Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Gənc alimlərin problemləri müzakirə olunub

Gənc alimlərin problemləri müzakirə olunub
Bölmə :
KİVDF
Yayım tarixi :
4/4/2014 [12:03]
Baxılıb :
1676 dəfə
Aynur Qəzənfərqızı: “Gənc mütəxəssislərimizin yaşayışının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür və onların nəticələrini yaxın zamanlarda görəcəyik”

Azərbaycan Milli Elmlər Akamediyasının (AMEA) institut və təşkilatlarında monitorinqlər aparan AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin növbəti görüşü Şərqşünaslıq İnstitutunda olub. İnstitutun gənc alimləri ilə görüşən Şura üzvləri gənclərin elmi potensialının artırılması, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyələşdirilməsi məsələləri ətrafında mükazirələr aparıblar.

Bu barədə AMEA-dan “Bizim Yol”a məlumat verilib. Məlumata görə, görüş çərçivəsində institutun gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı elmi müəssisədə çalışan gənclərin fəaliyyətindən söz açıb, burada gənc kadrlara xüsusi önəm verildiyini, institut tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Şuranın monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev qeyd edib ki, institut və təşkilatlarda keçirilən monitorinqlərin məqsədi gənclərlə bilavasitə ünsiyyət qurmaq, onların problemlərindən xəbərdar olmaq və təkliflərini dəyərləndirməkdir. Görüşdə həmçinin, Şuranın daha səmərəli fəaliyyəti üçün institut və təşkilatlarda müasir informasiya texnologiyaları ilə təchiz olunmuş xüsusi otaqların təşkili, xarici elmi ezamiyyətlər və dil təkmilləşdirmə kurslarının təşkili, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması və s. məsələlər ətrafında müzakirələr aparılıb. AMEA gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov gənclərin problemlərinin AMEA rəhbərliyinə çatdırılacağını bildirib, onların həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini vurğulayıb. 
Sonra institutun direktoru, professor Gövhər Baxşəliyeva ilə görüş keçirilib. İnstitutda gənc alimlərə daim diqqət göstərildiyini vurğulayan G.Baxşəliyeva şuranın gənc alimlərin problemlərinin həllində mühüm rol oynayacağını qeyd edib. Gənc alim və mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayan institut direktoru təklif və tövsiyələrini də səsləndirib. 
Gövhər Baxşəliyeva dövlət tərəfindən gənclərə xüsusi önəm verildiyini, bütün sahələrdə onlara dəstək göstərildiyini, Gənclər Fondu, Elm Fondu və AR Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin elmi və ictimai-siyasi fəaliyyətlərinin dəyərləndirildiyini qeyd edib. AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qərarın qəbul edildiyini söyləyən G.Baxşəliyeva institutun gənc alimlərinin elmi potensialının yüksək olduğunu, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini bildirib. 
Qeyd edək ki, 08.11.2013-cu il tarıxdə AMEA Şərqşünaslıq İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilib. Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilib. Tərkibi 33 nəfərdən ibarət olmaqla tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Məlikova və Şahin Ələsgərov sədr müavinləri seçiliblər. 
Qeyd edək ki, 17.01.2014-cu il tarixdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib. Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvləri seçilib, sədr və sədr müavinləri müəyyənləşdirilib. İclasda idarə heyətinə 19 nəfər üzv seçilib ki, onlar da AMEA-nın ayrı-ayrı institutlarında yeni yaradılan Gənc alim və Mütəxəssislər Şurasının sədrləridir. 
İclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədr və sədr müavinləri təyin edilib. Belə ki, şuranın sədri vəzifəsinə Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famil Salmanov seçilib. Onun müavinləri isə Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev və Nizami adına ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva təyin olunub.

Gənc alimlərin sayı azdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, folklorşünas Aynur Qəzənfərqızı bildirdi ki, bu gün ölkədə gənc alimlərə böyük diqqət və qayğı göstərilir: “Onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür və onların nəticələrini gənc alimlər yaxın zamanlarda görə biləcəklər. Hazırda akademiyada gənclər və işləmək istəyənlər üçün işlər çoxdur. İnanıram ki, Gənc Alim və Mütəxəssislər Şurası da gənc alimləri öz ətrafında toplayaraq elm sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə öz töhfələrini verəcəklər”.
A.Qəzənfərqızı deyir ki, Azərbaycanda alimlər, xüsusilə elmlər doktorları içərisində gənclərin sayı çox azdır: “Alimlərin əksəriyyətinin yaşı 70 və daha çoxdur. Bu bizi çox narahat edir”. O, gənclərin elmi tədqiqatlara cəlb edilməsinin vacib olduğunu vurğuladı. 

“Maaşlar artırılsa, çox sevindirici olar”

A.Qəzənfərqızı deyir ki, gənc alimlərin problemi sırasında maaşların az olması, texnologiya sahəsində çatışmamazlıq və gənc alimlərin xarici dilləri bilməməsi var: “Arzuolunan olardı ki, maaşlar artırılsın. Sirr deyil ki, elmi işçilərin maaşı azdır. Düşünürəm ki, gələcəkdə islahat aparılacaq, alimlərin maaşı bazar şərtlərinə uyğunlaşdırılacaq. Ümidvaram ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi zamanı alimlərin bu və ya digər problemləri həll olunacaq, arzular gerçəkləşəvək.  Bildirim ki, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” da fərman da imzalanıb. Fərmanda bildirilir ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə fərman imzalanıb. Biz ümidvarıq ki, ayxın gələcəkdə gənc alimlərin social problemləri həll oluncaq, elm sahəsi daha da inkişaf edəcək”.
Qeyd edək ki, 2011-ci il 7 iyul tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi ilə bağlı sərəncam verib. Sərəncamda bildirilir ki, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər. Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.
Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi zərurəti yaranıb.
Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]