Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İctimai Palatanın şahlıq quşu - Qara Şəhərli

Bölmə :
Köşə
Yazar :
Qara Şəhərli
Yayım tarixi :
4/9/2012 [11:00]
Baxılıb :
1399 dəfə
Meşədən uçub gələn qartalın prezidentliyə namizədi kim oldu?!

İsa bəy və Qartal... Müsavat başqanı bir qartal tapıb çiynində oturdub və şəkil çəkdirib. Ya qartal onu tapıb. Yəni qartalla İttifaqını vizuallaşdırıb, rəsmiləşdirib. Yox, arada bir protokol-filan da yoxdur. İsa bəy yazır ki, qartal gəlib onun çiyninə qonub və məğrur-məğrur ətrafa boylanıb (bəlkə də Əli Kərimlini axtarırmış ki, bax, gör kimin çiynində oturmuşam, iddiandan əl çək). Bu şəkli başqan facebook-da yayıb. Başqanın facebook-dakı bir dostu da qartalı əməlli-başlı siyasiləşdirib və yazıb ki, bəlkə vahid namizəd elə bu olsun (yəni qartal). 

Amma yazılmayan, intəhası gəlib qulağıma çatan başqa yozumlar-yorumlar da var. Deyirlər, bu, İctimai Palatanın xüsusi təyinatlı bir qartalıdır. Onu uçurdublar ki, kimin çiyninə qonsa, o da prezident olsun. Bilirsiniz də, tarixdə belə şeylər olub və biz ənənələrimizi bərpa edirik. Əgər İP-dəki liderlərdən heç biri ipə-sapa gəlmirsə, onda mentalitetimizə uyğün olan belə üsullarla vahid namizədi müəyyənləşdirməliyik. Qartal strateji və taktiki cəhətdən çox uzaqgörən addım atıb deyəsən. «Azadlıq» radiosunu dinləyib eşidib ki, prezident olacaq, gəlib başqanın çiyninə qonub ki, kişi bir ildən sonra pərvazlanıb prezident kreslosuna otursun. Ondan sonra gəl həmin qartalın cah-cəlalına bax da sən. Təsəvvür edin - başqan prezident olur, Prezident Sarayına gəlir, kresloda oturan kimi, tərəfdarlarına deyir: «Məni istəyən qartala bir xələt versin». Ondan sonra görün bu quş milyoner nədir, milyarder olur, ya olmur.

Nədən bilirəm? Elə indikilərə baxıram, ondan bilirəm.. Hələ padşahı demirəm, baş vəziri birinə əyri baxan kimi əyanların hamısı qılıncını sıyırıb düşür o adamın üstünə. Örnəyi Rafiq Əliyev. Yuxarının qəzəbinə gələn kimi orta və aşağı kreslolarda oturanların hamısı töküldü kişinin üstünə. Axırda hüquq elmləri doktoru (ha-ha-ha!) Siyavuş Novruzov dedi ki, o, heç alim deyil. Rüstəm İbrahimbəyovu hətta rejissorluqdan da «çıxardılar». Düz də elədilər. Padşahımızı da, onun Vəzirini də Tanrı özü bizə göndərib. Ona qarşı söz deyənin dili tutular. Qələmi qırılar, kamerası sındırılar...

Amma di gəl ki, Padşah birinə gülümsəsin, bu dəfə də hamı tökülüşüb o adamı vəsf edir, göylərə qaldırır. Çempion olub Vətənə qayıdana hamı xələt verir - bahalı maşınlar, evlər... Allar özlərinə qismət eləsin! Vallah, yaxşı adətdir. Dəhşətli dərəcədə etibarlı mənbələrdən gəlib çatan məlumatlara görə, indi yavaş-yavaş növbə xalqa tərəf gəlir. Yəni bu saat hamı Prezildentin təltif elədiyi idmançımızın, əfv elədiyi zabitimizin ətrafında dolaşır. Mən əyani-əşrəfi deyirəm. Amma vəziyyət yavaş-yavaş dəyişir deyəsən.

Hə, o gün bir nəfər gəlib mənə deyir ki, a Qara, xəbərin var, ağ günə çıxırıq! Dedim nəmənə? Dedi, dövlətimizin gəlhagəlidir - Padşahımız bizə gülümsəyəcək. Yəni xalqa. Bircə dəfə çıxsın, desin, a xalq, səninlə fəxr edirəm. Sən bir əsrdə beş dəfə inqilab eləmisən, iki dəfə respublika qurmusan, gecə-gündüz meydanlarda toqalların qırağında yatmısan, rusun, erməninin tankının üstünə atılmısan, güllə qabağından qaçmamısan, bir qarın çörəyə işləyib rəhbərlərinə milyardlar qazandırmısan, ona görə səni əfv edirəm, sənə «Şöhrət» ordeni verirəm, qəhrəman xalq titul verirəm. Baxın, ondan sonra görün bir polis bir nəfəri şöbədə döyüb öldürsə, adımı dəyişərəm. Xaricə daşınan o 48 milyard dollar vardı ha, onu 48 saatın içində qaytarıb camaata paylayarlar. Nazirlər avtobusa minib bahalı-bahasız inomarkalarını millətə bağışlamazsa, kommunalkalara köçüb villalara sel qurbanlarını yerləşdirməzsə, məndən pis adam yoxdu. Əmanətləri qaytarmaq nədir, açacaqlar bankların qapısını, xəzinəni, deyəcəklər, gəlin, neftdən-qazdan hərənizə nə düşürsə, götürün artıqlaması ilə - halalınızdı. Heç razı olarlar ki, belə qəhrəman xalqın torpağı işğalda qalsın? Səfər Əbiyev üçcə günə Xankəndi nədi, İrəvanacan basıb gedəcək. Vilayət Eyvazov Sərkisyanı, Köçəryanı gətirib «Azadlıq» meydanında ayağından və... başqa yerlərindən asacaq. Elə ki ən birinci şəxs üzünü xalqa çevirdi, o saat millətin başından nazü-nemətlər yağış kimi yağacaq, neft pulları sel kimi axıb qaar camaatın ciblərinə dolacaq.

Həə. Bax, onda İsa Qəmbərin çiyninə qartal qonmasın e, lap Əli Kərimli dəvəquşuna minsin gəzsin - xeyri olmayacaq. İnanmırsınız? Bir il salamat qalsanız, özünüz öz gözlərinizlə görəcəksiniz bunları. Və gəlib bu Qaranı «görərsiniz» haaaa, yaddan çıxmasın...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]