Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Seksuallığın sirləri - Gülnarə Rəfiq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
1/9/2012 [11:44]
Baxılıb :
3943 dəfə

Stolüstü tantra-yoqa məşğələləri

Hazırda monitorla üzbəüz oturub yorğun baxışlarımı ona dikmişəm. Ciddi yorğunluğa isə səbəb yoxdur. Amma səhərdən bəri sıxılmış limon kimiyəm, elə bil gecədən sübhəcən daş daşımışam. Bəs mənim gecə ərzində artacaq enerjim hara yoxa çıxdı? Dünən isə televizorda insan beyni fenomemeni haqqında sənədli filmi izləyərkən ən qeyri- adi beyinin imkanının 6 faizini işlətdiyini eşitdim. Adi bəndələr, qarışqa kimi səhərdən axşamacan çalışanlar 3 və daha az faizini işlədir. İndi fiziki durumumdan duyuram ki, mən yəqin hardasa 1 faizini işə salıram. Beynimin qalan hissələri mışıl-mışıl yatır. Köhnə maşını itələyib işə salmaq, ya da burub yola itələmək üsulu kimi bir vasitə olsaydı yəqin ki, bu üsuldan yan keçməzdim. Ata-baba mirası, şifahi ənənələrimizdə, xalq məsəllərində belə bir üsulun olmasını xatırlamıram. Ona görə də başqa millətlərin, mədəniyyətlərin dediklərinə qulaq verək. Məsələn, tantra-yoqada bu barədə çox aydın şəkildə izahlar verilir. Ola bilər kiməsə bu, abırsızlıq kimi gələcək, ya da belə yanaşma ilə razlaşmayacaq. Amma bu təlim bütün dünyada məşhurdur, bizim də bilməyimiz pis olmazdı”¦

Ata, babalar da hər şeyi bilmirmiş”¦

Bədənimiz quruluşuna və imkanına görə güclü və kamil generatordur. Bütün bədən boyu minlərlə enerji mərkəzləri yerləşdirilib və onlar bizi kosmos və onun müxtəlif səviyyələriylə görünməz bağlarla əlaqələndirir. Müasir elm onlardan bəzilərini tanıyır və artıq müalicədə istifadə edir. Məsələn, akkupunktur nöqtələri artıq tanıyır və epidermisin hüceyrələri öyrənilir. Amma yerdə qalan mərkəzlər barədə nəinki bilmir, hətta bu sahədə axtarmağı ağlına da gətirmir. Milli mentalitetimiz isə bu barədə danışmağı da qəti qadağan edir, hətta qazancı təbii yolla alınan sağlamlıq olsa da. Heç kim, hətta toy ərəfəsində övladına intim həyatın vacibliyini başa salmır. Uşağına ömrü boyu cehiz yığan, hər xırda detallara qədər nazını çəkən, ovucun içində böyüdən, Quran altından keçirib vağzalı ilə yola salan valideyn üçün bu mövzu hələ də qadağa altındadır. Ola bilər valideynlərin özü də bu sahədə kifayət qədər məlumatlı deyillər.

Seks hərədə bir cür səslənir

Sevişmə zamanı bədəndə müəyyən düyünlərin, enerji generatorlarının aktivləşməsi başlayır. Məlumdur ki, kişi və qadın bədəni parametrlərinə görə müxtəlifdir. Arzu və istək məsələsində bir-birinə köklənmə varsa 2 nəfər arasında cəzbetmə başlayır. Sevişmə zamanı kosmosun vibrasiyaları cinsi çakra vasitəsilə bədənə daxil olub o biri enerji mərkəzlərini də işə salır. Kobud şəkildə bunu elektrik generatorunu işə salan rotor və statora bənzədirlər. Nəticədə hər ikisi Kainatı əmələ gətirən enerjini canına hopdurur. Alınan enrjinin dərəcəsi və keyfiyyəti tərəflərin hazırlığı və bir-birinə köklənmə dərəcəsindən asılıdır. İnsan orqanizmi mürəkkəb alətdir və onun «çalğısı» köklənməsindən çox asılıdır. Ona görə də eşitdiyimiz «ifalar», müşahidə etdiyimiz enerji çalarları ailələrin özü qədər müxtəlif «səslənir». Bu biliklər bizə milyon illərdir ki, şifahi şəkildə, bəlkə də intuitiv şəkildə ötürülərək gəlib çatmışdır.

Sevgi elmi

Qədim Misirdə missiyası insan cəmiyyətində sevgi biliklərini yaymaq olan gözəl qadınlar təbəqəsi vardı. Onlara getera deyirdilər. Sevgi məbədinin kahinləri bu qızları hələ körpə ikən ailəsindən alıb məbəddə saxlayırdılar. Məbədin işi cəmiyyətdə layiqli qızların tapılması və onların təlim tərbiyəsi ilə məşğul olaraq cəmiyyətə bu yolla xidmət etməkdən ibarət idi. Qızlar sevgi elmini öyrənirdilər. Sevgi məbədinə qızını verən ailə çox hörmətli sayılırdı. Onların faraonun hüzurunda oturmaq, hətta onun sözünü kəsmək kimi imtiyazları vardı. Belə ailələrə «İlahi toxum» adı vermişdilər. Geteralar həm üzdən, həm də bədəncə göyçək, cazibəli olmalı idi. Onları hərtərəfli təhsil alaraq səviyyəsi və məşğuliyyətindən asılı olmayaraq müsahiblə hər hansı mövzuda söhbətə qoşula bilirdilər. Bəzən məmurlar onlardan məsləhət də alırdılar. Bu yolla geteralar dövlətin idarəçiliyinə də qoşulurdular. Geteranı evinə varlı və nüfuzlu adamlar dəvət edərdi. Sevişərkən geteralar ustalıqlarını kişilərə ötürür və bu yolla onların arvadlarını və məşuqələrini «savadlandırırdılar». Ortodoksal dinlər bu üsulu İlahi plandan uzaqlaşma kimi dəyərləndirir. Onlar seks vasitəsilə genetik, enerji-informasiya kodunun ötürülməsi məsələsinə ikrahla yanaşır. Onu insanların vibrasiya səviyyəsinin artması yolunda irəliyə yox, geriyə aparan bir qüvvə sayır. Ona görə də sonradan yaranan bütün kultlarda seksə bəlkə də lazım olduğundan artıq qadağalar tətbiq edilib.
Zaman keçdikcə insan ambisiyaları və təbii fəlakətlər sevgi məbədlərini yox elədi. Məbədlə birlikdə sevişmək məharəti də, tədris üsulları və gizli biliklər də yoxa çıxdı. Müasir zamanda, guya ki, hər şeyin məlum olduğu bir dövrdə biliklərin bu qədər əlçatan vaxtında sevişmək mədəniyyətindən bizə yalnız bayağı cinsi akt və ümumi frigizm (cinsi soyuqluq) miras qalıb. Bu, müasir insan üçün normadır. Bəzi müasir mədəniyyətlər bunun yerini narkotik istifadəsi ilə doldurmağa cəhd edir. Primitiv mədəniyyətlər seksual mədəniyyətdən tam uzaqlaşıblar. Yerdə təmiz cinsi akt və uşaq dünyaya gətirmə prosesi qalıb. Ona görə də bəşəriyyət enerji çatışmazlığındən əziyyət çəkir. Onun yerini doldurmaq üçün atılan addımlar müxtəlif psixoloji və fiziki eybəcərliklər, pozğunluqlar yaradır. Çünki insanın İlahi enerjidən əli üzülüb, onun yerini doldurmadan insan övladı yaşaya bilmir.

Keyfiyyətdən kəmiyyətə yuvarlanaraq

Müasir zamanın təzahürü olan sektalar bunu bilərək bəzən sevişmək texnikasını artıq itirmiş insana kosmik enerjini əvəz edə biləcək alternativ yollar təklif edir, seksual enerji əvəzinə başqa, kənardan daha rahat idarə edilən yollarla cəzb etməyə çalışırlar. İlahi vibrasialardan qopmuş insan orqanizmi stresslərə, virus həmlələrinə dözümlüyünü itirib, gücünü, sağlamlığını itrməkdədir. Gücünü bərpə etməyə çalışan orqanizm yeməyə və içməyə, yuxuya ehtiyacını artırıb. Artıq çəki, diabet xəstəliyi, ürək -damar xstəliklərinə meyllilik də burdan qidalanır. Bədən elə sanır ki, cinsi aktların sayını artırsa həmin ilahi enerjidən daha çox qidalana biləcək. Amma əksinəsi baş verir. Əvəzində insanların sayı artır. Müasir insan sonsuz sayda artıb törəyən kosmik alaq otuna çevrilib. Həmin bu «alaq otu» Kosmosda heç kimə nə verir, nə alır, amma ətrafını zibilləyib başqa həyat formalarına yaşamağa mane olur. Alimlər deyir ki, günəşdə vibrasiyalar artıb və keyfiyyətcə dəyişib. Milyon illər boyu planetimizin yanından ötən kametalar planetimizə yaxınlaşan kimi yolunu dəyişdirir. Planetimizdən inciyən kametalar kimi ona daha da yaxın olmaq, toqquşmaq istəyən fəza cismləri də əmələ gəlir. Bu səhnədən sonra adam mütləq soruşmaq istəyir: Axı bu sevişmək sənəti nə olan şeydi ki, kosmosu da yerindən edə bilir?

Kosmosdan asılmış gəlincik

İnsan bədəni minlərlə nöqtələrlə, enerji düyünləriylə örtülüb. Onlardan bəziləri özbaşına işləyir, bəziləriysə kənar təsirlərə köklənib. Onlar kosmik şüalanmalardan, planetlərarası fəzadan, hətta başqa planetlərin enerjisindən qidalanır. Bəzi nöqtələrə istiliklə, bəzilərinə isə işıq şüalarıyla işə salıb tərpətmək mümkündür. Bu təsirlər əhatəsində işləyən insan orqanizminin təbii bioritmi belə yaranır. Deməli ona təsir spektri dəyişərsə bioritm də dəyişər. Biz kosmosdan görünməz iplərlə asılmış kuklalar kimiyik. İplərdən hansısa işləməsə həmin orqan tərpənməz qalar. Bu dahiyanə mexanizm müasir zamanın təsirlərinə, dağıdıcı yeniliklərinə baxmayaraq hələ də durmadan işləyir. Adıçəkilən enerji mərkəzlərinə mobil telefon, televizor, peyk antennaları, vay-fay şüalanması ilə mənfi təsir etdiyimiz kimi onları sevişmək elmi ilə müsbət tərəfə işlətmək olar.
Sevgi siyasətində hər sivilizasiyanın öz anlayışı, öz nailiyyətləri olub. Artıq elm bizdən əvvəlki sivilizasiyaların, atlantların, limurların adını çəkməkdən qaçmır. Onların bədən quruluşundakı fərqlər onlara kosmik sevgiyə daha rahat köklənməyə imkan verirdi. Nağıllarımızda onlar barədə informasiya təpəgözlər, divlər şəklində qalıb. İnsanın isə kosmosa köklənən aktiv hissəsi Günəş düyünü adlanır və bədənin düz mərkəzində yerləşir. Bəzən gözəl musiqini dinləyəndə, heyrətamiz bir kitabı oxuyanda və demək olar ki, həmişə vurulanda həmin bu mərkəz hənirti şəklində vibrasiya edir. Bunu duymamaq mümkün deyil. Şərq müdrikləri deyir ki, sevgi texnikasını müasir elm qətiyyən anlaya bilməz. Hətta onu anlayıb qəbul edən adama da uzun illər məşqlər və tədqiqatlar lazım gəlir. Müəyyən ardıcıllıqla bəzi mərkəzlərə energetik təsir bu üsulun əsasını təşkil edir. Bəzi mərkəzləri sığallamaq, hansınısa qıdıqlamaq, bəzisini isidib, bəzisini soyutmaq lazımdı. Bu təsirlərin ardıcıllığını dəyişməklə orqanizmin hissiyyatını dəyişdirmək olar. Ola bilər ki, kiminsə dirsəyinə toxunanda o, ləzzət və sakitlik duyğusu keçirsin. Başqa bir əhvalda isə həmin yerə təsir etməklə insanı ağrıdan çığırtmaq olar. İnsan orqanizmini müxtəlif duyğulara, hisslərə çatdırmağı bacaran iri partituralar var. Orqanizm eyni notlardan ibarət olan alət kimidir. Onda hər hansı musiqini çalmaq mümkündür. Heç bir narkotik insanı belə ilahi duyğulara çatdıra bilməz. Kosmosa qarmaq atıb enerjisini ilkin mənbədən götrən insan ətrafının soyuqluğunu eyforiya fəvvarəsi, orqazmı isə yeni kainatın doğulması kimi qavrayır. Amma bütün bu təsvirlərdən sonra təssüratını bölüşən insanın nə dərəcədə səmimi olduğu barədə şübhələr rahat buraxmır. Çünki onu yoxlamağa bizim heç bir imkanımız yox.

İnsan heyvanla Yaradan arasında”¦

Dindan adamlar da təxminən belə duyğuları İlahi sevgiyə qovuşanda təsvir edir. Deməli bu yol var. Ona seksual yolla, istərsə də İlahi sevgi yolu ilə çatmaq olar. Dinlər keçmişdən miras qalmış cinsi ləzzət yoluyla alınmış sevgi vibrasiyalarına qarşı çıxır və onu az qala haram elan edirlər. Dindarlar cinsi həzz yoluylu alınmış enerji ilə insanın heyvana yaxınlaşdığını iddia edirlər. Heyvanlar seksual məmnunluqdan başqa duyğu tanımaz. Heyvan üçün seks günah hissi ilə bağlı deyil. Çünki günah hissini Şüur tanıyır. Cinsəl həyat heyvan üçün təbiidir. İnsan isə şüurlu olmağı ilə yeni enerji səviyyəsinə keçid alır. Seksual enerjinin sublimasiyası Şüurun insana verə biləcəyi ən böyük hədiyyədir. Şüur seksual akt keçirmədən ləzzət alıb enerji mübadiləsi etməyə imkan verir. İki nəfərin ilahi sevgisini yaşamış və enerji ilə qidalanmış adam hamını birdən sevir, ətrafındakılarla həlim davranır, hər şey gözünə parlaq rəngdə görünür. Növbəti dəfə sevişmək istəyi artıq 1-2 gündən sonra deyil, kosmik enerji sərf olunnandan sonra, heç olmasa bir aydan sonra əmələ gəlir. Qadın orqanizmi də həmin bu sikl ilə yaşayır. Təbiət insana sevişmək üçün ayda cəmi 6 gün ayırıb. Bundan artığı israfçılıqdır. Sevışmək ustalığı insana azı 200 il yaşayıb ömrünü sağlam keçirmək imkanı verir. Ona görə də keçmişdə sevişmək ustadına olan diqqət və hörməti müasir insan təxminən olsa da anlaya bilər.

***

Müasir insan şüuru ali, duyğunu ikinci dərəcəli, ləzzət verici sayır. Heç kim həyatını sevgisinə uyğun quraşdırmır. «Bu, ciddi deyil, sonu fəsadlarla ola bilər» düşünürük. «Şüur qidasını sevgidən alır» fikri də təzə deyil. Müasir insan yavaş-yavaş bu fikrə qayıdır ki, məhv olmasın.
P. S. Deməli mən dünən beynin fövqəladə imkanları barədə sənədli filmə baxıb heyrətlənmək əvəzinə daha ciddi işlərlə məşğul olmalıydım ki, səhər tezdən yuxudan gümrah durum”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]