Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Şərin muzdurları - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
4/9/2012 [11:03]
Baxılıb :
1695 dəfə

«Şərə qarşı ya döyüşürlər, ya da onunla əməkdaşlıq edirlər» - Alber Kamyudan dəfələrlə gətirdiyim sitatdır. Kim ki siyasətdə olduğunu söyləyib özünü müxalif mövqedə göstərmir, deməli, iqtidar cəbhəsindədir. Azəri siyasəti ikirənglidir - yalnız ağ və qara rənglər mövcuddur. Absurd da ondadır ki, bu gün burada yarımtonlar yoxdur. Ənənəvi müxalifətin cinahını son illər tərk edib siyasətdə qaldığını söyləyənlərin hamısı eyni istiqamətə yollanıblar - iqtidarın qucağına. Onlar quldar süfrəsinin qırıqlarına yaxınlaşmağı hətta yüksək pafosla əqidəyə sadiqlik nitqləri ilə də möhkəmlədiblər. Bu, o haldır ki, naqislər müdriklikdən danışır. Gülüncdür. Və kədərlidir.

Müxalifət qurumları və onlara yaxınlığı ilə seçilmiş QHT-lər son illər heç vaxt olmadığı sürətlə boşaldı. Bir çox hallarda cinahı özlərini müxalif strukturların öndəgedənləri sayanlar tərk etdilər. Həm də qəfildən, bir günün içində. Və bu tərketmə kənardan əsl xaotik qaçış təsiri yaradır.
Əlbəttə, bu qopmalar bir günün içində yaranmış fikrin əməli davamı deyil. Heç kəs düşünməsin ki, hansısa personaj bu gün axşam «cəbhəçi», ya “müsavatçı” idi, sabah günorta isə «əliyevçi» oldu. Yox, zahirdə bu cür görünür. Əslində isə onların addımı illərin nəticəsiydi. Daha doğrusu, 2003-cü ildən başlayaraq bu fərdlər indiki kor dalana doğru yol gəlirdilər. O vaxtdan ki, müxalifətə hakimiyyətdə təmsilçilik payının iqtidar tərəfindən hədiyyə olunmayacağı bəlli oldu. Yəni, partiyalar özləri hakimiyyət payını fəth etməlidir. Müxalifətdən qaçanlar isə bu zəhmətə hazır deyillər. Onlara hər şey indiyədək peşkəş edilmişdi (əlbəttə, nələrinsə müqabilində). Parlamentdə mandat da daxil olmaqla.
Bu misallar yadıma tarixdəki analogiyaları salır. Məsələn, Lev Tixomirovu - əfsanəvi «Narodnaya Volya»nın yaradıcılarından və rəhbərlərindən birini. Jelyabov və Perovskayanın əqidə dostunu, həm də şəxsi dostunu. Birincilər eşafota yollananda Tixomirov da İsveçrəyə yollandı (Bu marşrut indi yenə dəbdədir). Yazdı, mübarizə apardı, çox istedadlı qələm sahibiydi. O vaxtlar isə qələm silahdan da güclü idi. Və günlərin birində bircəcik məktubuyla bütün inqilabi xidmətlərini yerə vurdu, dostlarından üz çevirdi - bu könüllü tövbə o dövrün tarixində yeni idi.
Yazırlar ki, Tixomirovu buna vadar edən səbəblər uzun illər toplanmışdı - mühacir inqilabçılar arasında çəkişmələr, əməlsiz söhbətlər ilk təkandısa, xəstə həyat yoldaşı və ac övladları səbr kasasını dolduran son damlaydı. Beləydi, ya yox - dəqiq bilməyəcəyik. Bildiyimizsə odur ki, bu intellektual monarxiyaya xidmətə keçdi, Romanovların muzdlusuna çevrildi. Yazıları ilə çarizmə xidmət etdi. Çarın əlindən hədiyyə olaraq gümüş mürəkkəb qabı aldı. 1917-ci ildən sonra isə qoca bir yalquzaq kimi peşman, unudulmuş halda öldü.
Əlbəttə, indiki qaçqınları Tixomirovla müqayisə etmək qeyri-adekvat olardı. Heç olmasa ona görə ki, böyük intellekt fərqləri var (Sözsüz, Tixomirovun xeyrinə). Mənə bu günkü «ştreykbrexerlər»in hansısa nəzəri fikrini, yaxud praktik hərəkətini misal gətirin - bilməyəcəksiniz. Çünki, yoxdur. Heç nəyin baş vermədiyi bu məmləkətdə onlar sadəcə «etiket müxalifəti» və yalançı mübarizlər idilər. Və axır ki həmişə içlərində kim olublarsa, oraya da qayıtdılar, «kəndlərinə döndülər». Motivlər də yekrəngdir - maddi-maliyyə dividenti və onun bənzərləri. Ancaq bu merkantil hərəkətlərə ideya donu geyindirməyə çalışdıqlarında, ürəkbulanma yaradırlar. Axı onlar heç vaxt siyasi əqidə daşıyıcısı olmayıblar. Nəzəri və praktik baqajlarından isə danışmağa dəyməz.
Nəticə çox ümumidir - hər kəsin öz layiqli yerinə qayıtması prosesi gedir. Və bu, o deməkdir ki, «1988-ci ildə batıb qalanlar» arenadan gedirlər. Bunun üçün onları heç qovmaq da gərək olmadı. Konkret təklif bəs etdi. Onların tərk etdiyi arenanı isə əqidə adamları tutacaqlar. Və hər kəs öz mövqeyini qazanır”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]