Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Supersəfirin qonaqları - Qara Şəhərli

Bölmə :
Köşə
Yazar :
Qara Şəhərli
Yayım tarixi :
11/9/2012 [10:12]
Baxılıb :
1289 dəfə
Enerjili və Təhlükəsiz Demokratiya öpücükləri

ABŞ-ın yeni səfiri Riçard Morninqstar jurnalistləri qonaq sağırıbmış. Dünən olub bu hadisə. Media kapitanları (bəzilərinə Səfər Əbiyev mayor rütbəsi verib - ha-ha-ha!) gediblər yeyib-içməyə. Amma yeməyə bir şey olmayıb. Redaksiya əhli də öyrəşib axı vodka ilə kababın duetinə. Şirniyyat görəndə bir çoxunun mədəsi şirə ifrazını tamamən dayandırıb.

Səfir də gəlib bir-bir onlarla əl tutub, görüşüb, nə var-nə yox, evdə nə var, nə yox, uşaqlar necədi-, deyə soruşub. Sonra da hamını süfrəyə, yəni şirniyyat düzülmüş masaya «hücum»a çağırıb. Bəzi media kapitanları bu hücum əməliyyatında fəal iştirak etsələr də, bəziləri, sadəcə, superdövlətin milli yazarlarımıza ikram etdiyi ləbləbi və ləpə ilə çənələrini razminka etdiriblər. Amma hər şey də elə burdan başlayıb; ləpə və ləbləbi məsələsinə ilişiblər: deyirlər, ləbləbi adama enerji verir, bu menyu ilə Morninqstar inkişaf edib enerji supersəfiri olub. Deyirlər, qadınların yaşını, səfirlərin maaşını soruşmazlar. Yəni yaşını soruşublar. İnsafən, gənc və çiçəklənən Brayzadan sonra qocaman Dan Ulduzunun, yəni Morninqstarın Azərbaycanda səfir kimi görünməsi maraqdan partlayan və hər şeyə mız qoyan qələm əhlinin diqqətindən yayınmyıb. Və aşağıdakı mövzularda aktual pıçıldaşma başlayıb:

- Deyirdilər, bu kişi gedib Heykələ baş əyib. Yalanmış hamısı. Bu kişinin elə duruşu beləymiş. Yanlış anlayıb müxalifət qəzetləri.

- Nə çox qoz-fındıq, ləbləbi düzüblər. Yəqin səfir çox istifadə edir bunlardan...

- Hə, doğrudan, görəsən, neçə yaşı var?

- Azı 80 yaşı olar. Bax, artıq qaməti də əyilib...

- Yox, canım, 67-68 var...

- Nə 67? Amerikalılar 67-də çox gümrah olur.

- Bu, yorulmuş amerikalıdır da...

- Neynəyib ki, yorulsun da?

- Necə neynəyib, bu kişi enerji məsələləri ilə məşğul olub, dünyanın yarısına «turba» çəkib...

- Sənin dediyindən belə çıxdı ki, o «turba»ların hamısını çiynində daşıyıb basdırıb?!

- Yəqin ki.

- Görəsən, vaxtı bitəndə Amerikaya qayıdacaq?

- Yox, çətin. Mən bilən SOCAR-dan pensiyaya çıxacaq...

Bu lap mənim yadıma «Bəxt üzüyü» filmini saldı - orda Rasim dava-dalaş salıb küsüşür, onun arvadının da üz-gözünü cırmış qonşularını nankorluqda qınayır: «Maşınıma min, saqqızımı çeynə, axırda da... ». İndi səfir də bu söhbəti oxuyub deyəcək ki, bunlar nə çörəyi dizinin üstündə jurnalistlərmiş - mənim ikram etdiyim koladan içib paxlavadan dadıb, sonra da arxamca gör, nələr danışıblar!

Amma axırıncı sual mənim üçün hamısından daha maraqlı oldu: görəsən, Amerikaya qayıdacaq? Ha fikirləşirəm, inanmağım gəlmir. Hələ diplomat karyerasının başında olan türk dünyasının yeznəsi Brayza gedə bilmədi, buz baltası kimi Eskudero gedə bilmədi, Morninqstar hara getsin. Bax, görəcəksiniz, Eveningstar olana qədər burdadır. AzTV bir dəfə Almaniyada bir BOMJ-dan müsahibə almışdı. BOMJ evi tikilmiş də Angela Merkel xanımın evini yıxmışdı, demişdi: «Bura (yəni Almaniya - Q.Ş.) yaşamalı yer deyil, eşitmişəm, Azərbaycan adlı ölkə var, orda rahat yaşamaq olar. Pul da çoxdur. Ora gedəcəm». Bu müsahibəyə baxanda və qulaq asanda özümdən asılı olmayan gözlərimdən iki barrel yaş getmişdi ki, ay dadi-bidad, biz görün, bu ölkənin (yəni Azərbaycanın) qədrini bir alman BOMJ-u qədər də bilməmişik. İndi görün, alman BOMJ-u AzTV-yə baxıb qanadlanıb bura uçmaq istəyirsə, Amerika səfiri niyə burdan getsin ki?! Biz qonaqpərvər, kababsərvər xalqıq axı - özümüzdən başqa hamıya burda yer var, pul var, kim istəyirsə, qalıb burda analoqu olmayan inkişafımızda iştirak edir və daha da inkişaf edir. Nəyimiz yoxdu - 11 iqlim qurşağından 9-u bizdə, 9-cu kolon bizdə, torpağımızın hələ işğal olunmamış hissəsinin altı qızıldır, üstü brilyantdır. Üzümüzə yaxmağa neftimiz, belimizə banka qoyanda piltə düzəltməyə pambığımız, saqqalımız-bığımız, Naxçıvanda duzumuz, Şahdənizdə qazımız, Qazaxda sazımız, lazım gələndə düşmənlərimizi mindirməyə avtobusumuz - PAZımız... Vəzirovun sözü olmasın, çoxlu qozumuz da var. Amerika bizə nə deyir: «Enerji, təhlükəsizlik, demokratiya».

... Amma öz aramızdır - Murad Köhnəqala da bu QOZ məsələsini yaman yazıb ha:

Şahdənizdə qaz var,
Neft ölkəsiyəm.
Qarğa məndə qoz var,
Neft ölkəsiyəm...


Burdan Murada da Enerjili və Təhlükəsiz Demokratiya öpücükləri göndərirəm!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]