Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Epataj nəsillər - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
7/9/2012 [12:22]
Baxılıb :
2457 dəfə

Adət bu cürdür - Hər bir nəsil özünü bənzərsiz və daha mütərəqqi sayır. Əsassız ümidə qapılır ki, dünyanın xilası məhz onun missiyasıdır. Ancaq dünya gözəlləşmir ki gözəlləşmir.

Heç vaxt bir nəslin o birisindən üstünlüyünə inanmadım. Qiyamçı nəsil olmur, qiyamçı fərdlər olur. Sadəcə bu sonuncuların fikir və nümunələri yerdə qalanlara sirayət edəndə bütün nəslin qiyamı illüziyası yaranır. Və hər sonra gələn nəslin isterikcəsinə özündən əvvəlkilərin üstünə çımxırması olsa-olsa naqislik kompleksinin nəticəsidir. Bu yolla kimsə öz milləti, kimsə öz dövləti, kimsə də öz doğulduğu illərlə fəxr edir. Və Semyuel Consonun məşhur aforizmini başqalaşdırıb deyərdim ki, “Nəsli ilə fəxr etmək - gücsüzlərin son sığınacaq yeridir”. Bu, xüsusilə də mənim də məxsus olduğum 70-80-cı illərdə doğulmuşlara aiddir. Bu günkü biabırçılıqların həmmüəllifi, iştirakçısı, şahidi və passiv seyrçisi olanlara...

30-40-cı illərdə doğulanlar bizə böyük bir dövlət qoydu. 50-60-cı illərdə doğulanlar ərazisi indikindən böyük olmuş Azərbaycan üçün çalışdı. 70-80-cı illərdə doğulanlar isə itkilərin yerini doldura bilmək barədə bir gün də olsa çalışmadan öz uğursuz mövcudluğunun səbəbini özündə yox, əvvəlkilərdə axtarmaq əfəlliyini özünə missiya seçdi. Valideynlərin üzünə ağ olmaqla özünü “ağ vərəq”, təmizlik simvolu saymaq adətən ən zəiflərin işi olub - “mentaliteti dağıdan” bu “kəpənəkli” oğlanlardan başqa nə gözləyəsən? “Əcinnə ovu”nun nəsil variantı. Məxsus olduğum 70-80-cı illər nəsli məhz bununla məşğuldur. Və əsassız qəzəbin ardınca əsassız da özünəyazıqlıq gələcək. “Yorğun demokrat” kimi yaşayıb ömrün qürubuna dirənəndə.

Əlbət, bu bir dəbdir. Almaniyada RAF-çılar öz valideynlərini nasizmlə eyniləşdirirdi. Bəs onda nasizmə qarşı çıxıb həyatlarını itirmiş yüz minlərlə alman antifaşisti niyə unudulur? 60-cı illərdə ABŞ-da yappilər valideynlərini “donuzlar nəsli” adlandırırdı. Həmin yappilər bu gün respektabelli burjuadır, isteblişmentdir, tipik istehlakçıdırlar. Bəs hara getdi onların psevdo-qiyamı? Donuz olub başqalarını donuz adlandırmaq ani bir epatajmış.

Postmodern və epataj - bu dəyər və bu taktika burjuanın öz bətnindən çıxarıb psevdo-qiyamı bəsləmək üçün yetirdiyi fəndlərdir. Məndə bu epataj fiqurlar, vaxtilə Floberin yazdığı “Yarım-allah kimi düşünüb burjua kimi yaşayanlar” sadəcə kinayə doğurmur. Çünki, bu bəsit “fleş-mob”çuları ziyansız bir oyunun iştirakçıları saymaqla kifayətlənmirəm. Onları öz psevdo-qiyamı ilə əsl qiyam alovunun söndürücüləri sayıram. Onlar bilvasitə (bilməyərəkdən) mövcud formasiyanın sütunlarını bərkidirlər.

Onlar öz “nəsillərin mübarizəsi”ndə də epatajla məşğuldur. Nədir, 30-40-cı illərin nəslindən olan Xudu Məmmədov, yaxud 50-60-ların yetirməsi Məmməd Nazimoğlu “salam verilməyəsi” və “avtobusda yerini güzəştə getməyə layiq olmayan” fərdlərmiş, səhv yaşayıblar və 70-80-lərdə doğulanların öyrətdiyi ağıla ehtiyacları varmış, bu sonuncular isə bu ölkənin xilasıdır? Bu günkü şou və “layk” nəsli dünənki yaradıcılara dərs keçmək iştahasındadır.

Bütün nəsillər eyni cürdür - budur reallıq. Fərqlər fərdlərdədir. Bir qütbdə qiyamını bu gün də saxlayan 75 yaşlı Antonio Neqri dayana bilər, o biri qütbdə mövcudluğunun vakuumunu virtualla dolduran 20 yaşlı “qiyamçı nəslin qiyamçısı”.

Hər kəs yalnız özündən danışa bilər - reallıq bu. Heç kəs özünü bütöv bir nəslin ağsaqqal-ağbirçəyi saymasın. Həm gülünc görünür, həm saxta. Hər kəs öz ana-atasına nifrət etməkdə sərbəstdir, ancaq başqalarının valideynlərini də bu kateqoriyaya salmağa onlara haqq verilməyib...

P.S. Epatajı virtuala daşımağa sərf olunan enerji risqli Qiyama dirənəndə sönüb gedir. Bu da bir ömürdür - xərcləyə bilsən...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]