Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Hafiz Hacıyev düz deyir”¦” - Qara Şəhərli

Bölmə :
Köşə
Yazar :
Qara Şəhərli
Yayım tarixi :
31/8/2012 [12:03]
Baxılıb :
2037 dəfə
Bu da Elman Türkoğlu - möhtərəm Baş Bayraqdardan mötəbər açıqlamalar

Azərbaycanın məşhur bayraqdarı Elman Türkoğlu Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı xoruz səsi eşitməmiş faktları nə az-nə çox iki səhifəlik müsahibə ilə «Gündəlik Bakı» qəzetinə açıqlayıb. Hafiz Hacıyevdən sonra bu məsələdə mötəbər mənbə sayılacaq ikinci ən ciddi şəxs olan Elman Türkoğlu zəhərlənmədən ciddi-ciddi danışıb, ən xırda təfərrüatlarını belə açıqlamaqdan çəkinməyib. Böyük Bayraqdar öz möhtəşəm müsahibələrində tamamilə sübuta yetirib ki, Elçibəyi Əli Kərimli zəhərləyib. Bəy elə gün üzü görməmiş detallar açıqlayıb ki, oxuyanın bu deyilənlərə inanmaqdan başqa çarəsi qalmır. 

Məsələn, əzəmətli bayraqdar deyir ki, Hafiz Hacıyevin dedikləri doğrudur - Əbülfəz Elçibəyi Əli Kərimli zəhərləyib. Özü də özünün ad günündə, daha Hafiz Hacıyevin dediyi kimi, Bəyin doğum günündə deyil. Zəhərlənmə əməliyyatı da sən demə Əli Kərimlinin öz evində baş verib. Yəni Elman bəy ərz edir ki, qidaya zəhər qatıblar, ondan da Bəy xəstələnib (Hafiz Hacıyev demişdi ki, Bəyi şadlıq evində zəhərləyiblər, Elman Türoğlu da deyir ki, yox, Əli Kərimlinin evində olub bu iş. Zəhəri də sən demə bir nəfər İrandan gətirib. Onun adını isə Elman bəy hələlik sirr kimi saxlayır: «İstintaqa çağırsalar deyəcəm» deyir).
Belə çox ciddi mənbənin verdiyi təkzibolunmaz dəlillərlə dolu müsahibənin oxucular üçün maraqlı, həm də zəhərlənmədən qorunmaq üçün faydalı ola biləcək hissələri:

“...Əbülfəz Elçibəyin zəhərlənməsi iddiaları doğrudur, həqiqətdir. Onu doğrudan da zəhərləyiblər. Bu işdə əsas rolu Əli Kərimov oynayıb. Mən ona Əli Kərimov deyirəm, çünki kommunist dövrünün adamıdır (?!). ..."Yurd"çuların əsas məqsədləri Əli Kərimovun partiyanın rəhbəri postuna gətirilməsi idi. Elçibəyin Kələkiyə getməsində də bir sıra qaranlıq məqamlar mövcuddur. Yeri gəlmişkən qeyd edim ki, 1996-cı ildə Əli Ordubada gedərkən Elçibəyin qarşısında üzr istəyib. 

...AXC-nin daxilində böyük intriqalar baş qaldırmışdı. Bu çəkişmələrin başında əsasən Əli Kərimov dayanırdı. Fuad Mustafayev, Əliməmməd Nuriyev, Asim Mollazadə və Əli Kərimovdan ibarət "dördlük" çəkişmələrdə yer alırdı. Bunlar hər vəchlə Elçibəyi rəhbərlikdən uzaqlaşdırmağa, Əli Kərimovu AXC-nin rəhbəri postuna gətirməyə çalışırdılar. Aralarında bir nəfər də vardı, adını çəkmək istəmirəm. O özü də indi susur, amma nə vaxtsa mətbuata çıxıb ağlına gələni danışsa, cavabını verəcəm.
...Mən 6 il AXC-nin binasında yaşamışam. Kimin kim olduğunu çox gözəl bilirəm. Bəzilərinin hansı oyundan çıxdıqlarını öz gözlərimlə görmüşəm. Hal-hazırda Əli Kərimlinin Bakının mərkəzi yerlərində bir sıra obyektləri var. Bütün bunlar hamı üçün açıq-aşkardır. Bacarana can qurban deyiblər (?!-red).
”¦Bu plan çoxdan hazırlanmışdı. Bəziləri yanlış olaraq deyirlər ki, bəy Kələkidə zəhərlənmişdi. Bu, həqiqətə uyğun deyil. Bir sıra şəxslər də başqa versiyalar səsləndirirlər. Deyirlər ki, guya Ordubadda soyuqdəymədən xəstəlik tapdı. Söylənilənlər yalandır. Bəzi şəxslər bəyin guya 1991-ci ilin 20 avqustunda yaralandığını əsas gətirərək bunun da təsirli olduğunu ortaya atırlar. Guya həkimin onu müalicə etməsinə imkan verilməyib. Bu versiya da həqiqətə uyğun deyil. Əbülfəz Elçibəy Əli Kərimovun ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib.
”¦Zəhəri bir nəfər gətirmişdi. Onun da adını açıqlayacağam. Əgər məni istintaqa çağırsalar, həmin şəxsin kim olduğunu deyəcəm. edəcəyimi görəcək.
”¦Mən Əbülfəz Elçibəyin kimlərin əli ilə zəhərləndiyini açıqlayacağam. Onlardan biri artıq dünyasını dəyişib. Həmin şəxsin adı Səmayədir. Yaşlı qadın idi. Elçibəyin yeməyinə kimlərin zəhər qatdıqlarını çox gözəl bilirəm. Bu şəxslərin arasındakı qadınlardan birinin də xüsusi əməyi olduğunu qeyd etməliyəm.
...Hafiz Hacıyev düz deyir, ad günü mərasimində. Amma Elçibəyin yox, Əli Kərimovun doğum günü tədbirində. Zəhərlənmə Əli Kərimovun evində baş verdi. Çünki onu hansısa şadlıq sarayında, restoranda həyata keçirmək çətin idi. Əgər şadlıq sarayında baş tutsaydı, işə aşpaz da qatılmalı idi. Bu isə sirrin açılması baxımından təhlükəli idi. Amma planı ev şəraitində həyata keçirmək daha məqsədəuyğun idi. Zəhəri İrandan gətirmişdilər. Onun uzunmüddətli dozası var.
”¦Həmin zəhəri kiminsə bədəninə yeritsən, bunun təsiri tədricən - 1 il, il yarımdan sonra üzə çıxacaq. Mən hələ Elçibəyin cənazəsi Türkiyədən gətirilməzdən öncə, 2000-ci ilin avqustunda qəzetlərə müsahibə verərək bildirdim ki, Əbülfəz bəyi zəhərləyiblər. İnanmırsınızsa, həmin dövrün qəzetlərini açıb, baxa bilərsiniz. Bununla bağlı müsahibələrim həmin dövrdə "Şərq", "Yeni Müsavat" qəzetində dərc olunub. "Ədalət" qəzetindəki müsahibəni məndən o zamankı baş redaktor Aqil Abbas özü almışdı.
”¦ Yeri gəlmişkən, bu zəhərdən bir nəfəri də zəhərlədilər. Amma o, vaxtında müalicə olundu, ölmədi. Zamanında onun da adı açıqlanacaq.
...AXCP-nin qərargahına gedib gəlirdim. Bir gün belə bir xəbər yayıldı ki, guya Əbülfəz bəyə bıçaq atıblar. Bıçaq onun kürəyinə dəyib. O, bir həftə idi ki, işə çıxmırdı. Bu, mənə inandırıcı göründü. Bir gün Tofiq Türkel də mənə yaxınlaşıb, dedi ki, Elman bəy deyilənə görə, Əbülfəz bəyə bıçaq atıblar. Dilbər adlı əmimqızı ilə bəygilin evinə yollanmağı qərara aldıq. Bayrağı əlimə alıb, birlikdə onun evinə yollandıq. Əbülfəz bəy ağır-ağır nəfəs alırdı.
... Dedi: "Mənə heç nə olmayıb, özünü darıxdırma". O, ayaq üstdə gəzə bilirdi. Başa düşdüm ki, bıçaq söhbəti doğru deyil. Soruşdum ki, bəy sizin zəhərlənməniz barədə xəbərlər yayılıb. Əbülfəz bəy cavab verdi: "Bəli, ad günü mərasimində məni zəhərlədilər".
... Soruşdum ki, hansı ad günündə, Əli Kərimovun? Bəy dinmədi. Əmimqızı dedi: "Bəy, axı siz bunu bilməmiş olmazsınız". Elçibəy cavab verdi: "Qızım, sən bilmirsən ki, süfrəyə yemək gələndə ona birinci mən əl uzadırdım. Cəmi iki qaşıq yedim və hiss etdim ki, yeməkdə nəsə var. 20-25 dəqiqədən sonra evə gəldim. Qatıq yedim, amma artıq gec idi".
...Yaxın dostum Adil Minbaşı 6-7 il bundan əvvəl söyləyirdi: "Əbülfəz Elçibəy dedi ki, məni ad günündə zəhərlədilər. Yeməkdən iki-üç qaşıq yedikdən sonra bunu hiss etdim". O, açıq deyirdi - Əli Kərimov. Bu fikirlərlə tanış olmaq üçün həmin dövrün mətbuatını oxuya bilərsiniz. Mən Elçibəyin həmin sözləri "iki qaşıq yemək yedim" kimi dediyini eşitmişdim, amma Adil Minbaşı bunu iki yox, "üç qaşıq" kimi deyirdi.
”¦ İndi hətta Əli Kərimovun adamları belə sözlərimə görə, sosial şəbəkə sayılan "Facebook"da saxta profillərlə mənə hədə-qorxu gəlməyə çalışırlar. Yazırlar ki, səni məhv edərik, öldürərik.
...Mən Əbülfəz Elçibəyin keçmiş sovetlər birliyində səlahiyyətli nümayəndələrindən biri olmuşam (!). Onun bir sıra tapşırıqlarını yerinə yetirmişəm. Deməli indi mənim qarşımda nə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimov dayana bilər, nə də başqası”.
Bu da belə...
Və tam ciddi və qara statistika: Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya deyib ki, iyunun 1-dən indiyədək Bakıda 352 nəfər qida zəhərlənməsi diaqnozu ilə təcili yardıma müraciət edib.Onlardan 298 nəfəri xəstəxanaya yerləşdirilib. Qalan 54 nəfərə isə evdə yardım göstərilib. Deməli daha 352 cinayət işi qaldırmaq olar...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]