Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İrsi hakimiyyət xəstəliyi - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
31/8/2012 [11:56]
Baxılıb :
1972 dəfə

Roma imperatorluğu tarixində 85 illik bir dövr var ki, onu “5 qızıl imperator” dövrü adlandırırlar. Eranın 96-cı ilində Nerva ilə başlayıb və 180-cı ildə böyük filosof Mark Avrelinin ölümü ilə bitib.

Bu dövr həm Romanın möhtəşəm illərini, həm də xalq arasında imperatorların nail olduğu böyük sevgini əhatə edir. Və tarixçilər hakimiyyətə bu ləyaqətli adamların yiyələnə bilməsi şərti kimi maraqlı bir fakta diqqət yetirirlər - onların 4-ünün övladı yox idi. Odur ki, öz yerlərinə ən ləyaqətli adamları seçib təyin etməliydilər.
Onların arasında yalnız Mark Avreli (məşhur “Etiraflar”ın müəllifi) ata idi, elə onun oğlu Kommod da Romanın möhtəşəmliyinə son qoydu (Məşhur “Qladiator” filmində onların obrazları yaradılıb).
96-cı ildə tarixdə edamlar və repressiyalarla yadda qalan imperator Domisian öldürüldü və yeni imperator Nerva elan olundu. Nerva siyasi qaçqınları Romaya qaytardı, ağır vergiləri ləğv etdi, öz mənəvi xüsusiyyətləri ilə hörmət qazandı. Onun hakimiyyəti 1 ildən çox sürdü və yerinə Trayan gəldi. O Trayan ki, hələ sağlığında xalq onu ilahiləşdirirdi.
Onun xeyirxahlığı dillər əzbəriydi. İlk dəfə olaraq dövlət səviyyəsində xeyriyyəçiliklə məşğul oldu, yetim uşaqlar üçün evlər (alimentasio) açdı. O, yeni təyin olunmuş prefektə qılınc verərkən demişdi: “Əgər mən yaxşı hökmdar olsam, bu qılıncla məni müdafiə et. Pis olsam - onunla məni məhv et”. 4-cü əsrə qədər romalılar yeni imperatoru salamlayarkən deyirdilər: “Avqustdan da xoşbəxt, Trayandan da xeyirxah ol!”

Trayanı əvəz edən Adrian onun qədər nüfuz sahibi olmasa da, ömrünün son illərində hətta psixi qeyri-normallıq nümayiş etdirsə də, səmimi olaraq sevilirdi. Ondan sonra hakimiyyətə Antonin Piy gəldi. Onu qədim Romanın ən yumşaq imperatoru da adlandırırlar. Hakimiyyətinin 23 ili ərzində heç kəsi edam etdirmədi. 70 yaşında vəfat edərkən onu bütün ölkə ağladı. Müasirlərinin yazılarına görə matəm və dərd-qəm o qədər səmimi və dərin idi ki, sanki 70 yaşlı qoca yox, 18 yaşlı gənc ölüb.

Və 5-ci “qızıl imperator” - filosof Mark Avreli Antonin. Stoisizmin banilərindən biri. Yüksək mənəvi dəyərlərin sahibi.

Bu adamların hər biri (Mark Avreli istisna olmaqla) öz yerlərinə “ölkənin ən ləyaqətli adamı”nı seçməliydilər, çünki öz oğulları yoxdu. Nüans da elə bundadır - oğlunu yerinə gətirən tiran özünü yalnız oğlu qarşısında məsuliyyətli hesab edir, atalıq instinkti ilə davranır. Onun üçün oğlu nə qədər biabırçı personaj olsa belə, fərq etməz (eynilə Mark Avrelinin oğlu Kommod qəddar və psixi xəstə idi). Ancaq oğlu yoxdursa, hökmdar istər-istəməz özünü xalq qarşısında məsul sayır. Və seçimi də bacardıqca rasional edir.
Nerva da, Trayan da, Adrian da, Antonin də özlərini məhz xalq qarşısında məsul sayırdı. Onlar özləri də imperator övladları deyildi, xalqın içindən çıxıb karyera qurmuşdular. Seçimlərində də adillik göstərirdilər. Acaq Mark Avreli adətləri pozmamağa məhkumdu. İmperatorun oğlu varsa, varis də o olmalıydı. Mark Avreli oğlunun bütün qüsurlarını görürdü və bilirdi, ancaq adətə qarşı gedə bilməzdi. Bununla da xalqı və dövləti real böyük təhlükəyə düçar etdi. 2000 il əvvəlin adətinin bu gün də saxlanması isə norma deyil, patologiyadır.
İrsi hakimiyyət irsi xəstəliyin eynidir. Sonuncular sağalmır və öldürür...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]