Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Moskva Azərbaycanı digər Şərq ölkələrinə nümunə göstərirdi”

“Moskva Azərbaycanı digər Şərq ölkələrinə nümunə göstərirdi”
Bölmə :
KİVDF
Yayım tarixi :
12/4/2014 [12:10]
Baxılıb :
1577 dəfə
İsmayıl Umudlu: “İntibah dövründə yetişən ziyalılarımızın qurduğu dövlətçiliklə hətta bolşevik rəhbərliyi də barışdı”

Tərcüməçi, tarixçi-etnoqraf İsmayıl Umudlu bildirir ki, mədəni-maarifçiliyin intibah dövründə yetişən ziyalıların qurduğu dövlətçiliklə hətta bolşevik rəhbərliyi də barışdı: “Və biz müttəfiq respublika hüququnda SSRİ-yə daxil edildik. O zaman digər Şərqə ölkələrinə, İrana, Türkiyəyə, Hindistana, mərkəzi Asiyaya nisbətdə, Azərbaycan nümunəvi model idi. Sovet rəhbərliyi bizi onlara yüksək inkişaf səviyyəsinə çatmış dövlət kimi misal göstərirdilər”.

İ.Umudlunun sözlərinə görə, XX əsrin əvvəlinə (1918-ci il) qədər olan mədəni-maarifçilik sovet hakimiyyəti dövründə yeni mərhələyə qədəm qoyub: “Təhsilin demokratikləşməsi prosesi baş verdi. Təhsil almaq istəyən bütün gənclərin qarşısındakı əngəllər qarşıdan götürüldü. Əngəl ondan ibarət idi ki, kəndli oğlu ali məktəbdə oxuya bilməzdi. Yalnız aristokratlar zümrəsinə daxil olanların ailə üzvləri ali təhsil ala bilərdilər. Və böyük tacirlərin oğulları ali təhsil ala bilərdilər. Maddi imkanı olmayan kəndçi övladlarının təhsil haqqını neft milyonçuları - Tağıyev, Nağıyev ödəyirdilər”.

“Təhsildə demokratikləşmə azərbaycanlı ali təhsillilərin sayını artırdı”

İsmayıl Umudlu deyir ki, sovet dövründə bütün təbəqədən olan gənclərin ali təhsil almaq imkanı yaranıb: “Belə ki, kəndli və fəhlə təbəqəsinin uşaqlarının ali məktəbə daxil olması üçün kəndli gənclər məktəbi, fəhlə gənclər məktəbi, kolxozçu gənclər məktəbi adlı məktəblər açıldı. Bu məktəblər bu təbəqədən olan ailələrin uşaqlarını ailə məktəbə daxil olmaq üçün hazırlayırdılar. O zaman hər il hökumət xətti ilə Moskva Dövlət Universitetində təhsil almaq üçün gəncləri göndərirdilər. Bu limit Ermənistanla müqayisədə bizdə az idi. Bizdə Bakı Dövlət Universiteti də var  idi. Sonralar müxtəlif sahələr üzrə institutlar yarandı, məsələn tibb, pedaoqji inistitutlar açıldı. Eləcə də, seminariyalar şəbəkəsi genişləndi. Belə ki, Bakıda Qızlar Seminariyası və Oğlanlar Seminariyası açıldı. Sonra iki illik Türk Qızlar İnistitutu açıldı. Burda yüskək səviyyəli pedoqoji təhsil verildi. Sonra rayonlarda seminariyalar  yarandı, Qazax,  Quba, Zaqatala, Şəki, Gəncə, Tiflisdə seminariyası yarandı. Bu məktəblər çoxlu müəllimlər yetişdirdilər. Sənaye İnstitutu açıldı. İndiki Neft Akademiyasının sələfi yarandı. Bu institutdan da Texniki İnstitut yarandı. Nərimanov adna Texnikom açıldı. Bu məktəblər Avropa təhsili sisteminə uyğun texniki biliklər verirdilər. 
Azərbaycanda ilk dərmir yolu məktəbi 1919-cu ildə yarandı. İlk dərmiyolçular o zaman yetişdilər. 1917-ci ildə dəmir yol sistemində azərbaycanlı işləmirdi. Milli hökumət qurulan zamanda qarşıya məqsəd qoyulmuşdu ki, dərmir yolu sistemində azərbaycanlılar da çalışınlar. 1919-cu ildə Azərbaycanda ilk teleqrafçılar məktəbi yarandı. Artıq teleqrafla işləyən azərbaycanlılar o zamanda yetişirdilər. 
Sovet hakimiyyəti dövründə təhsildə demokratikləşmənin olması azərbaycanlı ali təhsillilərin sayını artırdı. Lakin 1938-ci ilin represiyalarında ali təhsillilərin böyük bir qismi məhv edildi. Geoloqlar, mühəndislər, həkimlər dəstəsi yetişdi. Avropada təhsil alan gənclər artıq həkimliklə yanaşı müəllim fəaliyyəti də göstərirdilər. Sovet hakimiyyəti dövründə azərbaycanlı gənc qızların da ali məktəblərdə təhsil alması prosesi genişlənmişdi. Sonaxanım Vəlixanov kimi gənc qadın Sankt-Peterburq Universitetində oftalmoloq təhsili almışdı. O oftalmologiyanı yüksək səviyyəyə qaldırdı. Eləcə də musiqi təhsili alanların da sayı çoxaldı. Avopa musiqi təhsili alanlar var idi. 1918-ci ilə qədər musiqi təshili alanlar var idi, məsələn Üzeyir Hacıbəyov, Müslim Maqamayev, Xədicə Qayıbov kimi musiqi təhsillilər mövcud idi”. 

“Milli teatrın yaranması mədəniyyət tariximizdə çox böyük hadisə oldu”

Müsahibimiz bildirir ki, mədəni-maarifçiliyin intibah dövrü hesab edilən XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan teatrı və kinosu yaranıb: “XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.
Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynadılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstəriblər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlayıb ki, onu "Şərqin operası" adlandırıb. 
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynəlabdin Tağıyevin böyük xidməti oldu. O, Bakı şəhərində ilk teatr binası inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açıldı. 
Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı. Məhz martın 10-u (köhnə stillə 22-si) - Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.
Azərbaycan kinosunun tarixi XIX əsrin sonu ilə bağlıdır. Bu tarix 1898-ci ildən başlayır. İndiyə qədər Azərbaycanda 3000-dən artıq film istehsal olunub. Bunlardan 300-dən çoxu tammetrajlı bədii film, 100-dən çoxu qısametrajlı bədii film, 20-yə qədəri serial, 150-dən çoxu televiziya tamaşası, 100-dən çoxu cizgi film, 70-dən çoxu tammetrajlı sənədli film, 1700-dən çoxu qısametrajlı sənədli film, 350-dən çoxu "Mozalan"ın süjetləri, 10 ədədi isə "Məzməzə" Uşaq Satirik Kinojurnalının bədii süjetləridir.
XX əsrin əvvəllərində Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. Bu cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi”.

“Mədəni-maarifçiliyin inkişafı təhsil sistemində köklü dəyişikliklər aparılmalıdır”

İsmayıl Umudlu hesab edir ki, mədəni-maarifçilik sahəsində inkişaf ikinci müstəqillik dövründə dayandı: “Mədəni-maarifçilik təhsillə ölçülür. Müstəqillik dövründə universitetlərin sayı artdı. Ali məktəblərin kəmiyyət artımı keyfiyyətə təsir göstərmədi. Təhsil Nazirliyinin rəsmi məlumatına görə, Azərbaycanda 54 ali təhsil müəssisələrinin siyahısı var. Bura akademiyalar, universitetlər, ali məktəblər, inistitutlar və onların filialları daxildir.  Gəlin baxaq görək bu ali məktəblər dünyanın reytinqində hansı yeri tutublar?
Dünya universitetlərinin 2013-2014-cü illər üzrə növbəti reytinq cədvəli açıqlanıb. Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkəti dünyanın 200 ən nüfuzlu ali məktəblərinin reytinq cədvəlini (QS World University Rankings) hazırlayıb. Britaniyanın “Times Higher Education” jurnalı 2013-2014-cü illər üzrə dünyanın 400 ən yaxşı universitetinin növbəti reytinq cədvəlini açıqlayıb. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan “Times Higher Education”nin növbəti araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq Thomson Reuters kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır. Dünyanın 200 ən nüfuzlu universitetlərinin siyahısına əsasən, Amerika və Böyük Britaniya universitetləri liderlik edir. İlk 10-luqda Amerika 7, Böyük Britaniya 3 ali məktəblə təmsil olunur.
Azərbaycan ali təhsil məktəblərindən ancaq 2-si 3 min ali məktəb arasına düşüb: Xəzər və Qafqaz Universitetləri  651-700-cü sıralarda yer alıb. Mədəni-maarifçiliyin inkişaf etməsi üçün təhsil sistemində köklü dəyişiklik aparılmalıdır. Xarici ali məktəbə göndərilənlərə isə ciddi nəzarət olmalıdır. Bu nəzarəti səfirliklər, diaspor təşkilatları və valideynlər aparmalıdır. Hesab edirəm ki, xaricdə təhsil alanlara dini qurumlar da dəstək olmalıdırlar”.

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]