Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dünya mədəniyyətinin 58 incisi

Dünya mədəniyyətinin 58 incisi
Bölmə :
KİVDF
Yayım tarixi :
17/4/2014 [15:10]
Baxılıb :
2246 dəfə
Millət vəkili Naxçıvanın elm və mədəniyyətinin dünyaya tanıdılması üçün bəzi güzəştlər təklif edir
Musa Qasımlı: “Naxçıvan Avropanı Fars körfəzi və Hind okeanı ilə birləşdirəcək”

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlının sözlərinə görə, Azərbaycan dövlətinin bayrağı ilk dəfə Naxçıvanda qaldırılıb: “Müasir, müstəqil Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq üçrəngli, səkkiz güşəli, ayparalı bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan SSRİ bayrağından imtina edildi. Heydər Əliyevin imzaladığı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sənədində Azərbaycan Respublikası Ali Sovetinə tövsiyyə edildi ki, Azərbaycanın milli atributları - bayrağı, himmni, gerbi qəbul edilsin.

Qeyd edim ki, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın təkidli istək və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini öhdəsinə götürdü. 1992-ci ilin noyabrında Azərbaycanın ən görkəmli ziyalıları, elm və sənət adamları, siyasi xadimləri Naxçıvana üz tutdular. Vurğulayım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam və Prezidentin Naxçıvana mütəmadi səfərlərinin olması qayğı və diqqətin göstəricisidir”.

Naxçıvanın elmi müəssisələri

Musa Qasımlı Naxçıvan Muxtar Respublikasında elm-təhsil və mədəniyyət sahəsində olan inkişafdan da söz açdı: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə yaradılıb. Bölmə Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyini artırmaq və təbii sərvətlərin, muxtar respublikanın tarixinin, etnoqrafiyasının, arxeologiyasının öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə təsis edilib. 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 29 şöbə və laboratoriya, təcrübə sahələri, seysmoloji mərkəz, elmi kitabxana, nəşriyyat, doktorantura şöbəsi vardır. 
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində elmi-tədqiqat müəssisəsi olan Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu fəaliyyət göstərir. Bu institutda Qədim və orta əsrlər tarixi, Yeni və ən yeni tarix, Qədim dövr arxeologiyası, Antik və orta əsrlər arxeologiyası, Arxeoloji xidmət, Etnoqrafiya, Qafqaz tarixi şöbələri fəaliyyət göstərir. Bu elmi təşkilatda Naxçıvanın maddi və mənəvi mədəniyyəti tədqiq edilir. 
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə daxil olan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda memarlıq, şəhərsalma və abidələrin bərpası, təsviri və dekorativ tətbiqi sənətlər, musiqi və teatr, dilçilik, onomastika, folklorşünaslıq, ədəbiyyatşünaslıq sahəsində araşdırmalar aparılır, öyrənilir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində olan Təbii Ehtiyatlar İnstitutu muxtar respublika ərazisində təbii ehtiyatların və hidroloji şəraitin öyrənilməsi, mineral xammalın istehsalının elmi əsaslarının işlənib hazırlanması, bu istehsalın ekoloji təsirləri, seysmoloji tədqiqatlar, iqtisadi və sosial infrastrukturların yerləşdirilmə qanunauyğunluqları, regionda ənənəvi təsərrüfat sahələrinin bərpa və inkişaf etdirilməsi yollarının araşdırılması istiqamətində elmi iş aparır. 
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində olan Bioresurslar İnstitutu muxtar respublikanın bioresurslarının öyrənilməsi, istifadəsi və qorunması məqsədi ilə yaradılıb. İnstitutda nəbatat, bitki sistematikası, zooloji tədqiqatlar, elmi-istehsalat və inzibati-təsərrüfat sahəsində elmi tədqiqatlar aparılır, laboratoriyalar fəaliyyət göstərir. Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyi, nadir, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması, çoxaldılması, genefondun yaradılması, ekosistemin mühafizə olunması və bioresurslardan optimal istifadə problemləri araşdırılır. İnstitutun elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən məqalə və nəşrlər Azərbaycan Respublikasında və bir sıra ölkələrdə dərc olunub”.  

Naxçıvanın ali məktəbləri

Millət vəkili Naxçıvanda fəaliyyət göstərən ali məktəblərin fəaliyyətindən də söz açdı: “Muxtar Respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti fikirmcə, maddi-yexniki baza sarıdan ölkəmizin ən mükəmməl ali məktəblərindən biridir.  Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikasının mühüm təhsil, elm və mədəniyyət mərkəzidir. 1967-1972-ci illərdə ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı kimi fəaliyyət göstərib, 1972-ci ildən isə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna çevrilib.
Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli Qərarı ilə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun bazası əsasında yaradılıb, ölkə Prezidentinin 12 iyun 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu verilib. Naxçıvan Dövlət Universitetində ali ixtisas təhsilinin dövlət standartları əsasında bakalavr, magistratura, rezidentura və doktorantura üzrə təhsil pillələri fəaliyyət göstərir.
Sözügedən ali məktəbdə 56 ixtisas üzrə mütəxəssislər hazırlayan 11 fakültə, Fizika-riyaziyyat, Memarlıq və mühəndislik, Təbiətşünaslıq və kənd təsərrüfatı, Sosial idarəetmə və  hüquq, İqtisad, Tibb, Tarix-filologiya, Pedaqoji, Beynəlxalq münasibətlər və xarici dillər, İncəsənət, Magistratura fakültələri fəaliyyət göstərir. Ali məktəbin Xarici tələbələr üzrə dekanlıq və Hazırlıq şöbəsi də var. Hesab edirəm ki, xarici ölkələrdən, xüsusən qonşu ölkələrdən Naxçıvan Dövlət Universitetinə tələbələrin gəlib təhsil almalarını daha geniş tədqiq etmək olar. Bundan əlavə Naxçıvan üçün müəyyən güzəştlərin edilməsi də faydalı ola bilər. Mən güzəştlər dedikdə vergilər və başqa məsələləri nəzərdə tuturam. 
Bildirim ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında” 1 mart 2007-ci il tarixli Sərəncamına uyğun olaraq ali məktəbin 40 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd edilib.
Muxtar Respublikada Naxçıvan Müəllimlər İnstitutu da fəaliyyət göstərir. Bu ali məktəb Naxçıvan Politexnik Texnikumunun bazasında yaradılıb. 2000-2003-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun filialı olub, 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müstəqil instituta çevrilib. İbtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət, riyaziyyat və informatika müəllimliyi, təsviri incəsənət müəllimliyi ixtisasları üzrə mütəxəssislər hazırlayan institutun 2 fakültəsi və 6 kafedrası var. İnstitutda ali təhsilin magistratura pilləsinin pedaqogika nəzəriyyəsi və tarixi, eləcə də,  ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə kadr hazırlığı aparılır. 2001-ci ildən institutun nəzdində ictimai əsaslarla “Heydər Əliyev lektoriyası” fəaliyyət göstərir. Bu ali təhsil ocağında pedaqoji kadrların ixtisasının artırılması və təkmilləşdirilməsi məqsədilə Əlavə Təhsil Mərkəzi fəaliyyət göstərir. Bildirim ki, Muxtar Respublikada Naxçıvan Özəl Universiteti də fəaliyyət göstərir”.

Naxçıvanın mədəniyyət abidələri

Tarixçi alim Naxçıvan Muxtar Respublikasında olan abidələrə, teatrlara və muzeylərə də diqqət çəkdi: “Muxtar Respublikada dünya, ölkə və yerli əhəmiyyətli abidələr var. Muxtar Respublikanın ərazisində 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bildiyiniz kimi tarixi-mədəniyyət abidələrinə arxeoloji abidələr, memarlıq abidələri, monumental sənət abidələri, tarixi abidələr, ziyarətgahlar, təbiət abidələri daxildir. 
Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər, Şərur, Ordubad, Babək və Şahbuz Rayon Xalq teatrları fəaliyyət göstərir.
Azərbaycan Dövlət Tarix Muzeyində Naxçıvana aid bir neçə qadın geyim dəsti mühafizə edilir. Buradakı bəzi qadın geyimlərinin adları eyni olsa da onlar tikişinə və bəzək ünsürlərinə görə bir-birindən fərqlənir. Arxalıq gümüşü rəngdə atlasdan tikilirdi, astarlıdır.  Naxçıvanın qədim qadın geyimlərində adətən innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və uyğun çalarlarda seçilirdi.
Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Muzeyində  Heydər Əliyevin  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrə aid şəxsi  sənəd və materiallar, Türkiyə Cümhuriyyəti və İran İslam  Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri toplanıb”.

Deputatın Naxçıvanla bağlı arzusu

“Mənim bir tarixçi olaraq Naxçıvanla bağlı ən böyük düşüncələrimdən biri Qars, İğdır, Naxçıvan, Təbriz və oradan da Fars körfəzinə qədər dərmir yolunun tikilməsi və fəaliyyət göstərməsidir. Əgər bu məsələlər reallaşarsa, Naxçıvan Avropanı Fars körfəzi və Hind okeanı ilə birləşdirəcək, dünyanın mərkəzinə çevriləcək bir ərazi olar və inanıram ki, belə də olacaq”, -deyə professor Musa Qasımlı bildirdi.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]