Avrofutbol.com-un “Marca”ya istinadən verdiyi məlumata görə, “Atletiko Madrid”in kolumbiyalı hücumçusu Radamel Falkaonun atası ölkəsində qatıldığı bir televiziya proqramında oğlunun gələcəyi haqqında maraqlı açıqlamalar verib. O, Falkaonun uşaqlıqdan bəri “Real Madrid”də oynamaq istədiyini bildirib: “Falkao həmişə real “Real”da forma geyinməyi arzulayıb. Buna baxmayaraq, mən bilirəm ki oğlumla ciddi olaraq “Mançester Siti” və “Çelsi” də ciddi maraqlanır. Əgər “Real” variantı baş tutmasa çox güman Falkao “Çelsi” və ya “Mançester Siti”yə keçəcək. Hər şey klubların təklifindən asılı olacaq”.
Xatırladaq ki, Falkaonun meneceri olan Mendes həm “Real Madrid”in çalışdırıcısı Mourinyo ilə sıx əlaqələri var. Bu səbədən də kolubmiyalı futbolçunun "Kral klubu"na keçidi daha real görünür.