Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Aşıq sənəti yalnız Azərbaycan xalqına məxsusdur”

“Aşıq sənəti  yalnız Azərbaycan xalqına məxsusdur”
Bölmə :
KİVDF
Yayım tarixi :
18/4/2014 [11:23]
Baxılıb :
2203 dəfə
Elxan Məmmədli: “Qədim şifahi xalq yaradıcılığımızın bu günədək yaşamasında aşıqların əvəzolunmaz rolu olub”

“Azərbaycan dövlətinin xalqımızın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər arzuolunandır”. Bu sözləri “Bizim Yol” qəzetinə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnistitutunun Aşıq yaradıclığı şöbəsinin rəhbəri Elxan Məmmədli bildirdi. Onunla “Aşıq sənətinin tarixi inkişaf yolları və müasir dövrdə aşıq sənəti” mövzusunda müsahibəmizi təqdim etməmişdən öncə, müsahibimiz və onun rəhbərlik etdiyi şöbə barəsində qısa məlumat verək. 

Filologiya elmləri namizədi E.Məmmədli 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" adını alıb, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işləyib və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilib. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb. O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirib, 30-dan çox kitabın redaktoru, rəyçisi olub. 1998-ci ildə «Azərbaycan aşıq yaradıcılığında təcnis» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Elxan Məmmədlinin rəhbərlik etdiyi Aşıq yaradıcılığı şöbəsində Azərbaycan aşıq yaradıcılığı araşdırılır, nümunələri toplanılır, sistemləşdirilir və nəşrə hazırlanır. Aşıq sənətinin poetik xüsusiyyətlərinin, ideya-məzmun məsələlərinin tədqiqi, ayrı-ayrı aşıqların bədii irsinin toplanması və nəşri, onlar haqqında monoqrafik tədqiqatlar aparılması, «Azərbaycan aşıqları» çoxcildliyinin tərtib və nəşr edilməsi də bu şöbənin əsas vəzifələrindəndir. Aşıq yaradıcılığı şöbəsi Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində fəaliyyət göstərən Folklor Elmi-Mədəni Mərkəzində 2001-ci ildə yaradılmışdır. 2003-cü ildən müstəqil Folklor İnstitutunun şöbələrindən biri kimi fəaliyyət göstərir. Şöbə Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri istiqamətində folklorumuzun tarixi və nəzəri problemləri ilə məşğuldur. Söbədə 21 nəfər elmi əməkdaş fəaliyyət göstərir. Onlardan 1 nəfəri AMEA-nın həqiqi üzvü, 1 nəfəri elmlər doktoru, professor, 5 nəfəri elmlər namizədi, qalanları isə laborant, kiçik elmi işçi və böyük elmi işçilərdir. Beləliklə, müsahibəni təqdim edirik:

-Elxan müəllim, Azərbaycan aşıq sənətinin tarixi hansı dövrdən başlayır?

-Nə qədər ki xalq olub, onun musiqisi olub. El arasında, əsasən elatlar deyirlər ki, türklər qara sazın çanağından çıxıb. Bu ifadənin özündə də aşıq sənətinin qədimliyi gizlədilir. Azərbaycan folklorşünaslığında ilk aşıq nümayəndəsi kimi Aşıq Qurbani götürülür. Ondan öncə Dədə Qorqud dövründə ozan sənəti başlayıb. Bu sənət tarixin müəyyən dövrülərində ozan sənəti, yanşaq sənəti və aşıq sənəti kimi mərhələləri keçib. Ozandan aşıqlığa uzun bir mərhələdir. Konkret olaraq aşıq kimi adlandırdığımız insanlar, düzdür XIII əsrdə Aşıq Posa, Şirvanlı Aşıq Qasımın da adı keçir, əsasən XV əsrin sonu XVI əsrin əvvəli Qurbani ilə başlayır. Saz aşıqlarından, müdrik söz xridarlarından, nüfuza malik yaradıcılardan biri kimi aşıqlar bu əsrdən başlayır. Əlbəttə, Qurbanidən öncə aşıq sənəti olub, o, birdən-birə meydana gəlməyib. Aşıq sənətinin nümayəndəsi kimi biz Qurbanini tanıyırıq. Qurbanidən öncəki əsrlərdə aşıqlıq, aşıq kimi adı keçən yaradıcı şəxsləri tarixdən tanıyırıq. Amma yaradıcılığı-dastanı, şeirləri olan aşıq kimi biz Qurbanini tanıyırıq. Ondan sonrakı əsrlərdə Abbas Tufarqanlı, Xəstə Qasım, XIX əsrdəki Göyçay aşıq sənəti, mən deyərdim ki, çox böyük məna kəsb edir. 
"Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir. XVIII əsrdə yaşayıb-yaradan “Xəstə Qasım”, “Biçarə Qasım”, “Molla Qasım” təxəllüsləri ilə şeirlər yazan aşığın “Xəstə” təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər arasında haqq aşığının özünü eşq xəstəsi adlandırması gümanı da var. Xəstə Qasımın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, klassik şeir janrlarında - qəzəl, qəsidə, məsnəvi yazmaqla yanaşı, ilk dəfə aşıq ədəbiyyatında “döşləmə” şeir növünün əsasını qoymuş, qoşma-müstəzad, aşıq yaradıcılığında bugünədək məlum olan ilk dodaqdəyməz nümunəsini də elə o yaradıb. Xəstə Qasımın adı ilə bağlı “Xəstə Qasımın Dərbənd səfəri”, “Xəstə Qasımın Urmiyə səfəri ”, “Xəstə Qasımın Dağıstan səfəri” dastanları günümüzə qədər gəlib çatmasa da, “Əliyar və Məsum”, “Camal ilə Abdulla” (Azərbaycanda yayılmış “Cahan ilə Abdulla”), “Xəstə Qasım və Mələksima” dastanlarının onun tərəfindən yaradıldığı söylənilir. 
Hesab edirəm ki, XIX əsrdəki Göyçay aşıq sənəti bu sahədə üçün böyük məna kəsb etdi, keyfiyyət və kəmiyyət baxımından aşıq sənəti inkişaf etməyə başladı. Vurğulayım ki, aşıq sənəti inkişaf etdikcə, sazın özü də qurluşca inkişaf etməyə başladı. XX əsrin 60-cı illərinə qədər sazda dəyişiklik-yenilik oldu, texniki inkişaf oldu.
Sualına cavabı konkretləşdirsək, aşıq sənətinin kökləri qədim dövrə gedib çıxsa da, biz folklorşünaslar aşıq sənətinin əsasının XV əsrin sonu XVI əsrin əvvələrində qoyulduğu qənaətindəyik. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətlərinin nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən biri də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır. Aşıq sənətinin əsas mövzuları - məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Özü də bu yaradıcılıq prosesi sintez, yəni teatrlaşdırılmış şəkildə improvizator aşıq tərəfindən sazda ifa kimi tərənnüm olunur. Əlbəttə, son zamanlarda aşığı Azərbaycan xalq çalğı aləti olan balaban ifaçıları da müşayiət edir.

-Muğam sənətində olduğu kimi, aşıq sənətini də bir çox ölkələr özlərinin milli mədəniyyətinin tərkib hissəsi hesab edirlər. Bəs, Azərbaycanın payı burda nə qədərdi?

-Azərbaycan aşıq sənəti-sazı yalnız Azərbaycan xalqına məxsusdur. Televiziya kanallarında, etdiyimiz səfərlərdə görürük ki, Türkiyədə, Mərkəzi Asiya ölkələrində saza bənzər musiqi alətləri var. Ancaq bizim saz sənətimiz bizə məxsusdur. İstər qərb bölgəsi, itərsə də Şirvan bölgəsi olsun, bu sənət sırf Azərbaycana məxsusdur. Arzuolunan oldu ki, dövlətin dəstək və qayğısı nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti  YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb. Məhz bu diqqətin və dəstəyin nəticəsində 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. 
Muğam müştərək sənətdir. Muğamın Azərbaycana gəlişi də mövcuddur, məlumdur. Bir var şəhər musiqisi, şəhər ədəbiyyatı, biri də var elat musiqisi. Elat musiqisinə aşıq yaradıcılığı daxildir. Şəhər musiqisinə isə muğam daxildir. Son zamanlar şəhər və elat mədəniyyəti qovuşmaq üzrədir. XIX əsrdə Sadıqcan tarı dizdən sinəyə qaldırdı, tarın texniki imkanlarını artırdı. Eyni zamanda Azərbaycan xalqının istedadı muğama öz töhfəsini verdi, muğamın məzmununa təsir göstərdi. Nəticədə muğam hazırda əlçatmaz mövqedədir. 
Demək istəyirəm ki, aşıq sənəti doğmamızdır, muğam sənətini isə doğmalaşdırmışıq. Hər iki sənətimiz böyük sənətdir. Hindlərin, Orta Asiyanın muğamları var. Türk muğamları var. Muğam festivalı keçirildi, orada dünyanın müxtəlif yerlərindən, hətta Çindən gələn iştirakçılar var idi. Bədnam qonşularımız muğam sənətimizə, aşıq sənətimizə, mətbəximizə əl atırlar, mənəvi-maddi irsimiizi özlərinki kimi dünyaya təqdim etməyə çalışırlar, can atırlar. Azərbaycan xalqı nə qədər zəngindir ki, onun süfrəsinin tör-töküntüləri başqalarını da dolandırır, yaşadır.

- Tarixən şifahi xalq yaradıcılığının daha çox inkişaf etdiyi Azərbaycan ərazisində böyük söz ustaları yetişib ki, onların sırasında aşıq sənətkarı mühüm yer tuturlar. Kökü qədimlərə gedib çıxan xalq yaradıcılığının bu günümüzə qədər gəlib çatmasında aşıqların rolu nə qədər olub?

- Şifahi xalq yaradıcılığının müasir dövrə qədər yaşamasında aşıqların əvəzolunmaz rolu olub. Aşıqların müstəsna xidmətləri var. Xalq yaradıcılığını-dastanları, qoşmaları, gəraylıları, təcnisləri, divanları bu günümüzə qədər gətirib çıxardan ustad aşıq sənətkarlarımız olub.

(Ardı gələn sayımızda)
 
Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]