Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Üçüncü prezidentliyə gedən yol - Bahəddin Həziyev

Bölmə :
Köşə
Yazar :
Bahəddin Həziyev
Yayım tarixi :
7/9/2012 [12:33]
Baxılıb :
2453 dəfə
Və ya Ramil Səfərovla gündəm necə dəyişdi?

Ramil Səfərovun Azərbaycana təhvil verilməsinin və əfv edilməsinin maraqlı pərdəarxası aşkarlanır. Bununla bağlı ölkə prezidenti və hökumətin mühüm simaları uzun müddətdən bəri çalışıblar. Məsələ, təkcə və sadəcə, Ramil Səfərovun azadlığa buraxılması deyildi. Burada daha böyük bir siyasi kombinasiyanın konturları görünür. Şühbəsiz idi ki, Ramil Səfərovun Azərbaycana gətirilməsinə nail olmaq və əfv etmək ölkə rəhbərinin ictimai nüfuzunu artıran faktdır. Bəziləri hətta bunu seçkiqabağı siyasi kapitalını artırmaq istəyi və cəhdi kimi də qiymətləndirir. 

İlham Əliyevin müxalifəti: gücü gücsüzləşdirən səbəblər 

Əlbəttə, bu fakt İlham Əliyevin 2013-cü il seçkilərində bir namizəd olaraq xeyrinə işləyəcək və onun komandası siyasi təbliğatda bundan yararlanacaqlar. Bu, elə bir məsələ idi ki, ölkə başçısına qarşı əq radikal mövqedə duran qüvvələr də bəyənməyə və dəstəkləməyə məhkumdular. Bəzi çıxışları istisna etsək, əksərən bu addım dəstəklənib. Ancaq bütün bunlar daxili siyasətlə bağlı məsələlərdir. Daxildə isə İlham Əliyevin üçüncü prezidentliyinə qarşı ciddi təhlükə yaradan elə bir siyasi hərəkətlənmə hələ görünmür.

Şübhəsiz ki, İlham Əliyevə qarşı müxalifətdə olan qüvvələr arasında İctimai Palata daha güclü görünür. Burada əsas sayılan müxalif partiyalar, eləcə də, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri birləşib. Qurumun yerlərdə təşkilatları da formalaşır. Beynəlxalq təşkilatlar və böyük dövlətlərin dipdomatik nümayəndəlikləri də bu qurumla əsas müxalifət kimi işləyir. İctimai Palatanın özü də özünü İlham Əliyevə əsas alternativ kimi təqdim edir. Ancaq bu qurumda prezident seçkilərində iştirakın forması, namizədin kim olacağı, onun necə müəyyənləşəcəyi artıq ciddi mübahisə yaradıb və AXCP və Müsavat, Əli Kərimli və İsa Qəmbər arasında ziddiyyətlər getdikcə daha açıq və kəskin qarşıdurma fazasına doğru gedir. Bu arada hakimiyyət keçmiş prezident Elçibəyin zəhərlənməsi ilə bağlı məsələni ortaya atdı və Əli Kərimlinin əl-qolunu bağlamaq üçün bir il əvvəldən zəmin hazırlamağa başladı. Bundan yararlanan İsa Qəmbər önə çıxmaq üçün prezidentliyə namizəd olacağını və qalib gələcəyini bəyan etdi. Belə bir situasiyanın yaranması İP-daxili dramatizmi daha da artırdı və hakimiyyətin də xeyrinə işləmiş oldu. Bu müxalif qurum daxilində hər gün dərinləşməkdə olan çatlar onlara dəstək vermək istəyən daxili və beynəlxalq qüvvələri tərəddüdə salır. İP liderləri özləri də bunu görürlər, ancaq nəhəng çarxı dayandırmaq gücündə deyillər; rəqabəti davam etdirməklə yanaşı ixtilafları gizləməyə də çalışdılar. Bu məqsədlə vahid namizəd müzakirələrini mətbuatdan yığışdırmaq istədilərsə də, Pənah Hüseyn mövzunu əsas namizəd adı altında təzələyərək ziddiyyətləri daha da qızışdırdı. Beləliklə, müxalifətdəki durum hələ ki hakimiyyətin xeyrinədir; üstəlik hakimiyyət 16-lar layihəsi ilə Əli Kərimlinin «geniş koalisiya» ideyasını da vurdu. Bununla paralel olaraq, hakimiyyətyanlı saytlar və qəzetlər dolayısı ilə İsa Qəmbər tərəfdarlarının «əsas namizəd» proyektini dəstəkləməkdədir.

Üçüncü prezidentliyə qarşı kimlər nə edə bilər?

Proseslərin təhlili göstərir ki, hakimiyyətin seçkilərlə bağlı strategiyası üç ssenari üzrə formalaşır. A variantında seçkilərdə İlham Əliyev iştirak edir və müxalifətdən Əli Kərimli kənarda saxlanmaq şərtilə və Rəsul Quliyev, təbii ki, istisna olmaqla, bütün müxalif və ya özünü müxalif sayan partiyalar öz namizədləri ilə iştirak edir. İkinci yerə Müsavat Partiyasının namizədi çıxır və bu halda Qərbin seçkilərə qarşı mənfi münasibəti neytrallaşdırılır. İkinci variantda, İP seçkiləri boykot edir. 1998-ci il və 2008-ci il situasiyası yaranır. Bu halda İlham Əliyev yenə də seçilir. Amma bu seçki beynəlxalq təşkilatlar və Qərb dövlətləri tərəfindən sərt tənqid olunur. Üçüncü variantda isə seçkilər, ümumiyyətlə, keçirilmir (Konstitusiya da buna imkan verir).

Onu nəzərdən qaçırmaq lazım deyil ki, İP-lə bəzi Qərb dövlətlərinin siyasi, diplomatik dairələri arasında bir məsələdə fikir birliyi var; İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin qarşısını almaq məsələsi müzakirə mövzularından olub. Əslində İP-dən kimin (İsa Qəmbərin, Əli Kərimlinin və ya üçüncü bir şəxsin) və hansı formada (vahid namizəd, yaxud əsas namizəd) seçkidə iştirakı haqda müzakirələrin özü də hakimiyyətin xeyrinə oldu - İlham Əliyevin üçüncü namizədliyinin qarşısını almaq haqda hətta rüşeym halında olan ideya gündəmdən qovuldu. Çünki bu, inqilabi situasiya yaratmaq deməkdi ki, İP-dəki potensialın buna yetməyəcəyi təqdirdə Qərbin daha fəal siyasi müdaxiləsi və maliyyə dəstəyi tələb olunurdu. Cəmiyyətdə narazılıq çox böyük olsa da, onu təşkilatlandırıb hərəkətə gətirəcək və ümumi axınla iqtidara qarşı yönləndirəcək qüvvə olmadı (son iyirmi ilə yaxın bir müddətdə hakimiyyət ardıcıl, sistemli və aqressiv şəkildə müxalifəti cəmiyyətdən ayırmaq üçün çalışıb və bu gün real nəticələr ortadadır - hökumətdən narazılığını ifadə etmək istəyənlər də onu kiçik qruplar, ayrı-ayrı kəndlər, hətta Qubadakı kimi rayon formatında ifadə etsə də, müxailfətin bayrağı altına toplaşmırlar, müxalifətdən ya tamam ayrı düşüblər, ya da çoxlu və bir-biri ilə savaşan bayraqlar görürlər, tərəddüdə düşürlər. Üstəlik də müxalifətin yanında durmaq daha ağır repressiyalar vəd edir, ölkədə total qorxu mühiti yaradılıb və insanlar hətta etiraz edəndə də bunun dövlət başçısına qarşı olmadığını vurğulamağa çalışırlar (Etiraz aksiyalarına çıxanların İlham Əliyevin şəkillərini qaldırması bununla bağlıdır).

Rusiyada inqilab ehtimalı və Azərbaycan

Müxalifətin bu qədər zəif və hakimiyyətin bü qədər güclü göründüyü halda belə heç bir ssenari sonadək istisna edilmirdi. İqtidarın özündə də durumu təhlil edərək seçkiyə hələ bir il qalmış hər cür fors-major situasiyaların yarana biləcəyindən narahatdılar. Çünki Suriyadakı və İran ətrafındakı qarşıdurma özünün məntiqi sonluğuna getdikcə yaxınlaşır, bəzi məlumatlara görə, prosesin postsovet məkanına keçirilməsi ilə bağlı planlar qurulur. Bir variantda Rusiyanın ətrafındakı yeni müstəqil dövlətlərdə Gürcüstanda başlamış, eləcə də, Ukraynada davam etmiş (sonradan uduzmuş) prosesin Belorusda, Azərbaycanda, daha sonra Mərkəzi Asiyada təkrarını düşünənlər var. İkinci variantda isə, Rusiyanın özündə anti-Putin hərəkatını körükləndirmək, inqilabı Rusiyanın içərilərinə keçirmək, nəticə əldə olunduqda sadaladığımız qalan bölgələrdə güc sərf etmədən hakimiyyətləri dəyişmək mümkün olacaq deyə strategiya qururlar. Rusiyada bu prosesin qansız getməyəcəyi kəsindir və Qərb dairələrinin, Ərəbistan yarımadasındakı müttəfiqlərin dəstəyi ilə Şimali Qafqazda - Rusiyanın cənubunda onillərlə yaradılmış potensial enerjini kinetik enerjiyə çevirmək istəyi məlumdur. O səbəbdən, Putin Şimali Qafqaza əlavə qoşun birləşmələri gətirir. Burada ayrı-ayrı nüfuzlu şəxslərə qarşı terror aktları törədib əlavə bəhanələr qazanaraq bölgədə preventiv əməliyyatlar aparır. Rusiya ilə Azərbaycan arasında zaman-zaman yaranan gərginliklər onunla bağlıdır ki, Putin Gürcüstanla yanaşı Azərbaycanın da Qərbin planlarında yer ala bilməsi ehtimalından narahatdır. Putin düşünür ki, Qərb onu sıxışdıraraq, öz daxilində inqilab təhlükəsi ilə təhdid edərək postsovet respublikalarını mərhələ-mərhələ Rusiyanın orbitindən çıxarmağa çalışacaq. Yaxud da, ümumiyyətlə, situasiya və güc balansı imkan versə, Putinə qarşı öz ölkəsində inqilabı dəstəkləyəcək.

Ramil Səfərov gündəmi necə dəyişdi?

Rusiya və İran bir tərəfdən, Azərbaycanı təhdid edir, Qərbin planlarında iştirakdan çəkindirir. O biri tərəfdən isə, güzəştlər edir. Yaxud vəd edir. Ən əsas güzəştlər isə, təbii ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı ola bilər. Əlbəttə, artıq sual yaranıb ki, bütün bunların Ramil Səfərovun əfvi ilə nə əlaqəsi var? Məsələ də ondadır ki, yazının əvvəlində Ramil Səfərovun azadlığa buraxılması nəinki ölkə daxilində, həm də regionda Azərbaycanla bağlı gündəmi dəyişib. İlham Əliyev bu addımı ilə bir yandan beynəlxalq aləmdə gücünün sərhəddini həm dostlarına, həm rəqiblərinə nümayiş etdirdi, başqa tərəfdən isə, daxildə inqilabi situasiya yaratmaq üçün az-çox olan ictimai zəmini də ya tamam aradan qaldırdı, ya da əsaslı şəkildə zəiflətdi. Təbii ki, Ramil Səfərovun buraxılmasına Rusiyadan dəstək alınmışdı (hətta bəzi xəbərlərə görə, bu əməliyyatı Putinin azərbaycanlı dostu, iş adamı İlham Rəhimov maliyyələşdirib), məhz buna görə, Rusiya bu hadisəyə hətta ABŞ-dan da gec reaksiya verdi (Yeri gəlmişkən, bu davranış Ermənistanda da narazılıqla qarşılandı). Bunda İran da maraqlı idi - diqqət etdinizsə, Ramil Səfərovun ardınca İran da orda həbsdə olan iki Azərbaycan vətəndaşını buraxdı və ardınca vitse-prezidentini Əhmədinejadın məktubu ilə Bakıya göndərdi.

Hakimiyyəti uzatmaq üçün manevrlər nəticə verəcəkmi?

Ramil Səfərov məsələsi Azərbaycanla Ermənistan arasında danışıqların pozulması, Azərbaycana qarşı terror və müharibə ehtimalını gücləndirdi. Belə bir situasiyada tərəflər arasında münasibətlərin idarə olunması faktik olaraq Rusiyanın inhisarına keçir. Putin Rusiyanın daxilinə Qərbdən siyasi hücum halında bütün bölgəni müharibə meydanına çevirəcəyinin, Gürcüstanı xəritədən siləcəyinin anonsunu verir. Cənubi Qafqazda müharibə əhvalının kəskinləşməsi və dolayısı ilə, Rusiyanın təsirinin artması İranın da işinə yarayır - İrana qarşı hücum planları ən azı ertələnir. Azərbaycan isə hələ də manevrlərini davam etdirir - bir yandan, İranla münasibətlərini qaydaya salır, Türkiyə ilə soyuqlaşan ilişgiləri istiləşdirir - Ərdoğanın Bakı səfəri də buna təkan verəcək. O biri yandan, hələ iyunda dövlət katibi Klintonun Bakıya səfəri zamanı razılaşdırılan addımı atır - İlham Əliyev Amerikalı senatoru qəbul edir, senator prezidentlə görüşdən çıxıb: «İnsan hüqüqlarını müzakirə etmədik» deyir, səfir Morninqstar Heydər Əliyevin abidəsinə baş əyir və Vaşinqtonun jestini ifadə edir. Ardınca prezident Əliyev ABŞ-ın və Brazilyanın «Açıq hökumət» konsepsiyasına, yəni Obamanın seçki kampaniyasına dəstək baxımından əhəmiyyətli olan sərəncam imzalayır. Bunları təhlil edərkən, 2003-cü il seçki ərəfəsinə oxşar situasiyanı görürük. İlham Əliyev bu dəfə üçüncü dəfəki prezidentliyinə yolu açmaq üçün bir tərəfdən, ABŞ və onun Avropadakı müttəfiqləri, o biri tərəfdən isə, Rusiya, İran və Türkiyə ilə fəal diplomatiya aparır. Əgər Qərb üçüncü dəfəki prezidentliyi susqun onaylasa, versə, yaxud inqilab ssenarilərini körükləməyəcəyinə, seçkiqabağı və seçkidən sonrakı durumlarda aktiv hərəkatlara yardım etməyəcəyinə, sadəcə bəyanatlarla kifayətlənəcəyinə təminat versə, Azərbaycanda yenə də seçki öz vaxtında keçiriləcək və İlham Əliyev yenidən öz postunda daha 5 il qalacaq. Əgər Qərb dövlətləri, birinci növbədə ABŞ, daha sonra Avropa Birliyinin aparıcı ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanda indiki prezidentin yenidən namizəd olmasının qarşısını almaq üçün müxalifətə hər hansı formada dəstək verib ayaqlandırsa, o zaman Rusiyanın nəzarətində olan ssenari gerçəkləşə bilər - Ermənistanla hərbi əməliyyatların bərpası və seçkilərin ertələnməsi qaçılmaz olur. Hər iki ssenaridə Ramil Səfərov faktorunun yeri var. Təhlilimiz isə onu göstərir ki, hadisələrin inkişaf ssenarisi birinci varianta yaxın olacaq - Qərb üçüncü prezidentliyə kəskin etiraz bəyanatları səsləndirsə də, bundan daha irəli getməyəcək və İlham Əliyevlə işləməyə davam edəcək - hakimiyyətin kəskin dəyişdirilməsi üçün Qərbin istəyə biləcəyi zəmin, görünür, hələ də yoxdur. Bunun bir əsas səbəbi də var: İlham Əliyevə az-çox müqavimət göstərə və müəyyən ictimai dəstəyə sahib olan İsa Qəmbər və Əli Kərimli Ermənistanla müharibə aparmış hakimiyyətin ikinci, üçüncü şəxsləri olub, onların tərəfdarlarının çoxu müharibədə şəxsən iştirak etmiş və ya birbaşa zərər çəkmiş insanlardır. ABŞ-ın universitetlərində oxudub ölkəyə çıxardığı «siyasi desant»ın təmsilçiləri isə liderə çevrilə bilmədilər, ya sadəcə, QHT «layihəsi»dirlər, ya da ən yaxşı halda aktiv blogerdirlər və sosial şəbəkələrdə fırlanmaqdadırlar...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]