Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Xalq üçün, ancaq xalqsız... - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
5/9/2012 [09:40]
Baxılıb :
2186 dəfə

Bütün çalışqanlıqlara və gözləntilərə rəğmən, cəmiyyətdə məzar sükutu yaratmaq mümkün olmur. Diskussiya və axtarışlar gedir. Zəif intellektual kəsimin gənc nümayəndələri yalın əllə də olsa, sadəcə fikir mücadiləsi ilə kifayətlənsələr də, boyun əyib cəmiyyətin 99 faizlik dominant hissəsi kimi üfqi pozada dayanmayıb.

İndiki Azərbaycanın vəziyyətini 19-cu əsrin 60-70-ci illərinin çar Rusiyasında azadlıq mübarizlərinin vəziyyəti ilə müqayisə etmək olar. Bizi bu qədər geriyə aparıb çıxaran isə son 10 il çeşidli məğlubiyyətləri oldu. Mübariz cinah ideyasızlıq və lidersizliyin bütün neqativliyini gördü. Gənc passionarlar lider adlandırdıqlarına inamda nə qədər yanıldıqlarının ifrat acısını yaşadı. Bu da dərin depressiya ilə nəticələndi ki, onun davamını hələ də görməkdəyik.

Ancaq yavaş-yavaş toparlanma gedir. Daha sözə və gurultulu andlara, qəzet müsahibələrinə və partiya bəyanatlarına, bloq vədlərinə və feysbuk çığırtılarına yox, əmələ və yalnız əmələ inanan passionarlar yetişir. Onları «müxalifət» və «demokratik düşərgə» kimi özündə sözdən başqa heç nə hifz etməyən anlayışlarla bayraqları altına yığa bilməyəcəklər. Onlar liderdən Liderlik, qətiyyət və şəxsi nümunə tələb edirlər. Və gözlədiklərini görmədiklərindən, dünənki idollarının müqəvvalarını təpikləməyə hazırdırlar.

Bu axtarış və müzakirələrdən kənarda deyiləm. Yazılarıma rezonans və aldığım məktublar bunu təsdiqləyir. İstər-istəməz, bu adamların fikir və səylərinə qiymət vermək, razılaşmaq, ya razılaşmamaq şansım var ki, onu da fövtə vermirəm.
Kimlərdir bu axtaran narazılar? Onlar ilk növbədə, dərin skeptiklərdir. Dünənədək müxalifət partiyalarında idilər, ya da kənardan simpatiya bəsləyirdilər, bu günsə məğlubiyyətlərdən nəticə çıxararaq, həm partiya rəhbərlərini, həm də xalq adlandırdıqları kütləni qeyri-senzor ifadələrlə tənqid-təhqir edirlər. Onlara nəyə görəsə elə gəlir ki, mən xalqımızın mübarizə keyfiyyətlərini təhrif edirəm (yəni, kütləyə inanıram və onun mübarizə keyfiyyətlərini yüksək qiymətləndirirəm. Halbuki dünənədək özləri kütləni ilahiləşdirirdilər) və «Bu xalq nə olduğunu 2005-ci ilin noyabrında göstərdi» deyirlər. Və məhz burada səhv edirlər. Çünki, onlar kütlə içərisində öz fərdiliklərini itirib ekstaza düşdükləri vaxtlar mən «Xalq üçün, ancaq xalqsız» devizini təklif edirdim.

Onlar bu gün məğlubiyyətin acısını fərdi həyatlarında yaşadıqlarından «Hanı o dediyiniz xalq? Dubinka başına dəyməsin deyə qadınları ayaqlayanlardırmı Azərbaycan kişiləri» soruşurlar. Mənim isə cavabım 1988-ci ildən aydındır. Tibb Universitetinin birinci kurs tələbəsiydim və o vaxtların kumiri olan Nemət Pənahovun cılız psixoloji portretini cızıb sözə çevirəndə öz tələbə yoldaşlarım mənə cüzamlıya baxdıqları kimi baxırdılar.

Mən xalqın kütlə psixologiyasına tabe hərəkət etdiyini, kütlənin sevgisinin də, nifrətinin də müvəqqəti, irrasional və məntiqsiz olduğunu, onun yalnız ortabab mənəvi keyfiyyətlərə malik (bu, ən yaxşı haldadır) cılız dəllalların və peşəkar intriqanların ardınca getdiyini, kütlədə fərdiyyətin itdiyindəndir ki, istənilən fərdin ən böyük kütlədən də ağıllı olduğunu yazanda, azəri xalqının rolunu kiçiltdiyimi mənə səhv kimi tuturdular. İndi isə, üstündən 20 il keçəndən sonra, öz başlarına dəyən zopa və öz başlarına gələn məğlubiyyət həmin insanları kütlədən iyrəndirib. Və mənim sakit formada o vaxt dediklərimi bu gün onlar isterik formada söyləyirlər.

Nə deyim? Ağıllı adam başqalarının səhvindən öyrənir, yatıb-yatıb psevdo-liderlərin nağıllarından zopa altında oyanandan sonra «üçüncü göz»ün açılması isə ağıllılıq əlaməti deyil. Bu, heç oyanış da deyil. Çünki, kütlə bəzən qalib də gəlir (Bizim tariximizdə bu, dəfələrlə olub). İnanıram ki, bu gün kütləni pisləməyə başlayanlar, hansısa icazəli və təhlükəsiz mübarizə şəraitinin yaranacağı təqdirdə kütlə fenomeninin yenidən təntənəsi fonunda yenidən indiki tənqid-təhqirlərini unudub «ağıllı Azərbaycan xalqı»ndan danışacaq, bu gün az qala tüpürdükləri liderlərinə yalmanıb yenidən partiyalarına da dönəcəklər. Çünki, onların əksəriyyətini ayılmaları yox, uduzmaqdan doğan emosional furor və ağrı dilləndirir.

Mənə qaldıqda isə, həmişəki kimi, kütlədən uzağam, xalq üçün çalışmağın yolunu xalqsız çalışmaqda görürəm və ümidsiz, ancaq barışmadan yaşayıram Bu, məni yalançı qələbələrdən və illüzor məğlubiyyətlərdən qoruyur. Və həmişə olduğu kimi, dekabristlər, Gertsen, Vera Zasuliç, Stepan Xalturin, Kalyayev və Stepnyak-Kravçinski (Ovodun prototipi) mənə daha yaxındır, nəinki Azərbaycandakı psevdo-«xalq hərəkatları» və «müxalifət partiyaları....

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]