Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

«İçərişəhər özünün intibah dövrünü yaşayır»

«İçərişəhər özünün intibah dövrünü yaşayır»
Bölmə :
KİVDF
Yayım tarixi :
22/4/2014 [10:49]
Baxılıb :
1792 dəfə
Şirvanşahlar sarayında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü təntənə ilə qeyd olundu
Təranə Balayeva: «Elmi personalımız Şirvanşahların orta əsrlərdə qarət edilib aparılmış varidatnın aşkarlanması üzərində çalışır»

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi muzeylərdə “açıq qapı” günü elan etdi. Həmin gün İçəri Şəhərdə yerləşən Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Sahovun ev muzeyində giriş ödənişsiz idi. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arzu edən hər kəsi Azərbaycanın tarixi irsi ilə yaxından tanış olmağa dəvət etdi.
Əlamətdar gün münasibəti ilə “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruğu Muzeyində “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai birliyi ilə birgə “Abidələrimizi sevək və qoruyaq” mözusunda tədbir keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd edilməsinin tarixi haqda məlumat vermək, ictimaiyyəti, o cümlədən gənc nəsli maarrifləndirmək, tarixi abidələrimizi qorumağın və sevməyin önəmini təbliğ etməkdən ibarətdir.
“Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin direktor müavini Təranə Balayeva tədbirə qatılan yerli sakinləri, məktəbliləri və turistləri salamladı: “Şirvanşahlar Saray Kompleksinə xoş gəlmişsiniz! Bu sözlərin uzun illərdən bəri günümüzə gəlib çatan ənənəsi vardır. Xalqımız bu sözlərlə evinə, obasına, yurduna gələn qonaqları salamlayaraq onlara hörmətini bildirir. Elimizin ənənəsinə sadiq qalaraq biz də Sizi öz evimizdə - İçəri Şəhərdə belə salamlayırıq: Xoş gəlmişsiniz !
İçərişəhərin çox qədim tarixi vardır. Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin dəqiq tarixini müəyyən etmək çox çətindir, lakin onun minilləklərlə mövcudluğunu bu gün də ərazisində yerləşən abidələr də təsdiqləyir. 
Son illər İçərişəhərdə görülən işləri cəmiyyət təqdir edir. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi hərtərəfli diqqət mərkəzindədir. Dövlət başçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti nəticəsində bu gün İçərişəhər özünün intibah dövrünü yaşayır. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması ilə bu gün Bakının ürəyi olan İçəri Şəhərdə abadlaşdırma, təmir-bərpa işləri bu köhnə şəhərin ab-havasına uyğun şəkildə müvəffəqiyyətlə aparılır. Bu işlərin həyata keçirilməsində ictimaiyyətimizin görkəmli xadimləri və ilk növbədə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yaxından iştirak edirlər.
Qədim İçərişəhərin yeni veb-saytının (səhifəsinin) müntəzam olaraq mükəmməlləşdirilməsi və daha da zənginləşdirilməsi üçün başladığımız işləri davam etdirəcəyik. Eyni zamanda Siz də bu proseslərdən kənarda qalmayaraq qeydlərinizi, təkliflərinizi bizə göndərin.
İçərişəhər mahir memarların, sənətkarların peşəkarlığından söhbət açır, bizi ötən qərinələrə aparır. Dövrümüzə gəlib çatmış bu şəhərin dar, əyri-üyrü küçələrini, meydançalarını göz önünə gətirdikcə ötən yüzilliklərdə hakim olmuş şəhər həyatının zaman keçdikcə necə dəyişdiyini görürük. Onun divarları arasında sanki keçmişə qayıdaraq, o dövrün səsini duyuruq. "Mədəni qatlarda" şəhərsalma ənənələrini izlədikdə burada sənət eşqilə yaşayıb-yaradan insanların ürək çırpıntılarını eşidirik.
Bakının tarixi özəyi olan «İçərişəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz -  Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
5 noyabr 2004-cü il tarixində XV əsr mədəni irsimizin tacı olan Şirvanşahlar Sarayının II mərtəbəsinin başa çatmış bərpasının təqdimat mərasimi keçirilib. 21.07.2003-cü il tarixində isə XV əsr mədəni irsimizin şah əsərlərindən biri olan Divanxananın başa çatmış konservasiyasının təqdimatı keçirildi”.

Tarixi abidələrin qorunması muzeyin əsas fəaliyyət növüdür

Təranə Balayevanın sözlərinə görə, tarixi abidələrin təbliği və qorunması "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin əsas fəaliyyət  növüdür: “Qoruq-muzey yarandığı gündən fəaliyyətinin ekskursiya, mühazirə, stasionar və səyyar sərgi, «açıq qapı», musiqi günləri: «şərq gecələri», «muğam axşamları», vətənpərvərlik dərsləri  kimi müxtəlif forma və metodlarından istifadə etməklə bu gün ümumdünya şöhrəti qazanmışdır. Azərbaycanın orta əsr tarixini məktəblilərə əyani surətdə qoruq-muzeydə açıq səma altında keçən elmi personalımız həm də böyük maarifləndirici iş aparır, viktorina və müsabiqələr, konfrans, treninq və dəyirmi masalar təşkil edir. Elmi personalımız, eləcə də Şirvanşahların orta əsrlərdə qarət edilib aparılmış varidatnın aşkarlanması üzərində çalışır, ilk mənbələr, məsələn 2 şahın: Şirvanşah I İbrahimin və Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin bədii irsi-«Divanı» tədqiq edilir. Qoruq-muzey dünya muzeyləri ilə sıx əməkdaşlıq əlaqələri saxlayır : Rusiya Federasiyasının, MDB dövlətlərinin, Türkiyə, İran, Amerika, İngiltərə, İtaliya, Yaponiya, Norveç muzeyləri ilə təcrübə mübadiləsi aparır. 
Bu il, yəni 2014-ci ilin əvvəllərindən başlayaraq Şirvanşahlar Sarayı yeni ekspozisiyası ilə sakinləri və şəhər qonaqlarını qarşılayır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyasını təqdim edib. Qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaq.  İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər dövlətin milli mədəni irsə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olub.Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamına - Bayıl Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir”.

Azərbaycanın təbliğı və xeyriyyəçilik mədəniyyəti...

Tədbirdə “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyinin himayəsində olan əlil və kimsəsiz uşaqların rəsm əsərlərinin sərgisi təşkil olundu. İctimai Birliyinin mümayəndəsi çıxış edərək, Heydər Əliyev Fondunun Azərbaycanın təbliğı və xeyriyyəçilik mədəniyyəti istiqamətində olan fəaliyyətindın rolundan danışdı: “Heydər Əliyev Fondu Azərbaycanda elm-təhsil, mədəniyyət, səhiyyə, sosial, ekologiya istiqamətlərində tədbirlər keçirir, layihələr reallaşdırır. Azərbaycan mədəniyyətinin, elminin və başqa sahələrinin təbliği üçün işlər görür. Xeyriyyəçilik mədəniyyətinin nümunəsini biz Heydər Əliyev Fondunun fəaliyyətində göstərmək olar. 
Biz, müstəqil fəaliyyət göstərən “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi-qeyri-hökumət qadın təşkilatıyıq. İctimai Birlik 27 may 2010-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından keçib. “Damla” İctimai Birliyi Azərbaycan xalqının əsrlər boyu sahib olduğu zəngin xeyriyyəçilik mədəniyyətinin qorunmasına və təbliğ olunmasına xidmət edir. Bizim missiyamız xeyriyyəçilik mədəniyyətinin bərpa olunması və cəmiyyətimizdə tətbiqidir. Bizim dəyərlərimiz Azərbaycan xalqının tarixən sahib olduğu milli-mənəvi dəyərlərə, xeyriyyəçilik adət-ənənəsinə sadiqlikdir. Eləcə də, missiyamız aztəminatlıların haqq və hüquqlarının qorunmasına xidmət etməkdir. Aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş, fiziki qüsurlu uşaqlara, gənclərə, kimsəsiz qocalara hərtərəfli yardım göstərməyə çalışırıq.
Sərəgiyə təqdim olunmuş 20 əsər arasında rəsm müsabiqəsi keçirilmiş və qaliblər mükafatlandırıldı. Xeyriyyə sərgisində əsərləri nümayiş olunan müəlliflər - qeydiyyatımızda olan fiziki qüsurlu insanlar və valideyn himayəsindən məhrum uşaqlar arasında müsabiqə keçirildi. Təranə Balayeva 1, 2 və 3-cü yer tutmuş müəllifləri təqdim edərək onları mükafatlandırdı. Digər iştirakçılara isə həvəsləndirici mükafatlar verildi”. 
Tədbirdə  “İrs” ansambılının ifasında milli musiqi və rəqslər ifa edildi.“İrs” folklor ansamblı, ayrı-ayrı müğənnilər yaddaqalan çıxışlar nümayiş etdirdilər. Hətta çıxışlar zamanı sərgiyə qatılanlar yallı rəqsini oynadılar. Tədbirin bədii hissəsinin yüksək abu-havası şəhərin turistlərini də cəlb etmişdi.
Sonda tədbir iştirakçıları “Şirvanşahlar Saray Kompleksi”ndə yeni yaradılmış ekspozisiya ilə tanış olmub, eyni zamanda İçərişəhər ərazisində yerləşən digər muzeyləri də ziyarət etmişlər.

Ramid 
Fotolar müəllifindir

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
«İçərişəhər özünün intibah dövrünü yaşayır»
«İçərişəhər özünün intibah dövrünü yaşayır»
«İçərişəhər özünün intibah dövrünü yaşayır»
«İçərişəhər özünün intibah dövrünü yaşayır»
«İçərişəhər özünün intibah dövrünü yaşayır»
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]