Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Polismen, polismen, saxlama məni!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
23/6/2012 [11:14]
Baxılıb :
4668 dəfə
Axı mən sürücülük məktəbində özüm oxumuşam

Yaydı, istidi. İctimai nəqliyyatla harasa getməkçün gərək şir ürəyi yeyəsən. Avtobusba tər, üfunət iyindən adamın beyni çatlayanda hamı yəqin ki, fərdi avtomobili arzulayır. Amma hamı da bilir ki, yay gələndə qiymətlər kəlləçarxa qalxır. Ola bilər, maşın satan dükanlarda qiymətlərə endirim ola, amma sürücülük vəsiqəsinin qiymətləri heç vaxt aşağı düşmür. Ona görə də vəsiqəni özü alanlara əjdahanın ağzından qızı qoparmış qəhrəman kimi baxırıq. Vəsiqə almağın sivil yollarının olub-olmadığını gəlin özümüz araşdıraq.
Məktəbsiz olmur!
Əvvəla, sürücülük məktəbinə yazılmaq lazımdı. Sürücülük məktəbini oxumadan DYP-də imtahan verməyi icazə verən qanun artıq bir-neçə ildir ki, fəaliyyət göstərir. Amma bu qanundan rüşvət vermək istəməyən adamlar yararlana bilmir. Çünki sürücülük məktəbini oxumadan birbaşa imtahana gələn adamdan dövlət rüsumu 100 manat alınır. Sürücülük məktəbinin məzunları isə 5 dəfə aşağı, yəni 20 manat ödəyirlər və bu məbləğlə 1 il imtahan vermək hüququna malikdirlər. İl ərzində imtahanı verə bilməyənlər gələn il bir daha 20 manatlıq rüsumu ödəməlidirlər. Amma 100 manat ödəmiş və imtahanı özü verə biləcəyində əmin olanlar keçə bilməsə verdiyi rüsum batır və onun bir daha imtahan vermək hüququ olmur. Onu sürücülük məktəbinə oxumağa göndərirlər. Bu məsələ barədə DYP-nin rəyini öyrənmək mənasızdır. Çünki onların imformasiya bazasında onlarla sürücülük məktəbini bitirməmiş və imtahanı birinci dəfədən vermiş adamların adı var. Əlində vəsiqə tutmağı arzulayanlar arasında belə bir şaiyə də gəzir ki, məktəbi bitirmədən imtahan vermək barədə qərar özü də rüşvət almağı rahatlaşdıran qərarlardan biridir. Bu qərar pulu olan adama bir gün ərzində, daha doğrusu 2 saat ərzində sürücülük vəsiqəsi almağa imkan yaradır. Mənim kimi manata güllə atanlar isə bəribaşdan gedib sürücülük məktəbinə yazılsa yaxşıdı.
Əlini qulağının dibindən götürmədən pul qazanmağın yolu
Şəhərdə fəaliyyət göstərən sürücülük məktəblərinin təsnifatını aparaq. Mən onları 3 kateqoriyaya ayırdım. Birinci kateqoriyaya aid olan məktəblərin həm testlər üzrə, həm də sürmə təlimi keçmək üçün həm imkanları, həm texniki avadanlığı, həm də müvafiq müəllimləri var. İkinci kateqoriya məktəblərdə yalnız şablonu vermək üçün müəllimlər və siniflər varsa da sürmə təlimi keçmək üçün xüsusi qaydada quraşdırılmış maşınları və təlim meydançası yoxdur. Üçüncü kateqoriya məktəblər də var ki, onları mən ilğım məktəblər adlandırardım, onlar yalnız adı yazdırıb sonunda təhsil haqqında şəhadətnamə almağa yarayır. Belə məktəblərdə tədris sözünü heç dilə də gətirmirlər. Sadaladığım məktəb növlərindən başqa bir kateqoriya da var ki, bu, şəxsi sürücülük məktəbləridir və qiymətlər burda dövlət məktəblərindən dəfələrlə artıqdır. Fərdi qaydada təhsil verən və sürücülük vərdişləri, üstəlik professionallığa zəmanət verən məktəblərdə kürslar üzrə təhsil 10 dənə 45 dəqiqəlik dərsi 300-450 manat arasıdır. Bəzi kurslarda, məsələn parkovka təlimi keçən kurslarda qiymət 150 manatdır və dərs 45 dəqiqədir. Bu tip məktəbləri internetdə arayıb tapmaq çətin deyil. Reklam çarxı kifayət qədər ciddidir və bilik verəcəyində əmin edir, amma qiymətləri ortabab təbəqənin imkanına uyğun deyil. Dövlət sürücülük məktəblərinə yazılası olsaz cəmi 75 manat ödəməlisiz. Bu, bir ay yarım ərzində həftədə 3 dəfə dərsə gəlib təhsil almaq istəyənlərin verəcəyi məbləğdir. Adını yazdırıb gəlməyənlər isə məbləği fərdi qaydada müdirin kabinetində həll edir.
2 şəkil, 75 manat pul, vəssalam, şüttamam
Yazıldığım məktəbin adını demək istəmirəm, çünki müəyyən çatışmazlıqları olsa da şəhərin heç olmasa tədris verə bilən məktəblərindən biridir. Adının çəkilməsi tənqid obyekti kimi qəbul edilə bilər və onu əlini qulağının dibindən götürmədən pul qazanan başqa məktəblər arasında aşağılamaq olar. Məktəbə yazılmaq üçün mühasibata yaxınlaşıb özünüzlə şəxsiyyət vəsiqəsi, onun kopyası, 2 şəkil və 75 manat pul gətirməlisiz. Müsahib qadının fikricə şəkil, ya da kopyanı sonra da vermək olar, amma pul bunların içində ən vacibidir. Qrup yığılır və sizə təyin edilmiş ilk dərs günü bildirilir. Əgər dərslər artıq başlayıbsa və sizə həmin qrupa getməyi təklif edirlərsə imtina edib növbəti qrupu gözləməyiniz məsləhətdir. Çünki onlar artıq bir neçə dərsdir ki, məşğul olurlar və siz çox vacib dərsləri artıq ötürmüsüz.
Bizim məşğul olduğumuz sinif otağı, binanın özü sovet vaxtından qalma əsaslı təmir və avadanlıqlaşdırmanın artıq nimdaşlaşmış qalıqlarıdır. Çoxdandı ki, parta arxasında oturmurdum, çoxdandı ki, taxta taburetlərin hələ də parta arxasında olduğunu görməmişdim. Əlbəttə, onları vaxtaşırı rəngləyirlər və bu rəng qatı uşaqların partada yazdıqları söyüş və cızdıqları həndəsi fiqurların üstünü örtə bilir. Amma rəng qatı adamın qoluna yapışır və hər dəfə stoldan, stuldan qalxanda pal-paltar «cıııırrrt» eləyib xüsusi səs salır. Əyin-başını yoxlamalı olursan, çünki adama elə gəlir ki, paltarın bir parçası yapışıb taxta taburetin üstündə qalıb. Sinfə ilk gəlişində məktəbin maşınla əlaqəsini hiss edirsən. İri maşın hissələri xüsusi dəmir dayaqlar üzərində möhtəşəm görkəmlə dayanıb. Divarlarda hissəcikləri qopub tökülmüş plakatlar anlaşılmayan proseslərin elmi adlarını bizə anlatır. Naşı şagirdə elə gəlir ki, tədrisin sonunda bütün bu metal hissələrin adını və yerini, maşının içindəki funksiyalarını biləcəksən. İndi, artıq məktəbi bitirəndən sonra bu fikirlər adama o qədər gülünc gəlir ki”¦
Sovetlərdən qopmuş bir komet kimi
Dərslər həftənin 3 günü axşam altıda başlayırdı. Qanuna görə saat 10-a qədər məşğul olmalıydıq. Amma dərsin vaxtını saat yarıma endirib 8-in yarısı hamını yola salırdılar. «B» və «BC» kateqoriyalı qrupları birləşdirib bir otaqda dərs keçilsə də sinif tam dolmurdu. Müəllimin də öz narazılığı vardı, deyirdi ki, bizimlə məşğul olduğuna görə o, cəmi 95 manat maaş alır. Arabir bəzi inqilabi fikirlər də səsləndirirdi ki, əgər siz 200 manat ödəyib oxusaydız, onda mən bu gün keçdiyim dərsi sabahısı gün sürmə təlimi keçən müəllim aparıb şəhər şəraitində fərdi qaydada göstərsəydi onda təhsil tam və əsaslı olardı. Deyim ki, imtahanı kim özü verəcək?» sualına cəmi bir neçə nəfər, özü də qadınlar əlini qaldırdı. Kişilər bu vaxt gözlərini gizləməyə çalışırdı.
Ölkədə tədris sistemi sovet zamanının plakatlarını, avadanlıqlarının qalıqlarını işlətdiyi kimi hələ də sovet dönəminin tədris üsullarının artıq milliləşmiş və korrupsiyaya bulaşmış metodikasını işlədir. 15 respublika olduğumuz zamanlar avadanlıq, plakatlar, dərs planı - hamısı Moskvadan gəlirdi və ən əsası o idi ki, oradan da nəzarət edilirdi. Yeniləşməyə ehtiyac olardısa yeniləşirdi, ya da sıradan çıxırdısa əvəz edilirdi. O vaxtın müdirləri öz müdirlərindən, onlar da Moskvadakı kuratorlarından qorxur və çəkinirdi. Ona görə də dərs prosesini ən yüksək standartlar və ən keyfiyyətli tədris materialı ilə təhciz etməyə borclu idilər. İndi bu, təkamülə vadar edən faktor artıq yoxdur. Biz öz başımızın ağasıyıq, kimsə bizə «oxumamaq və bilməmək üçün pul vermə», ya da «sən müstəqil ölkəndə ən yaxşı tədris haqqını tələb edə bilərsən» kimi məsləhətlər vermir. Bizim oxuduğumuz sinifdə bütün lövhəciklər rus dilində idi və kimsə bəzilərinin üstündən ağ kağız yapışdırıb həmin nişanın adını azərbaycanca yazmışdı. Müəllim də yumşalıb əskiyə dönmüş kartonları hər dəfə yazı taxtasına dirəməkçün əziyyət çəkir və deyəsən bir az da utanırdı. Yəqin ki, maşın hissələri də o vaxtdan qalma idi. Deyim ki, müəllimimizin qarşısındakı konspekt də onun öz etirafına görə uzun illər məktəbdə dərs demiş, təcrübəli ləzgi müəllimin konspektlərindən köçürülmə idi. Ona görə də biz, 21-ci əsrin tələbələri öz ölkəmizdə sınıq ana dilində və ləzgi ləhcəsində yazılmış konspektlərdən istifadə edirdik. Nəzəriyyə üzrə müəllimimiz bizə internetdə hazırlaşmamağı məsləhət bilir, çünki saytı «Allah bilir, kimlər düzəldib və məqsədi nədir?»
Rus dilindən nə vaxt qopacağıq?
Qəribədir, elektronlaşma, texniki inkişaf zamanında bizdə hələ də siniflərdə konspekt yazdırır və təbaşirlə yazı taxtasını cızıqlayıb aləmi ağ toza bürüyürlər. Əlbəttə, Azərbaycan dilində və yeni qanunları özündə əks edən dərsliklərimiz artıq var. Onların poliqrafiyası da yaxşıdır, müasir zamanın tələblərinə cavab verən test üsulu ilə çalışmalı da var, çeşidi də müxtəlifdir. Onları kitab mağazalarının hər birindən, ya da metro keçidlərindəki kitab köşklərindən satıcının insafına uyğun olaraq 6-7-8 manata almaq olar. Yol hərəkəti qaydalarını öyrənmək üçün onlardan ən böyüyünü, içində həm testləri, həm də qaydalar olan birisini əldə etməklə hazırlaşmaq mümkündür. Əgər azərbaycan dilinə yad olan yazıları anlaya bilsəz. Rus dilində heç olmasa bir qədər danışıb anlaya bilirsizsə kitabları və DYP-də imtahanın dilini rusca seçin. Çünki azərbaycanca məntləri anlamağa azərbaycanca təhsil almış və illər uzunu yazı yazmaq təcrübəsi olan bir adam kimi mən 3 ay vaxt sərf eləmişəm. İndi, yəni sürücülük məktəbini bitirmiş və 3 ay onlayn imtahanlarda çalışandan sonra verilən sualın arxasındaki mənanı artıq görə bilirəm. Səbəbi çox sadədir: kitablar və ondan daha da vacib, Yol Hərəkəti haqqında Qanunun özü rus dilindən tərcümədir, özü də çox uğursuz tərcümə. Ömründə heç olmasa bir dəfə rus dilindən tərcümə etmiş adam bilir ki, ana dilimiz və rus dili arasında cümlə quruluşu əsaslı şəkildə fərqlənir, tərcümələrdə bunu mütləq nəzərə almaq lazımdı. Azərbaycan dilində səhifənin yarısı qədərində cümlə ola bilməz, rus dilində isə mümkündür. Əvvəlki nəşrlərin mülləfi Hüseynli N.Ə və hazırki nəşrin müəllifi Talıbov Ə. M bu faktorları qətiyyən nəzərə almayıblar. Qulaq günahkarıyam, bəzən hətta pıçıldayırlar ki, onlar tərcümələri heç özləri etməyib. Kitablardan müstəqil baş açmaq fikrindəsizsə hər cümləni azı 5 dəfə oxuyub anlamağa çalışıb, şəkillərə baxıb sonra yaddaşınıza yazın. Azərbaycanca başqa cür mümkün deyil. Mmüəllimimin diliylə söyləyim necə deyərlər, «hələ öz yolunun lotusudur».
Hazırda bizim yol hərəkəti qanunlarımız Rusiya qanunlarından fərqlənir. Müəllimlərimizin sözünə inansaq biz yol hərəkəti qanunlarımızı dünya standartlarına uyğunlaşdırmışıq. Amma deyək ki, bizim sürücülük vəsiqəmizi bütün dünya ölkələri tanımır. Əgər dünyaya inteqrasiya yolunu seçməsəydik rahatca rus dilində məşğul ola bilərdik. Rus dilində həm hazırlaşmağa, həm də onlayn testlərdən keçib özündə əmin olmağa onlarla saytlar var. Rus dilində az qala hər il yeniləşən proqramlar var ki, kompüterinizə yazıb həm şablona, hətta sürmə təliminə də evdəcə hazırlaşa bilərsiniz. Real şəhər şəraitində nişanlar və yollarla işarələnmiş küçələrdə təlim keçirilir və səhvlər olduqca onların izahı və səhvi aradan qaldırma yolları da göstərilir. Amma qanunların fərqli olması bəzi səhvlərə yol verir ki, sonradan imtahanda, yaxud maşın sürərkən yol polisi ilə dirəşəndə sizə mane ola bilər.
«Jiquli»lərin zamanı hələ bitməyib!
Bizə deyilənə görə verdiyimiz pulun 25 manatı sürmə təlimi zamanı sərf ediləcək benzinin haqqıdır. İlk dərslərdən hamı sürmə təlimi ilə maraqlanırdısa onlar, yəni təlim keçən müəllimlər düz bir aydan sonra sinfə gəldilər. Müəllimlər bu faktı sirr kimi saxlasalar da ordan-burdan soraqlaşdıq ki, təlim dərsləri 10 dərsdir. Hər dərsin neçə dəqiqə olmasını isə öyrənmək mümkün olmadı. Əlbəttə, bunu bazar qiymətinə, yəni saat hesabı 15-20 manata vurulsa bu dərslər çox əhəmiyyətli görünür. «B» kateqoriyasından olduğumuza da sevindik. Çünki «BC» kateqoriyasına elan edildi ki, sürmə təliminin hər dərsinə 5 manat benzin pulu ödəməlidirlər. Sürmə təlimini bitirəndən, köhnə, tökülmüş «06» markalı «Jiquli»ni yerdən götürməyi öyrənəndən sonra 10 dərsə sürməyi öyrənməyin mümkünsüzlüyünü anlamaq çətin deyil. Əlbəttə, 2-ci dərsdən qorxudan titrəyə-titrəyə müəllimin təkidiylə yola çıxarılmış, sonuncu dərsdə 8 kilmetr bazarının probkasından keçmiş bir adam kimi dərslərin vacibliyini vurğulamasam olmur. Amma hər yarımsaatlıq dərsdə azı 5 mövzunu keçdiyimi təsdiqləyən qrafada imza atırdım. İmza atdıqca mövzuların nə adını, nə də vaxtını yadda saxlamaq mümkün olmurdu. Bildiyimə görə hər mövzuya azı 15 dəqiqə ayrılmalıdır. Sürmə təlimi müəlliminin də öz narazılığı vardı. Dediyinə görə axırıncı dəfə yanvar ayında maaş alıb. Tələbələrin sayı çox azdır deyən məktəb lazımi qədər qruplar yığa bilmir. Fərdi dərslər olmasa heç ailəsini dolandıra bilməz. Maşının əyər-əskiyini də öz hesabına düzəltməli olur.
Hərdən qəzetçi olmaq da pis deyil!
Ay yarımlıq zəhmətini müəllimlərim mənə halal eləsin, çünki bunu yazmasam da olmur. Məktəbi oxuduqca və xüsusilə də bitirənə yaxın belə təssürat oyanırdı ki, hamı bizim biliyimizin natamam, qüsurlu olmasına çalışır. Çünki bütün müəllimlər ümumi mənbədən, yəni savadsız, bacarıqsız sürücülər yetişdirib onlardan pul qırpıb yola buraxmaqnan dolanır. Yəqin ki, yaxşı tələbə yetişdirəndə DYP-də onların bir az da danlayırlar. İmtahandan keçə bilməsək biz öz müəllimimizə yaxınlaşaraq məsələni yarım saata həll edə bilərik axı. Bir dərsə maşının quruluşunu bilmək mümkün deyil. 10 dərsə sürməyi öyrənmək də müşkül məsələdir. Özün məşğul olmasan həftədə 3 dəfə saat yarımlıq konspekt yazmaqla keçən dərslərdə yol hərəkəti qaydalarını öyrənmək olmur. Yolda artan qəzalar, səbəbsiz tıxaclar, dartışmalar, söyüşmələr və nadan yol polisinin yekəbaşlığı - bütün bunların səbəbi bizim oxumaq isməməyimiz və öz haqqımızı tələb edə bilməməyimizdədir. Müəllimdən nəsə soruşanda o, mütləq cavab verir və dərs keçməyə həvəslənir. Sürmə təlimi müəllimimsə o birilərini bilmirəm, mənimlə xüsusi həvəslə məşğul olurdu. Bəlkə qəzetçi olduğumu bildiyindən. Deməli, onların da qorxduğu nələrsə var, bunu unutmayın”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]