Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Zəruri anın dərki - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
6/9/2012 [09:41]
Baxılıb :
1976 dəfə

Azərbaycanda köklü dəyişikliklərin qeyri-mümkünlüyünə inananlar və bunu təbliğ edənlər bir həqiqəti unudurlar: İlk baxışda mühüm görünməyən, müəyyən xüsusi tələblər konkret anlarda qlobal detonator rolu oynaya, inqilabın və radikal dəyişikliklərin metaforik əvəzləyicisi funksiyanı daşıya bilər. Belə vaxtlarda “tarixi zərurət”, “ictimai inkişaf qanunları”, “sosial məntiq” kimi anlayışlar sanki gücdən düşmüş kimi görünür. Ona görə də çevrilişləri planlaşdırmaq olur, ancaq inqilabı yox. Onun nə vaxt harada necə və nədən başlayacağını proqnozlaşdırmaq olmur. 

Beləliklə, detonator rolunda tamamilə əhəmiyyətsiz görünən xırda epizodlar, yaxud qlobal sayılmayan hadisələr çıxış edə bilirlər. Azərbaycan tarixində bu cür epizodlar dəfələrlə olub. 2003-cü ilin payızında, yaxud 2005-ci ildə Elmar qətlə yetirilərkən, yaxud həmin il parlament seçkilərində subyektiv tələblər inqilabın başlanğıc mexanizmi rolunda idi. Eyni rolu 2007-ci ilin yanvarında qiymətlərin kəskin artımı, 2011-ci ilin yanvarında Bənəniyar hadisələri, yaxud son illərdə Bakı sakinlərinin kütləvi şəkildə mənzillərindən çıxarılması da daşıya bilərdi. Ancaq bu ölkədə ideoloq, lider, yerli Lenin və Trotskinin yoxluğu həm məğlubiyyətlə bitdi, həm də kütlələri apatiya və bədbinliyə sürüklədi. İnqilab incəsənətə çevrilmədi.

Vaxtilə Trotski “İnqilabi şərait nəinki yetişə, həm də çürüyə bilir” yazmışdı. Azəri müxalifəti yetişmiş şəraitdən istifadə etməməklə onu çürütdü.

Bizim günlərimizdə radikal Sol-unun ideoloqluğuna iddialılarından biri olan Slavoy Jijek yazır: “Əgər biz ikinci dərəcəli görünən konkret tələblərdə qeyd-şərtsiz israr etsək, Sistem dağılacaq. Əgər bunun əvəzinə gözləmə mövqeyi tutsaq, konkret tələblərlə qlobal çevriliş arasındakı qısaqapanma baş verməyəcək, Sistem isə riyakar təbəssümlə deyəcək: “Siz bunu istəyirdiniz? Alın!” 

Nəticədə radikal inqilab yox, əks-inqilab və repressiyalar baş verəcək. Bizim son 10 ilimiz Jijekin analiz etdiyi o siyasi impotensiya bayrağı altında keçib. İstər obyektiv şərait, istər subyektiv tələblər uğura aparmadı.

Sovet illərinin tanınmış marksisti Dyerd Lukaç inqilabın incəsənətindən yazanda məhz bu faktoru nəzərdə tuturdu. Onun fikrincə, inqilab incəsənəti elə bir bacarıqdır ki, Sistem təhlükəyə uyğunlaşana, onu “əhlilləşdirənə” qədər münaqişə gücləndirilib uğur əldə olunmalıdır. Lukaça görə, əsl istedad - həmin anın təyinindədir (Necə ki, Fidel “İnqilabın sirri - zəruri anın dərkindədir” söyləyir) . Əks halda Sistemə qarşı irəli sürülən tələblərə bu Sistem uyğunlaşacaq. Tipik misal - Elmarın qətlindən sonrakı şərait. Sistem onun ünvanına yönəlmiş tələblərə cavab olaraq 15 ilin qulduru Hacı Məmmədovu neytrallaşdırmaqla, Elmarın ailəsinə başsağlığı və vədlər ilə şəraiti öz xeyrinə dəyişdi, bir qədər sonra isə yeni şou serialları təşkil etdi - Ruslan Bəşirli olayı, nazirlərin həbsi və s. İmkan itirildi, rejim isə yeni siyasi şəraitə uyğunlaşdı.

Bir sözlə, dəyişikliklər üçün heç də həmişə göz deşən “obyektiv şərtlər” tələb olunmur. Ən mühümü - konkret (hətta 2-3-cü dərəcəli) tələblərlə bərabər insan faktorudur (lider, ideologiya, avanqard). Bəzən də uzun müddət aktual olaraq saxlanan konkret tələb qələbəyə aparır.

İstismarçı siniflərin tarixi hakim ideoloji-siyasi strukturun onun üçün təhlükə törədən hərəkat və tələbləri özünə xidmətə vadar etmə tarixidir. Bununla da dünənki qiyamçılar bu gün ya Sistemin bətnindədir, ya da yanında. Elə bu da hakim sinfin uzunömürlülüyünün şərtlərindən biridir. Dəyişiklik üçün siyasətçidən Lukaçın yazdığı incəsənət tələb olunur. O isə qələbə anını düzgün müəyyənləşdirməkdən ibarətdir.

Azərbaycan bu cəhətdən həmin imkanların dəfn olunduğu qəbristanlıq olaraq qalır...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]