Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan maarifçiliyinin intibah dövrü

Azərbaycan maarifçiliyinin intibah dövrü
Bölmə :
KİVDF
Yayım tarixi :
11/4/2014 [11:21]
Baxılıb :
2659 dəfə
İsmayıl Umudlu: “AXC həmin dövrdə yetişən şəxsiyyətlərin çiynində quruldu”

Tərcüməçi, tarixçi-etnoqraf, "Tərəqqi" medalı ilə təltif edilən İsmayıl Umudlu ilə “Azərbaycan mədəni maarifçiliyinin intibah dövrü” mövzusunda həmsöhbət olduq. Müsahibəmizi təqdim etməmişdən öncə həmsöhbətimiz barəsində qısa məlumat verək. İ.Umudlunun publisistik səpkidə "Azərbaycanda dissident fikir cərəyanı" (1999), "Ayna"da qalan izlər" (2000) kitabları çıxıb. Tarixi-etnoqrafik mövzularda araşdırmalarının nəticəsi olaraq, irihəcmli "Vəkiloğulları" (2003), "Dilbazilər" (2008), "Dağ Kəsəmən" (2009) kitablarının müəllifidir. Jurnalistika fakültələrinin tələbələri üçün "Kitab nəşri bu gün" (2004) dərs vəsaiti nəşr olunub. Qazax bölgəsinin etnoqrafiyası, əsilzadə soylarının genealogiyasına, o cümlədən, Gəncə xanları Ziyadoğlu-Qacarların, Azərbaycanla bağlı olan Terequlov tatar soyunun şəcərəsinə dair elmi araşdırmaları dərc edilib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Böhranlı onillik" (2004) kitabını, Nigar Məcidovanın "Tibbi jurnalistika" (2005) dərs vəsaitini, görkəmli tarixçi Sara Aşurbəylinin "Bakı şəhərinin tarixi" (2006) adlı fundamental əsərini ruscadan dilimizə çevirib. Tarixçi alim Mehdixan Vəkilovun "Azərbaycanda mədəni inqilab 1920-40-cı illər" əsərini (doktorluq dissertasiyasını) çapa hazırlayıb və ona önsöz yazıb. Bundan başqa, siyasi mühacir Abbas bəy Atamalıbəyovun memuarları, rus və Avropa yazıçılarının bir sıra hekayələri onun tərcüməsində dərc olunub. Son illərdə dünya klassik ədəbiyyatından Mayn Ridin "Başsız atlı", Ceyms Fenimor Kuperin "Sonuncu mogikan" və "Ləpirçi", Çarlz Dikkensin "Oliver Tvistin macəraları", Viktor Hüqonun "Səfillər" romanlarını məktəbyaşlı uşaqlar üçün işləyib çap edib. 
İsmayıl Umudlu ilə söhbətimizə “Azərbaycanın mədəni-maarifçiliyinin intibah dövrünü hansı dövr hesab edirsiniz?” sualı ilə başladıq. Onun sözlərinə görə, Azərbaycanın mədəni-maarifçiliyinin intibah dövrü XIX əsrin ikinci yarısı XX əsrin əvvəlidir (1917-ci ilə qədər): “Yəni 70 illik dönəmi Azərbaycanın mədəni-maarifçiliyinin intibah dövrü hesab edirəm. Qeyd edim ki, maarifçilik XIX əsrin ortalarından başlayıb. Məhz bu zamandan etibarən Azərbaycanda Avropa tipli məktəblər yaranmağa başladı.  Hər şey təhsilə bağlıdır, təhsil üzərində qurulur. Təşəkküllər və baxışlar təhsil üzərində formalaşır. Bu zaman ilk qəza məktəbləri, dünyəvi təhsil mədrəsələri açıldı. Bu zamanda yetişən gənclik qəzetçiliyə, nəşriyyat işinə başladı, universitet təhsilli gənclər bu dövrdə yetişdi. Məktəblər şəbəkəsi genişlənməyə başladı.  
Ənənvi Şərq təshili sistemindən uzaqlaşma baş verdi, bununla yanaşı dünyəvi təhsilin fərqinə varıldı. Avropa təhsil sisteminə keçildi. Dinin təhsil üzərində gücü zəiflədildi, düynəvilik gücləndi. İnsanlarin təfəkküründə dünyəvilik gücləndi.  1918-ci ildə Azərbaycan  Xalq Cümhuriyyəti yarananda artıq Azərbaycanda 600 nəfər ali təhsilli var idi. Bu şəxslər harda oxumuşdular? Moskva Universitetində, Sank-Peterburq Universitetində, Tomsk Kiyev Universitetində, Xarkov Universitetində, Adessada Novorosisk Universitetində, eləcə də Riqa Universitetində, Tallin Universitetində, hətta Avropada - Fransada, Almaniyada təhsil alan gənclər var idi. Doğrudur Avropa ali məktəblərində təhsil alanların sayı az idi. Rusiya ali məktəblərində təhsil alanlar çoxluq təşkil edirdi. O zaman Zaqafqaziyada, bu ərazinin iki böyük şəhərində - nə Bakıda, nə də Tiflisdə ali məktəb yox idi. Texnikom səviyyəsində təhsil ocaqları  və semnariyalar var idi. O zaman Qori şəhərində Zaqafqaziya Müəllimlər Semnariyasının təfəkkürün formalaşmasında da müstəsna rolu olub. Bu semnariya 1870-1918-ci illərdə mövcud olub.  Bu təhsil ocağında 250 azərbaycanlı təhsil alıb. Bu şəxslər sırasında pedoqoji fəliyyətlə məşğul olanların sayı az oldu, çoxu dövlət qulluğunda fəaliyyət göstərdilər. Və təhsillərini davam etdirmək üçün Avropa ölkələrinin ali məktəblərində təhsil almağa getdilər. Qeyd edim ki, qəzalarda rus-tatar məktəblərinin yaranmasında və formalaşmasında Zaqafqaziya Müəllimlər Semnariyasında təhsil alan müəllimlərin əhəmiyyətli rolu olub. İlk dəfə bu dövrdə ucqar rayonlarda orta məktəblər yarandı. Doğrudur, o məktəbdə 5-ci sinifdə qədər təshil verirdilər. Bu da yaxşı haldır. Bu məktəbi bitirən şəxslər rusca danışa bilirdilər, riyazi bilikləri var idi. Ticarət sahəsi ilə məşğul ola bilərdilər. Qəzet və kitab oxuya bilərdilər.  Eləcə də, dövlət təşkilatlarında vəzifə tuta bilirdilər. Onların vəzifə tutması arzuolunan haldır. Unutmayaq ki, ö dövrdə dövlət təşkilatlarında ruslar və qeyri-millətlər daha çox vəzifədə olurdular.  
İntibah dövrü hesab etdiyim 70 il ərzində Azərbaycan gəncləri hüquq, mühəndis (dağ-yol mühəndisliyi), musiqi təhsili almağa başladılar. Və bu illər ərzində təhsil alan  gənclər 1918-ci ildə respublika qurluşunu Azərbaycanda quran oldular. Vurğulayım ki, mədəni-maarifçiliyin intibah dövrü hesab etdiyim zamanda ali təhsil alan qadınlar da var idi. Xüsusən, Bakıda və Tiflisdə yaşayan xanımlar ali təhsil alırdılar. Onlar pedoqoji və mədəniyyət sahələrində çalışırdılar. Eləcə də, mətbuat sahəsinə qadınlar  gəldilər. 1901-ci ildə Bakıda Qızlar məktəbinin açılması da mədəni-maarifçilik sahəsində əlamətdar hadisələrdən biridir”.

Maarifçiliyin inkişaf etməsində Zaqafqaziya müftilərinin rolu

İsmayıl Umudlu hesab edir ki, Azərbaycan tükləri arasında maarifçiliyin inkişaf etməsində Zaqafqaziya müftilərinin müstəsna əhəmiyyəti olub: “Mən bu məsələni araşdırmış adam kimi deyirəm. Müftilər din xadimlərindən və başçılarından çox maarifçilər idilər. Avropa timsallı maarifçilər idilər. Avropada maarifçiliik  XVIII əsrə aiddir. Bizdə bu təmayül XIX əsrdə özünü göstərdi. Zaqafqaziya müftiləri sırasında  Osman Əfəndi Vidadizadə, Mustafa Əfəndi Borçalı, Məhəməd Əfəndi Müftizadə, Abdülhəmid Əfəndi Şirvanlı və Hüseyn Əfəndi Qayıbzadə həm də pedaqoqlar idilər. Bu şəxslərin əsas işi  ozamanki semnariyalarda dərs demək idi. Onlar ana dili, islam tarixi, ərəb dili fənlərindən dərs keçirdilər. Əsas da ana dilini öyrədirdilər. Müftilər dərsliklər yazırdılar.  Məktəblərin açılmasının, tədrisin tərəfdarları idilər. 
O zaman Tiflisdə açılan ruhani mədrəsəsində riyaziyyat, fizika və rus dilindən tələbələrə dərs deyilirdi. Rus dili o vaxt Avopa ölkəsinə çıxmaq üçün əsas vasitə idi. Rus dilini öyrənənlər fransız dilini öyrənə bilirdilər. O dövrdə fransız dili populyar idi. XIX əsrin bu pedaqoqları çox ağır şərtləri daxilində fəaliyyət göstərirdilər. Yerli əhalinin çoxu ali təhsilli şəxsləri anlamırdılar. Onlar uşaqlarının ruslaşmasından narahat idilər. Az-çox əhali arasında övladlarının məktəblərdə təhsil almaq istəyində olanlar da var idi”.

“Bu intektualların sahəsində Azərbaycan Xalq  Cümhuriyyəti yarandı”

Həmsöhbətimiz deyir ki, universitetlərdə ali təhsil alan həkimlərlə bağlı araşdırma aparıb: “Mən bu barədə kitab da yazmışam. Araşdırma zamanı maraqla faktla qarşılaşdım. Belə ki, gimnzasiyada təhsil alan ruhani oğlu Xarkovda təhsil almağa yollanır. Qeyd edim ki, gimnaziya o zaman tam orta təhsil verirdi. Xarkovdan da Avropaya yollanır. Və Avropada işləyir. Ona güvənərək bir neçə gənc azərbaycanlı da tibbi təhsil almaq üçün Avropa təhsil ocaqlarına üz tutur. 1880-90-cı illərdə Azərbaycanda bir neçə həkim var idi.  Hə, bu intektualların sahəsində Azərbaycan Xalq  Cümhuriyyəti yarandı, ordusuz filansız dövlət yaradıldı. Dövlətçilik təcrübəsi olmasa da, məmur təcrübələri var idi.  Sıfırdan ordu yaratdılar, dövlət qurdular. 114 min kvadrat metrlik ölkə yaradıb əmanət verib siyasi səhnədən çəkildilər. Dövlətçilik mədəniyyətinin əsasını məhz  həmin ali təhsilli insanlar qoydular. 
XIX əsrin sonu - XX əsrin əvvəlində Bakıda, İrəvanda və Tiflisdə və Gəncədə  bir çox qəzet və jurnal çap olunurdu. Müxtəlif təmayüllü qəzetlər və jurnallar (siyasi, pedoqoji, ədəbi) var idi. XIX əsr maarifçiliyinin təməl şəxsləri daha çox iki nəfər hesab olunur: Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundov. Bəli, bu şəxslər aparıcı isimlər olublar. Onların ətrafında da ziyalılar dəstəsi olub.  Və onların arxasında dayanan maliyyə gücü vardı. Söhbət neft milyonçuları olan Hacı Zeynəlabddin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və Murtuza Muxtarov kimi milyonçulardan gedir. Hansı ki,  bu şəxslər vətənpərvər, millətsevər olublar. Və onlar maliyyələrinin çoxunu təhsilə yönəldiblər. Məsələn, Hüseynbəy Əfəndi Qayıbzadənin xahişi heç vaxt cavabsız qalmayıb. Onun da xahişi bunlardan ibarət idi: filan şəhərdə falan tələbə oxuyur, onun təhsil xərcini ödəmək problemi var. Dərhal onun təhsil xərci ödənilirdi. Bu barədə o dövrün qəzetləri yazıblar”. 

“Sovetlər AXC-nin qurduğu dövlətçiliyi ləğv edə bilmədi”

İsmayıl Umudlu “Sovet dövründə bu mədəni, elmi inkişaf prosesinin aqibəti necə oldu?” sualına belə cavab verdi: “Tarixçi alim Mehdixan Vəkilovun "Azərbaycanda mədəni inqilab 1920-40-cı illər" əsərini (doktorluq dissertasiyasını) çapa hazırlayarkən və oxuyanda məlum oldu ki, Vəkilov bu illərdə Azərbaycanda mədəni inqilabın həm iştirakçısı, həm təşkilatçısı, həm də tətqiqatçısı olub. O dövrü məhz o şəxsə istinadən bilirəm. Sovet dövrünün əvvəlləri maraqlı dövr olub. Sovet Rusiyası Azərbaycanın müstəqilliyinə son qoydu, amma Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu dövlətçiliyi ləğv edə bilmədilər. Hesablaşmalı oldular. Plana görə, Zaqafqaziyada Azərbaycanın hər hansı bir dövlətçiliyi olmamalı idi”.

(Ardı gələn sayımızda)
Ramid İbrahimov

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]