Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Leyla Yunus həmməruzəçiləri «satqın» adlandırdı

Leyla Yunus həmməruzəçiləri «satqın» adlandırdı
Bölmə :
Siyasət
Yayım tarixi :
18/6/2012 [14:20]
Baxılıb :
917 dəfə
«Təhqiramiz şəkildə mənə deyir ki, sənin pulun azdırmı, nəyinə lazımdır?»
“Belə təəssürat yaranırdı ki, Jozef Debono Qrex özünü şokolad oğurlayan uşaq kimi aparır”

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun Bakıda səfərdə olan AŞ PA-nın həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntla dünənki görüşü çox sərt atmosferdə keçib. Bu barədə “Bizim Yol”a açıqlama verən hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, onlar “Eurovision”dan sonra repressiyaların olduğunu ehtimal edirdilər və düşündüklərinin doğrulmasına təəssüflənir: “Biz gərək hər şeyə hazır olaq, anlayıram ki, avtoritar rejim qarşısında dayanmaq çətindir. Ancaq nə etmək olar ki? Bu güclə onlar Avropa siyasətçilərini satın ala bilirlər. Əgər kimisə satın ala bilmirlərsə, ona viza vermirlər, bu, özünü siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserə yanaşmada göstərdi. Ancaq həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntla haqqında fərqli düşünürəm. Vaxtilə böyük rejissor Fellini Paparassi sözünü özünü pis aparan bir jurnalistə qoymuşdu, yəni həmin jurnalistin adı başqa idi. İndi biz də satılmış siyasətçi sözünü işlədəndə Debono-Qrexi xatırlamalıyıq. Mən bu fikrə həmməruzəçilərin fevral-mart və mayın ortalarında baş vermiş hadisələrlə bağlı hazırladığı hesabatı oxuyandan sonra gəldim. Sənədi oxuyanda bunun Prezident Administrasiyasında yazıldığı qənaətinə gəldim”. 
Leyla Yunus bildirdi ki, o, Hikmət Hacızadə və Anar Məmmədli ölkədəki vəziyyətlə əlaqədar hesabat-təhlil yazıblar: “Bu analizlərdən birini tanınmış hüquqşünas Fuad Ağayevlə mən hazırlamışam. Biz hakimiyyətin mülkiyyət toxunulmazlığına hansı münasibəti sərgilədiyini yazmışdıq. Digər həmkarlar isə sərbəst toplaşmaq, medianın durumu, siyasi məhbus məsələləri haqqında hesabat hazırlayıblar. Bu sənədlər cənab Andreas Herkelə və AŞ PA-nın Almaniyadan, Norveçdən, Hollandiyadan, Polşadan və Fransadan olan deputatlarına göndərilib və həmməruzəçilərin hesabatının hansı durumda olduğunu onların diqqətinə çatdırdıq”. Hüquq müdafiəçisi dedi ki, həmməruzəçilərin hesabatında həbsdə olan baş redaktor Əvəz Zeynallının adı yoxdursa, bu sənədə hansı qiyməti vermək olar: “Hesabatı oxuduqca, belə təəssürat yaranır ki, sənəd konstitusiyası olmayan bir ölkədən bəhs edir. Sənədin 68-76-cı hissələrində bu özünü tam şəkildə büruzə verir. Mən həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntla görüşdə hiss etdim ki, onlar bizim AŞ PA-ya göndərdiyimiz sənəddən xəbərdardırlar, çünki çox əsəbi görünürdülər: “Onlar məndən əvvəl müxalif partiyaların rəhbərləri ilə görüşmüşdülər, ona görə bizim söhbətimiz nəinki pis, hətta skandallı keçdi. Çünki sual etdim ki, niyə məruzəni hazırlayanda göndərdiyim hesabatdan istifadə etməmisiniz? Yaxud dedm ki, hazırladığınız hesabat Prezident Administrasiyasında yazılıb. Birinci sualıma onlar elə reaksiya verdilər ki, guya, göndərdiyim hesabatı almayıblar, ancaq görüşdə iştirak edən katibləri hesabatı aldıqlarını və həmməruzəçilərə verdiyini etiraf etdi. Belə olanda növbəti dəfə niyə göndərdiyim hesabatdan istifadə etməmisiniz soruşanda, Pedro Aqramunt cavab verdi ki, o, bu görüşə suallarıma cavab verməyə yox, məni dinləməyə gəlib. Söhbət zamanı belə təəssürat yaranırdı ki, Jozef Debono Qrex özünü şokolad oğurlayan uşaq kimi aparır. Bütün görüş zamanı Qrex danışmadı, gözlərini bizdən gizlədirdi və susurdu. Ancaq Pedro Aqramunt özünü təhqiramiz şəkildə aparırdı. Mən ondan problemlərdən niyə danışmırsınız sual edəndə, təhqiramiz şəkildə deyir ki, sənin pulun azdırmı, nəyinə lazımdır? Pedro Aqramunta cavab verdim ki, Sizin döşəməyə pul atsalar, götürəcəksinizmi? Evinizi qanunsuz söksələr, necə yanaşarsınız? Ancaq mən bu korrupsiyada iştirak etməyəcəm, hüquq müdafiəçisiyəm və Sizdən fərqli olaraq çirkli pullar götürməyəcəm. Bütün bunların qarşısında onlar susdular!”.
Leyla Yunus bildirdi ki, o, birinci dəfəydi satılmış siyasətçi görürdülər: “Bəli, mən hesab edirəm ki, həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramunt satılmış siyasətçilərdir. Mən bu barədə onların təmsil olunduğu ölkələrin mətbuatını məlumat vermişəm. İnanıram ki, həmin ölkələrin jurnalistləri həmməruzəçilərə bu barədə sual verəcək”.
Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]