Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Xalqı ləğv etmək! - Qara Şəhərli

Bölmə :
Köşə
Yazar :
Qara Şəhərli
Yayım tarixi :
1/9/2012 [11:49]
Baxılıb :
1524 dəfə
Mənim ağlıma dahiyanə fikir gəlib (yazsam öldürərlər, yazmasam ölləm...)

Saytlardan birində oxudum ki, Seneqalın prezidenti parlamenti ləğv edib. Deyib ki, artıq xərcdir, nəyə lazımdır? Həm də maraqlısı budur ki, parlamentin ləğv edilməsini «siyasi həyatda islahatlar» da adlandırıblar. Varam da belə islahatlara. Bizdə parlamenti ləğv etməyə ehtiyac yoxdu. Çıünki parlament yoxdu, amma adamlar yığışıb danışıb. sonra da eyni vaxtda düymələri basıb dağılışır. Məndən olsa, o düymələri də ləğv etmək lazımdı; 125 dənə düymədənsə, birini saxlamaq olar - bir var 125 düyməyə çəkilən xərc, biri də var birinə xərclənən pul. Pula qənaət eləmək lazımdır. 

Amma biz «siyasi həyatda islahat»ların tamam yeni formasını, yolunu tapmışıq. Parlaimenti xalq seçir? Düzdür. Yox da, yəni xalq seçməlidir. Biz elə bəribaşdan xalqı ləğv edirik ki, məsələni kökündən həll edək. Səhər tezdən şəhərə çıxanda toz-dumandan ətrafı görə bilmirdim. Və bunun əsas günahkarı barədə fikirləşəndə gördüm ki, küləkdir. Yəni külək olmasa şəhərdə bu qədər toz da olmaz. Yollar, küçələr- hər tərəf qazılıb tökülüb, köhnə evlər sökülüb, təzələri tikilib, daş, qum, sement, zir-zibil... Bunlar olmalıdır da. Bunsuz şəhər olmaz ki. Bəs necə olsun? Şəhəri sökməsinlər? Sökdülər. Yenidən tikməsinlər? Bəs vaxtilə deyirdiniz ki, Azərbaycanı Küveytə çevirmək lazımdı. Orda binaları 25 ildən bir söküb təzədən tikirlər. Yollar da onillərlə sökülmür, təzədən asfaltlanmır. Belə biabırçılıq olar?! Yol ki, ildə bir dəfə asfaltlanmadı. Asfaltlanandan sonra da təzədən qazılmadı, nəyə lazımdır? Yəni kimə xeyri var? 

Ramiz Rövşən yazır: «Bu dünyanın içi tozdur, bu dünya toz içində». Mən deyərdim, dünyanın yox, ölkəmizin içi tozdur, ölkəmiz toz içindədir. Toz-tozanaq Azərbaycanda analoqu olmayan inkişafın ən tutarlı sübutudur. Bəli, toz şəhəri başına bürüyüb, bəziləri şikayətlənir ki, gözümüzə dolur, qoymur rahat hərəkət edək. Bu tozun günahı deyil ki. Sadəcə olaraq, şəhərimizin gözəlliyi toz olub sizin gözünüzə girir. Niyə? Çünki sizin gözünüz bu gözəlləşməni götürmür. Şəhərimiz zavod-zavod, küçə-küçə, məhəllə-məhəllə özəlləşdiriləndə də gözünüz götürmür, gözəlləşdiriləndə də. Kimsə uşağın altından pampersi çıxarıb qoyub balkona. Külək də vurub salıb sizin başınıza. Sevinin də. Sevinin ki, millətimizin övladları böyüyür, əhalinin sayır artır. Niyə o saat başlayırsız pampersin içini eşələməyə?! Böyük iş olub, sellofan torba qalxıb-qalxıb gəlib üzünüzə yapışıb. Dünya dağılmadı ki! Torbadır da. Küçədə belə torbalar artıbsa, deməli, camaatımızın qazancı da çoxalıb. Çox maaş alır, çox pensiya alır, sonra da gedir dükan-bazarda bu torbaları doldurub gətirir evə. Bəziləri də yuyulmamış qaşıq kimi düşüb ortaya deyir ki, torbaları küçədən yığışdırmaq lazımdır, Hacıbala hara itib və sair. A balam, torbanın küçədə çox olmağının nəyi pisdir? Qoy xaricdən gələnlər də görsünlər ki, biz necə varlıyıq, nə yeyib-içirik, nə qədər yeyib-içirik. Bu gün-sabah erməni muzıkantları gələcək, qoy baxsınlar aşıb-daşan zibilliklərimizə, tikintilərimizdən, yollarımızdan qalxan tozu udsunlar, küçələrdə uçuşan həmin o bazar torbalarını da görsünlər, paxıllıqdan partlasınlar.

Bax, ona görə bu camaata acığım tutur da. Çox naşükür millətdir. Belə camaatı heç bu cür gözəlləşən şəhərdə yaşatmaq da doğru deyil. Allahınıza şükür edin, a millət, şükür edin ki, hələ sizi çəkdiyi bu yolla yürüməyə qoyur bu hökumət. Vallah, bu hökumətin yerinə olam, Bakıda olan bu gözəlləşməyə, bu özəlləşməyə, bu toz-tozanağa dodaq büzənlərin hamısını yığıb aparıb tökərəm Kürdəmirə, Zərdabın çöllüyünə.

(Müəllif bu yerdə sağ əlinin şəhadət barmağını sağ gisgahına dayayıb bir anlıq fikrə gedir və birdən təzədən klaviaturanı tıqqıldatmağa başlayır) Ağlıma bir dahiyanə fikir gəlib. Hökumətə gözəlləşmə və özəlləşmə adlı iki konsepsiya hazırlayıb verəcəm. Təklifim budur ki, şəhərin küçələri, binaları, yolları tamam sökülüb tikilib qurtarana qədər camaatı burdan köçürsün. Qovsun hamını. Desin ki, bir də biz deyəndə gələrsiniz. Yəni asfaltbasma, divarqaşıma, binasökmə, yol çəkmə, havastroykatikmə əməliyyatları tam başa çatandan sonra şəhərin girişlərində qəşşəng postlar qoysun, hamını testdən keçirsin. Kim işkifafımızı dəstəkləyir, onu təzədən buraxsın şəhərə, kim istəmir, qayıdıb hara istəyir getsin. 

Mən əminəm ki, hökumətimiz bu təklifimi dəstəkləyəcək və mənim özümə də aşağısı Kanar adalarında 5-6 min kvadratmetrlik bir villa bağışlayacaq. Gedim, indidəm sənəd-sünədimi, pasportumu qaydaya salım, bilet sifariş edim...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]