhmdarın öz işidir. Səhmlərin 95 faizinin sahibinə yerdə qalan səhmləri digər səhmdarlardan məcburi formada satın almaq hüququ verilə bilər. Tələbə cavab verməyən şəxslərə çatacaq pul vəsaiti isə ya onun pul hesabına, ya da poçt ünvanına köçürülür.

Qeyd edək ki, məcburi təklif və məcburi tələblə bağlı müddəalar ictimaiyyətdə birmənalı anlaşılmır. Hətta bəzi hüquqşünaslar bu müddəaları səhmlərin mövcud sahibləri üçün belə keçərli hesab edirlər. Lakin qanunun məntiqi onu deməyə əsas verir ki, söhbət cəmiyyətin başqa bir şəxs tərəfindən ələ keçirilməsi perspektivi halından gedir. “Azərbaycan kimi hüququn zəif qorunduğu, fond bazarının isə demək olar ki, hələ də yaranmadığı ölkədə Qərb dünyasında tətbiq olunan normaların kor-koranə milli qanunvericiliyə gətirilməsi acınacaqlı nəticə verə bilər: Kiçik səhmdarlar təbəqəsi ortadan götürüləcək”. Q. İbadoğlu belə düşünür. 

Ortada olan dəyişikliklər zərfinə görə, məcburi təklif üzrə səhmlərin dəyəri ya birjada son bir il ərzində qeydə alınmış qiymətlə, ya da müstəqil qiymətləndiricinin rəyi əsasında (birjada kotirovka olunmayan ASC-lər üçün) təyin olunacaq. Məcburi tələb irəli sürülməsi yalnız səhmləri fond birjasında kotirovka edilən ASC-lərə şamil ediləcək.. Səhmdar Şahin Əlizadə deyir ki, Bakı Fond Birjasının 2-ci səviyyəli listinqinə daxil olmaq üçün tələblər o qədər yumşaqdır ki, bu, SC-ni ələ keçirməyi qarşısına məqsəd qoymuş şəxslər üçün ciddi maneə olmayacaq. Birja yerli səhmlərin bazar dəyərinin müəyyən olunması üçün gerçək meydançaya çevrilmədiyi üçün səhmdarlar gələcək aqibətlərindən əndişəlidirlər. Onlar ehtiyat edirlər ki, səhmlər onların əlindən dəyər-dəyməzinə alınacaq.

Digər təhlükə doğuran məqam ondan ibarətdir ki, məcburi alış tələbi irəli sürən şəxsin qiymətə dair təklifi onun fərdi mülahizələrinə əsaslanacaq. Q. İbadoğlu hesab edir ki, bu norma ədalətli dəyərin müəyyən edilməsi üçün yetərli olmaya bilər. Məcburi tələblə bağlı dəqiq zaman reqlamentinin (ən çoxu 2 ay) müəyyən edilməsi isə kiçik səhm sahiblərinin əl-qolunu bağlayacaq və hüquqlarının adekvat şəkildə qorunmasına imkan verməyəcək.

“Gilan Holding” şirkətlər qrupunun baş hüquqşünası Vüsal Dadaşov məcburi alışla bağlı yaradılacaq imkandan həvəslə yararlanılacağını bildirib. Onun sözlərinə görə “Gilan” hazırda 10-a yaxın ASC-də nəzarət səhm zərfinə sahibdir və onlardan bir neçəsində, o cəmiyyətlərdə ki, istehsal fəaliyyəti ilə bağlı planlar işlənilir, bu imkandan istifadə ediləcəkdir.
Məsələyə dair Azərbaycan Korporativ Direktorlar və Menecerlər Assosiasiyasının icraçı direktoru Murad Əlizadənin fikirlərini öyrənmək cəhdlərimiz uğursuz oldu. Cənab Əlizadə şərh verməkdən yayındı. Nəzarət hüququnun əldə olunması probleminə dair QKDK-nın tərəfdaşı - Beynəlxalq Maliyyə Korporasiyasının Bakı nümayəndəliyində də münasibət bildirmədilər.

“Hüquq Maarifçiliyi Cəmiyyəti” İctimai Birliyinin prezidenti İntiqam Əliyev SC üzərində nəzarət hüququnun yaranması və bununla əlaqədar kiçik səhm sahiblərinin səhmlərinin səhmlərinin məcburi satın alınmasını Azərbaycan reallığında doğru hesab etmir. Onun fikrinə görə, siyasi hüquqların qorunmadığı bir ölkədə kiçik səhmdarların mülkiyyət hüquqları da bu qanunun köməyi ilə kütləvi şəkildə pozulacaq. “Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində səhmdar cəmiyyətlərində nəzarət səhm zərflərini ələ keçirmiş bir qrup oliqarx, yeni hüquqi normaların sayəsində vətəndaşların əlindəki kiçik səhm paylarını da asanlıqla tutub alacaqlar”, - deyə hüquqşünas bildirib. 

Maraqlıdır ki, QKDK şirkətlərdə korporativ idarəetmə məsələlərinə dair ictimai dinləmələr təşkil etsə də, şirkətlərin udulmasına dair təşkliflərin verilməsini tənzimləyəcək yeni normaları ictimai müzakirələrdən kənarda qoyub.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]