Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Rəssamlıq Akademiyasında teatr rəssamlığı tədris edilməlidir”

“Rəssamlıq Akademiyasında teatr rəssamlığı tədris edilməlidir”
Bölmə :
KİVDF
Yayım tarixi :
25/6/2014 [00:27]
Baxılıb :
1614 dəfə
Nabat Səmədova: “Azərbaycanda kino rəssamlığı zəifdir, bunun üçün əlifbadan, yəni teatr rəssamlığından başlamaq lazımdır”

Bugünkü həmsöhbətimiz müxtəlif teatrlarda 60-dan çox tamaşaya səhnə tərtibatı verib, onlarla televiziya tamaşasında, filmlərdə quruluşçu rəssam kimi uğurlu işlərə imza atıb. Nabat Səmədovanın (Qurbanova) “Bizim Yol”a müsahibəsini təqdim etməmişdən öncə həmsöhbətimiz haqqında qısa məlumat verək. 
N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnib, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olub. 
1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilib. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar verib. 
Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olub. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat verib. 
Ümumən 37 illik iş stajına malik rəssam 60-dan artıq teatr tamaşasının, 14 televiziya filminin quruluşçu rəssamı olub. N.Səmədov hal-hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.

“Teatr rəssamlığı sahəsində təhsil və texniki  problemlər var”
 
Nabat Səmədova əməkdaşımızla söhbətində teatr rəssamlığının problem və perspektivlərindən danışdı: “Rəssamlıq təsviri incəsənətin ən qədim növlərindən biridir. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılmasıdır. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlılıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq, dekorativ rəssamlıq, teatr-dekorativ rəssamlığı, miniatür rəssamlıq, dəzgah rəssamlığı. Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var. 
Biz teatr-dekorativ rəssamlığından danışacağıq. Deyim ki, teatr rəssamlığına səhnəqrafiya da deyilir. Bəlli olduğu kimi, Azərbaycan teatr-dekor sənəti zəngin tarixə malikdir. Teatr ilə rəssamlıq sənətini birləşdirən bu klassik incəsənət sahəsi milli mədəniyyətimizin mühüm qaynaqlarından birini təşkil edir. Azərbaycanda peşəkar teatr sənətinin yarandığı ilk dövrlərdə səhnəqrafiya ilk addımlarını atırdı. Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyətini yaxşı başa düşür və tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdirməyə çalışırdılar. Milli teatr-dekor sənətinin təməl daşlarını Əlibəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli qoymuşlar. Hələ 1908-ci ildə ilk operamız olan “Leyli və Məcnun” səhnəyə qoyularkən onun bədii tərtibatını Əlibəy Hüseynzadə hazırlamışdı. Bundan bir qədər sonra Cəlil Məmmədquluzadənin ölməz “Ölülər” əsəri səhnələşdirilərkən, tamaşanın rəssamlıq tərtibatını Əzim Əzimzadə vermişdi. Bəhruz Kəngərli də Azərbaycanın ilk teatr məbədlərindən olan Naxçıvan teatrı ilə sıx yaradıcılıq əlaqələrinə malik idi. Sənətkar bu teatrda bir çox tamaşaların hazırlanmasında quruluşçu-rəssam kimi iştirak etmişdi. Bütün bunlar XX əsrin ilk iki onilliyinə təsadüf edir. Qısa zaman kəsiyindən sonra Azərbaycan teatrının ümumi inkişafı məcrasında teatr-dekor sənəti də inkişaf etməyə başladı. 
Teatr-dekor sənətimizin bugünü haqqında söz açaq. Teatr rəssamlığı sahəsində texniki və təhsil proeblemləri var: işıqlandırma, səhnədə olan avadanlıqların tələblərə cavab verməməsi və teatr rəssamlığı ilə bağlı ixtisaslaşmanın  olmaması məsələsi var. 
Perspektivlərə gəlincə, yeniliklər edilməsi mümkündür. Teatr tərtibatının səviyyəsini qaldırmaq şəraiti var. Müasirliklə ayaqlaşan teatr rəssamları Azərbaycanda azlıq təşkil edir. Teatr rəssamlarına səhnə rəssamlığı da deyilir. Anatomiyanı həkimlər bilən kimi, səhnəni də rəssam elə bilməlidir. Səhnə rəssamı o deməkdir ki, o səhnənin dairəsini, maştabını bilməlidir. Bunları biləndə tərtibatı nəzərə ala bilir. Səhnədə aktyorların iştirak etməsi üçün yer lazımdır. Müasir tələbləri bilməyən rəssam keçmişi təkrarlayacaq”.

“Sırf teatr səhnəsini öyrənən tələbə görmədim”

Nabat Səmədovanın sözlərinə görə, teatr rəssamlığının nəzəriyyəsini bilmək üçün ali təhsil müəssisəsində bilik verilmir: “Rəssamlıq sahəsi ilə bağlı Azərbaycan Dövlət Rəssamlıq Akademiyası fəaliyyət göstərir. Bu ali müəssisənin tələbələri mənim yanıma gəlirlər, öyrənməyə çalışırlar. Sırf teatr səhnəsini öyrənən tələbə görmədim, buna əsasən belə nəticəyə gəldim ki, həmin akademiyada səhnə rəssamlığı üçün təhsil yüksək səviyyədə verilmir. Teatra dəvət olunan rəssamların bəziləri başqa sahələr üzrə ixtisaslaşmış rəssamlardılar. Onlar da gördüyü fantaziyanı çəkib gətirirlər ki, o da teatr səhnəsinə uyğun gəlmir. Mənə elə gəlir ki, Rəssamlıq Akademiyasında teatr rəssamlığını tədris edəcək pedaqoq yoxdur. Mən teatr rəssamlığı sahəsində ixtisaslaşdım, bu  Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnməklə oldu. Belə kurslar indi yoxdur. Nəticədə teatr tamaşalarında olan nöqsanları görürəm”.

“Rəssam səhnədə təkrarçılıq edirsə, deməli tükənib”

Nabat Səmədova deyir ki, son işi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" tamaşasında olub: “Son tamaşalarım sırasında “Arşın mal alan”, “Evlənmə” tamaşaları da var. Ağır tamaşalardı. Mən çalışıram, əsərlərim bir-birindən fərqlənsin, təkrarlanmasın. Mövzu və məzmun dəyişir. Rəssam səhnədə təkrarçılıq edirsə, demək ki, tükənib. Mən hələ ki, təkrarçılıq etmirəm, deməli tükənməmişəm (gülür-R.İ.)”.
Nabat Səmədovanın filmoqrafiyasında “Abbas və Gülgəz”  (2000-ci il, sənədli serial), “Koroğlu” (2003-cü il), “QAZ” (2005-ci il), “Hərənin öz payı+tayı” (2006-cı il), “Kişiləri qoruyun” (2006-cı il), “Bəylik dərsi” (2007-ci il), “Qüdsi” (2007-ci il), “Qağayı” (2012-ci il), “Toy gecəsi” (2013-cü il) film və seriallar var. Rəssam xanım film sahəsində olan problem və prespektivləri də dəyərləndirdi: “Mənim kino və teatr sahəsi üzrə 37 illik rəssamlıq təcrübəm var. Heç bir rəssam sinəsinə döyüb kino sahəsinə getməsin. Kino rəssamlığı fəaliyyəti üçün əlifbadan, yəni teatr rəssamlığından başlamaq lazımdır. Teatr sən özün bilmədən də səni kinoya hazırlayır. Teatr canlı səhnədir, hər şey göz önündədir. Film isə belə deyil. Filmdə müvafiq yerləri çəkib göstərirlər. Müxtəlif rakurslardan hadisəni göstərmək olur. 
Son zamanlar teleseriallar və filmlər dövlət hesabına çəkilir. Onlara baxıram, məlum olur ki, naşı adamlar kino sənayesində rəssamlıq edirlər.  İşıq rəssamı Azərbaycanda demək olar yoxdur. Ona görə də, mən seriallara dəvətdən imtina edirəm. Qeyri-peşəkarlığı bəyənmirəm. Nəticədə kino sahəsindən çəkinirəm. Kino məsuliyyətli işdir, ona milyonlar baxır. 2003-cü ildə “Koroğlu” filmini çəkdik. Film "Koroğlu dastanı" əsasında çəkildi və filmdə sənədli kadrlardan, aşıq deyimlərindən istifadə olunub. Bu filmin rəssamı olmaq çətin və məsuliyyətli idi. Deyilənə görə, bu, məndə alınıb. Məncə, bu çətinliyin öhdəsindən gəlməyimə səbəb teatr və kino sahəsində ixtisaslaşmağım olub. 
Mən teatr və kino sahəsində ixtisaslaşmadan öncə dəzgah rəssamlığı üzrə ixtisaslaşmışam. Rəssamlığın ən geniş yayılmış forması dəzgah rəssamlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər "molbert" adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı, rəssamlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental rəssamlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.
Teatr tamaşası dramaturqun, quruluşçu rejissor və quruluşçu rəssamın adı ilə bağlıdır və birgə əməyinin nəticəsidir. Mən bir çox teatrlarda fəaliyyət göstərmişəm. Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi çalışmağa başladım. Mərhum rejissorumuz Əşrəf Quliyevin quruluşunda Anatoli Safronovun "Qəribə doktor" tamaşasına baxan görkəmli teatr xadimi, SSRİ xalq artisti Mehdi Məmmədov quruluşçu rəssamın işinə də yüksək qiymət verdi. Məni görən kimi təəccübləndi. Sumqayıt Dram Teatrında Hüseyn Cavidin "Afət" əsəri hazırlananda məni quruluşçu rəssam kimi dəvət etdilər. Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" əsərinin yeni quruluşuna baxarkən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev quruluşçu rəssam kimi mənim işimə yüksək qiymət verdi. Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il üçün "Zirvə" mükafatını Musiqili Komediya Teatrının hazırladığı Qoqolun "Evlənmə" tamaşasına verdi. Sevinirəm ki, bu uğurda quruluşçu rəssam kimi mənim də payım var və bu əməyi qiymətləndirirlər”. 

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]