Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Nə qədər ki, zəhərləmə var, İblis aramızdadır - Gülnarə Rəfiq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
7/9/2012 [12:15]
Baxılıb :
2161 dəfə
Zəhər bədənə yayılıb orqanları sıradan çıxarıdığı kimi məkrli niyyət də insanlığın axırına beləcə çıxır

(Əvvəlini buradan oxuyun...)

Kilsə qana nifrət edir

Müqəddəs kitabların hamısı «öldürmə!» əmrini verir. Dini xadimlərin qanını tökmək ikiqat günah idi. Zənn edilə bilər ki, orta əsrlərdə zəhər siyasi arenadan uzaqlaşıb. Çünki cəngavərlər zamanı idi. Düşmənlər bir-birinə açıq-aydın çağırış edib problemlərini meydanda döyüşdə həll edirdilər. Belə inam vardı ki, döyüşün nəticəsini Allah özü həll edir. Haqq olan tərəf qalib gəlməli, nahaq isə qılıncdan ölməli idi. Belə şəraitdə zəhərə yer qalırdımı? Qılınc idealogiyasına zidd olsa da zəhər siyasi səhnədən yoxa çıxmadı. Silahı olmayanlar, qadınlar, qara camaat və qorxaqlar hələ də zəhərə əl atmaqda davam edirdilər.
Daha bir təbəqə də vardı ki, ona da silah gəzdirmək qadağan idi. Dini rütbəli şəxslərə, papalara, kardinallara, yepiskoplar və abbatlara silah gəzdirməyi dini görüşlər icazə vermirdi. Amma din dövlət səviyyəsinə qədər ucaldılandan sonra onun da daxilində qarşıdurmalar və çəkişmələr olurdu. Bünövrədən zəhərə qarşı çıxan kilsə indi ən dinc «silahı» əlinə almışdı. İlkin günah, yəni Həvvanın Adəmi yoldan çıxarmasını onu zəhərləməsi kimi qələmə verib qınayan kilsə xadimləri indi özləri zəhərdən istifadə etməyə başlamışdılar. Qapalı müəssələrdə, yəni monastırlarda baş verən zəhərləmələrin sayı-hesabı yox idi. Bəzən ölkənin iqtidarı qan qohumunu, bacısı, qardaşını saraydan uzaqlaşdırıb monastıra göndərirdi ki, onun ölmündə əli olmadığını sübut etmiş olsun. Monastrlarda baş verən siyasi ölümlərin məsuliyyətini heç kim daşımırdı. Yüksək rütbəli dini xadim, papalar zəhərdən keçinəndə heç bir sənəd onun ölümünün səbəbini yazmazdı. Olay Tanrının iradəsi kimi dinməzcə qəbul edilirdi. Zəhər faktı gizlədildikcə o, kilsəyə və dini xadimlərə göndərilmiş müqəddəs hədiyyələrə əlavə edilməyə başladı. Artıq episkoplar da yeməzdən əvvəl, xüsusilə də priçastiyedən əvvəl ağıza gedəcəkləri yoxlamalı olurdular. Orta əsrlərin zəhərləmələri bircə onunla fərqlənirdi ki, zəhərləyən qarğış nişangahına çevrilərək 7 nəsil arxa dönəni və nəvə-nəticələrinə qədər lənətlənmiş sayılırdı.
Papalar zəhərləmə hadisələrinin çoxluğundan zəhərli maddələri və onlara qarşı zərdab hazırlamaq elmini öyrənməyə məcbur idilər. Ona görə kilsə kitabxanalarında zəhərli bitkilərə aid böyük bir bölmə olurdu. Zəhərdən qorunmaq üçün bəzi əşyalar da vardı ki, dini xadimlər onları otaqlarında, yemək zamanı yanlarında mütləq saxlayırdılar. Məsələn, lanqye adlanan əşya metal, ya da mərcan dayaq üzərində durmuş ilan dişlərindən ibarət idi. İlan dişi və dili ilə bərabər taydişin buynuzu da qoruyucu sayılırdı. Bu buynuz guya ki, yeməyi zəhərdən təmizləyə bilir, ya da heç olmasa rəngini dəyişməklə, ya da tərləməklə sahibini xəbərdar edirdi. Kargədan, ya narval balığının buynuzu da zəhərdən qoruyan əşyalar sayılırdı. Amma bu əşyalar zəhərlənmələrin sayını azaltmırdı. Bunlardan əlavə papalar kvarts, xrizotil, yaqut kimi qiymətli daşları kolleksiya edirdilər ki, özlərini qoruya bilsinlər. Bəlkə də ona görə sadə camaat saray əhli olub əziyyət çəkməkdənsə asudə və kasıb həyata üstünlük verməyə başlamışdı. Artıq 14-cü əsrin sonunda Viskonti sarayının şahzadəsinin yeməyini azı 12 nəfər dadına baxıb sınayırdı. 16-cı əsrdə isə məşhur zəhərləyici Ekaterina Medeçi utanmadan deyirdi ki, kimi istəsə «zərbə vurmadan öldürə bilərəm». Tarixçilər deyir ki, saray əhli zəhərə əl atdıqca nökər və qul səviyyəsinə enir və bununla da xristian dünyasının səliqəsi pozulur. Necə ki, zəhər bədənə yayılıb orqanları sıradan çıxarır məkrli niyyət də insanlığın axırına beləcə çıxır.

Yəhudilər və zəhərləmə

Cəmiyyətdə ictimai rəy formalaşdıqca zəhərləmə prosesinə bir növ əngəl yaranırdı. Çünki kimsə şahidlik etməli, haqq-nahaq gördüyünü deməli idi ki, monarxın adına ləkə gəlməsin. Xristian dünyası içindəki zəhərləyənlərə gizləyirdi. Onun 3 düşməni vardı: müsəlmanlar, ifritələr və yəhudilər. Guya ki, yalnız onlar zəhərə əl atmaq kimi murdar işə qoşula bilərdi. Bu fikir kütləvi psixoz şəraiti yaradırdı və ölkənin monarxı hamını qoruyacaq hamiyə çevrilərək xalqı qanadı altına almaqla ətrafında birləşməyə çağırırdı. Camaata təlqin edilirdi ki, nə qədər ki, zəhərlənmələr var İblis də aralarındadır. Yəhudilər və cadugərlər cəmiyyətdə elə bir qorxu yaratmışdılar ki, hamı özünü İblislə müharibədə iştirakçı kimi sanırdı. Axı onlar gizlicə dua oxuyub, ya da zəhər hazırlayıb hamını birdəfəlik məhv edə bilərdilər. Şəhərdə taun xəstəliyi meydan oxuyurdusa bu «yəhudilərin qarğışı» sayılırdı. Cadugərlər üzərində məhkəmələrdə tez-tez İblislə ifritələrin gecə məclisində hazırlanmış sürtkü yağı dolu qutunun adı çəkilirdi. Müstəntiqlər günahı sübuta yetirməkçün məhz bu qutuları axtarırdılar.
Yəhudiləri faşistlərin əlindən almış Stalin özü yəhudiləri heç sevmirdi, özü də zəhərləməyə meyllərini bildiyindən. 1939-cu ildə Buxarinin xalası oğlu Lukinin üzərində məhkəmə prosesində uydurulmuş ittiramlar içində partiya rəhbərlərini zəhərləyib öldürmək ittihamı da vardı. Stalin əsrlər boyu zəhərləyənlər damğası gəzdirən yəhudilər kimi kollektiv düşmən barədə də düşünürdü. 1948-53-cü illərdə SSRİ-nin təhlükəsizlik orqanı «Ağ xalatlı qatillərin sui-qəsdi» adlanan iş üzərində çalışırdı. Əksəriyyəti yəhudi olan həkimlər guya ki, sovet liderilərini zəhərləmək planı cızırmışlar. Bu həkim dəstəsini liderləri düzgün müalicə etməməkdə və məsələn Jdanovu zəhərləməkdə ittiham edirdilər. Stalinin əsas məqsədi kommunist rejimini qəbul etməmiş millətin tam deportasiya edilməsi üçün bəhanə tapmaq idi. Həkimləri İsraillə əlbirlikdə ittiham edirdilər. Həkimlərlə birgə yəhudi mühəndisləri də şaxtalarda havadakı toksinlərin miqdarını gizləməkdə ittiham edirdilər.
Yəhudilərin zəhərləmələrə çıx bağlılığını İslam tarixindən də bilirik. Ərəbistan yarımadasında bərqərar olan müsəlman qanunlarına tabe olmaq istəmədiklərindən yəhudilər Məhəmməd peyğəmbəri və onun birinci xəlifi Əbu Bəkri zəhərləmək istəyiblər. Hədislərdən oxuyuruq ki, 628-ci ildə Heybərin yəhudilərini tabeçiliyə almaq istədiyi vaxt yemək zamanı süfrəyə yəhudi qadının bişirdiyi qoyun qızartması gətirildi. Peyğəmbərin yoldaşlarından biri yeməyin dadına baxdı. Peyğəmbər əlini süfrəyə uzatmaq istəyəndə ət dilə gəlib «məni yemə, zəhərliyəm» dedi. Peyğəmbər ağzındakını tüpürdü, amma yoldaşı keçindi. Ölüm yatağında peyğəmbərimiz dedi ki, az qala Heybərdəki zəhərdən öləcəkdi. Əl Turabi daha bir əhvalatı danışır: İlk xəlif Əbu Bəkri bir dəfə yəhudilərin evinə nahara dəvət edirlər. Onlara düyüdən hazırlanmış yemək təklif edilir. Ərəb həkim Xarit yeməyin dadına baxan kimi onu tüpürb «Düyüdə zəhər var, onu yeyən bir il keçmiş vəfat edəcək» deyir. Həqiqətən də xəlif bir il sonra 2 rəftə yataqda qalıb dünyasını dəyişdi. Yasir Ərəfatın ölümünü də yəhudi qəsdinə aid edib dinin düşmənlərinin qəsdi kimi şərh etmək olar. Bəlkə də yəhudilərin zəhərə meylliyinin əsas səbəb götürərək 1988-ci ildə yəhudilərə qarşı çıxan bir cəmiyyət İsraildən gələn bütün meyvələri zəhərləyəcəyini elan etdi. İndi İtaliya, Fransiya, Belçika və Niderlandda İsrail meyvəsi alan hər kəs həyatını riskə atır. Bu da əsrlər boyu gedən zəhərləmə prosesinə bir qisas kimi görünür.

Dünyaya zəhər prizmasından baxanda

Tiran sözü «tyrus» latıncadan gürzə kimi tərcümə edilir. Yəni tiran cəmiyyətin canına daraşmış zəhərli ilan kimi qəbul edilir. Hakimiyyət möhkəmləndikcə və zorakılığın səviyyəsi müharibələrlə ölçüldükcə zəhər siyasi münasibətlərdən getmədi. Əlbəttə, indi sözlə zəhərləmək daha rahat idi. Artıq sənədlər də belə yazırdı: «Bu gizli sekta demək olar ki, bütün ictimai mənbələri zəhərləyib. Natiqlik, poeziya, tarix, romanlar, hətta lüğətlər də zəhərlidir». Kimya yeniliklərə doğru addımlar edərək indiyədək yalnız qorxu aşılayan elementlərin xassələrini öyrənirdi. Amma həmin bu adamlar təqib edilir və daima məhkəmələrə çəkilirdilər. Cəmiyyət sanki zəhərli buxarda çimirdi, romanlar və teatr tamaşaları zəhərlənmə hadisələrindən danışırda. Bircə Şekspiri xatırlamaq kifayət edər.
Fransız inqilabı tiranlara qarşı mübarizəsi ilə onların həyat tərzinə və zəhərlərə qarşı müharibə elan etdi. İndi antik dünya, Brut və onun qılıncı vəsf edilirdi. Zəhərlənmələr tarixində Napoleonun da adı çəkilir, çünki Müqəddəs Yelena adasında onun zəhərlənməsi barədə şaiələr dolaşmaqdadır. Bəzi tədqiqatçılar bu faktı təsdiqləyir, o biriləri inkar edir. Axır nəticədə hər şey döyüş meydanında məğlub edilməz qəhrəmanın zəhərlənib öldürülməsi mifinə dirənir.

Zəhər seçkilərdə udmağa kömək etmir

Son əsrlərin zəhərlənmə tarixcəsi əvvəlkilərə nisbətən çoz kasad görünür. Çünki son 2 əsrdə cəmiyyətdə dövlət quruluşları kəskin formada dəyişib. Demokratiyanın yayılması siyasi elatinın mənəvi dəyərlərini sivilləşdirirdi. İntriqaların saraylardan siyasi mübarizənin çərçivələrə salınmış parlamentlərə köçməsi müşahidə olunur. Amma paralel olaraq toksikologia da inkişaf edir və zəhərləmə imkanlarını genişləndirirdi. İndi hər hansı zəhəri analiz edib təyin etmək asanlaşdığından zəhərləyənlərin son dərəcə ehtiyatlı olmaları lazım. Artıq zəhər seçkilərdə udmağa kömək etmədiyindən onun miqyası son dərəcə azalmağa başlayır. Keçmişdə zəhərə qarşı zərdabı təkcə zəhərlənmişlərə vermirdilər. Onu az dozalarda qəbul edərək bədəni hazırlayırdılar. Metofizik mənada demokratiya da həmin rolu oynayır. Demokratiya cəmiyyəti murdar silaha qarşı immunitetli olmağa hazırlayır.

«Qırmızı»ların zəhəri

İndi siyasətdə zəhər varsa da onu çox səylə gizləyirlər. Nəzərə almaq lazımdı ki, müasir quruluşların demək olar ki, hamısı keçmişlə bağlıdır. Kommunist rejimi onu qırmızı rəngə boyasa da rus çarlığına bağlıdır. İvan Qrozdnı kütləvi qırğınlar törədəndə zəhəri unutmurdu. Kommunist rejimi inqilabın düşmənlərini qırmaq adıyla kütləvi şəkildə zəhəri sistematik tətbiq edirdi. Leninin əmriylə xüsusi taksikoloji laboratoriya açılmışdı. Həmin laboratoriyada 50-ci illərdə ölümcül zəhərlər - tallium, risin, kolxisin istehsal edilirdi. Həmin müəssisənin adı inqilabın dalında durmaq idi, əslində isə rejimin və hakimiyyətin əldə saxlanılmasına xidmət edirdi. Qurbanların adını çəkmək darıxdırıcı olardı. Deyək ki, Lenin hələ bolşevik inqilabı qərar tutmamışdan çarlığı müdafiə edən regionların kütləvi şəkildə zəhərləməyi təklif edirdi. Belə rejimdə yaşayanlara bəzən zəhərləmə üsulu beyninə sıxlmış güllə , ya da QULAQ-a göndərilmədən daha rahat görünürdü.
Stalin Trotskini dəfələrlə zəhərləmək cəhdləri edib. Əvəzində Trotskinin katibi və cangüdəni pnevmaniyaya oxşar qəribə xəstəlikdən qəfil vəfat ediblər. Stalin qurbanlarının əzabını görməyi sevən adam idi. O, zəhəri öz ailəsində də qaynı Pavel Alliluyevə qarşı işlətməkdən çəkinməyib. Onu tənbəki ilə zəhərləmişdilər. Bolşevik dövləti emiqrasiya etmiş düşmənlərə qarşı işləyirdi. Xüsusi xidmət orqanları sosializmdə yaşamaq istəməyən keçmiş vətəndaşları xaricdə də rahat buraxmırdı. Kommunist zəhərinin əli qonşu dövlətlərin siyasi partiyalarına da çatırdı. Qorbaçovun bir qədər buraxdığı buxovlardan sonra Yeltsinin zamanında da Rusiya əvvəlki üsullarından əl çəkməmişdi. Fəaliyyəti yenidən bərpa edilmiş gizli laboritoriya bu dəfə milli təhlükəsizlik adıyla işini görürdü. 2004-cü ildə Şimali Osetiyada, Beslanda götürülmüş girovlar məsələsini tədqiq edən jurnalist Anna Politovskaya əz qala isti içkinin qurbanı olacaqdı. Oliqarx Boris Berezovskinin zəhərlənməsi məsələsini tədqiq edən Aleksandr Litvinenko ölkədən qaçandan sonra kitabında gizli laboratoriyanın işindən danışırdı. O, açıq şəkildə Putini ittiham etdiyindən London otellərinin birində səhər çay içərkən zəhərləndi. Bunu bilərəkdən açıq-aydın etdilər ki, qalanlara görk olsun. Anatoli Sobçakın da qəribə ölümündən danışırlar. Onun ölmünü tədqiq etməyib hər şeyi zəif ürəyinin üstünə atdılar. Əslində o, mehmanxana lampasına yaxılmış, qızdıqda zəhərli buxar verən toksindən dünyasını dəyişmişdi. Litvinenkonun işinin ən qızmar vaxtında İrlandiyadan ağır vəziyyətdə qayıdan Yeqor Qaydarın vəziyyətini həkimlər «Qeyri-qida zəhərlənməsi» kimi şərh etdilər.

Ən zəhərli dövran

1998-ci ildə Parisdə Olivye Lepikin «Böyük kimyavi müharibə 1914-1918-ci illər» adlı kitabı işıq üzü gördü. Bu kitab 1-ci dünya savaşında kimyəvi maddələrin tətbiqindən danışır. Yəni ki, zəhər tarixinin varislik ipi hələ ki, qırılmayıb. Zəhərli qaz ilk dəfə 1915-ci ilin 22 oktyabrında Belçikanın Langemark ətraında tətbiq edilib. Müharibənin sonrakı illərində mərmilərin 25 faizi qazla doldurulmuş olurdu. Arsen qazı ilə zəhərləyən mərmilər də əmələ gəlmişdi. Müharibə zamanı kimyavi silahdan ölənlərin ümumi sayını 3 faiz deyirlər. Amma bununla belə zəhərli qaz insanlarda qorxu, dəhşət hissi yaradırdı.
1962-1970-ci illərdə ABŞ Vyetnamda yerli əhalini təbii müdafiədən - ağaclardan məhrum etməkçün «eycent oranj» adlı maddə istifadə etdi. Bu zəhər nəinki ağacların yarpaqlarını, həm də insanları məhv edirdi. 1980-1988-ci illərdə İran-İrak müharibəsi vaxtı ərazinin boşaldılması işini iprit zəhərli maddəsi görürdü. 1988-ci ildə Səddam Hüseyn Hələbcdə kürdlərə qarşı iprit qazını istifadə etdi.
Kütləvi qırğının daha bir yolu da bakterioloji silahdır. Virus sözü latıncadan zəhər kimi tərcümə edilir. Belə müharibənin kiçik-böyüyüı olmur. Soyuq müharibə zamanı atom silahının zəhərli maddələrə aid olub-olmadığı məsələsi tez-tez müzakirə edilirdi. Axı o da partlayandan sora ətrafın torpağını, suyunu, heyvan və insanları zəhərləyir.

***

Baxmayaraq ki, hələ 1899-cu ildə qəbul edilmiş Qaaqa deklorasiyası ilə zəhərli qazların tətbiqi qadağan edilib zəhər artıq böyük miqyaslarda canlı aləmi zəhərləməkdədir. Qadağan dəfələrlə pozulub və pozulmaqdadır. Hələ 1892-ci ildə dəhşətli vəba epidemiyası fransız cəmiyyətini «insan əliylə yaranmış xəstəlik» barədə danışmağa vadar etdi. İndi artıq QİÇS, quş və donuz qripinin laboratoriyalarda yaranması fərziyyələri irəli sürülür. Bəşəriyyət öz-özünü zəhərləmək mərhələsindədir”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]