Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dövlətçilik tariximizə Naxçıvan töhfəsi

Dövlətçilik tariximizə Naxçıvan töhfəsi
Bölmə :
KİVDF
Yayım tarixi :
16/4/2014 [11:39]
Baxılıb :
2469 dəfə
90 yaşını tamamlayan Muxtar Respublika Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olub

2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının (NMR) yaradılmasının 90 illiyi tamam oldu. Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı ilə Muxtar Respublikanın tarixi, buradakı dövlətçilik ənənəsi, NMR-in Azərbaycanın elmi-mədəni inkişafına verdiyi töhfələr və digər məsələlər ətrafında həmsöbət olduq.

M.Qasımlı bildirdi ki, ilk Azərbaycan dövlətləri yaranandan bəri Naxçıvan xalqımızın iqtisadi-mənəvi inkişafında mühüm rol oynayıb: “Naxçıvan ən qədim zamanlardan, Atabəylər dövlətindən bu günə qədər Azəraycan dövlətçiliyinin inkişafında özünəməxsus yer tutmuş regiondur. Sonrakı dövrlərdə, Şimalı Azərbaycan çarizm tərəfindən işğal edildikdən sonra Naxçıvan ərazisinin etnik tərkibi dəyişdirilməyə çalışılıb, oraya müxtəlif ölkələrdən ermənilər gətirələrək yerləşdirilib, demoqrafif şərait dəyişdirilib”.

“Naxçıvan Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olub”

Tarix elmləri doktorunun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın oynadığı rolu bir çox amillərlə göstərmək olar: “Naxçıvan Azərbaycana görkəmli dövlət xadimləri, hərbçilər, sərkərdələr, eləcə də elm və mədəniyyət xadimləri verib. Çar Rusiyası ordusunun ən görkəmli nümayəndəsi, suvari dəstəsi komandiri general Naxçıvaniski olub. Azərbaycan tarixində Kəlbəlixan Naxçıvaniski, Cəmşidxan Naxçıvaniski kimi görkəmli generallar yetirib. Tarix boyu Naxçıvan Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olub. Ən qabaqçıl elmi məktəblər Naxçıvanda formalaşıb. Azərbaycanın bir çox görkəmli ədibləri məhz Naxçıvandan çıxıb. Azərbaycan demokratik mətbuatı olan “Molla Nəsrəddin” jurnalının yaradıcıcı böyük Cəlil Məmmədquluzadə Naxçıvanın yetirməsi olub”.

“Naxçıvanlılar erməniləri qovub çıxardılar”

Musa Qasımlı hesab edir ki, 1918-1920-ci illərdə də Naxçıvan Azərbaycan dövlətçiliyində müstəsna rol oynayıb: “Naxçıvanlılar daşnak silahlı dəstələrini qovaraq, Ermənistanın Naxçıvanı işğal etmək və Azərbaycandan qoparmaq cəhdlərinin qarşısını alıblar. Naxçıvanlılar iradə göstəriblər. Xatırladım ki, 1917-ci ilin sonlarından ermənilərin Naxçıvana qarşı ərazi iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevrilib, nizami daşnak silahlı dəstələri Naxçıvana hücüm edib. 1918-ci il mayın 26-28-də Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra, Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmək siyasəti yeritməyə, Naxçıvanda dinc azərbaycanlı əhaliyə divan tutmağa başlayıb. Ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq cəhdlərini davam etdirsələr də, yerli əhalinin inadlı müqaviməti onların bu məkrli niyyətlərini həyata keçirmələrinə imkan vermədi”.

“Ermənistan Naxçıvanı ilhaq etmək üçün cəhdlər göstərirdi”

Millət vəkili Naxçıvan Muxtar Resbublikasının yaranmasından da söz açdı: “Azərbaycan sovetləşdirildikdən sonra, Sovet Azərbaycanının tarixində Naxçıvan özünəmxusus rol oynayıb. 9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaradılıb. Naxçıvan qabaqcıl bir muxtar respublikaya çevrilib. Xatırladım ki, 1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də isə Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra, Ermənistan SSR hökuməti də Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin böyük rolu oldu. 1921-ci il 16 martda bağlanmış Moskva və  1921-ci il 13 oktyabrda bağlanmış  Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rəsmi saytında bildirilir ki, bu ərazi 1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası adlandırılıb. Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), Qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), Cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir. 
Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəridir. Muxtar Respublika paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunub. 5 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8 qəsəbəsi, 206 kəndi vardır.
Muxtar Respublikanın Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.
Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının qalan ərazisindən ayırıb. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunub, 1925-ci ildə qəzalar ləğv edilib, dairələrin sayı 8-ə endirilib: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılıb. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünüb. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılıb. 

Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlər

Musa Qasımlı bildirdi ki, Azərbaycan sovet hakimiyyəti dövründə Naxçıvan Azərbaycana görkəmli dövlət, mədəniyyət, incəsənət və elm xadimlərini bəxş edib: “Heydər Əliyev, Yusif Məmmədəliyev və onlarca başqaları Azərbaycan tarixində müstəsna rol oyanyıblar. Müstəqillik dövründə də Naxçıvanın əhəmiyyəti çox böyük olub. Naxçıvanlılar Ermənistanın təcavüzünə cavab veriblər. Üçbucaqda yerləşməsinə baxmayaraq Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf ediblər. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, həmin dövlət tədbirləri yüksək səviyyədə keçiriləcək. Və bu tədbirlərin keçirilməsi Naxçıvanın Azərbaycan tarixində oynadığı rolun daha geniş şəkildə öyrənilməsinə və insanlara çatdırılmasına kömək edəcək”.

“Azərbaycan bayrağı ilk dəfə Naxçıvanda dalğalanıb”

Musa Qasımlı Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının elm-təhsil, mədəniyyət və başqa sahələrdə olan inkişafı ilə də bağlı danışdı: “Naxçıvan müstəqil Azərbaycanın dövlətçiliyinin bel sütünu oldu. Hələ SSRİ-nin mövcud olduğu bir şəraitdə ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında muxtar respublikanın rəsmi adından «Sovet Sosialist» sözləri çıxarıldı, qanunverici hakimiyyət orqanının adı dəyişilərək Ali Məclis qoyuldu, Azərbyacan ərazisində ilk dəfə olaraq Naxçıvanda sovet atributlarından imtina edildi”.

Muxtar Respublikanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 yanvar 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam imzaladı. Sərəncamda yazılıb: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.
Sərəncamda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunması və bununla əlaqədar tədbirlər planının hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur.

(Davamı gələn sayımızda)
Ramid İbrahimov

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]